99 - əz-Zəlzələ ()

|

(1) Qiyamət günü yer şiddətli şəkildə lərzəyə gəldikdə,

(2) Yer öz içində olan ölüləri və sairəni bayıra atacağı zaman,

(3) İnsan heyrət içində: "Yerə nə olub ki, bu cür titrəyib lərzələnir?"- deyəcəyi zaman -

(4) O əzəmətli gündə, yer öz üzərində baş vermiş bütün xeyir və şər əməllər barədə xəbər verəcəkdir.

(5) Çünki Allah bunu ona bildirəcək və əmr edəcək.

(6) Yer lərzəyə gələcəyi o əzəmətli gün insanlar dünya etdikləri əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə haqq-hesaba çəkiləcəkləri yerə gələcəklər.

(7) Kim xırda qarışqa ağırlığında belə xeyirxahlıq və yaxşılıq etmişdirsə, onun əvəzini qarşısında görəcəkdir.

(8) Kim də xırda qarışqa ağırlığında belə şər əməllər etmişdirsə, onun əvəzini qarşısında görəcək.