(1) Ey Peyğəmbər! De: "İnsanların Rəbbinə sığınıram və Ona pənah aparıram.
(2) Onları istədiyi kimi idarə edən və Ondan başqa heç bir hökmdar olmayan insanların hökmdarına.
(3) Allah onların haqq məbududur və onların Allahdan başqa ibadətə layiq məbudu yoxdur.
(4) Allahın zikrindən qafil olduqda insana vəsvəsə verən, Allahı zikr edildikdə isə uzaqlaşan Şeytanın şərindən.
(5) O öz vəsvəsəsini insanların qəlbinə atır.
(6) O şeytan ki, cinlərdən olduğu kimi, insanlardan da olur!”