(1) Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan Qiyamət saatı.
(2) Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan bu qiyamət saatı nədir?!
(3) Ey Peyğəmbər! Dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan o saatı nə olduğunu sən nə bilirsən?! Şübhəsiz ki, o, qiyamət günüdür.
(4) İnsanların qəlbi qorxuya düşəcəyi gün onlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.
(5) Dağlar sürətli bir şəkildə hərəkəti və tərpənişi ilə ətrafa yayılan didilmiş yun kimi olacaq.
(6) (O gün) kimin yaxşı əməlləri pis əməllərindən ağır gələrsə,
(7) Cənnətdə özünün razı qalacağı gün-güzərana nail olacaq.
(8) Kimin də pis əməlləri yaxşı əməllərindən ağır gələrsə,
(9) Qiyamət günü məskunlaşacağı və qərar tutacağı yer Cəhənnəm olacaq.
(10) Ey Peyğəmbər! Sən nə bilirsən o nədir?!
(11) O, olduqca qızmar bir oddur.