2 - əl-Bəqərə ()

|

(1) Əlif. Ləm. Mim. Qurani Kərimin bəzi surələri ərəb əlifbasının hərflərilə başlayır. Bu həriflər (əlif, bə tə və s.) hərf olaraq tək yazıldıqda özlüyündə məna daşımasa da Qurani Kərimdə hikmətsiz heç bir şeyin olmadığı üçün belə ayələrin hikməti və mənası vardır. Belə ayələrin ən əhəmiyyətli hikmətlərindən biri də: Allahın onları bildikləri və danışdıqları hərflərdən ibarət olan Quran ilə hədələməsidir (meydan oxumasıdır). Elə buna görə də bu surədə olduğu kimi, Uca Allah çox vaxt belə ayələrdən sonra Qurani Kərim haqqında danışmışdır.

(2) Bu əzəmətli Quranın Allah tərəfindən nazil olmasında, həmçinin, söz və mənalarında heç bir şəkk-şübhə yoxdur. Bu Quran Allahın kəlamıdır və müttəqillərə Allaha aparan doğru yolu göstərir.

(3) O kəslər ki, qeybə inanırlar.Qeyb Allah və Rəsulunun xəbər verdiyi qiyamət günü xəbərləri kimi hissiyat orqanları ilə dərk edilməsi mümkün olmayıb gizli qalan xəbərlərdir. Məhz bu kimsələr, Allahın şəriətinə müvafiq, namazlarının bütün şərtlərini, ərkanlarını, vaciblərini və sünnələrini yerinə yetirərək əda edən kimsələrdır. Məhz bu kimsələr, Allahdan əcr diləyərək, Allahın onlara bəxş etdiyi ruzilərdən fəqirlərə, yoxsullara verilməsi vacib olan zəkat və əlavə olaraq sədəqə verib, mallarını Allah yolunda xərcləyən kimsələrdır. Ey Peyğəmbər! Məhz bu kimsələr aranızda heç bir fərq qoymadan sənə və səndən əvvəlki Peyğəmbərlərə (onlara Allahın salamı olsun) nazil olan vəhyə iman gətirən kimsələrdır. Məhz bu kimsələr qiyamət gününə və o gündə olacaq savaba və əzaba yəqinliklə iman edənlərdir.

(4) O kəslər ki, qeybə inanırlar.Qeyb Allah və Rəsulunun xəbər verdiyi qiyamət günü xəbərləri kimi hissiyat orqanları ilə dərk edilməsi mümkün olmayıb gizli qalan xəbərlərdir. Məhz bu kimsələr, Allahın şəriətinə müvafiq, namazlarının bütün şərtlərini, ərkanlarını, vaciblərini və sünnələrini yerinə yetirərək əda edən kimsələrdır. Məhz bu kimsələr, Allahdan əcr diləyərək, Allahın onlara bəxş etdiyi ruzilərdən fəqirlərə, yoxsullara verilməsi vacib olan zəkat və əlavə olaraq sədəqə verib, mallarını Allah yolunda xərcləyən kimsələrdır. Ey Peyğəmbər! Məhz bu kimsələr aranızda heç bir fərq qoymadan sənə və səndən əvvəlki Peyğəmbərlərə (onlara Allahın salamı olsun) nazil olan vəhyə iman gətirən kimsələrdır. Məhz bu kimsələr qiyamət gününə və o gündə olacaq savaba və əzaba yəqinliklə iman edənlərdir.

(5) Bu qisim insanlar, doğru yolda sabitqədəm olduqları üçün bu sifətlərlə vəsf olunublar. Belə insanlar ümüd etdiklərinə çatdıqları və qorxduqları şeylərdən isə əmin olduqları üçün, dünya və axirətdə nicat tapanlardır (xeyrə qovuşanlardır).

(6) İman gətirməyəcəklərinə dair barələrində Allahın sözünün həqiqət olduğu kimsələr öz azğınlıqlarına və inadkarlıqlarına davam edirlər. Onları qorxutsan da, qorxutmasan da eynidir.

(7) Onların qəlbləri xarab olduğu üçün Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Elə buna görə də onlar açıq-aydın haqqı eşitməz, görməz və qəbul etməzlər. Belə insanlar üçün axirətdə böyük bir əzab vardır.

(8) İnsanlardan canlarının və mallarının qorxusundan özlərinin mömin olduqlarını idda edənlər vardır. Lakin onlar qəlbən kafirdirlər.

(9) Onlar cahilliklərindən dolayı qəlblərindəki küfrü gizlədib özlərini mömin kimi göstərərməklə Allahı və möminləri aldatdıqlarını güman edirlər. Lakin onlar (yalnız özlərini aldatdıqlarını) dərk etmirlər. Çünki, Uca Allah, gizlini və aşkarı biləndir və artıq möminlərə münafiqlərin sifətlərini və onların əhvalını bildirmişdir.

(10) Buna səbəb qəlblərindəki şəkk-şübhənin olmasıdır. Allah onların şəkk-şübhələrini daha da artırdı. Çünki cəza əməlin növündən olur. Onlar Allahı, Peyğəmbəri Muhəmmədi (ona Allahın salavatı və salamı olsun) və möminləri yalan saydıqlarına görə onlara cəhənnəmin ən alt təbəqəsində şiddətli bir əzaba vardır.

(11) Onları yer üzündə küfür, günahlar və s. pis işlər görərək fəsad törətməkdən çəkindirdikdə onlar özlərinin saleh və başqalarını islah edən insanlar olduqlarını idda edərlər.

(12) Həqiqətdə isə onlar fəsad əhlidirlər, lakin onlar bunu və etdikləri əməllərin fəsad olduğunu anlamazlar.

(13) Onlara, Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) əshabələri iman etdikləri kimi sizdə iman edin, əmri edildiyi zaman, onlar istehza və təkəbbürlüklə, “Biz ağılı zəyif insanların iman etdikləri kimi imanmı edək?" deyərlər. Əslində onlar səfehlərdir, lakin bundan cahildilər.

(14) Onlar möminlərlə görüşdükdə onlardən qorxduqları üçün “sizin iman etdiyinzi biz də təsdiqləyirik” deyərlər. Lakin möminlərdən aralanıb öz başçılarının yanına qayltdıqda isə, başçılarına, onlar ilə birgə olduqlarını bildirmək üçün “Biz sizinlə birgəyik, lakin biz möminlərə isteza etmək üçün zahirdə onlar ilə müvafiq oluruq” deyərlər.

(15) Münafiqlərin möminlərə istehza etmələrinin cəzası olaraq Allah da onlara estehza edər. Elə buna görə də münafiqlər ilə dünyada musəlman kimi rəftar edilir. Amma axirətdə onlara dünyada ikən etdikləri küfür və nifaqa görə əzab veriləcəkdir. Allah həmçinin, münafiqlərin zəlalət və azğınlıqlarını artırmaq və onların heyrət və çaşqınlıq içərisndə qalmaları üçün bu dünyada əzablarını gecikdirər.

(16) O sifətləri özlərində əks etdirən münafiqlər, imanı küfrə dəyişmişlər. Onlar, Allaha iman gətirmədiklərinə görə ticarətləri qazanc gətirmədi və (özləri də) haqq yola yönəlmədilər.

(17) Uca Allah münafiqlər üçün biri od digəri isə su ilə olan iki imisalı çəkir: Od ilə olan misalə: İşıqlanmaq üçün tonqal qalayan, tonqal alovlandığı zaman, onların ətrafı işıqlı olacaqını zənn edən elə bu zaman tonqalın işığı sönən, qaranlıq və tüstü içində qalıb, heç bir şey görməyən və yolunu tapmayanların misalına bənzəyir.

(18) Onlar kardırlar, haqqı eşedib qəbul etməzlər, laldırlar haqqı deyə bilməz və onu görə bilməzlər, elə buna görə də zəlalətdən çıxıb haqqa dönməzlər.

(19) Onların su misalı isə, başının üstünü gurultulu şimşək və leysan yağışı ilə dolu qara buludlar almış bir qövmün leysan və ildırımın vurub öldürməsi qorxusundan barmaqlarını qulaqlarına tıxamalarına bənzəyir. Halbuki Allah, kafirləri Öz elmi, qüdrəti ilə ehtiva etmişdir, Onun əlindən əsla qaçıb qurtara bilməzlər. Bu, Allah üçün heç də çətin deyildir.

(20) İldırım işığının parlaqlığından və ətrafı bürüməsindən az qalır ki, onların gözləri kor olsun. Hər dəfə ildırım onların yolunu işıqlıandırdıqda onlar gedər, ildırımın işığı söndükdə isə zülmətlər içərsində qalıb, heç bir hərəkət edə bilməzlər. Əgər Allah istəsəydi, yenilməz qüvvəti ilə onların haqdan üz çevirdiklərinə görə gözlərini kor, qulaqlarıni da kar edər və onlar heç bir zaman görməz və eşitməzlər. Bu misalda yağış, Qurani Kərimin misalındadır. İldırım isə, Qurani Kərimdə olan qadağaların misalıdır. Şimşək işığının misalı isə, onlara Qurandan bəzi vaxtlar da haqqın bəyan olmasıdır. İldırımdan qorxub barmaqlarını qulaqlarına tıxamalarının misalı isə, onların haqqdan üz çevirib onu qəbul etməmələridir. Münafiqlər ilə bu iki misal sahibinin arasında olan oxşarlıq isə, Qurani Kərimdən öyüd nəsihət alıb bəhrələnməməsidir. Od misalında tonqal qalayanlara, yalnız zülmət və tüstü qaldığı kimi, su misalnda da üzərlərinə leysan yağan insanlar, ildırım və şimşəkdən qorxu və narahatçılıqdan başqa bir şey əldə edə bilmədilər. Eyni ilə də münafiqlər, İslamdan şiddət və sərtlikdən başqa bir şey görməzlər.

(21) Ey insanlar! Sizi və sizdən əvvəlki ümmətləri yaradan tək Rəbbinizə ibadət edin. Onun əmirlərinə tabe olub, qadağalarından çəkinin ki, Allahda sizi cəhənnəm əzabından qorusun.

(22) O Allah ki, sizin üçün yer üzünü döşəyib düz etdi, göyü isə yerin üzərində möhkəm bina edilmiş tavan yaratdı, sizə ruzi olsun deyə göydən yağmur endirib, yerdən müxtəlif meyvələr yetişdirən də odur. İndi siz, İzzət və Calal sahibi olan Allahdan başqa heç bir xaliqin olmadığını bildiyiniz halda ona şəriklər qoşmayın!

(23) -Ey insanlar- əgər bəndəmiz Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil etdiyimiz Qurana şəkk-şübhə edirsinizsə, bu zaman biz sizi, qurana yaxud quranın ən qısa surəsinə bənzər bir surə gətirmənizlə hədələyirik. Əgər bu idddanızda doğrusunuzsa, elə isə bacardığınız bütün şahidlərinizi bu işdə köməyə çağırın!

(24) Əgər siz bunu edə bilmirsinizsə -bunu heç bir zaman bacaramayacaqsınız-, o halda əzaba layiq günahkar insanlar və dünyada ibadət etdikləri müxtəlif növ daşlar ilə yanan cəhənnəm əzabından çəkinin. Allah bu cəhənnəmi kafirlər üçün hazırlamışdır.

(25) Yuxarıqa qeyd edilən əzab kafirlərin cəzasıdırsa, elə isə -Ey Peyğəmbər- Allaha iman gətirib yaxşı işlər görən möminlərə, onları sevindirəcək qəsirləri və ağacları altından çaylar axan cənnətlərlə müjdə ver. Onlar cənnətin gözəl meyvələrindən hər dəfə yedikləri zaman, bu meyvələrin həddən artıq dünyadakı meyvələrə oxşadığına görə: “Bu bizim əvvəlcə dünyada yediyimiz meyvələr kimidir” -deyəcəklər. Əslində isə onlar bu meyvələrdən dadmaları üçün bu meyvələr onlara dünyadakı meyvələrinin adları və zahiri görünüşünə oxşar, amma həqiqətdə isə onlara həmən meyvələrin dadı və tamı isə başqa halında təqdim edilmişdir. Möminlər üçün cənnətdə nəfsin və dünya əhlinin sevib xoşlamadığı hər bir şeydən uzaq, pak olan zövcələr də vardır. Onlar orada müvəqqəti dünya nemətlərinin əksi olaraq, daimi nemətlər içərsində əbədi qalacaqlar.

(26) Əlbəttə, Pak və Uca Allah istədiyi hər hansı bir şeyi misal çəkməkdən əsla utanmaz. Allah, ağcaqanadan istər böyük, istərsə də kiçik olan məxluqatlar ilə misal gətirməkdən çəkinməz. İnsanlar belə misalların qarşısında iki qisimdir: Bu misallara iman edənlər və küfür edənlər: İman gətirənlər bu misalların doğruluğunu təsdiq edər və belə misalların, öz Rəbbləri tərəfindən çəkilməsinin bir hikməti olduğunu dərk edərlər. Amma kafirlərə gəldikdə isə onlar, istehza edərək bir-birlərindən: "Allahın, ağcaqanadı, milçəyi, əqrəbi və s. bu kimi həqir məxluqatı misal çəkməsinin səbəbi nədir" -deyə soruşarlar. Bu zaman Allah onlara belə cavab verir ki, Allahın bu misalları çəkməsində, insanlar üçün hidayət, yönləndirmə və imtahanlar vardır. Allah onların bir çoxunu bu misallar haqqında düşünməkdən üz çevirdiklərinə görə azdırmışdır. Çoxları isə bu misalları düşünüb ibrət aldıqlarına görə Allah onlara hidayət bəxş etmişdir. Haqdan yalnız münafiqlər kimi, Allahın itaətindən çıxan, azğınlığa layiq olan insanlar azar.

(27) O kəslər ki, tək Allaha ibadət etmək və əvvəlki elçilərin xəbər verdiyi elçiyə tabe olmaq əhdini bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini əmr etdiyi qohumlarla əlaqələri kəsir və günah işlər görməklə yer üzündə fitnə-fəsad törədirlər - məhz belələri dünyada və axirətdəki payları naqis olanlardır!

(28) -Ey kafirlər- sizin işiniz təəccüblüdür! Allahı necə inkar edirsiniz ki, siz öz özünüzdə Onun qüdrətinin əlamətlərinə şahidsiniz. Siz həyatda yox idiniz, O sizi yaratdı və sizə ruh bəxş etdi, sonra O sizi yenidən öldürəcək və sizi yenidən dirildəcəkdir, daha sonra Allah etdiyiniz əməlləri haqq-hesab etmək üçün Onun hüzuruna qaytaracaqdır.

(29) Çayları, ağacları və yer üzündə saysız-hesabsız varlıqların hamısını sizin üçün yaradan tək Allahdır. Siz isə Allahın sizə ram etdiyi bu nemətlərdən faydalanıb, bəhrələnirsiniz. Sonra Allah səmaya ucalaraq onu eyibsiz yeddi qat göy yaratdı. Hər bir şeyi elmi ilə əhatə edəndə Odur.

(30) Uca Allah bu ayədə mələklərə: Yer üzündə, biri-birinə xələf olacaq və orada Allaha itaət edəcək bir bəşər yaradacağını xəbər verdi. Bu an mələklər Rəbblərindən -bilmək üçün- yer üzündə fitnə-fəsad törədən, qan tökən və zülm edən adəm övladının yaratmasının hikmətini soruşaraq dedilər: "Biz Sənə itaət edir, Sənin şəninə həmd sənalar deyir, Səni təzim edir və bundan yorulmuruq" -dedilələr. Bu zaman Allah onların sualına belə cavab verdi: "Onları yaradılışındaki sizin bilmədiyiniz əzəmətli hikməti və yer üzərində xəlifə təyin etməyimin məqsədlərini mən bilirəm" - deyərək cavab verdi.

(31) Uca Allah, Adəmin -Aleyhissəlam- dərəcəsini mələklərə bəyan etmək üçün, canlı və cansız əşyaların adlarının hamısını, sözlərini və mənalarını ona öyrətdi. Sonra həmin şeyləri mələklərə ərz edərək: "Əgər siz, Allah yanında bu məxluqdan daha hörmətli və daha fəzilətli olduğunuzu iddia edirsinizsə, elə isə bunların adlarını Mənə xəbər verin!"- deyə buyurdu.

(32) Onlar öz naqisliklərini və Allahın fəzilət sahibi olduğunu etiraf edərək dedilər: "Ey Rəbbimiz! biz Sənin hökmlərinə və şəriətinə etirtaz etməkdən Səni uca tutur, Sənin bizə ruzi bəxş edib öyrətdiklərindən başqa heç bir şey bilmirik. Həqiqətən Sənə heç bir şey gizli qalmaz, hər şeyi bilən və qüdrətinlə təqdir etdiklərində və şəriətində hər bir şeyi öz yerinə qoyan hikmət sahibisən".

(33) Bu zama Uca Allah Adəmə: "Bu əşyaların adlarını onlara xəbər ver"- dedi. Adəm onlara həmən əşyaların adlarını, Allahın ona öyrətdiyi kimi xəbər verdikdə, Allah mələklərə: "Mən sizə, göylərdə və yerdə gizli qalan, aşkara çıxartdığınızı və gizli saxladığınızı bildiyimi söyləmədimmi?" -buyurdu.

(34) Uca Allah bu ayədə, bir zaman Allahın, mələklərə, hörmət və ehtiram mənasında Adəmə səcdə etmələrini əmr etdiyini bəyan edir. Cinlərdən olan iblisdən başqa mələklər bütünlüklə Allahın əmrinə tələsərək səcdə etdilər. İblis isə Allahın səcdə əmrinə etiraz, Adəmə isə təkəbbürlük edərək Uca Allaha küfür edənlərdən oldu.

(35) Biz Adəmə dedik: "Ey Adəm, sən zövcən Həvva ilə Cənnət sakini olun. Hər ikiniz də Cənnətdə istədiyiniz yerdə oradakı meyvələrdən heç bir maneə olmadan istədiyiniz qədər bol-bol afiyətlə yeyin. Yalnız sizə yaxınlaşmağı qadağan etdiyim bu ağaca yaxın gəlməyin, yoxsa siz əmrimə asi olmaqla özünüzə zülm edənlərdən olarsınız".

(36) Lakin Şeytan Adəm və Həvvaya vəsvəsə verərək Allahın qadağan etdiyi ağacdan yeməyə sövq etdirdi və bunula onları azdırıb günaha saldı. Bunun cəzası olaraq Allah onları nemətlər içində olduqları cənnətdən uzaqlaşdırdı. Allah Adəmə, Həvvaya və Şeytana: "Bir-birinizə düşmən kəsilərək yerə enin, orada sizin üçün ömrünüzün sonuna qədər və qiyamət qopanadək sığınacaq, yaşayış və dolanacaq vardır", -dedik.

(37) Nəhayət Adəm, Rəbbinin ona ilham edib öyrətdiyi, Qurani kərimin bu ayəsində deyilən: (Adəm və Həvva: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" – dedilər) [Əl-Əraf surəsi: 23] kəlmələri ilə Allaha dua etdi. Allah da onun tövbəsini qəbul edib günahını bağışladı. Həqiqətən Pak olan Allah qullarının tövbəsini qəbul edən və qullarına qarşı mərhəmətlidir.

(38) Biz onlara dedik: "Hamınız Cənnətdən yer üzünə enin! Əgər sizə elçilərim vasitəsilə hidayət gəldikdə ona tabe olub göndərdiyim elçilərə iman etsəniz axirətdə sizə heç bir qorxu olmaz və dünyada əldə edə bilmədiyiniz dünya nemətlərinə görə hüzünlü olmazsınız.

(39) Amma kafir olub ayələrimizi təkzib edənlər Cəhənnəm əhlidirlər və onlar oradan heç vaxt çıxmayacaqlar.

(40) Ey Allah peyğəmbəri Yəqubun oğulları! Allahın sizə bəxş etdiyim bol-bol nemətləri xatırlayın və bu nemətlərə şükür edin. Mənə və rəsullarıma iman edib şəriətimə əməl etməklə Mənim sizə olan əhdimi yerinə yetirin. Əgər siz buna vəfalı olarsınızsa Mən də sizə vəd verdiyim: dünyada ikən xoş həyat və axirət də isə yaxşı müxafat verəcəyim əhdimi yerinə yetirərəm. Siz yalnız məndən qorxun və sizinlə olan əhdimi pozmayın.

(41) Mühəmmədə (ona Allahın salavatı və salamı olsun) nazil etdiyim Qurana iman edin. Beləki o, Allahın tövhidi və Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyi barəsində Tövratın təhrif edimədən öncəki xəbərlərinə müvafiqdir. Quranı inkar edənlərin ən birincisi siz olmaqdan çəkinin! Nazil etdiyim ayələri şan-şöhrət və ya rəhbərlik kimi ucuz qiymətə dəyişməyin! Mənim qəzəbimdən və əzabımdan qorxun.

(42) Rəsullarıma nazil etdiyim haqqı iftira yaxdığınız yalanlarla qarışdırmayın. Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) Allahın rəsulu olduğunu bilib və yəqin olduğunuz halda, kitablarınızda Muhəmməd (ona Allahın salavatı və salamı olsun) barədə gələn haqqı da gizlətməyin.

(43) Namazı ərkanları, vacibləri və sünnələri ilə tam şəkildə qılın. Allahın sizə bəxş etdiyi malların zəkatını çıxarın. Muhəmməd (sallallahu aleyhi və səlləm) ümmətindən Allaha ibadət edənlərlə birğə ibadət edin!

(44) Tövratdakı Allahın dininə tabe olmağın və Onun göndərdiyi rəsullarını təsdiq etməyin vacib olması əmrini bildiyiniz halda insanlara iman edib yaxşı işlər görmələrini əmr edir özünüzü isə unudub haqqdan üz çevirməniz necə də çirkin bir işdir. Məğər ağılınızla faydalanmırsınız?!

(45) Siz dini və dünyavi işləriniz üçün səbrlə və namaz qılmaqla Allahdan yardım diləyin. Çünki namaz, sizi Allaha yaxınlaşdırar, sizə kömək edər, sizi qoruyar və sizdən zərəri uzaqlaşdırar. Həqiqətən namaz Rəbbindən qorxan kimsələr istisna çətin və ağırdır.

(46) Çünki onlar qiyamət günü Rəbbinin hüzuna gələcəklərini, Onunla qarşılaşacaqlarını və əməllərinin mükafatını almaq üçün Allaha qayıdacaqlarını yəqinliklə bilirlər.

(47) Ey Allahın peyğəmbəri Yaqubun oğulları! Sizə bəxş etdiyim dini və dünyavi nemətimi yadınıza salın. Sizə peyğəmbərlik və mülk bəxş etməklə sizi sizinlə birgə yaşayan insanlardan üstün etdiyimi xatırlayın.

(48) Allahın əmirlərini yerinə yetirib qadağanlarını tərk etməklə özünüzlə qiyamət əzabı arasında vasitə tutun. Çünki o gün, heç kəs heç kəsə fayda verə bilməz. Allahın izni olmadan, zərərdən qorunmaq və ya fayda vermək üçün heç kəsdən şəfaət qəbul edilməz. Əzabdan qurtarmaq üçün dünya dolusu qızıl fidyə versə belə, yenə də qəbul olunmaz və o gün onların heç bir yardımçısı da olmaz. Əgər o gün heç bir şəfaətçi, fidyə və ya yardımçı Allahın əzabdan qurtarmaq üçün fayda verməyəcəksə elə isə qaçıb can qurtarmağa yer haradadır?!

(49) Ey İsrail oğulları! Sizə müxtəlif növ əzab daddıran Firon tərəfdarlarından xilas etdiyimizi yadınıza salın. Belə ki onlar nəslinizi kəsmək məqsədi ilə, oğlan uşaqlarınızı öldürür, qız uşaqlarını isə böyüyəndə özlərinə xidmətçi olmaları üçün sağ buraxırdılar. Bundan da məqsəd sizi daha da zəlil etmək və alçaltmaq idi. Allahın sizi Firon və onun tərəfdarlarının əzabından xilas etməsi sizdən ötrü Rəbbiniz tərəfindən böyük bir imtahan idi ki, bəlkə, şükür edəsiniz.

(50) Sizə olan nemətlərimizi xatırlayın! Bir zamanlar dənizdən keçməniz üçün onu yarıb quru yol açaraq düşməniniz Firon və tərəfdarlarından sizi xilas etdik. Sonra isə gözünüzün qarşısında düşmənlərinizi siz baxa baxa sulara qərq etdik.

(51) Tövratı nur və hidayət olaraq Musaya vəhy etmək üçün qırx gecəlik vədə nemətimizi də xatırlayın! Amma sizdən bəziləriniz bu müddət ərzində buzova ibadət etdiniz və bu hərəkətinizlə özünüzə zülm edənlərdən oldunuz.

(52) Sonra da tövbə etdiyinizə görə sizi əfv edib cəzalandırmadıq ki, bəlkə şükür əlaməti olaraq Allaha gözəl şəkildə ibadət və itaət edəsiniz.

(53) Xatırlayın ki, sizə olan nemətlərimizdən biri də bəlkə haqqa yönələsiz deyə Musaya (Aleyhis-salam) haqqla-batili, hidayətlə-azğınlığı bir-birindən fərqləndirən Tövratı verməyimiz idi.

(54) Siz buzova tapındığınızdan sonra, Allah sizi bu əməldən tövbə etməyə müvəffəq etməsi nemətini bir daha xatırlayın. Belə ki, Musa (Aleyhis-salam) sizə belə demişdir: "Ey qövmüm, Siz buzovu ilah qəbul edib ona ibadət etməklə özünüzə zülm etdiniz. Buna görə də, sizlərdən buzova ibadət edənləri öldürməklə xaliqinizə və yaradanınıza tövbə edib Ona tərəf qayıdın. Sizin belə tövbə etməniz küfür əməldə israr edib əbədi odda qalmağınızdan daha xeyirlidir". Siz Allahın sizə olan köməyi ilə tövbəniz qəbul olsun deyə özünüzü öldürmək istədiyiniz halda Allah da tövbənizi qəbul etdi. Çünki Allah tövbələri qəbul edən və qullarına rəhimlidir.

(55) Yadınıza salın ki, atalarınız biz zaman Musaya (Aleyhis-salam): "Ya Musa, biz Allahı açıq-aşkar, heç bir manesiz görməyincə, heç vaxt sənə iman gətirməyəcəyik!"-deməyə cürət etmişdilər. Elə bu zaman gözünüz görə-görə sizi ildırım vurub öldürmüşdü.

(56) Bəlkə, Allahın sizə olan bu nemətinə şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.

(57) Səhrada yolunuzu azdığınız zaman sizi günəşin hərarətindən qorumaq üçün üzərinizə bulud göndərməyimiz, sizə bal kimi şirin su yağdırmağımız, həmçinin, sizə ruzi olaraq sümman quşu kimi dadlı əti olan kiçik quş bəxş etməyimiz və sizə: "Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!" -deməyimiz də sizə olan nemətlərimizdən idi. Onlar bu nemətlərin müqabilində Allaha asiliklər etmələri isə Allaha bir zərər vermədi, lakin onlar bu əməlləri ilə yalnız savablarının azalması və özlərini əzaba məruz qoymaları ilə özlərinə zülm etdilər.

(58) Allahın sizə olan nemətlərindən bunu da xatırlayın ki, bir zaman sizə: "Beytülməqdisə (Qüdsə) daxil olun. Orada istədiyiniz yerdə, istədiyiniz qədər halal ruzilərdən nuşcanlıqla yeyin için, amma ora daxil olan zaman, Allahdan qorxaraq, rüku halda daxil olun və: "Ey Rəbbimiz bizi bağışla!" -söyləyin ki, duanızı qəbul edək. Biz yaxşı əməl edənlərin mükafatını daha da artıracağıq" -demişdik.

(59) Özlərinə zülm edənlər isə onlara əmr olunan əməli başqa bir əməllə dəyişib onlara deyilən sözü təhrif etdilər. Belə ki, oraya yanları üstə sürünə-sürünə, Uca Allahın əmrinə istehza edərək: "Sünbülün üstündəki buğda" –deyərək daxil oldular. Biz də zalımların Allahın əmrinə müxalif olub şəriətin hüdudlarını aşdıqlarına görə, əməllərinin müqabili olaraq onlara göydən əzab göndərdik.

(60) Siz səhrada olan zaman sizə şiddətli susuzluq baş verdikdə Allahın sizə olan nemətini xatırlayın. Belə ki, Musa (Aleyis-salam) Rəbbinə yalvarıb sizə yağış yağdırmağı istədi. Bu zaman Allah ona əsasını daşa vurmağı əmr etdi. Musa, əsanı daşa vuran kimi daşdan qəbilələrinizin sayı qədər, on iki çeşmə qaynayıb su çıxdı və hər bir çeşmədən su fışqırdı və biz qəbilələr arasında mübahisə olmaması üçün hər bir qəbilənin ona aid olan çeşməsini göstərib sizə belə dedik: "Heç bir zəhmət çəkmədən Allahın sizə bəxş etdiyi ruzidən yeyib için və yer üzündə fitnə-fəsad törətməyin!".

(61) Allahın sizə ruzi olaraq nazil etdiyi manna və bildirçin əti yeməkdən bezib, Rəbbinizin sizə olan nemətinə küfr etdiyinizi xatırlayın. O zaman siz: "Biz hər gün eyni yeməkləri yeməyə səbir edə bilmərik"- deyib, Musadan - Aleyhissəlam - Allaha dua edib sizin üçün yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, dənli bitkilərindən, mərciməyindən və soğanından çıxartmasını tələb etmişdiniz. Musa - Aleyhissəlam - da sizin tələbinizi inkar edərək belə cavab vermişdi: "Siz manna və bildirçin əti kimi xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirirsiniz? Halbuki bu nemətlər sizə heç bir səy göstərmədiyiniz və yorulmadığınız halda gəlir. Elə isə dilədiyiniz kəndə gedib, istədiyiniz şeyləri oranın tarlalarında və bazarlarında tapa bilərsiniz". Onlar öz nəfslərinə tabe olduqlarına və Allahın onlar üçün seçib bəxş etdiyi nemətlərdən təkrar-təkrar üz çevirdiklərinə görə, onlara zəlillik, miskinlik və bədbəxtlik damğası vuruldu. Onlar Allahın dinindən üz çevirib Onun ayələrini inkar etdiklərinə və peyğəmbərlərə haqsız yerə düşmənçilik edib onları öldürdüklərinə görə Allahın qəzəbinə düçar oldular. Bütün bunların səbəbi onların Allaha asi olmaları və Allahın onlar üçün qoyduğu hədləri aşmalarına görə idi.

(62) Həqiqətən bu ümmətdən və həmçinin Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbər göndərilməzdən əvvəlki keçmiş ümmətlərdən iman edən yəhudi, nəsrani və Allaha və axirət gününə iman gətirmiş peyğəmbərlərin bəzi tərəfdarlarından olan sabiilərin mükafatları Rəbbinin yanındadır. Axirət də onları qarşılayacaq şeylərə görə onların nə bir qorxusu olar, nə də ki, dünyada ikən əldə edə bilmədikləri şeylərə görə onlar bir hüzün görərlər.

(63) Bir zaman sizdən Allaha və rasullarına iman gətirəsiniz deyə ağır bir əhd aldığımızı xatırlayın. Sizi əhdə əməl etməməkdən qorxudub çəkindirnək, sizə göndərdiyimiz Tövrata səhlənkar və tənbəlliklə deyil, əksinə, ondan möhkəm tutunmaq, içindəkiləri isə qoruyub (və ya əzbərləyib) tədəbbür etməyiniz üçün dağı başınız üstünə qaldırdıq ki, bəlkə, bunun səbəbi ilə Uca Allahın əzabından çəkinəsiniz.

(64) Siz isə sizdən ağır bir əhd alındıqdan sonra üz döndərib Allaha asi oldunuz. Əgər Allah lütfü ilə sizi bağışlayıb rəhməti ilə tövbənizi qəbul etməsəydi, üz döndərib Allaha asi olduğunuza görə mütləq ziyana uğrayanlardan olardınız.

(65) Şübhəsiz ki, bablarınızın xəbərindən sizin məlumatınız vardır. Belə ki, onlara şənbə günü ov etmək haram edildiyi halda şənbə günündən əvvəl torları suya salıb bazar günü sudan çıxardaraq hiyləgərlik etdilər. Və bununla onlara qoyulan hədləri aşdılar. Allah da onları belə hiyləgərlik edənləri əməllərinin müqabili olaraq mənfur meymunlara çevirdi.

(66) Biz həddi aşan bu kənd sakinlərini qonşu kəndlərdə yaşayanlar və sonradan gələn insanlar üçün ibrət etdik ki, heç kəs bir daha onların etdikləri kimi edib Allahın əzabına düçar olmasın. Biz bunu Allahın əzabından və həmçinin Onun hədlərini aşanlardan intiqam alacağından qorxan müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.

(67) Babalarınızla Musa (Aleyhis-salam) arasında baş vermiş əhvalatı yadınıza salın. Belək ki, Musa Allahın onlara hər hansı bir inək kəsmələrini əmr etdiyini xəbər verdikdə, onlar inək kəsməyə tələsmək əvəzinə, inadkarlıqla: "Sən bizə istehza edirsən" –dedilər. Musa isə cavabında onlara: "Allah adından yalan söyləyib, insanlara istehza etməkdən Allaha sığınıram!"– dedi.

(68) Onlar Musaya dedilər: "Rəbbinə dua et ki, kəsilməsini əmr etdiyi inəyin nə cür inək olduğunu bizə bildirsin!". Musa onlara dedi: "Allah buyurur ki, o, nə qoca, nə də cavan olmayan, lakin bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Rəbbinizin əmrini yerinə yetirməyə tələsin!".

(69) Onlar bu mübahisələrinə davam edərək Musaya (Aleyhis-salam) "Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!" - deyib işlərini bir az da çətinləşdirdilər. Musa isə cavabında onlara: "Allah onun tünd sarı rəngli və görənləri heyran edən bir inək olduğunu buyurur" –dedi.

(70) Sonra onlar, bir daha bu işi özlərinə çətinləşdirərək Musaya: "Bizim üçün Rəbbinə dua et ki, o inəyin əsl sifətini bizə daha ətraflı bildirsin, çünki Allahın bizdən tələb etdiyi sifətdə olan inəklər çox olduğuna görə biz bu inəkləri bir-birindən ayırd edə bilmirik. -Əgər Allah istəsə- Kəsilməsi tələb olunan inəyi tapıb, kəsəcəyik" –dedilər.

(71) Musa onlara belə dedi: "Allah buyurur ki,o, nə yer şumlamaq, nə də əkin suvarmaq işində işlədilməmiş, eyibsiz-qüsursuz və üzərində sarı rəngdən başda heç bir əlamət olmayan bir inəkdir." Bu zaman onlar: "İndi sən inəyi dəqiq vəsf edən əlamətləri bildirdin!”– dedilər". Onlar mücadilə edib inəyin kəsilməsini özlərinə çətinləşdirdiklərinə görə az qalmışdı ki, inəyi kəsə bilməsinlər.

(72) Yadınıza salın ki, siz o zaman içərinizdən bir nəfəri öldürüb, özünüzü təmizə çıxarmaq məqsəd ilə mübahisə edirdiniz. Hər biriniz özündən qətl ithamını uzaqlaşdırıb başqasını üstünə atır, bu barədə münaqişə ediniz. Halbuki Allah sizin gizlətdiyinizi, günahsız öldürülən o kimsənin qatilini üzə çıxaracaqdır.

(73) Biz sizə dedik: "Əmrimizlə Kəsdiyiniz inəyin bir parçasını ölüyə vurun! Həqiqətən Allah onu dirildəcək və o, qatilinin kim olduğunu sizə xədər verəcəkdir". Beləliklə onlar bunu etdilər və ölü dirilib qatilinin kim olduğunu onlara xəbər verdi. Allah bu ölünü diriltdiyi kimi qiyamət günü bütün ölüləri dirildəcək. Uca Allahın qüdrətinə dəlalət edən açıq-aşkar dəlilləri sizə göstərir ki, bəlkə bunları dərk edib haqqı ilə iman edəsiniz.

(74) Bu təsirli öyüd-nəsihətdən və açıq-aydın möcüzələrdən sonra qəlbləriniz yenə sərtləşib daş kimi hətta daşdan da daha sərt oldu. Qəlbləriniz olduğu bu halından heç vaxt yaxşiya doğru dəyişməz, daşlar isə dəyişər. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, və içərisindən insanların da heyvanların da bəhrələnə biiləcəyi yerdə axar suyu olan bulaqlar çıxar. Bu daşlardan eləsi də var ki, Allahın qorxusundan dağın ən hündür yerindən yuvarlanıb yerə düşər. Amma sizin qəlbləriniz isə heç də belə deyil. Allah sizin nə etdiklərinizdən, qafil deyildir, əksinə, O, sizin nə etdiklərinizi bilir və etdiyiniz əməllərin mükafatını verəcəkdir.

(75) -Ey möminlər!- Siz yəhudilərin həqiqi halını və onların inadkarlıqlarını bildikdən sonra sizin cağırışınıza cavab verib sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki onların içərisində olan alimlərindən elə bir camaat vardır ki, tövratda onlara nazil olan Allahın kəlamını dinləyər, onu anlayıb başa düşdükdən sonra isə sözlərini və mənalarını təhrif edirlər. Onlar bunun Allah qatında böyük günah olduğunu bilirdilər.

(76) Yəhudilərin ziddiyyətli və məkrli olmalarına sübutlardan biri də bəzilərinin möminlərlə rastlaşdıqda Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinin və Allahın elçisi olmasının doğruluğunu, bunun Tövratda da öz əksini tapdığını etiraf etmələri, lakin xəlvətdə olduqda bu etiraflarına görə bir-birilərini qınamalarıdır. Çünki peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) həqiqi peyğəmbər olduğunu etiraf etməklərini müsəlmanlar yəhudilərin əleyhinə dəlil gətirəcəklər.

(77) Bu yəhudilər çirkin bir yol tuturlar, sanki onlar gizli saxladıqları və ya üzə çıxardıqları söz və əməlləri Allahın bilməsindən qafildirlər. Allah onların etdiklərini mütləq qullarına göstərib onları rüsvay edəcəkdir.

(78) Yəhudilər içərsində Tövratı üzündən oxumaqdan başqa heçnə bilməyən və onun dəlalət etdiyi mənaları anlamayan bir tayfa da vardır. Onlar yalnız öz böyüklərindən əldə etdikləri yalanlara sahibdirlər. Bununla belə onu, Allahın nazil etdiyi Tövrat olduğunu zənn edirlər.

(79) Haqqı və hidayət yolunu mal-dövlət və rəyasət kimi alçaq dünya malına dəyişməkdən ötrü öz əllərilə yazdıqları kitaba yalandan "Bu, Allah tərəfindəndir!" –deyən kimsələri həlak və şiddətli əzab gözləyir. Öz əllərilə Allah adından yalan yazdıqlarına görə onlara həlak və şiddətli əzab olsun! Bunun vasitəsi ilə qazandıqları mal-dövlət və rəyasətə görə onlara həlak və şiddətli əzab olsun!

(80) Yəhudilər yalandan və qürurlanaraq: "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz və biz orada bir necə gündən artıq qalmarıq" –deyərlər. Ya Peyğəmbər! Onlara söylə: "Siz Allahdan buna görə möhkəm bir vəd almısınızmı? Əgər həqiqətəndə belədirsə Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa siz, yalandan Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?".

(81) Xeyr! Həqiqət heç də onların zənn etdikləri kimi deyildir. Şübhəsiz ki, küfr günahını qazanan və xətaları özlərini hər bir tərəfdən bürüyən kimsələri Allah cəhənnəmə daxil edib orada sakin olmaqla cəzalandırar və əzab verər. Onlar orada əbədi qalacaqlar.

(82) Allaha və rəsuluna iman gətirib yaxşı işlər görənlərin Allah yanında mükafatı isə cənnətə daxil olub, orada sakin olmaqdır. Onlar orada əbədi qalacaqlar.

(83) Ey İsrail oğulları! Bir zaman sizdən möhkəm bir əhd aldığımızı xatırlayın. O zaman, biz sizdən Allahın tək olah olduğunu qəbul edib, Onunla yanaşı başqasına ibadət etməyəcəyinizə, valideyinlərə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara və ehtiyaclı insanlara yaxşılıq edəcəyinizə, insanlarla kobud və sərt davranmadan onlara xoş söz söyləyəcəyinizə - yaxşı işləri əmr edib, pis işlərdən çəkindirəcəyinizə, namazı sizə əmr etdiyim kimi tam şəkildə qılacağınıza, zəkatı könül xoşluğu ilə ona layiq olan insanlara verəcəyinizə dair əhd almışdıq. Lakin sizdən aldığımız bu əhddən sonra siz onu yerinə yetirməkdən üz çevirdiniz. Sizlərdən yalnız Allahın qoruduğu kimsələr Allaha verdikləri əhdi və möhkəm sözü yerinə yetirdilər.

(84) Xatırlayın ki, bir zaman Biz Tövratda sizdən bir-birinizin qanını tökməyin və bir-birinizi yurdunuzdan çıxarmağın haram olması barədə əhd aldıq. Sonra siz həmin əhd-peymanı etiraf etdib onun doğruluğuna şahid oldunuz.

(85) Bundan sonra siz bu əhd-peymana müxalif olub bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni, düşmənlərlə əlbir olub onlara düşmənçilik və zülm edərək öz yurdundan çıxarırsınız. Düşmənlər onları əsir tutub yanınıza gətirəndə, fidyə verib onları əsirlikdən azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Tövratda əsir azad etmək kimi hökmü vacib olan bir qisim əməllərə iman edib, haqsız yerə qan tökmək və bir-birinizi öz yurdundan çıxarmaq kimi hökmü haram olan digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında zəlil və rüsvay olmaq, qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən qafil deyildir. Əksinə O, sizin nə etdiklərinizi görür və qiyamət günü sizə əməllərinizin müqabilini verəcəkdir.

(86) Onlar fani bir şeyi əbədi qalan şeydən üstün tutaraq, axirəti dünya həyatına dəyişdilər. Buna görə də axirətdə onların nə əzabı yüngülləşər, nə də ki, o gün onlara bir kömək edən tapılar.

(87) Biz Musaya Tövrat verdik. Ondan sonra da bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da onun doğruluğunu təsdiqləyən - ölüləri diriltmək, anadangəlmə koru və cüzam xəstəliyinə tutulmuş insanları sağaltmaq kimi açıq-aşkar dəlillər bəxş etdik və onu mələk Cəbraillə - Aleyhissəlam - qüvvətləndirdik. Ey İsrail oğulları, məgər hər dəfə sizə Allah tərəfindən göndərilən rəsul nəfsinizə uyğun gəlməyən bir şey gətirdikdə siz haqqa qarşı təkəbbürlük göstərib, özünüzü Allahın rəsullarından üstün hesab etmədinizmi? Onların bir qismini təkzib edib, bir qismini də öldürmədinizmi?!

(88) Yəhudilərin Muhəmmədə (səllallahu aleyhi və səlləm) tabe olmamalarının bəhanəsi: "Qəlblərimiz örtülü olduğundan sənin dediklərin qəlbimizə daxil olmur və onu başa düşə bilmirik"– demələri idi. Həqiqət heç də onların dedikləri kimi deyildi. Əksinə, Allah onları, etdikləri küfrlərə görə Öz rəhmətindən qovmuşdur. Buna görə də onlar, Allahın nazil etdiyinin az bir qisminə iman gətirərlər.

(89) Onlara Allah tərəfindən Tövrat və İncildəki səhih ümumi üsullara müvafiq olan Qurani-Kərim göndərildiyi zaman onu qəbul etmədilər. Halbuki Qurani-Kərim nazil edilməzdən əvvəl: "Peyğəmbər göndərildiyi zaman biz ona iman edib tabe olacaq və müşriklərə qələbə çalacağıq" -deyirdilər. Elə ki, Quran və Muhəmməd (sallallahu aleyhi və səlləm) onların tanıdığı sifətdə və haqda onların bildiyi kimi gəldikdə ona küfür etdilər. Allahın lənəti Allah və Onun rasuluna küfür edənlərə olsun!.

(90) Allaha və Onun rəsullarına iman etməkdən nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) peyğımbərlik verilməsinə və Quran göndərilməsinə görə ona həsəd apararaq öz nəfislərinə zülüm edib, Allahın nazil etdiyinə küfür və Onun rəsullarını isə təkzib etdilər. Beləliklə də onlar, həm Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) küfür etdiklərinə görə həmdə ki, bundan əvvəl Tövratı təhrif etdiklərinə görə Uca Allahın şiddətli qəzəbinə düçar oldular. Kafirlərə, Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinə küfür etdikləri üçün qiyamət günü alçaldıcı bir əzab vardır.

(91) Yahudilərə: "Allah, rəsuluna nazil etdiyi haqqa və dogru yola iman edin!" –deyildikdə, onlar: "Biz öz peyğəmbərlərimizə nazil edilənə iman etmişik" – deyib onun ardınca gələni yəni, Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) nazill olanı isə inkar edirlər. Halbuki bu Quran, onların yanında Allahdan olana Tövrata müvafiq olan bir həqiqətdir. Əgər onlar, onlara nazil edilənə həqiqətən də iman etmiş olsaydılar bu zaman onlar Qurana iman edərdilər. Ey Peyğəmbər, onlara cavab olaraq de: "Əgər siz, sizə gələn haqqa həqiqətən də iman etmişdinizsə, bəs nə üçün əvvəllər Allahın elçillərini öldürürdünüz?".

(92) Rəsulunuz Musa (Aleyhis-salam) sizə, onun sadiqliyinə dəlalət edən açıq-aydın dəlillər gətirmişdir. Siz isə Musa Rəbbinin ona təyin etdiyi vaxtda getdikdə onun ardınca buzovu özünüzə ilah edərək ona ibadət etdiniz. Siz tək ibadətə layiq olan Allaha şərik qoşduğunuz üçün özünüzə zülm etdiniz.

(93) Yadınıza salın ki, o zaman Biz sizdən möhkəm bir əhd alaraq Musaya (Aleyhis-salam) tabe olun, onun sizə Allahdan gətirdiklərini qəbul edin dedik. Sizi qorxutmaq üçün Tur dağını başınızın üstünə qaldırdıq və sizə: "Tövratdan verdiyimizdən möhkəm yapışın, oradakı hökmləri dinləyib, qəbul və əməl edin!" –demişdik. Siz isə: "Qulaqlarımıza eşidib, əməllərimizlə asi olduq" –dediniz. Küfrləri üzündən buzova olan ibadət qəlblərini bürümüşdü. Ya Rəsulum! Onlara de: "Əgər iman gətirmisinizsə, imanınızın sizə Allaha küfür etməsini əmr etməsi necə də pisdir!". Çünki həqiqi imanla küfür heç vaxt birgə olmaz.

(94) Ey Peyğəmbər! De: "Ey Yəhudilər, əgər axirət evində Cənnətə başqa insanlar deyil, yalnız sizin daxil olacağınız iddianızda doğrusunuzsa, elə isə bu dərəcəyə tez bir zamanda çatıb, dünya həyatının sıxıntılarından və qəm-qussəsindən qurtarmaq üçün Allahdan ölüm istəyin!".

(95) Onlar dünyada ikən Allaha küfr etdikləri və elçilərini təkzib edib göndərdiyi kitabları təhrif etdiklərinə görə ölümü əsla istəməzlər. Allah onlardan və qeyrilərindən olan zalımları tanıyandır və hər bir kəsin etdiyi əməlinin müqabilini verəcəkdir!

(96) Ey Peyğəmbər, dünya həyatının nə qədər alçaq və zəlil olmasına rəğmən sən yəhudiləri bütün insanlardan, hətta öldükdən sonra dirilməyə və haqq-hesab gününə inanmayan müşriklərdən belə daha artıq yaşamağa həris görərsən. Yəhudilərin dirilməyə və haqq-hesab gününə inanan kitab əhli olmalarına baxmayaraq onlardan hər biri min il ömür yaşamaq istər. Halbuki ömürləri nə qədər uzun olursa olsun, bu onların heç birini Allahın əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görən və biləndir. Onların əməllərindən Allaha heç nə gizlin qalmaz və O, hər bir kəsin etdiyi əməlin müqabilini verəcəkdir!.

(97) Ey Peyğəmbər! "Mələklərdən Cəbrail bizim düşmənimizdir" –deyən yəhudilərə söylə: "Kim Cəbrailə düşmənçilik edirsə qoy bilsin ki, Allahın izni ilə Quranı sənin qəlbinə nazil edən, Qurandan əvvəlki Tövrat və İncil kimi İlahi kitabları təsdiqləyici, xeyrə yönəldən və Allahın möminlər üçün müjdə olaraq hazırladığı nemətlərin xəbərini gətirən odur. Kim belə sifət və əməllərə sahib birinə düşmənçilik edərsə o azğın insandır.

(98) Hər kim Allaha, onun mələklərinə və rəsullarına və Allaha yaxın olan iki mələyə: Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da sizdən və sizdən qeyri olan kafirlərə düşməndir. Allah kimə düşmən olarsa o, açıq-aydın zərərə uğramışdır.

(99) Ey Peyğəmbər, Biz sənə peyğəmbərliyinin və vəhyin sadiqliyini təsdiqləyən açıq-aydın dəlillər göndərdik. Belə açıq-aydın dəlillər gəldikdən sonra onları yalnız Allahın dinindən xaric olan kimsələr inkar edərlər.

(100) Yəhudilərin pis halına bir nümunə də hər dəfə onlardan əhd aldıqda onların bir qisminin bu əhdi pozmasıdır. Buna misallardan biri də Tövratda Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinə iman etmələri haqda əhdi pozmalarıdır. Əksinə yəhudilərin çoxu Uca Allahın nazil etdiyinə həqiqi iman etmirlər, çünki həqiqi iman insanı əhdə vəfalı olmağa sövq etdirər.

(101) Tövratdakı vəsflərə müvafiq olmasına baxmayaraq Muhəmməd (ona Allahın salavatı və salamı olsun) Allah tərəfindən elçi olaraq göndərildikdə onlardan bir dəstə ona arxa çevirib fikir vermədilər. Onların bu halı, Tövratdakı haqq və doğru yoldan faydalanmayan və onunla maraqlanmayan cahil bir kimsənin halına bənzər.

(102) Yəhudilər Allahın dinini tərk edib əvəzində Allahın peyğəmbəri Süleymanın (Əleyhissalam) səltənətinə dair şeytanların uydurduqları yalanlara tabe oldular. Beləki yəhudilər Süleymanın səltənəti sehr vasitəsi ilə əldə etdiyini idda edirdilər. Halbuki, Süleyman yəhudilərin idda etdikləri kimi sehr etməklə kafir olmadı,əksinə şeytanlar İraqın Babil şəhərindəki insanları imtahan etmək üçün göndərdiyimiz Harut və Marut adlı iki mələyə nazil olan sehri insanlara öyrədərək kafir oldular. Halbuki o iki mələk: "Biz insanları imtahan etmək üçün göndərilmişik, sən gəl bu sehr öyrənməklə kafir olma!" – deyib insanları sehir öyrənməkdən çəkindirməzdən əvvəl heç kəsə sehr öyrətmirdilər. Kim bu iki mələyin nəsihətini qəbul etmədisə onlardan sehr, o cümlədən də ər-arvadı ayıran və onların arasında nifaq salan növlərini öyrənirdilər. Lakin sehrbazlar Allahın izni və istəyi olmadan heç kəsə zərər verə bilməzlər. Yəhudilər ancaq özlərinə faydası olmayan zərərli şeyləri öyrənirdilər. Yəhudilər Allahın kitabını sehrlə əvəz edənlərin axirətdə heç bir payı olmadığını yaxşı bilirlər. Onlar sehri Allahın vəhynə və şəriətinə dəyişib nəfslərini satın aldıqları iş necə də pisdir. Əgər onlar özlərinə fayda verən şeyi bilsəydilər belə çirkin və açıq-aydın azğınlıq yoluna cürət etməzdilər.

(103) Əgər yəhudilər Allaha həqiqi iman gətirib Ondan qorxaraq saleh əməllər edər, Ona asi olmaqdan çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab onların etdikləri əməldən daha xeyirli olardı. Kaş ki onlar özlərinə fayda verən şeyləri dərk edəydilər.

(104) Uca Allah bu ayədə möminlərə, danışdıqları zaman gözəl sözlər istifadə etməyə yönəldərək deyir: "Ey iman gətirənlər! “Raina” Yəni: “Bizi qoru” və ya “bizə qayğı və ehtiram göstər” sözünü deməyin". Çünki yəhudilər bu sözü təhrif edib peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) müraciət edirdilər. Amma həqiqətdə isə onlar bu sözlə özündə pis məna daşıyan “ər-Ruunah” yəni: "Bizə çobanlıq et". mənasını qəsd edirdilər. Elə bu səbəbdən də Allah mömminləri peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun) danışdıqda bu kəlməni istifadə etməkdən qadağan edib onlara isə özündə heç bir pis məna daşmayan “Unzurna” yəni: “Dediyini anlamaq üçün bizi gözlə!” -kəlməsini demələrini əmr etdi. Allaha küfür edənləri ağrıdıcı əzab gözləyir.

(105) Kitab əhli yaxud müşrik olmasından aslı olmayaraq kafirlər sizə Rəbbiniz tərəfindən istər az, istərsə də ki çox heç bir xeyir endirilməsini istəməzlər. Halbuki Allah peyğəmərliyi, vəhyi və imanı Öz mərhəməti ilə istədiyi kimsəyə bəxş edər. Allah böyük lütf sahibidir. İnsanların nail olduğu bütün xeyirlər hamısı Allahdandır. Rəsul göndərilməsi də, kitab nazil etməsi də Onun insanlara olan lütfündəndir.

(106) Uca Allah bu ayədə bəyan edir ki, O, Qurandan hər hansı bir ayənin hökmünü ləğv etdikdə və ya onun ləfzini insanlara unutdurduqda, Uca Allah gec və ya tez ondan daha faydalısını, yaxud ona bənzərini gətirər. Bütün bunlar Allahın elmi və hikməti ilə baş verir. Ey peyğəmbər, axı sən Allahın hər şeyə qadir olmasını, istədiyini etməsini və istədiyi hökmü verməsini bilirsən!

(107) Ey peyğəmbər, axı sən göylərin və yerin hökmranlığının ancaq Allaha məxsus olduğunu, istədiyi hökmü verdiyini, qullarına istədiyini əmr edib istədiyindən də çəkindirdiyini, istədiyi şəriəti iqrar edib və istədiyini isə ləğv etdiyini bilirsən!. Sizin Allahdan başqa işlərinizə kömək edən bir dostunuz və şəri sizdən uzaqlaşdıran bir yardımçınız yoxdur! Əksinə bütün bunlara qadir olan yalnız Allahdır.

(108) Ey möminlər, bundan əvvəl Musanın qövmü Musaya etiraz və inadkarliq edərək: "Allahı bizə açıq-aşkar göstər!" (ən-Nisa: 153) deyib sorğu-suala çəkildiyi kimi siz də Rəsulunuzu sorğu-suala çəkməyin. Bu, sizə yaraşmaz. Kim İmanı küfrə dəyişərsə orta yol olan "siratəl-mustəqim" yolundan azmışdır.

(109) Yəhudi və nəsranilərdən bir çoxu peyğəbərin Allah tərəfindən gəldiyi həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki paxıllıq üzündən sizi, iman gətirmiş olduğunuz halda, sizin yenidən bütlərə ibadət etmənizi istərlər. Ey Peyğəmbər, Allahın sizin barədə hökmü gəlincəyə qədər həmin şəxslərin etdikləri əməlləri əfv edin, onların cahil olduğlarına görə onları qınamayın. Artıq bu barədə Allahın əmri və hökmü gəldi. Belə ki, kafir ya İslamı qəbul etmək ya cizyə ödəmək ya da ki, döyüşmək arasında seçim etməlidir. Həqiqətən Allah hər bir şeyə qadirdir. Kafirlər isə Allahı aciz edə bilməzlər.

(110) Namazın rükunlarını, vaciblərini və sünnələrini yerinə yetirərək tam şəkildə qılın. Malınızın zəkatını layiq olan insanlara verin! Ölməzdən əvvəl həyatda ikən, özünüzdən ötrü etdiyiniz hər bir yaxşı əməlin əvəzini qiyamət günü Allah yanında taparsınız. O gün Allah sizə etdiyiniz əməllərin müqabilini verəcəkdir. Həqiqətən, Allah nə etdiklərinizi görür və hər bir kəsi əməlinə görə mükafatlandıracaqdır!

(111) Yəhudi və nasranilərdən olan hər bir tayfa: "Cənnət yalnız onlara aiddir" -dedilər. Yəhudilər: "Cənnətə yalnız yəhudi olan girəcəkdir" -dedilər. Nasranilər də həmçinin: "Cənnətə yalnız nasrani olan girəcəkdir" -dedilər. Bu onların batil xəyallarıdır. Elə isə, ey Peyğəmbər, onlara cavab olaraq belə de: "Əgər həqiqətən də siz bu iddianızda doğrusunuzsa, onda dəlilinizi gətirin!".

(112) Hansı tayfadan olmasından aslı olmayaraq Allaha yönəlib ixlasla etdiyi ibadətdə Peyğəmbərin gətirdiyinə tabe olan hər bir şəxs Cənnətə daxil olacaqdır. Onun savabı da Allaha aiddir. Onların axirətdə qarşılcaqları şeylərə görə heç bir qorxuları olmaz və əldə edə bilmədikləri dünya nemətlərinə görə də qəm-qüssə çəkməzlər. Yuxarıda qeyd edilən vəsflər Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbər olaraq gəldiyindən sonra yalnız müsəlmanlarda reallaşır.

(113) Yəhudilər: "Nəsranilər düzgün din üzərində deyillər"- dedilər. Nəsranilər də: "Yəhudilər düzgün din üzərində deyillər"- dedilər. Halbuki onların hamısı Allahın onlara nazil etdiyi kitabları oxuyur və orada peyğəmbərlər arasında heç bir fərq qoymadan hamısına iman gətirməyin vacib olmasını bilirlər. Onların bu sözü rəsulların hamısını və onlara nazil edilən kitabları təkzib edən cahil müşriklərin sözünə bənzəyir. Elə buna görə də Qiyamət günü, Allah qullarına xəbər verdiyi adil hökmü ilə ixtilafda olanların hamısının arasında hökm verəcəkdir. Çünki nicat yalnız, Uca Allahın nazil etdiyi hər bir şeyə iman etməkdədir.

(114) Allahın məscidlərində Onun adının zikr edilməsinə, orada namaz qılmağa, zikir edib Quran oxumağa maneçilik törədənlərdən, onların viranə qalmasına, oranı dağıtmağa yaxud orada ibadət etməkdən mane olmağa çalışanlardan daha zalım heç kim yoxdur. Məscidlərin viranə qalmasına çalışan kimsələr, etdikləri küfrə və Allahın məscidlərinə mane olduqları üçün əslində onlar oraya qorxa-qorxa, qəlbləri titrəyərək daxil olmalı idilər. Onlar üçün dünyada möminlərin əli ilə zəlillik və rüsvayçılıq, insanları məscidlərə getməsinə mane olduqları üçün axirətdə isə böyük bir əzab vardır.

(115) Məşriqin də, məğribin də və onların arasında olan hər bir şeyin də mülkü Allahındır! Allah qullarına istədiyini əmr edər. Siz hansı səmtə yönəlsəniz, yenə də Uca Allaha yönəlmiş olarsız. Əgər O, sizə Beytülməqdisə yaxud Məkkəyə yönəlməyi əmr edərsə ya da səhvən qiblədən başqa tərəfə yönəlsəniz yaxud da ki, qibləyə yönəlmək sizə çətin olarsa bu işdə sizə günah olmaz. Həqiqətən, Allah Öz rəhməti və asanlaşdırması ilə qullarını Əhatəedən və onların niyyətlərini və əməllərini Biləndir.

(116) Yəhudilər, nəsranilər və müşriklər: "Allah Özünə övlad götürmüşdür!" -dedilər. Halbuki O, belə bir işdən pakdır, müqəddəsdir! Onun, məxluqatına heç bir ehtiyacı da yoxdur. Övlada ehtiyacı olan özünə övlad götürər. Əksinə göylərdə və yerdə nə varsa, Pak və Uca Allaha məxsusdur. Bütün məxluqat, Pak Olan Allahın qullarıdır və Onun hökmünə tabedir. Allahda onları istədiyi kimi idarə edir.

(117) Göyləri, yeri və onların arasında olan hər bir şeyi misilsiz şəkildə yoxdan yaradan Pak Olan Allahdır. Bir işi təqdir edib yaranmasını istədiyi zaman, ona yalnız: "Ol !" –deyər, o da Allahın istədiyi kimi olar. Heç kim Allahın əmrinin və hökmünün qarşısını ala bilməz.

(118) Kitab əhlindən və müşriklərdən olan cahillər haqqı qəbul etməyə inadkarlıq göstərərək dedilər: "Nə üçün Allah bizimlə heç bir vasitə olmadan danışmır, yaxud nə üçün bizə, özümüzə məxsus bir hissi əlamət gətirmir?" Bundan əvvəl də rəsulları yalan sayan ümmətlər, zaman və məkanın dəyişməsinə rəğmən buna bənzər sözlər demişdilər. Onların qəlbləri, onlardan əvvəl yaşayıb küfr etmiş, inadkarlıq göstərmiş və həddi aşmış kimsələrin qəlblərini bənzəyir. Biz, özlərinə haqq bəyan olduqda ona tam yəqinliklə iman gətirən, ona şəkk-şübhə etməyən və inadkarlıq göstərməyən kimsələrə ayələrimizi açıq-aydın göstərdik.

(119) Ey Peyğəmbər! Biz səni heç bir şübhə olmayan haqq dinlə göndərdik ki, möminlərə cənnət ilə müjdə verib, kafirləri odla qorxudasan. Sənin vəzifən ancaq açıq-aşkar təbliğ etməkdir! Allah səndən, sənə iman etməyən cəhənnəm əhli barəsində isə sorğu-sual etməyəcəkdir.

(120) Allah Öz peyğəmbərini xəbərdar edib çəkindirərək belə xitab edir: "Sən İslam dinini tərk edib onların yoluna tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqlar. Onlara belə de: Həqiqətən doğru yol, sizin batil yolunuz deyildir, əksinə, doğru yol, Allahın kitabı və onun bəyanıdır. Əgər sənə gələn açıq-aydın haqqdan sonra sən və ya sənə tabe olanlardan hər hansı biri onların istəklərinə uysanız, o zaman səni Allahın əzabından qoruyacaq nə bir yardım edən, nə də bir köməkçi taparsan. Bu isə, haqqı tərk edib batil əhlini dost tutmağın təhlükəli bir iş olduğunu göstərir.

(121) Qurani-Kərim kitab əhlindən əllərindəki nazil edilmiş kitablara əməl edib və ona layiqincə tabe olan bir tayfa haqqda danışır. Onlar bu kitablarda Muhəmməd (ona Allahın salavatı və salamı olsun) peyğəmbərin həqiqi peyğəmbər olduğuna dəlalət edən əlamətlər gördükləri üçün ona iman gətirməyə tələsidlər. Başqa bir tayfa isə bu həqiqəti bildikdən sonra öz küfürlərində israr edib qaldıqları üçün xüsrana uğradılar.

(122) Ey İsrail oğulları! Sizə bəxş etdiyim dini və dünyavi nemətimi yadınıza salın. Sizə peyğəmbərlik və mülk bəxş etməklə sizinlə birgə yaşayan insanlardan üstün etdiyimi xatırlayın.

(123) Özünüzü qiyamət gününün əzabından qorumaq üçün Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinin. Çünki o gün heç kəs heç kəsə fayda verə bilməyəcək, böyüklüyündən aslı olmayaraq heç kəsdən fidyə qəbul edilməyəcək, kimliyindən və məqamından aslı olmayaraq heç kəsin şəfaəti heç kəs üçün fayda verməyəcək və onların Allahdan başqa heç bir kömək edən də olmayacaqdır!

(124) Allah İbrahimə (Aleyhis-salam) buyurduğu hökmlər, əmr və qadağalarla onu imtahana çəkdiyini yadına sal. Bu zaman o, Allahın əmrini tamamilə, kamil şəkildə yerinə yetirdi. Belə olduqda Allah peyğəmbəri İbrahimə: "Səni insanlara, onlar sənin əməllərindən və əxlaqından nümunə götürmələri üçün imam təyin edəcəyəm" –dedi". İbrahim isə: "-Ey Rəbbim- Nəslimdən də insanlar nümunə olan imamlar et" –dedi. Allah onun cavabında ona: "Sənin nəslindən olan zalımlar Mənim sənə olan əhdimlə dində imamlığa nail olmazlar" –buyurdu.

(125) (Ya Rəsulum!) Allah, haram evini insanların daima qəlbləri ora bağlı olan qayıdış yeri etdiyini yadına sal. Belə insalar hər dəfə oradan çıxdıqda bir daha ora qayıtmaq istəyərlər. Allah Kəbəni insanlar üçün əmin-amanlıq yeri etdi və orada heç kəsə qarşı zülüm olunmaz. (Ya Rəsulum!) İnsanlara de ki: -İbrahim evi bina etdiyi vaxt üzərində dayandığı- "daşı namazgah etsinlər!". Biz İbrahimə və İsmailə haram evini təvaf edənlər, etikafa girənlər, namaz qılanlar və orada Allaha ibadət etmək istəyənlər üçün pisliklərdən və bütlərdən təmizləmələrini vəsiyyət dedik.

(126) Ey Peyğəmbər, yadına sal ki, İbrahim bir zaman Rəbbinə: "Ey Rəbbim! Məkkəni təhlükəsiz, əmin aman bir şəhər et, heç kimsə orada pisliyə məruz qalmasın, əhalisinə isə cürbəcür meyvələrdən ruzi ver və bu ruziləri, Sənə və axirət gününə inananlara məxsus et"– deyə dua etdikdə, Allah: "Kafir olanlara, Mən dünyada bir qədər zövq almağa izn verərəm, lakin sonra da onları cəhənnəm əzabına düçar edərəm. Qiyamət günü qayıdış yeri olaraq ora necə də pis yeridir!" – deyə buyurdu.

(127) Ey Peyğəmbər, İbrahim və İsmail Kəbənin bünövrəsini ucaldarkən hər ikisi də Allaha boyun əyərək və zəlil halda: "Ey Rəbbimiz, bizdən əməllərimizi, o cümlədən də bu evi inşa etməyimizi qəbul et! Həqiqətən, Sən dualarımızı Eşidən, niyyətlərimizi və əməllərimizi Bilənsən!"- dediklərini yadına sal.

(128) Ey Rəbbimiz! Bizim hər ikimizi Sənin əmrlərinə təslim olan, Sənə itaətkar, Sənə heç bir şeyi şərik qoşmayanlardan et. Nəslimizdən də Sənə təslim olan bir ümmət et. Sənə necə ibadət etməyi bizə göstər. Günahlarımızı və Sənə etdiyimiz ibadətlərdə olan nöqsanlara görə bizi bağışla! Həqiqətən Sən, qularından tövbə edənlərin tövbələrini qəbul edənsən və onlara qarşı Rəhmlisən!

(129) Ey Rəbbimiz! Onların içərisindən, İsmail nəslindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin nazil etdiyin ayələri onlara oxusun, Quranı və sünnəni onlara öyrətsin və onları şirkdən və rəzalətdən təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, işlərində və hökmlərində hikmət sahibisən.

(130) Öz səfehiyi və düşüncəsizliyi ucbatınan haqqı batilə dəyişib nəfsinin alçaqlığına razı olan kimsədən başqa, İbrahim Əleyhis-salamın dinindən üz çevirib başqa bir din ardınca heç kimsə getməz. Biz onu dünyada rəsul və xəlil (dost) seçdik. Şübhə yoxdur ki, o, Allahın vacib etdiyini yerinə yetirən əməlisalehlərdən və axirətdə də yüksək dərəcələrə nail olanlardandır.

(131) Onun Allah tərəfindən seçilməsinə səbəb Rəbbi ona: "Yalnız Mənə ixlasla ibadət et və Mənə itaətlə boyun əy" - dedikdə dərhal təslim olaraq: “Qulların xaliqinə, onlara ruzi verənə və işlərini yoluna qoyana tabe oldum!” - deyə cavab verməsi idi.

(132) İbrahim oğlanlarına: "Mən aləmlərin Rəbbinə təslim oldum"- deyərək vəsiyyət etdi. Eyni ilə Yəqub da oğullarına nəsihət etdi. Hər ikisi də oğullarını çağıraraq dedilər: Həqiqətən Allah sizin üçün İslam dinini seçmişdir, sizə ölüm gələnə qədər bu dindən möhkəm yapışın və həm zahirən həm də daxilən Allaha təslim olun.

(133) Yoxsa siz Yəquba ölüm gəldikdə onun yanında idiniz? O: "Mən öldükdən sonra nəyə ibadət edəcəksiniz?" – deyə oğlanlarından soruşduğu zaman, onlar suala belə cavab verdilər: "Sənin İlahına və ataların – İbrahimin, İsmailin və İshaqın İlahı olan tək və şəriki olmayan Allaha ibadət edəcəyik, biz yalnız Ona tabeyik və yalnız Ona ibadət edirik!".

(134) Onlar sizdən əvvəl olub-keçmiş bir camaat idilər və etdikləri əməllərin mükafatına çatıblar. Onların etdikləri yaxşı və ya pis əməlləri özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Sizdən onların əməlləri barəsində sorğu-sual olunmaz. Onlardan da sizin əməlləriniz barədə sorğu-sual olunmaz. Bir kimsənin günahına görə başqasına əzab olunmayacaqdır, əksinə hər bir kəs etdiyi əməlin müqabilini alacaqdır. Sizdən əvvəlkilərin etdikləri əməllər, sizi öz əməlinizə baxmaqdan yayındırmasın. İnsana Allahın rəhmətindən sonra saleh əməlindən başqa heç bir şey fayda verməz.

(135) Yəhudilər müsəlmanlara: "Yəhudi olun, belə etsəz doğru yolda olarsız"- dedilər. Nəsranilər isə müsəlmanlara: "Nəsrani olun, belə etsəz doğru yolda olarsız"- dedilər. Ey Peyğəmbər, onlara de: "Əksinə, gəlin, bütün batil dinlərdən haqqa meyl edən, İbrahimin dininə tabe olaq, çünki o, Allaha heç bir şeyi şərik qoşanlardan olmamışdır".

(136) Ey möminlər, yəhudi və nəsranilərdən olan batil dəvət sahiblərinə cavab olaraq belə deyin: "Biz Allaha, bizə nazil olan Qurana, İbrahimə və onun oğulları İsmailə, İshaqa, Yəquba və Yəqubun övladından olan peyğəmbərlərə nazi edilənə, Allahın Musaya bəxş etdiyi Tövrata, Onun İsaya verilən İncilə və Allahın tərəfindən bütün peyğəmbərlərə verilən kitablara inanmışıq. Onlardan bəzilərinə iman edib bəzilərinə isə küfür etməklə, heç birini digərindən ayırmırıq, əksinə onların hamısına inanırıq. Biz yanız Pak olan Allaha tabe olan və Ona boyun əyən müsəlmanlarıq!".

(137) Əgər yəhudi və nəsranilər və onlardan başqa olan kafirlər sizin iman etdiyiniz kimi iman etsələr, şübhəsiz ki, Allahın razı olduğu doğru yolu taparlar. Yox, əgər imandan üz döndərib, peyğəmbərlərin hamısını yaxud da bəzisini yalan saysalar, bu zaman onlar sizə qarşı ədavət bəsləmiş olarlar. Ey Peyğəmbər, belə olduqda sən onların halına kədərlənmə. Allah sənə onların əziyətindən və səni onların şərindən qorumağa kifayət edər. Allah onların dediklərini eşidən, niyyətlərini və əməllərini isə biləndir.

(138) Ey möminlər! Sizi zahirən və batinən bu din üzərində yaradan Allahın dininə mültəzim olun. Allahın dinindən daha gözəl din yoxdur. Çünki Allahın dini, insanın fitrətinə müvafiq, insanlara xeyirləri cəlb edən, şərlərdən isə uzaqlaşdırandır. (Onlara) Deyin: "Biz yalnız tək Allaha ibadət edənlərik və Ona heç bir şeyi də şərik qoşmuruq".

(139) Ey Peyğəmbər de ki, ey kitab əhli, dininiz və kitabınız daha qədim olduğu üçün, siz Allaha və Onun dininə bizdən daha yaxın olmanız barəsində bizimlə mübahisəmi edirsiniz? Həqiqətən bu sizə heç bir fayda verməz. Halbuki Allah, tək sizin deyil, hamımızın Rəbbidir. Bizim etdiyimiz əməllərdən siz sorğu-sual olunmazsınız, həmçinin sizin etdiyimiz əməllərdən də biz sorğu-sual olunmayacağıq və hər bir kəs etdiyi əməlin müqabilini alacaqdır. Biz Allaha heç bir şeyi şərik qoşmadan, yalnız ixlasla Ona ibadət və itaət edirik.

(140) Ey kitab əhli, yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yəqubun və Yəqubun övladından olan peyğəmbərlərin yəhudi və ya nəsranı dinindən olduqlarını iddia edirsiniz? Ey Peyğəmbər, onlara cavab olaraq belə de: "Siz yaxşı bilirsiniz, yoxsa Allah?!". Əgər onlar bu peyğəmbərlərin yəhudi və nəsrani olduqlarını iddia etsələr, artıq yalan söyləmişlər. Çünki bu peyğəmbərlərin peyğəmbər olaraq göndərilməsi və onların vəfatı Tövrat və İncilin nazil edilməsindən əvvəl olmuşdur. Buradan belə başa düşülür ki, onların Allah və Onun rəsulları barədə dedikləri yalandan başqa bir şey deyildir. Çünki onlar özlərinə nazil olan haqqı gizlədiblər. Kitab əhlinin etdiyi kimi Allah tərəfindən gələn açıq-aydın şəhadəti bildikdən sonra onu gizlədən şəxsdən daha zalım kimsə yoxdur. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir və əməllərinizin müqabilini sizə verəcəkdir.

(141) Onlar sizdən əvvəl olub, keçib getmiş bir camaat idilər. Onlar etdikləri əməllərin mükafatına çatıblar. Onların qazandıqları əməllər özlərinə, sizinki isə özünüzə aiddir. Sizdən onların əməlləri barəsində sorğu-sual olunmaz. Onlardan da sizin əməlləriniz barədə sorğu-sual olunmaz. Bir kimsənin günahına görə başqasına əzab olunmayacaqdır. İnsana yalnız öz əməli fayda verəcəkdir. Hər bir kəs etdiyi əməlin müqabilini alacaqdır.

(142) Yəhudilər və onlara oxşar münafiqlərdən olan ağılsız, cahil adamlar deyəcəklər: "Müsəlmanları bundan əvvəl üz tutduqları Beytülmüqəddəs qibləsindən döndərən görəsən nədir?!" Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Məşriqin də, Məğribin də və bundan başqa bütün tərəflərin də mülkü tək olan Allahındır. O, istədiyi qulunu hansı tərəfə istəyirsə, o tərəfə də yönəldir. Pak Allah, istədiyi qulunu heç bir əyriliyi və azğınlığı olmayan doğru yola, hidayət yoluna yönəldər".

(143) Biz sizin üçün razı olduğumuz qiblə seçdiyimiz kimi, sizi, bütün ümmətlər içərisindən seçib, əqidə, ibadət və müamələ (alış-veriş) məsələlərində ədalətli və seçilmiş bir ümmət etdik ki, siz Qiyamət günü Allahın rəsulları öz ümmətlərinə Allahın onlara əmr etdiklərini çatdırdıqlarına, həmçinin, Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) Allahın ona göndərdiyini sizə çatdırdığına şahid olasız. Bizim, sənin əvvəllər üz tutduğun Beytülmüqəddəs qibləsini dəyişib Kəbəyə etməyimizin səbəbi, yalnız kimin Allahın şəriətinə razı olub, Onun bu əmrin boyun əyib, peyğəmbərə tabeçilik göstərib və kimin də dindən çıxıb öz havasına uyub, Allahın şəriətinə tabe olmayanları bilmək -Allahın əmrinə boyun əyənlərin mükafatlandırmaq- üçündür. Qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirilməsi Allahın Ona həqiqi iman etmiş qullarından başqa kimsələrə çox ağırdır. Belə ki Allah, qulları üçün qoyduğu şərət, əzəmətli hikməti baxımından etmişdir. Allah, sizin Allaha olan imanınızı və həmçinin qiblə çevrilməzdən əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı savabını puç etməz, çünki Allah insanlara qarşı, mehribandır, mərhəmətlidir, onları çətinə salmaz və əməllərinin savabını əvəzsiz buraxmaz.

(144) Ey Peyğəmbər! Biz sənin, vəhyin nazil olub qiblənin sənin istyədiyin tərəfə çevrilməsini gözləyərək, üzünü çevirməyi və göyə tərəf baxmağını gördük. Elə buna görə də biz indi, mütləq sənin üzünü Beytülmüqəddəsdən razı olub, sevdiyi qibləyə - Məscidülhərama tərəf döndərəcəyik. Sən üzünü Məkkədəki Məscidülhərama tərəf çevir! Ey möminlər! Siz də namaz qıldığınız zaman üzünüzü Məscidülhərama tərəf çevirin! Özlərinə kitab verilmiş yəhudi və nəsranilər qiblənin dəyişməsi, öz kitablarında sabit olduğu üçün bunu, onların Xaliqi və işlərini yoluna qoyan Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər. Allah heç də haqqdan üz çevirənlərin əməllərindən xəbərsiz deyildir. Əksinə, pak olan Allah, bunu yaxşı bilir və onların etdikləri əməllərin müqabilini verəcəkdir.

(145) Ey Peyğəmbər! Allaha and olsun ki, özlərinə kitab verilmiş yəhudi və nəsranilərə qiblənin Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirilməsnin haqq olduğuna dair bütün açıq-aydın dəlillər gətirsən də, yenə də onlar sənin gətirdiyin dinə inadkarlıq edərək heç vaxt sənin qiblənə tərəf üzlərini çevirməzlər. Allah sənin də üzünü onların qibləsinədən çevirdikdən sonra heç vaxt sən, ora üzünü çevirən deyilsən. Onlar bir-birilərini kafir hesab etdikləri üçün hətta özləri də bir-birinin qibləsinə üzlərini çevirməzlər. Əgər sənə, sənə gələn və səhihliyində heç bir şəkk-şübhəyə yer olmayan elmdən sonra onların dininə tabe olub və onların üz tutduqları qibləyə üz tutsan o zaman sən də, şübhəsiz ki, doğru yolu tərk edib, onların havasına uyduğun üçün zalımlardan sayılarsan! Uca Allahın Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) etdiyi bu xitabı, yəhudi və nəsranilərin ardınca getməyin necə də çirkin bir əməl olduğuna dəlalət edir. Şübhə yoxdur ki, Allah Peyğəmbərini (sallallahu aleyhi və səlləm) onlara tabe olmaqdan qorumuşdur, amma bu, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra gələn ümmətini onların ardınca getməkdən çəkindirmək üçündür.

(146) Kitab verdiyimiz yəhudi və nəsrani alimləri öz oğullarını başqalarından ayırd edib, tanıyıb bildikləri kimi qiblənin də dəyişməsini Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbərlik əlamətindən olduğunu bilirlər. Bununla belə onların bir qismi, onlara haqq gəldikdən sonra qəlblərindəki həsədə görə onu gizlədirlər. Halbuki onlar bunun haqq olduğunu bilirlər.

(147) Ey Peyğəmbər! Bu sənin Rəbbindən olan bir həqiqətdir və sən heç vaxt bunun doğruluğuna şübhə ilə yanaşanlardan olma!

(148) Hər bir ümmətin hissi, yaxud da mənəvi üz tutduğu bir istiqaməti vardır. Ümmətlərin, Allahın onlar üçün etdiyi qiblədə müxtəlif olması buna bir dəlildir. Əgər qiblənin dəyişməsi Allahın əmri ilədirsə, tərəflərin müxtəlifliyi onlara bir zərər verməz. Ey möminlərt! Əmr olunduğunuz yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Harada olmanızdan aslı olmayaraq Allah sizi qiyamət günü bir yerə cəm edəcəkdir. Sizi bir yerə cəm etmək və əməllərinizin müqabilini vermək Allaha heç də çətin deyildir.

(149) Ey Peyğəmbər! Sən və sənə tabe olanlar, hara getsəniz də, harada olsanız da namaz qılmaq istədikdə üzünü Məscidülhərama tərəf çevirin! Çünki bu, sənin Rəbbin tərəfindən sənə vəhy edilən bir haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir. Əksinə O, sizin nə etdiklərinizi görür və əməllərinizin müqabilini verəcəkdir.

(150) Ey Peyğəmbər, hansı tərəfə getsəndə, namaz qılmaq istədikdə üzünü Məscidülhərama tərəf döndər! Ey möminlər, siz də harada olsanız, namaz qılmaq istədiyiniz zaman üzünüzü o istiqamətə döndərin ki, özlərinə zülm edənlər müstəsna olmaqla kimsə sizə irad tutmasın. Həqiqətən onlar elə öz inadlarında olduqları kimi qalacaq və sizə qarşı olduqca zəif dəlillər gətirəcəklər. Siz onlardan qorxmayın, Allahın əmrlərini yerinə yetirməklə və qadağanlarından çəkinməklə tək olan Rəbbinizdən qorxun. Allah qiblənin Kəbəyə tərəf çevrilməsini, sizi başqa ümmətlərdən fərqləndirərək, sizi insanların ən şərəfli qilbəsinə yönəltmək, üstəlik, sizə olan nemətini tamamlamaq üçün etmişdir.

(151) Necə ki, biz sizə, başqa nemətlər bəxş etdik. Belə ki, sizə, ayələrimizi oxuyan, sizə əmr etdiyi yaxşı işlərlə və qadağan etdiyi pisliklərdən çəkindirərək sizi günahlardan təmizləyən, sizə Quran və sünnəni və daha bilmədikləriniz dini və dünyavi işləri sizə öyrətmək üçün öz içərinizdən bir peyğəmbər göndərdik.

(152) Siz Məni qəlbiniz və əzalarınızla xatırlayın ki, Məndə sizi, sizə tərif etmək və sizi qorumaqla xatırlayım. Çünki mükafat, əmələ müqabil olur. Sizə bəxş etdiyim nemətlərə görə Mənə şükür edin, bu nemətləri inkar etməklə mənə nankorluq edib, bunları haram işlərə sərf etməyin.

(153) Ey iman gətirənlər! Mənə itaət etmək və əmrimə təslim olmaq üçün, səbir və namazla Allahdan kömək diləyin. Çünki Allah səbir edənlərlədir. Belə ki, onları müvəffəq edər və onlara yardımçı olar.

(154) Ey Möminlər! Allah yolunda cihadda öldürülənlərə: "Onlar ölüdürlər, onlar da başqaları kimi öldülər deməyin". Əksinə, onlar Rəbbləri yanında diridirlər, lakin siz onların həyatını dərk etmirsiniz. Çünki onlar, xüsusi bir həyatda yaşayırlar, onların sürdükləri həyatı bilmək isə yalnız uca Allahdan vəhy vasitəsi ilə mümkündür.

(155) Biz sizi düşmənlərdən bir az qorxu, qıtlıqı səbəbi ilə bir az aclıq, bir az malının əldən çıxması yaxud çətinliklə mal əldə etmək, insanları məhv edən bəlalar səbəbi ilə insanların ölməsi yaxud da Allah yolunda şəhid olması və yerin bitirdiyi meyvələrin azalması ilə imtahan edəcəyik. Ey Peyğəmbər! Bu müsibətlərə səbir edənlərə, dünya da və axirət də onları sevindirəcək şeylərlə müjdə ver.

(156) O kəslər ki, başlarına bu müsibətlərdən hər hansı bir müsibət gəldiyi zaman, Allahın yazdığı qədərə razı qalıb, təslim olaraq deyirlər: "Biz Allahın mülküyük və O, bizi necə istəyirsə elədə idarə edir. Biz qiyamət günü Ona tərəf qayıdacağıq. Bizi yaradan və bizə müxtəlif nemətlər bəxş edən də odur. O, bizim qayıdış yerimizdir və işlərimizin sonu da Ona aiddir!"

(157) Belə sifətləri özündə cəm edən kimsələrə, Allaha tərəfindən onlar üçün uca toplum olan mələklər yanında tərif və onların üzərinə Allaha tərəfindən rəhmət nazil olması vardır. Məhz onlar doğru yolda olanlardır.

(158) Kəbə evinin yaxınlıqında yerləşən, Səfa və Mərvə adı ilə tanınan bu iki dağ, həqiqətən də, şəriətin zahiri əlamətlərindən biridir. Kəbə evini həcc və ya ümrə ibadətini yerinə yetirmək məqsədi ilə ziyarət edən şəxsin, bu iki dağ arasında təvaf etməsində heç bir günah yoxdur. Uca Allahın bu ayədə Səfa və Mərva arasında təvaf etməyin günah olmadığını bildirməsində, bunun, bir cahiliyyət adəti olduğunu düşünən müsəlmanlar üçün bir təskinlik vardır. Çünki Uca Allah, Səfa və Mərva arasında təvaf etməyin həccin ayinlərindən birinin olduğunu bəyan etdi. Hər kəs könüllü olaraq, ixlasla yaxşı bir iş görərsə, Allah onun etdiyi yaxşı işi qəbul edər və əvəzini verər. Allah kimin yaxşı iş gördüyünü bilir və onun mükafatınıda verir.

(159) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və onun gətirdiyi dinin doğruluğuna dəlalət edən açıq-aydın ayələr nazil etdiyimizdən və həmçinin öz kitablarında olanları insanlara öyrətdiyimizdən sonra onu gizlədən yəhudiləri, nəsraniləri və onların ardınca gedənləri Allah Öz rəhmətindən qovmuşdur və mələklər, peyğəmbərlər və bütün insanlar da onların Allahın rəhmətindən qovulması üçün dua edirlər!

(160) Bu açıq-aydın ayələri gizli saxladığı üçün etdiyi əməldən peşman olub, Allaha qayıdan, zahiri və batini əmələrini islah edən və gizli saxladıqları haqqı və doğru yolu insanlara bəyan edən kimsələrin mənim itaətimə qayıdmasını qəbul edərəm. Çünki Mən, Mənə tövbə edən qullarımın tövbəsini qəbul edənəm və onlara qarşı Rəhmliyəm!

(161) Kafir olanlara və kafir olaraq tövbə etməzdən əvvəl ölənlərə Allahın rəhmətindən qovulduqları üçün onların üzərinə Allahın lənəti olsun! Onlar Allahın rəhmətindən qovulduqları və uzaqlaşdıqları üçün onlara mələklərin və bütün insanların lənəti olsun!

(162) Onlar daima bu lənətin içərisində qalacaqlar. Onların əzabı bir gündə olsa belə yüngülləşdirilməyəcək və onlara Qiyamət günü möhlət də verilməyəcəkdir.

(163) Ey İnsanlar! Sizin ibadət etdiyiniz haqq ilah zatında və sifətlərində təkdir. Ondan başqa haqq məbud yoxdur. O, geniş mərhəmət və rəhmət sahibidir. Allah qullarına rəhimlidir, belə ki, onlara tükənməz nemətlər bəxş etmişdir.

(164) Həqiqətən, göylərin və yerin və onların arasında olan təəccüblü məxluqların yaradılmasında, gecə ilə gündüzün bir-birini ardınca əvəz etməsində, içərisində: yemək, paltar, ticarət malları və s. insanlar üçün mənfəətli şeylər olan gəmilərin dəniz sularında üzməsində, Allahın göydən yağmur yağdıraraq yer üzünü yenidən dirildib orada bitki bitirməsində, müxtəlif növ məxluqatın yer üzünün hər bir tərəfinə yaymasında, küləklərin bir tərəfdən başqa bir tərəfə istiqamətini dəyişməsində və göylə yer arasında ram edilmiş buludların bir səmtdən başqa səmtə döndərilməsində başa düşən, ağıl sahibləri üçün Allahın təkliyinə dəlalət edən açıq-aydın əlamətlər vardır.

(165) Uca Allahın varlığına dəlalət edən bu açıq-aydın ayətlərin olmasına baxmayaraq insanlardan elələri də vardır ki, Allahdan qeyrilərini özlərinə ilah qəbul edib, onları uca Allaha tay tutur və onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi, onların Allahdan qeyrilərinə ibadət ediklərinə olan sevgisindən daha güclüdür. Çünki möminlər heç bir şeyi Allaha şərik qoşmaz və Allahı daima, xoş və çətin vaxtlarında da sevərlər. Amma onlar isə öz ilahlarını yalnız xoş vaxtlarında sevərlər, çətin vaxtlarında isə ancaq Allaha dua edərlər. Kaş ki, Allaha şərik qoşmaq və günah işlər görməklə özlərinə zülm edən kimsələr axirətdə onlara olan əzabı gördükləri zaman bütün qüvvətin yalnız tək Allaha məxsus olduğunu və Allahın, Ona asi olanlara qarşı şiddətli əzab verdiyini görəydilər. Əgər onlar bunu görsəydilər heç vaxt Allaha şərik qoşmazdılar.

(166) Belə ki, onlar Qiyamət gününün şiddətətli əzabını gördükdə, tabe olunmuş başçılar onlara tabe olan zəyif kimsələrdən uzaqlaşacaqlar və elə bu zaman onlar aralarındakı hər bir nicat əlaqələri kəsiləcəkdir.

(167) Zəif və başçılarına tabe olan kimsələr deyəcəklər: "Kaş, bizim dünyaya bir daha dönüməyə imkanımız olaydı, indi başçılrımız bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq". Allah Qiyamət günü onlara şiddətli əzabı göstərdiyi kimi, onların batil üzərində başçılarına tabe olduqlarını sonda peşmançılıq və hüzündən başqa bir şey olmadığını göstərəcəkdir və onlar cəhənnəm odundan əbədiyyən çıxa bilməzlər.

(168) Ey insanlar! Yer üzündəki əti pak olan heyvanlardan, yerin bitirdiyi bitki və ağacların meyvəsindən, həmçinin, halal yolla qazanılan təmiz qidalardan yeyin və sizi Allahın yolundan azdıran şeytanın yolu ilə getməyin! Həqiqətən, o, sizə düşmənçilik bəlli olan, sizin açıq-açığına düşməninizdir. Heç bir ağıllı insana ona əziyət verməyə və onu Allahın yolundan azdırmağa həris düşməninin ardınca getmək caiz deyildir.

(169) Çünki şeytan sizə yalnız günah işlər görməyi və Allahın dinindən Allahın yaxud da ki, peyğəmbərlərin xəbər vermədiy bilmədiyiniz şeyləri söyləməyi əmr edər.

(170) Kafirlərə: "Allahın göndərdiyi doğru yola və nura tabe olun!"– deyildikdə, onlar inadkarlıq edərək: "Biz yalnız ata-babalarımızın dininə tabe olacağıq!"– deyirlər. Əgər onların ata-babaları Allahın doğru yolundan və nurundan heç nə dərk etmirlərsə və Allahın sevib razı qaldığı haqq yol ilə getmirlərsə necə?!

(171) Ata-babalarının ardınca gedən kafirlərin məsəli heyvanların haylayanın hevyanları isə onun səsini eşidib, nə dediyini anlamayan çobanın məsəlinə bənzəyir. Onlar haqqı eşidməkdən kardırlar, haqqı eşidib ondan faydalana bilməzlər, dilləri də haqq kəlməsini deməkdən laldır və haqqı görməkdən də gözləri kordurlar. Elə buna görə də siz onları dəvət etdidyiz doğru yolu anlamazlar.

(172) Ey Allaha iman gətirib, Onun rəsuluna tabe olan kimsələr! Allahın sizə verdiyimiz təmiz və halal ruzilərdən yeyin! Allahın sizlərə bəxş etdiyi zahiri və batini nemətlərə görə Ona şükür edin! Uca Allahın sevdiyi əməlləri etməniz də və Ona asi olan əməllərdən də uzaq durmanız da Ona olan şükürdəndir! Əgər siz həqiqətən tək Allaha ibadət edib və Ona heç bir şeyi şərik qoşmursunuzsa!

(173) Allah sizə ölmüş, şəriətə müvafiq olmadan kəsilmiş heyvan ətini, axar qanı, donuz ətini və həmçinin kəsildiyi zaman üzərində Allahdan başqasının adı ilə kəsilən heyvan ətini yeməyi haram etmişdir. Lakin insan məcburiyyət qarşısında qaldıqda özünə zülüm etmədən və həddi aşmadan zəruri ehtiyacı ödəyənə qədər bunlardan yeməyə məcbur olan kimsənin heç bir günah və əzab yoxdur. Həqiqətən Allah, Ona tövbə edən qullarını Bağışlayandır və onlara Rəhmlidir! İnsanın zərurətdən bu haramlardan yeməsidə günah olmaması da Allahın qullarına olan Rəhmindəndir.

(174) Yəhudi və nasranilərin etdikləri kimi, Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) haqqa və Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbərliyinə dəlalət edən ayələri gizlədib və bunun müqabilində bir az başçılıq kimi yaxud şan-şöhrət yaxud da ki mal-dövlət əldə edənlərin həqiqətdə isə yedikləri qarınlarında onlara yalnız odla əzab olmaların səbəb olacaqdır. Qiyamət günü Allah onlarla onların sevidiyi tərzdə deyil, əksinə onları məyus edən tərzdə danışar, onları təmizə çıxarmaz və onlara tərif etməz. Onlara ağrıdıcı bir əzab vardır!

(175) İnsanların möhtac olduğu elmi gizlətməklə vəsf olunan insanlar, həqiqətdə, elmi gizlətdikləri üçün doğru yol əvəzinə zəlalət yolunu, Allahdan bağışlanmaqın əvəzinə isə Allahın əzabı satın almış kəslərdir. Bu kimsələr, onların Cəhənnəm oduna daxil olmasın səbəb olan əməllərə necə də səbrlidirlər. Elə bil ki onlar, Cəhənnəm əzabına səbirli olduqları üçün oradakı əzaba heç fikir də vermirlər.

(176) Bu cəza, onların, Allah ilahi kitabları haqq olaraq göndərdiyi səbəbin, elmi və doğru yolu gizlətdiklərinə görədir. Bu isə haqqı gizlətməyi deyil əksinə insanlara bəyan etməyi tələb edir. İlahi kitablar barəsində ixtilaf edənlər, bu kitabların bəzisinə iman edib bəzisini isə gizlədənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət və ayrılıq içindədirlər.

(177) Allah yanında Onun razı qaldığı xeyir əməl heç də məşriqə yaxud da məğribə tərəf çevirməkdən ibarət deyildir. Lakin həqiqi xeyir əməl sahibi tək ilah olan Allaha, qiyamət gününə, bütün mələklərə, nazil edilən bütün kitablara və aralarında heç bir fərq qoymadan bütün peyğəmbərlərə ima gətirən, mal-dövlətini çox sevib və ona həris olmasına rəğmən malını qohum-əqrəbasına, həddi-büluğa çatmazdan əvvəl atasını itirmiş yetimlərə, ehtiyac sahiblətinə, ailəsindən və vətənindən uzaq düşüb səfərdə yolda qalan qərib insana, ehtiyac üzündən insanlardan maddi kömək istəməyə məcbur qalan kimsəyə, malı qul və əsir azad olunmasına sərf edən, namazı Allahın əmr etdiyi kimi tam şəkildə qılıb, vacib zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, yoxsulluq, çətinlik və xəstəlik üz verdikdə səbir edənlər və cihad zamanı döyüşün şiddətli vaxtında döyüşdən qaçmayanlar kimsələr imanlarında, əməllərində və sözlərində Allaha sadiq olan kimsələrdir. Allahın onlara əmr etdiyini yerinə yetirib və onları qadağan etdiyi şeylərdəndə uzaq duran müttəqi olanlar da elə məhz onlardır.

(178) Ey Allaha iman gətirənlər və Onun peyğəmbərinə tabe olan kimsələr! Başqalarını günahsız yerə düşmənçilik üzündən öldürən kimsələrdən qisas almaq sizə fərz edilmişdir. Qatilə verilən əzab onun törətdiyi cinayətin mislində olmalıdır. Azad kimsə azad olan kimsəyə görə, qul kimsə qul olan kimsəyə görə, qadına da qadına görə öldürülməlidir. Əgər öldürülən şəxs ölməzdən əvvəl qatili əvf edərsə, yaxud da ölənin varisləri qanbahası müqabilində qatili əfv edərsə, - qanbahası: varisin qatili əff etməsi müqabilində qatilin varisə ödədiyi puldur - varis qatildən qanbahasını minnət qoyaraq və əziyyət verərək deyil əksinə yaxşı rəftarla tələb etməlidir. Qatil də öz növbəsində qanbahasını geçikdirmədən yaxşılıqla ödəməlidir. Qatili əff etmək və ya qanbahası olmaq Rəbbiniz tərəfindən sizə bir yüngülləşdirmədir və bu ümmətə bir mərhəmətdir. Kim qatili əff etdib qanbahası aldıqdan sonra ona qarşı həddini aşsa, onun üçün Uca Allahdan ağrıdıcı bir əzab vardır.

(179) Allahın qoyduğu qisas hökmündə, qanınızın qorunması və bir-birinizə qarşı həddi aşmağın qarşısını almaqla sizin üçün həyat vardır. Bunu yalnız, uca Allahdan qorxub, Onun qoyduğu şəriətə tabe olub və Allahın əmrini yerin yetirən ağıl sahibləri dərk edər.

(180) Sizlərdən birinə ölüm əlamətləri və ya səbəbləri gəldiyi zaman, əgər o, çoxlu mala sahibdirsə, şəriətin təyin etdiyi qaydaya müvafiq olaraq, malın üçdə birindən çox olmamaq şərti ilə valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona fərz edilmişdir. Buna əməl etmək, uca Allahdan qorxan müttəqilər üzərində təkid olunan bir haqdır. Bu hökm, miras ayələri nazil olmazdan əvvəl idi, miras ayələri nazil olduqdan sonra həmən ayələt meyitə kimin varis olduğunu və hər bir varisin də sahib olduğu malın miqdarını açıq-aydın bəyan etdi.

(181) Kim vəsiyyəti bildikdən sonra onu artıraraq yaxud azaldaraq yaxud da ki vəsiyyətin, vəsiyyət olunan insana çatmasına mane olaraq vəsiyyəti dəyişdirsə, bu zaman günah vəsiyyət edənə deyil, yalnız onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah qullarının sözlərini eşidəndir, əməllərini isə biləndir və onların heç bir halı da Allaha gizlin qalmaz.

(182) Kim vəsiyyət sahibinin haqsızlıq etməsini və ya vəsiyyət də kiməsə zülm olunduğunu bilərsə, vəsiyyət edənin etdiyi xatanı aradan qaldırmaq məqsədi ilə vəsiyyətə dəyişiklik edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz, əksinə, bu yaxşı əmələ görə o, savab qazanar. Şübhəsiz ki, Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara rəhmlidir!

(183) Ey Allaha iman gətirənlər və Onun peyğəmbərinə tabe olan kimsələr! Oruc sizdən əvvəlki ümmətlərə fərz edildiyi kimi, Rəbbinizdən sizə də oruc tutmaq fərz edildi ki, bəlkə saleh əməllər edərək özünüzlə Allahın əzabı arasında orucu sipər edib, Allahdan qorxasınız. Saleh əməllərin ən əzəmətlilərindən biridə orucdur.

(184) Sizə fərz buyurulmuş oruc, sizin, il ərzində bəzi günlərdə tutduğunuz orucdur. Sizlərdən oruc tutmağa çətinlik çəkən xəstə, yaxud səfərdə olan kəs orucunu aça bilər. Sonra isə tutmadığı hər günün əvəzinə bir gün oruc tutmalıdır. Oruc tutmağa taqəti olub, iftar edənlər isə fidyə verməlidirlər. Fidyə: iftar etdiyi hər bir günün əvəzində bir yoxsulu yedirtməyə deyilir. Kim hər bir günün əvəzində bir yoxsuldan çox insan yedirtərsə yaxud da həm oruc tutub, həm də ki, yoxsul yedirtərsə bu onun üçün daha xeyirli olar. Oruc tutmanız, sizin üçün iftar edib sonra da fidyə verməkdən daha xeyirlidir. Kaş, orucun fəzilətini biləydiniz. Bu hökm, Allah orucu vacib etdiyi ilk vaxtlarda idi, kim istəsə oruc tutardı, kim də istəsəydi iftar edib fidyə verə bilərdi. Bundan sonra Allah, oruc tutmağı vacib etdi və orucu hər bir həddi-büluğa çatan və oruc tutmaqa taqəti olan insana fərz etdi.

(185) Quranın peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil olması Ramazan ayının qədir gecəsində başlamışdır. Allah bu Quranı insanlara doğru yolu göstərmək üçün nazil etmişdir. Quran da doğru yolu göstərən və haqqı batildən ayırd edənin açıq-aydın dəlillər vardır. Kim bu aya yerli və sağlam olaraq yetişərsə, onun, həmin ayda oruc tutması vacibdir. Xəstəliyi üzündən oruc tutmağa çətinlik çəkən yaxud bu ayda müsafir olan kimsə orucunu aça bilər. Əgər bu səbəbdən orucunu açarsa, iftar etdiyi günləri qəza etməsi vacibdir. Allah sizin üçün qoyduğu bu şəriətlə sizə çətinlik deyil, asanlıq istər ki, siz oruc ayının bütün günlərini tamamlayasınız və ramazan ayının sonunda və bayram günündə Allah sizi bu ayı kamil olaraq oruc tutmağa müvəffəq və yardım etdiyi üçün Onun şəninə təkbirlər deyəsiz. Bəlkə siz, Allahın sizi razı olduğu dinə yönəltdiyi üçün Ona şükür edəsiniz.

(186) Ey Peyğəmbər! Əgər qullarım səndən Mənim onlara yaxın olmam və onların dualarına icabət etməm barədə soruşsalar, Mən onlara yaxınam, onarın hər bir halından xəbərdaram, dualarını da eşidirəm və buna görə onların heç bir vasitəçilərə və ya səslərini hündürə qaldırmağa ehtiyacları yoxdur. Mənə ixlasla dua edənin duasını qəbul edərəm. Gərək onlar da Mənim əmrlərimə tabe olub və imanlarında sabit qalmalıdırlar. Çünki bu, Mənim onların dualarına cavab verməyim üçün ən yaxşı vasitədir. Əgər onlar belə etsələr, bəlkə dini və dünyavi işlərində doğru yola yönəlmiş olarlar.

(187) İslamın əvvəl vaxtında, kişi oruc gecəsi yatıb sonra da fəcrdən qabaq yuxudan oyansaydı ona yemək, içmək və ailəsinə yaxınlıq etmək haram idi. Ey Möminlər! Allah bu hökmü nəsx edib və sizə oruc gecələrində qadınlarınıza yaxınlıq etməyi halal etdi. Onlar sizin örtüyünüz və iffətinizdir, sizdə onların örtüyü və iffətisiniz. Siz daima biri-birinizə möhtacınız. Allah sizin öz nəfslərinizə xəyanət edərək, sizi qadağan etdiyi əməli etmənizi bilir. Allah sizə rəhm edib, tövbənizi qəbul etdi və bu hökmü sizin üçün yüngülləşdirdi. İndi isə qadınlarınıza yaxınlaşın və onlara, Allahın qədər olaraq yazdığı züriyyəti istəyərək yaxınlıq etdin. Dan yeri sökülənə, fəcrin ağlığı gecənin qaranlığından seçilənə qədər bütün gecəni yeyin-için. Sonra fəcirin vaxtı daxil olandan ta günəş batana qədər orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman qadınlara yaxınlıq etməyin. Çünki bu etikafı batil edir. Yuxarıda qeyd edilən bu hökmlər, halal ilə haram arasında olan Allahın hüdudlarıdır, bu hüdudlara heç vaxt yaxın durmayın. Kim Allahın hüdudlarına yaınlaşarsa harama düşməsinə az qalar. Allah belə açıq-aydın hökmlərlə Öz ayələrini insanlara bəyan edir ki, bəlkə onlar əmr olunan işləri etməklə və qadağan olunan işləri isə tərk etməklə Allahdan qorxalar.

(188) Sizdən bəziləriniz-bəzilərinin malını oğurlayaraq, zorla alaraq və ya aldadaraq haqsızlıqla götürməsin. İnsanların malının bir qismini asilik edərək onların əlindən almaq üçün hakimlər yanında mübahisə etməyə çalışmayın, axı siz, Allahın bunu haram etdiyini bilirsiz. Haram olduğunu bildiyi halda günaha yol yerməyin əzbı isə daha şiddətlidir.

(189) Ey Peyğımbər! Səndən yeni doğan ayların yaranması və bu ayların dəyişməsi barəsində soruşurlar. Sən onlara cavab olaraq bunun hikməti haqqda belə de: "Bunlar insanlar üçün vaxt ölçüləridir, onlar bu aylar vasitəsi ilə hacc aylarının və orucun vaxtını, zəkatın bir ilin tamam olmasını kimi ibadət vaxtlarını və müamələ məsələlərində də qanbahası vermək və borcu qayramaq kimi müəyyən etdikləri vaxtları bilirlər". Həcc və ya ömrə ehram libasında olduqda -Cahiliyyət dövründə düşündüyünüz kimi- evlərə arxa tərəfdən daxil olmaq heç də yaxşı və xeyir əməl deyildir. Lakin həqiqi yaxşı əməl sahibi Allahdan gizlidə və aşkarda qorxan insandır. Evlərə qapılarından daxil olumaq sizin üçün daha rahatdır və məşəqqətdən uzaqdır. Çünki Allah sizi, çətin və məşəqqətli işlərtlə mükəlləf etməmişdir. Saleh əməl edərək özünüzlə Allahın əzabı arasında sipər edin. Belə etsəniz bəlkə istədiyinizə nail olmaqla və qorxduqunuzdan nicat tapmaqla xoşbəxt olarsınız.

(190) Sizi Allahın dinindən yayındırmaq üçün sizinlə vuruşan kafirlərə qarşı -Allahın kəlməsini uca tutmaq üçün- sizdə vuruşun. Uşaqları, qadınları və qocaları öldürmək, yaxud da düşməni öldürdükdən sonra meyitə işgəncə vermək və s. buna oxşar şeylər etməklə həddinizi aşmayın. Həqiqətən, Allah, qoyduğu şəriəti və verdiyi hökmləri aşan kimsələri sevməz.

(191) Onlara harada rast gəlsəniz, öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Bu yer Məkkədir. Möminləri Allaha ibadət etməyə mane olub və onları yenidən küfrə qayıtmaları üçün onlara əzab-əziyyət vermək insan qətlə yetirməkdən də daha pisdir. Onlar sizinlə Məscidulharamın yanında döyüşə başlamayınca, siz də Məscidulharama təzim əlaməti olaraq onlarla orada döyüşə başlamayın. Əgər sizinlə Məscidulharamda döyüşə başlayarlarsa vuruşsalar, bu zaman onları öldürün. Belə bir cəza - bu, onların Məscidulharamda həddlərini aşdığına görə onları öldürməkdir - kafirlərin cəzası olur.

(192) Əgər onlar sizinlə döyüşməyə və öz küfr əməllərinə son qoysalar, siz də onlardan əl çəkin. Həqiqətən, Allah, Ona tövbə edənin tövbəsini qəbul edib onu bağışlayar və onların keçmişdə etdikləri əməllərə görə onlara əzab verməz. Allah qullarına rəhmlidir onlara əzabı tezləşdirməz!

(193) Kafirlərlə, Allaha şərik qoşmayınca, insanları Allahın yolundan mane olmayınca, küfr etməyincə və zahir din yalnız Allahın dini olmayıncaya qədər onlarla vuruşun! Əgər öz küfrlərinə və insanları Allah yolundan mane olmağa son qoysalar, bu zaman onlarla döyüşməkdən əl çəkin, çünki düşmənçilik ancaq küfr edən və insanları Allah yolundan mane olan zalımlara qarşı olur.

(194) Allahın sizi hicrətin 7-ci ilində Məscidulharama daxil olub, ümrə ziyarətini əda etməyi imkan verdiyi haram ayı, müşriklər hicrətin 6-cı ilində sizi Məscidulharama daxil olmanıza mane olduqları haram ayının müqabilidir. Məkkə şəhərinin, haram ayının və ehramın haram olması kimi - haramları da pozmağın cəzası, həddini aşanlardan qisas almaqdır. Kim sizə qarşı bu aylarda həddini aşarsa, siz də onun mislində cavab verin və cavab verdikdə həddinizi aşmayın, çünki Allah həddini aşanları sevməz. Allahın sizə izin verdiyi işlərdə həddinizi aşmaqdan qorxun. Bilin ki, Allah, müvəffəq və yardım etməklə Ondan qorxan qulları ilə birgədir.

(195) Malı, cihad və s. bu kimi Allaha itaət olan işlərdə xərcləyin. Cihadı və bu yolda mal xərcləməyi tərk edərək yaxud özünüzü, sizin məhvinizə səbəb olan təhlükəyə ataraq özünüzü ölümə atmayın. İbadətlərinizdə, davranışınızda və əxlaqınızda yaxşılıq edin! Şübhəsiz ki, Allah, hər bir işində yaxşılıq edənləri sevər, onların savabını çoxaldar və onları doğru yola müvəffəq edər.

(196) Uca Allahın razılığını qazanmaq üçün həcc və ümrə əməllərinin hər ikisini tam yerinə yetirin. Əgər siz, xəstəlik üzündən, yaxud düşmənə görə və ya başqa səbəbdən dolayı həcc və ya ümrə əməllərini yerinə yetirə bilməsəniz, o zaman ehramdan çıxmanız üçün imkan daxilində - dəvə, yaxud inək, yaxud da qoyun- qurban kəsməlisiniz. Qurbanlıq, kəsilməsi lazım olan yerinə çatana qədər başınızı qırxmayın va ya saçınızı qısaltmayın. Əgər kiməsə Məscidulharama daxil olmağa mane olunarsa, onda qoy qurbanı, mane olunduğu yerdə kəssin. Əgər Məscidulharama daxil olmağa mane olunmasa, qoy qurbanını bayram və ya təşriq günülərində kəssin. Sizlərdən xəstə və ya saçında bit olduğu üçün əziyyət çəkən varsa və bu səbəbdən başını qırxsa ona günah yazılmaz. Lakin həmin kimsə fidyə olaraq ya üç gün oruc tutmalı, ya Məscidulharamdakı miskinlərdən altı miskini doydurmalı, ya da bir qoyun kəsib Məscidulharamdakı fəqirlərə paylamalıdır. Əmin olduğunuz təqdirdə həcc aylarında ümrə ibadətini yerinə yetirib, həmin ilin həccinə qədər ehramda özünə haram olunanlardan istifadə edən kəs, imkan daxilində bir qoyun yaxud da yeddi nəfərə bir dəvə və ya bir inək qurban kəssin. Qurban kəsməyə maddi imkanı olmayan isə qurbanlıqın əvəzi olaraq həcc günlərində üç gün, ailəsinə döndükdən sonra isə yeddi gün oruc tutmalıdır. Beləliklə, bunların hamısı kamil on gün edər. Təməttü həcci edən kimsənin qurban kəsməsi və qurban kəsməyə maddi imkanı olmadığı təqdir də isə oruc tutmasının vacib olması hökmü, Məscidulharamda və ya Məscidulharama yaxın yerdə sakin olmayanlara aiddir. Allahın şəriətinə tabe olaraq və qoyduğu hüdudlara hörmətlə yanaşaraq Ondan qorxun. Bilin ki, Allahın əmrinə müxalif olan kimsəyə Allahın əzabı şiddətlidir.

(197) Həccin vaxtı məlum olan aylardadır. Bu aylar şəvval ayı ilə başlayıb zülhiccənin birinci on günü sona çatır. Kim bu aylarda həcci yerinə yetirməyi özünə vacib edib və ehrama niyyət edərsə ona zövcəsi ilə yaxınlıq etmək və yaxınlıq etməyə səbəb olan hər bir şey və həmçinin zaman və məkanın əzəmətliyinə görə asilik edərək Allahın taətindən çıxmaq haram olar. Qəzəbə və dartışmaya gətirib çıxaran mübahisə etmək də haramdır. Etdiyiniz yaxşı işi Allah bilir və mükafatını verəcəkdir. Həcc ibadətini yerinə yetirmək üçün özünüzə ehtiyacınız olan yemək, içmək azüqəsi əldə edin. Bilin ki, hər bir işinizdə ən xeyirli yardımçı olan Allah qorxusudur. Ey sağlam ağıl sahibləri əmrlərimə müti olmaqla və qadağanlarımdan çəkinməklə Məndən qorxun.

(198) Həcc vaxtı ticarət və s. bu kimi halal yolla ruzi qazanmanız sizə günah deyildir. Doqquzuncu gün ərəfatda durduqdan sonra zülhiccənin onuncu gecəsi müzdəlifəyə gəldikdə Məşərulharamda Allahın şəninə Sübhənallah, Lə iləhə illə Allah deyib və Allaha dua etməklə Onu yada salın! Sizə dini bilgiləri və həcc qaydalarını yönəltdiyinə görə Onu yad edin. Siz bundan öncə Onun şəriətindən qafil idiniz.

(199) Sonra siz, ərafatda dayanmayan cəhalət əhlinin etdiyi kimi deyil, əksinə İbrahimin - aleyhissəlam - ardınca gedən insanların etdiyi kimi ərafatdan çıxıb gəlin və ibadətləri əda etdikdə yol verdiyiniz naqisliklərə görə Allahdan bağışlama diləyin. Şübhəsiz ki, Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara rəhmlidir!

(200) Həcc əməllərini yerinə yetirib bitirdikdə Allahı yad edin və ata-babalarınızla fəxr edib onları təriflədiyiniz kimi, hətta ata-babalarınızı yad etdiyinizdən də daha artıq Allahı yad edin! Çünki sizdə olan hər bir nemət yalnız uca və Pak olan Allahdandır. İnsanlar müxtəlifdirlər, onlardan bəziləri yalnız dünya həyatına inanan kafir müşrikdir. Allahdan sağlamlıq, mal və övlad kimi dünya neməti və zinəti istərlər. Belə kimsələr dünyaya rəğbət edib, axirətdən üz çevirdiklərinə görə onların, Allah, axirətdə mömin qulları üçün hazırladığı nemətlərdən heç bir payı yoxdur.

(201) İnsanlardan, Allaha iman edib axirətə inanan və Rəbbindən dünya nemətləri, saleh əməl, cənnətə daxil olub və cəhənnəm əzabından xilas olmaqı diləyən kimsələrdə vardır.

(202) Allahdan həm dünya həm də axirət xeyirini diləyərək Ona dua edən kimsələr üçün dünyada etdikləri saleh əməllər müqabilində onlar üçün əzəmətli savab vardır. Allah əməlləri tez haqq-hesab edəndir.

(203) Sayı az olan günlərdə: zilhiccənin 11-i, 12-si və 13-ü günlərində "Allahu Əkdər""Lə iləhə illə Allah" deyib Allahı yad edin. Kim tələsib, on ikinci gündə daş atdıqdan sonra minadan çıxmaq istəyərsə, çıxa bilər və ona heç bir günah olmaz, çünki Allah bunu yüngülləşdirmişdir. Kim də 13-cü gün daş atdıqdan sonra çıxmaq istəyərsə, edə bilər və ona da heç bir günah olmaz. Bunu edən şəxs, ən kamilini etmiş və peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə tabe olmuşdur. Bunların hamısı, öz həccində Allahdan qorxaraq, həcc əməllərini, Allahın əmr etdiyi kimi yerinə yetirən, Allahın əmrlərinə tabe olub, qadağanlarından çəkinərək Allahdan qorxun şəxs üçündür. Bilin ki, siz, yalnız Onun hüzuruna dönəcəksiz və O, sizi əməllərinizə görə mükafatlandıracaqdır.

(204) Ey Peyğəmbər! İnsanlardan eləsi də var ki, o, münafiqdir. Onun bu dünya həyatında danışdığı sözləri səni heyran edər. Sən onu gözəl danışan görərəsən. Amma həqiqətdə o, sən ona inanmağın üçün belə edər, onun bununla məqsədi, öz canını və malını qorumaqdır və o, -yalançı olduğu halda- qəlbində olan imanı və xeyri Allahı şahid göstərər. Əslində isə o, müsəlmanlara qarşı ən qatı mübahisəçi və düşməndir.

(205) O adam səndən ayrılıb, dönüb getdikdə asi əməllərlə yer üzündə fitnə-fəsad törətməyə, əkini məhv etməyə və mal-qaranı tələf etməyə çalışar. Allah isə yer üzündə fitnə-fəsadı törətməyi və fitnə-fəsad əhlini sevməz!

(206) Yer üzündə fitnə-fəsadı törədənə - nəsihət olaraq - Allahın hüdudlarına hörmət edib və qadağanlarından çəkinərək, Ondan qorx, deyildikdə, təkəbbürlük və lovğalıq onu haqqa dönməsinə mane olar və beləliklə də günahda davam edər. Ona, Cəhənnəmə daxil olmaq, cəza olaraq kifayət edər. Cəhənnəm, öz əhli üçün necə də pis bir yerdir!

(207) İnsanlardan nəfsini Allahın razılığını qazanmaq üçün satan və canını Allahın itaətində sərf edən və Allah yolunda Onun razılığını qazanmaq üçün cihad edən mömin kimsələr də vardır. Allahın qullarına qarşı rəhməti genişdir və onlara şəfqətlidir!

(208) Ey Allaha iman gətirənlər və Onun peyğəmbərinə tabe olan kimsələr! İslamı bütövlüklə qəbul edin, ondan heç bir şeyi tərk etməyin və Kitab əhlinin etdiyi kimi, kitabın bəzisinə iman edib, bəzisini isə inkar etməyin. Şeytanın yollarına tabe olmayın, çünki o, sizə düşmənçiliyi açıq-aydın olan və düşmənçiliyini göstərən düşməninizdir.

(209) Sizə heç bir şübhə olmayan açıq-aydın dəlillər gəldikdən sonra siz, haqq yoldan meyil edib azğınlıqa düşsəniz, bilin ki, Allah yenilməz qüdrət və qüvvət sahibidir, işlərində və şəriətində hikmərlidir. Allahdan qorxun və Onu əzəmətli tutun.

(210) Yoxsa şeytanın yollarına tabe olub haqq yoldan azan kimsələr Qiyamət günü Allahın bulud kölgələri içində və mələklərin də o bulud kölgələrini hər bir tərəfdən əhatə edərək onlar arasında hökm vermək üçün pak və calal sahibi olan Allaha layiq şəkildə gəlməsinimi gözləyirlər? O gün Allah onlar arasında hökm verib qurtaracaqdır. Şübhəsiz ki, bəşəriyyətin işləri yalnız pak olan tək Allaha qaytarılacaqdır.

(211) Ey Peyğəmbər! İsrail oğullarından onları məzəmmət edərək onlardan soruş ki, uca Allah sizə peyğəmbərlərin doğruluğuna dəlalət edən nə qədər açıq-aydın dəlillər göstərdi! Siz isə bu dəlilləri yalan sayıb üz çevirdiniz. Kim Allahın nemətini bildikdən sonra onu inkar edib, yalan sayaraq dəyişdirərsə bilsin ki, Allah inkar edib, yalan sayanlara şiddətli cəza verəcəkdir.

(212) Dünya həyatı və orada olan keçici zövq və müvəqqəti ləzzətlər kafirlər üçün gözəlləşdirildi. Onlar Allaha və axirət gününə iman gətirənləri məsxərəyə qoyurlar. Halbuki Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinən müttəqilər Qiyamət günü o kafirlərdən üstün olacaqlar. Belə ki, Allah, onarı Ədn cənnətlərinə sakin edər və Allah istədiyi quluna saysız-hesabsız ruzi verər.

(213) Şeytanlar insanları azdırana qədər o insanlar ataları Adəmin dinində, haqq üzərində həmrəy olan tək bir ümmət idi. Sonra onlar, mömin və kafir olmaqla iki qismə bölündülər. Elə buna görə də Allah, iman və itaət əhlinə və Allahın onlar üçün hazırladığını müjdə verən, kafirləri isə Allahın onlar üçün hazırladığı şiddətli əzabla qorxudan peyğəmbərlər göndərdi və onlarla birlikdə içində heç bir şəkk-şübhə olmayan, yalnız haqq olan kitablar nazil etdi ki, insanlar arasında, onların ixtilafa düşdükləri şeylərə dair hökm versinlər. Halbuki Tövrat barədə yalnız özlərinə Tövratdan elm verilmiş yəhudilər özlərinə zülm edərək, onlara Tövratın haqq və Allah tərəfindən olmasına dair, həmçinin, Tövrat barədə ixtilaf etməyin caiz olmamasına dəlalət edən açıq-aydın dəlillər gəldikdən sonra ixtilafa düşdülər. Allah isə Öz izni və istəyi ilə möminləri doğru yolu azğınlıqdan ayırd etməyə müvəffəq etdi. Allah istədiyi kimsəni heç bir əyriliyi olmayan düz yola yönəldər. Bu da iman yoludur.

(214) Ey Möminlər! Yoxsa elə zənn edirdiniz ki, sizdən əvvəlkilərin başına gələn bəlalar sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə yoxsulluq və xəstəlik üz vermiş, qorxu onları elə titrəmiş, hətta müsübət elə həddə çatmışdır ki, onlar Allahın köməyinin tez bir zaman da gəlməsini gözləyirdilər. Hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt gələcək?"– deyirdilər. Agah olun ki, həqiqətən, Allahın köməyi Ona iman edib yalnız Allaha təvəkkül edənlərə yaxındır.

(215) Ey Peyğəmbər! Səhabələrin səndən müxtəlif növlü mallarından Allah yolunda nə verəcəkləri və kimə xərcləyəcəkləri haqqında soruşurlar. Onlara cabav olaraq de: "Verəcəyiniz hər bir xeyir - halal və təmiz mallarınız - valideynlərə, ehtiyacı olan yaxın qohum-əqrəbaya və yetimlərə, malı olmayan imkansız kasıblara, ailəsindən və vətənindən uzaq düşüb yolda qalan müsafirlərə aiddir. Ey Möminlər! Siz az və çox olmasından aslı olmayaraq nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir və Ona heç bir şey gizli qalmaz və Allah etdiyiniz əməllərin mükafatını verəcəkdir".

(216) Ey mömilər! Allah yolunda döyüşmək və bu yolda maldan və candan keçmək nəfsə xoş gəlməsə də, sizə fərz edildi. Ola bilsin ki, siz, Allah yolunda döyüşmək kimi bir şeyi sevməyəsiniz, amma həqiqətdə o sizin üçün faydalı və xeyirli olsun. Çünki Allah yolunda döyüşməyin əzəmətli savabı olmaqla yanaşı, düşmənlər üzərində qələbə çalmaq və Allah kəlməsini uca tutmaq vardır. Ola bilsin ki, siz, cihad etməmək kimi bir şeyi sevəsiniz, amma həqiqətdə o sizin üçün şər və zərərli olsun. Çünki cihadı tərk etmək zəliliyə və həmçinin düşmənlərin sizin üzərinizdə qələbə çalmasına səbəbdir. Allah işlərin hansı xeyir, hansının isə şər olmasını daha yaxşı bilir, siz isə bunu bilmirsiniz. Allahın əmrinə tabe olun, bu sizin üçün xeyirlidir.

(217) Ey Peyğəmbər! Səndən haram ayında: zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarında vuruşmaq barəsində soruşurlar. Onlara cavab olaraq de: "Bu ayda vuruşmaq Allah qatında böyük günah və pis əməldir, amma müşriklərin etdiyi kimi insanları Allah yolundan sapdırmaq, möminləri Məscidulharama buraxmamaq və Məscidulharam sakinlərini oradan çıxartmaq Allah yanında bu aylarda vuruşmaqdan da daha böyük günahdır. Onların etdikləri şirk, vuruşmaqdan daha böyükdür. Ey Möminlər! Müşriklər bacardıqca sizi haqq dininizdən batilə döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb Allaha kafir olaraq ölsə, onun saleh əməli batil olar və onun axirətdə qayıdış yeri oda daxil olub və orada əbədi qalmaq olar.

(218) Həqiqətən, Allaha və rəsuluna iman gətirənlər, Allah və rəsuluna hicrət edib vətənlərini tərk edənlər və Allahın kəlməsi uca olsun deyə vuruşanlar, Allahın mərhəmətinə və bağışlamağına ümid edən kəslərdir. Allah qullarının günahlarını bağışlayandır və onlara rəhmlidir.

(219) Ey Peyğəmbər! Səhabələrin səndən xamr (xamr: insanın ağlını başından alıb aparan hər bir şeyə xamr deyilir) və bu içkinin hökmü bunu satmaq və almaq barəsində soruşurlar? Səndən qumar (qumar: yarışda iştirak edən hər iki oyunçu tərəfindən təyin edilmiş mükafatı rəqabət yolu ilə götürməyə qumar deyilir) barəsində soruşanlara cavab olaraq de: "Onların hər ikisində həm: ağlın getməsi, malın əldən çıxması, aranızda ədavətin və qəzəbin yaranması kimi dini və dünyavi böyük zərərlər və fəsadlar vardır və həm də ki, mal əldə etmək kimi insanlar üçün kiçik bir mənfəət də vardır. Amma hər ikisinin zərəri və günahı hər ikisinin mənfəətlərindən daha böyükdür". Zərəri mənfəətindən daha çox olan şeydən ağıllı insan uzaq durar. Ey Peyğəmbər! Səhabələrin səndən Allah yolunda mallarından nə xərcləyəcəkləri və sədəqə verəcəkləri barədə soruşurlar? Onlara cavab olaraq de: "Ehtiyacınızdan artıq qalan malınızı Allah yolunda xərcləyin!". (Bu hökm, İslamın ilk vaxtında idi, sonra Allah xüsusi mallardan və müəyyən miqdarda zəkat verməyi vacib etdi). Heç bir anlaşılmazlıq olmayan bu kimi ayələrlə Allah sizə şəriətin hökmlərini belə bəyan edir ki, bəlkə, fikirləşəsiniz.

(220) Allah bunu, sizə dünyada və axirətdə fayda verən şeylər barədə fikirləşməniz üçün qanun etdi. Ey Peyğəmbər! Səhabələrin səndən yetimə baxmaq və onlarla necə rəftar etmək barəsində soruşurlar? Səndən: Yetimələrə pul xərclədikdə, onları yedizdirdikdə və onlar üçün yaşayış yeri təmin etdikdə onların mallarını öz mallarına qatsınlarmı -deyə soruşurlar? Onlara cavab olaraq de: "Yetimlərin malını qorumaq məqsədi ilə onlardan heç bir əvəz almadan, yaxud onların malını öz mallarınıza qatmadan çoxaltsanız, onların malını qorumağınız sizin üçün Allah yanında daha xeyirlidir və daha böyük savabdır". Əgər onların malını məişət, yaşayış yeri kimi və s. buna oxşar şeylərdə öz malınıza qatsanız, sizə günah olmaz, onlar sizin qardaşlarınızdır, qardaşlar isə biri-birinə kömək edər və biri-birinin ehtiyacını ödəyər. Allah, yetimə himayədarliq edən kimsələrdən yetimin malına şərik olub onların malını zay edənləri də, onlara yaxşılıq edənləri də bilir. Əgər Allah yetimlərin malına görə sizi çətinləşdirmək istəsəydi, əlbəttə ki, çətinləşdirərdi. Lakin uca və pak olan Allah sizə yetimlərlə davranmaq yolunu asanlaşdırmışdır, çünki Allahın şəriəti asanlıq üzərində bina edilmişdir. Həqiqətən, Allah qüdrətlidir heç kim Ona qələbə çala bilməz və O, xəlq etməyində, işlərində və şəriətində hikmətlidir.

(221) Ey möminlər! Allaha şərik qoşan qadınlar Tək Allaha iman gətirib, İslam dininə daxil olmayınca onlarla evlənməyin. Həqiqətən, Allaha və rəsuluna iman gətirmiş bir qul qadın, gözəlliyi və malı sizi heyran etmiş, bütlərə ibadət edən azad qadından daha xeyirlidir. Müsəlman qadınları müşrik kişilərə ərə verməyin. Həqiqətən, Allaha və rəsuluna iman gətirmiş bir kölə, sizi heyran edən azad müşrik bir kişidən daha xeyirlidir. Şirk ilə vəsf olunan - kişilər və qadınlar - kimsələr sözləri və əməlləri ilə sizi Cəhhənəmə daxil olmaqa sürükləyirlər. Allah isə sizi cənnətə aparan saleh əməllərə və Öz izni və lütfü ilə sizi günahlardan bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə onlar, dəlillərdən düşünüb ibrət alıb, əməl etsinlər.

(222) Ey Peyğəmbər! Səhabələrin səndən heyz barəsində soruşurlar. (Heyz: müəyyən vaxtlarda qadının bətnindən ifraz olan təbii qandır) Onlara cavab olaraq de: "Heyz kişi və qadın üçün bir əziyyətdir. Həmin vaxt qadınla cinsi əlaqədə olmaqdan uzaq durun. Bu qan onlardan kəsilib qüsl alıb təmizlənənə qədər qadınlarla əlaqədə olayın. Qan kəsilib bundan təmizləndikdən sonra isə Allahın sizə icazə verdiyi qayda üzrə onlar pak olduğu halda ön tərəfdən əlaqədə olun". Şübhəsiz ki, Allah günahlardan çoxlu tövbə edənləri də pisliklərdən təmizlənənləri də sevir.

(223) Qadınlarınız sizin əkin tarlanızdır. Torpaq bəhrə verdiyi kimi, qadınlarınız da sizin üçün övlad dünyaya gətirirlər. Əkin tarlanıza istədiyiniz tərəfdən, istədiyiniz kimi gəlin, əgər bu öndəndirsə! Özünüz üçün qabaqcadan yaxşı əməllər hazırlayın! Bu yaxşı əməllərdən biridə, kişinin zövcəsinə Allaha yaxınlaşmaq və saleh zürriyyət istəmək məqsədi ilə əlaqədə olmasıdır. Allahın əmrlərinə tabe olub, qadağanlardan çəkinməklə Allahdan qorxun. Bu əmr və qadağalardan biridə, Allahın sizin üçün qadınlar barədə qoyduğu qanundur. Bilin ki, siz qiyamət günü Allahla qarşılaşacaq və Onun hüzurunda duracaqsınız və O, sizin əməllərinizin mükafatını verəcəkdir. Ey Peyğəmbər! Möminlərə Rəbbləri ilə qarşılaşdıqda onları sevindirəcək əbədi qalan nemətlər və Allahın kərim üzünə baxmaqla müjdə ver.

(224) Allaha olan andınızı yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Əksinə, əgər yaxşılıq etməyəcəyinizə dair and içdikdə, həmən yaxılıqı edin və andlarınızın kəffarəsini verin. Allah sizin dediklərinizi eşidən, əməllərinizi isə biləndir və əməllərinizin mükafatını da verəcəkdir!

(225) Allah sizi: "Xeyr, Allaha and olsun", "Bəli, Allaha and olsun" kimi səhvən, qərəzsiz içdiyiniz andlara görə hesaba çəkməz, buna görə sizə kəffarə vacib olmaz və sizə əzab verməz. Lakin O, sizi qəsdən içdiyiniz andlara görə hesaba çəkəcəkdir. Allah qullarının günahlarını bağışlayandır və həlimdir, onlara əzabı tezləşdirməz.

(226) Zövcələri ilə yaxınlıq etməyəcəylərinə and içən kimsələr, and içdikləri vaxtdan başlayaraq dörd aydan çox keçməmək şərti ilə gözləməlidirlər. Buna ərəb dilində "İylə" -deyilir. Əgər onlar, zövcələrinə yaxınlıq etməyəcəklərinə görə and içdikdən sonra, dörd ay və ya dörd aydan az müddət ərzində andlarından dönüb, yaxınlıq etsələr, əlbəttə ki, Allah bağışlayandır, onların bu günahını bağışlayar və onlara qarşı rəhmlidir belə ki, sizin üçün bu anddan çıxış yolu qoyaraq, sizə kəffarə verməyi vacib etmişdir.

(227) Əgər onlar zövcələrinə yaxınlaşmaqı davamiyyətli olaraq tərk edib və andlarından dönməyib, boşanmaq qərarına gəlsələr, şübhəsiz ki, Allah onların talaq dedikləri sözlərini də eşidəndir, onların hər bir halını və qəlblərin də olanı da biləndir və onların əməllərinin müqabilini də verəcəkdir!

(228) Boşanmış qadınlar üç heyz gözləməli və bu müddət ərzində başqasına ərə getməməlidirlər. Əgər onlar həqiqətən Allaha və Axirət gününə iman gətiriblərsə, Allahın onların bətnində yaratdığını uşağı gizlətmək onlara caiz deyildir. Bu müddət ərzində ərləri, onları qaytarmağa daha çox haqlıdırlar. Əgər onlar bu barışmaqla mehriban münasibət yaradıb və talaqa səbəb olan şeyləri aradan qaldırmaqa qəsd edirlərsə. Ərlərinin qadınlar üzərində adətə müvafiq haqları olduğu kimi qadınların da haqları vardır. Kişilər qadınlar üzərində ixtiyar sahibi və həmçinin talaqın da onların ixtiyarında olduğu üçün, kişilərin qadınlar üzərində olan haqları bir dərəcə üstündür. Allah qüdrətlidir heç kim Ona qələbə çala bilməz və O, işlərində və şəriətində hikmətlidir.

(229) Ər, sahib olduğu talaqın sayı ikidir. Belə ki, ər, talaq verir sonra qaytarır, sonra talaq verir yenə də qaytarır. İki talaq bitdikdən sonra ər zövcəsini öz ismətində şəriətə müvafiq qayda üzrə saxlamalı yaxud zövcəsinə xoş münasibət göstərib və onun haqqlarını verdikdən sonra üçüncü dəfə talaq verməlidir. -Ey Ərlər- Zövcələrinizə mehr olaraq verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız qadın ərinin əxlaqından yaxud zahiri görnüşündən xoşlanmazsa və ər-arad bu xoşlanmamanın səbəbindən biri-birilərin üzərinə düşən haqqları verə bilməyəcəklərini zənn edərlərsə bu zaman bunu yaxın qohum-əqrəbasına yaxud da ki, başqa bir kimsəyə ərz etsinlər. Əgər kişi və qadın tərəfi, onların biri-birinə qarşı olan ailə haqqlarını yerinə yetirə yetiməyəcəklərindən qorxsalar, bu zaman qadın, əri onu boşanması üçün ərinə əvəz olaraq bir şey verməsində ikisinə də heç bir günah yoxdur. Bu şəri hökmlər, halal və haram arasını ayırd edən hökmlərdir bu hökmləri aşmayın! Kim Allahın halal və haram arasında olan hüdudlarını aşarsa, məhz onlar, özlərini həlaka, Allahın qəzəbinə və əzabına sürüklədikləri üçün zalımlardır.

(230) Əgər əri onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın, birinci ərinə halal olmaq məqsəd ilə deyil, əksinə, öz istəyi ilə düzgün nikah kəsildikdən sonra, başqa bir kişiyə ərə gedib və ikinci əri onunla cinsi əlaqədə olmayınca birinci ərinə halal olmaz. Əgər ikinci əri onu boşasa, yaxud vəfat etsə, hər birinin üzərinə vacib olan şəri hökmləri yerinə yetirəcəklərini zənn etdikləri təqdirdə nikah kəsib və qadının mehrini verib, yenidən evlənmələrində ikisinə də heç bir günah yoxdur. Bunlar şəri hökmlərdir, Allah bunları, Onun hökmlərini və hüdudlarını anlayan insanlar üçün bəyan edir. Çünki bu hökmlərdən bəhrələnən məhz insanlardır.

(231) Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yaxınlaşdığı zaman onları ya şəriətə müvafiq qayda üzrə qaytarın, ya da müvafiq qayda üzrə rici talaq etmədən gözləmə müddəti bitənə qədər buraxın. Cahillik dövründə etdikləri kimi qadınlara təcavüz etmək və zərər vurmaq məqsədilə onları qaytarmayın. Kim bunu qadına zərər vermək məqsədi ilə etsə, nəfsini günaha və əzaba məruz qoyduğu üçün özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmaq və ayələrə qarşı cürət etməklə istehza etməyin. Allahın sizə olan nemətlərini və bu nemətlərin ən əzəmətlisi olan, sizə nazil etdiyi Quran və Sünnə nemətini yadınıza salın. Allah bu nemətləri sizin Ona ümid və qorxu ilə ibadət etməniz üçün yadınıza salır. Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinməklə Ondan qorxun və bilin ki, Allah hər şeyi bilir, Ona heç bir şey gizli qalmaz və Allah etdiyiniz əməllərin müqabilini də verəcəkdir.

(232) Qadınlarınızı üç talaqdan az sayda boşadığınız və gözləmə müddəti başa çatdığı zaman - ey vəlilər- o qadınlar yenidən əvvəlki ərləri ilə öz aralarında razılığa gəlib yeni bir nikah bağladıqdan sonra ərə getmək istəsələr onlara mane olmayın. Onların yenidən əvvəlki ərlərinə qayıtmağa mane olmağı qadağan edən bu hökm, sizlərdən Allaha və axirət gününə iman gətirənlər üçün bir öyüd-nəsihətdir. Bu sizin üçün daha çox xeyirlidir və namusunuz və əməlləriniz üçün daha pakdır. Allah işlərin həqiqətini və sonunu bilir, siz isə bunuları bilmirsiniz.

(233) Analar öz övladlarını kamil iki il əmizdirməlidirlər. Bu, iki il əmizdirmə müddəti əmizdirməni tamamlamaq istəyənlər üçündür. Boşanmış süd əmizdirən anaların yeməyi və geyimi şəriətə müxalif olmamaq şərti ilə insanların adəti üzrə uşağın atasının üzərinə düşür. Allah heç kəsi imkanı və qüvvəsi çatdığından artıq yüklənməz. Valideyinlərdən hər hansı birinə, biri-birinə əziyyət verməsi üçün uşağı vasitə etməsi halal olmaz. Əgər uşağın atası və uşağın malı yoxdursa bu zaman atanın üzərində olan bu haqq eynilə varisin üzərinə düşür. Əgər ata və ana uşağın xeyri üçün öz aralarında məsləhətləşib razılığa gəldikdən sonra uşağı iki il tamam olmazdan əvvəl süddən kəsmək istəsələr, bu işdə ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqlarınızı doğma analarından başqa süd anasına əmizdirmək istəyirsinizsə və süd əmizdirən qadınların haqqını kəsmədən və gecikdirmədən şəriətə müvafiq qayda üzrə ödəsəniz, yenədə sizə heç bir günah olmaz. Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməklə Ondan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür və heç bir şey gizli qalmaz və O, etdiyiniz əməllərə görə sizin mükafatınızı verəcəkdir.

(234) Sizlərdən ölənlərin və özlərindən sonra tərk etdiyikləri hamilə olmayan zövcələri, özlərini dörd ay on gün müddətində gözləməsi vacibdir. Onlara bu müddət ərzində ərinin evindən kənara çıxması, zinət əşyalarından istifadə etməsi və ərə getməsi caiz deyildir. Ey Vəlilər! Onların gözləmə müddəti­ bitdikdən sonra, bu müddət ərzində onlara qadağan olan şeyləri, şəriətə və adətə müvafiq qayda üzrə, özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır, aşkara çıxartdıqınız və gizlində saxladıqınız işlərdən Ona heç bir şey gizli qalmaz və O, sizin əməllərinizin müqabilini verəcəkdir.

(235) Əri ölmüş yaxud üç talaqdan sonra ərindən tam boşanmış, gözləmə müddətində olan qadınlara elçi göndərmək istəyinizi açıq-aydın deyil: "Gözləmə müddətin sona çatdıqda mənə xəbər edərsən" buna oxşar işarə ilə bildirməkdə sizə heç bir günah yoxdur. Həmçinin gözləmə müddətində olan qadınla, gözləmə müddəti bitdikdən sonra onunla evlənmək istəyinin qəlbinizdə olmasında sizə heç bir günah yoxdur. Siz onlara çox rəğbət etdiyiniz üçün, onları mütləq xatırlayacağınızı Allah bilir və elə buna görə də sizə bunu açıq-aydın deyil, işarə ilə bildirmənizə icazə vermişdir. Lakin onlar gözləmə müddətində olduqca, onlarla nikah bağlamaq üçün gizlicə vədələşməkdən çəkinin. Onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin, buda ki, onlara olan istəyinizi işarə ilə bildirməkdir. Gözləmə müddəti bitməyincəyə qədər onlarla nikah bağlamayın. Bilin ki, Allah sizin qəlblərinizdə, sizə halal va ya haram etdiyindən nələrin gizlin saxladığınızı bilir. Allahdan qorxun və Onun əmrinə müxalif olmayın! Bilin ki, Allah, Ona tövbə edən qullarının günahlarını bağışlayandır və həlimdir onlara əzab verməyə tələsməz.

(236) Nikah bağladıqdan sonra cinsi əladəqdə olmadan və müəyyən bir mehr təyin etmədiyinizdən əvvəl zövcələrinizi boşasanız, sizə heç bir günah gəlməz. Əgər onları bu halda boşamalı olsanız, onlara mehr verməniz vacib deyildir. Vacib olan isə, onların könülünü almaq üçün, imkan daxilində, əgər kişi varlıdırsa çox mal, əgər kasıbdırsa az mal verməsidir. Bu mal vermək, yaxşılıq edənlərin əməllərində və müamələlərində vacib bir haqqdır.

(237) Əgər nikah bağladıqdan sonra cinsi əladəqdə olmazdan əvvəl, müəyyən bir mehr təyin etdikdən sonra zövcələrinizi boşasanız, təyin etdiyinizin mehrin yarısını onlara verməniz vacibdir. Qadınların - əgər onların ağlı kamildirsə - bunu sizə bağışlaması, yaxud da ərlərin bunu qadınalara kamil olaraq bağışlaması isə müstəsnadır. Əgər öz aranızda haqqlarınızı biri-birinizə bağışlasanız, bu Allahdan qorxmaqa və Onun taətinə daha yaxındır. Həqiqətən Allah sizin nə etdiklərinizi görür. Allahın savabına nail olmaq üçün yaxşılıq etməkdə çalışın.

(238) Namazları Allahın əmr etdiyi kimi tam şəkildə yerinə yetirin, namazların arasında olan, orta namazı - əsr namazını qoruyun və namazlarınızda Allah qarşısında müti və Allahdan qorxaraq durun.

(239) Əgər düşməndən və s. bu kimi şeylərdən qorxsanız və namazı tam şəkildə yerinə yetirməyə qadir olmasanız, onda namazı gedərək ayaq üstə və ya dəvə, at və s. bu kimi minik üzərində oturaq halda, yaxud necə bacarırsınızsa elə də qılın. Təhlükə sizdən sovuşduqda isə Allahı, sizə öyrətdiyi kimi yad edin! Allahın sizə öyrətdiklərindən biri də, namaz qıldıqda Allahı kamil və tam şəkildə zikr etməkdir. Həmçinin Allahı, sizə nur və doğru yol kimi bilmədiyiniz şeyləri öyrətdiyi üçün zikr edin.

(240) Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə kamil bir ilin tamamınadək evlərindən çıxarmamaqı və onların maddi tələbatını ödənilməsini vərəsəsinə vəsiyyət etməlidirlər. Vərəsəniz də onların özləri barədə etdiklərinə görə, meyitin vəsiyyətini yerinə yetirmək üçün, onları zorla yaşadıqları evindən çıxarmamalıdır. Əgər onlar öz istəkləri ilə kamil bir il tamam olmazdan əvvəl çıxıb getsələr, onların zinət əşyalarından və ətirdən istifadə etdiklərinə görə həm sizə, həm də ki, onlara günah olmaz. Allah qüdrətlidir, heç kimsə onu məğlub edə bilməz, O, işlərində, şəri hökmlərin də və insanlar üçün təyin etdiyi qədərin də hikmət sahibidir. Əksər təfsir aimlərin rəyinə əsasən, bu əyənin hökmü, Uca Allahın: (Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər) [Bəqərə: 234] ayəsi ilə nəsx olunmuşdur.

(241) Boşanmış qadınların boşanma səbəbindən sınmış könüllərini almaq üçün, şəriətə müvafiq qayda üzrə, ərin maddi imkanının az və çoxluğunu nəzərə alaraq, qadınlara geyim, mal və s. bu kimi yaxşılıq etmək lazımdır. Bu hökm, Uca Allahın əmrini yerinə yetirib, qadağanından çəkinən müttəqilər üzərində bir borcdur.

(242) Ey möminlər! Yuxarıda qeyd edilən açıq-aydın izah kimi, Allah, Onun hüdudlarını və hökmlərini əhatə edən ayələrini sizə belə bəyan edir ki, bəlkə siz bunları başa düşüb, bunlara əməl edib, dünya və axirətdə xeyirə nail olasınız.

(243) Ey Peyğəmbər! Məgər çoxlu sayda insanların vəba yaxud başqa bir xəstəlik üzündən, ölümdən qorxaraq, yurdlarını tərk edib getmə xəbəri sənə gəlib çatmadımı? Onlar İsrail oğullarından bir tayfa idi. Allah onlara: "Ölün!"– dedi. Onlarda dərhal öldülər. Sonra isə Allah onlara, bütün işlərin Onun əlində olduğunu, onların özlərinə nə bir xeyir nə də ki, bir zərər verməyə qabir olmadığlarını bəyan etmək üçün onları yenidən diriltdi. Həqiqətən, Allah insanlara bol-bol nemətlər bəxş edən və onlara qarşı lütfkardır, lakin insanların çoxu bu nemətlərə görə Allaha şükür etməzlər!

(244) Ey möminlər! Allahın düşmənləri ilə Onun dininə yarım etmək və Allahın adını uca tutmaq üçün vuruşun. Bilin ki, Allah sizin sözlərinizi eşidəndir, qəlblərinizdə olanı da və əməllərinizi də biləndir və O, etdiyiniz əməllərin müqabilini verəcəldir.

(245) Sizlərdən malını yaxşı niyyətlə və könül xoşluğu ilə Allah yolunda xərcləyib, borc verən kimdir ki, Allahda ona verdiyi borcun bol-bol əvəzini qaytarsın?! Allah kimin ruzisini azaldar, sağlamlığını və s. bu kimi nemətləri əlindən alar, kimi də Öz hikməti və adilliyi ilə ona olan nemətini bol edər. Siz axirətdə yalnız Ona qaytarılacaqsınız və O, etdiyiniz əməllərin müqabilini verəcəldir.

(246) Ey Peyğəmbər! Məgər Musadan - aleyhissəlam - sonra İsrail oğullarından əsil-nəcabətli insanların xəbəri sənə gəlib çatmadımı?! O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə elə bir hökmdar təyin et ki, biz də onunla birğə Allah yolunda vuruşaq!" O da onlara belə dedi: "Allah sizə vuruşmaqı vacib etsə, ola bilsin ki, vuruşmayasınız?" Onlar peyğəmbərlərinin özləri barədə bu zənninə inkar edərək dedilər: "Bizə Allah yolunda vuruşmaqa mane olan nədir ki, artıq vuruşmaqı tələb edən səbəblər də vardır?. Çünki düşmənlərimiz bizi vətənimizdən çıxarmış və övladlarımızı da əsir almışdır, elə isə biz, vətənimizi və övladlarımızı onlardan xilas etmək üçün vuruşmalıyıq". Amma Allah vuruşmaqı onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdib, verdikləri əhdi yerinə yetirmədilər. Allah, Onun əmrindən üz çevirən, əhdini pozan zalımları tanıyır və onların etdikləri əməllərin müqabilini verəcəkdir.

(247) Peyğəmbərləri onlara dedi: "Allah Talutu onun bayrağı altında vuruşmanız üçün sizə hökmdar təyin etdi!". Onlardan əsil-nəcabətli olanlar, peyğəmbərlərinin bu seçiminə üz çevirib, inkar edərək dedilər: "O bizim üzərimizdə necə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik, çünki o, hökümdar övladı deyildir və ona hökümdar olması üçün heç böyük var-dövlət də verilməmişdir". Bu zaman Peyğəmbərləri onlara dedi: "Allah onu sizin üzərinizə hökmdar seçdi və elm və bədəncə sizdən üstün etdi. Allah Öz mülkünü hikməti və rəhməti ilə istədiyi kəsə verir. Allahın lütfü genişdir və bu lütfü istədiyinə bəxş edir və insanlardan buna kimin layiq olduğunu da bilir.

(248) Peyğəmbərləri onlara dedi: "Allahın onu sizin üzərinizdə hökmdar seçməsinin doğruluğunun əlaməti, Allahın, sizə içərisində bir rahatlıq olan tabutu - bu, İsrail oğullarından alınmış böyük bir sandığ idi - qaytarmasıdır. Bu tabutun içərisində, Musa və Harun ailəsinin qoyduğu, əsa və Tövratın bəzi lövhələri kimi qalıqlar var idi. Əgər siz həqiqətən möminsinizsə, bunda sizin üçün açıq-aydın əlamət vardır.

(249) Talut qoşunla birlikdə yurdundan çıxdıqda onlara dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir və döyüşdə mənimlə birgə olmasın. Kim ondan içməsə, o, məndəndir, döyüşdə mənimlə birgə ola bilər. Lakin məcbur olub bir ovuc miqdarında su içənə heç bir günah olmaz". Əsgərlərdən şiddətli sususluqa səbir edən az bir qismi istisna olmaqla hamısı o çaydan su içdilər. Talut və onunla olan möminlər çayı birlikdə keçdikdən sonra əsgərlərindən bəziləri dedilər: "Bu gün bizim Calut və onun qoşunu ilə döyüşməyə gücümüz çatmayacaq". Bu zaman, qiyamət günü Allahla qarşılaşacaqlarına yəqin olanlar isə dedilər: "Neçə-neçə sayı az olan mömin dəstə Allahın izni və yardımı ilə sayı çox olan kafir dəstəyə qalib gəlmişdir! Qələbə çalmaq üçün əsas imandır, çoxluq deyildir. Allah səbr edən qulları ilə birgədir, onlara qüvvət verər və yardım edər".

(250) Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda Allaha dua edərək dedilər: "Ey Rəbbimiz! Qəlbimizə möhkəm səbr ver, düşmənimizin qarşısından qaçmamaq və məğlub olmamağımız üçün qədəmlərimizi sabit et, qüvvətin və köməyin ilə kafir qövmə qələbə çalmaqda bizə yardım et!"

(251) Allahın izni ilə onları məğlub etdilər. Davud, onların başçıları Calutu öldürdü. Allah ona hökmranlıq və peyğəmbərlik bəxş etdi, ona istədiyi müxtəlif növ elmlər öyrətdi (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) və dünya və axirətdə ona fayda verən xeyirləri onun üçün çəm etdi. Əgər Allah bəzi insanların fəsadını digərləri ilə dəf etməsəydi, yer üzü fəsad törədənlərin əməllərindən viran qalardı. Lakin Allah bütün bəşəriyyətə qarşı lütfkardır.

(252) Ey Peyğəmbər! Bunlar, xəbərlərində doğru və hökmlərində isə adil, sənə oxuduqumuz Allahın açıq-aydın ayələridir. Şübhəsiz ki, sən aləmlərin Rəbbi tərəfindən göndərilən elçilərdənsən.

(253) Biz sənə xəbər verdiyimiz elçilərin bəzilərini vəhy nazil etmə, tərəfdarlar və dərəcələr baxımından di­gərlə­rindən üstün etdik. Allah on­lar­dan Musa - aleyhissəlam - kimi bəzisi ilə danış­mış və Muhamməd (sallallahu aleyhi və səlləm) kimi bəzisini isə yüksək dərəcələrə qaldırmışdir, çünki Allah onu, bütün bəşəriyyətə peyğəmbər göndərmiş, peyğəmbərliyə onunla da xitam vermiş və ümmətini isə bütün ümmətlərdən üstün edilmişdir. Biz Məryəm oğlu İsaya onun peyğəmbərliyinə dəlalət edən: ölüləri dirildmək, anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldmaq kimi açıq-ay­dın möcüzələr ver­dik və Biz onu, Allahın əmrlərini yerinə yetirmək üçün Cəb­rail - aleyhissəlam - ilə qüvvətlən­dir­dik. Əgər Allah istəsəydi, peyğəmbərlərdən son­ra gə­lən­lər özlərinə açıq-aydın dəlil­lər gəl­dikdən sonra bir-bi­ri­ləri ilə vuruşmaz­dılar. La­kin onlar ixti­laf et­dilər və bu səbəbdən ayrılığa düşdülər. Onlar­dan ki­mi­si Allaha iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah onların vuruşmamasını istə­səy­di, onlar bir-biriləri ilə vu­ruş­maz­­dılar. La­kin Allah istə­di­yini edər. İstədiyini rəhməti və lütfü ilə imana yönəldir, istədiyini isə ədaləti və hikməti ilə haqq yoldan azdırır.

(254) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qiyamət günü gəlməmişdən ön­cə, sizə ru­zi verdiyimiz müxtəlif növlü halal mallardan Allah yo­lunda xərcləyin! O gün inasan, ona fayda verən bir şeyi qazanması üçün alış-verişin etməsi mümkün olmaz, çətin vaxta yardım edən dost, köməyə gəlməz və Allahın istədiyi və Özünün razı qaldığı kimsələr müstəsna olmaqla heç bir vasitəçi, ondan heç bir zərəri uzaqlaşdıra yaxud ona bir xeyir verə bilməz. Kafir­lər, Uca Allaha küfür etdikləri üçün həqiqi za­lımdırlar.

(255) Allahdan başqa ibadətə layiq olan heç bir ilah yoxdur, O, Diridir. Ölüm və naqislik olmayan kamil həyata sahibdir. O, Özünü idarə edən, heç bir məxluqata ehtiyacı olmayan əksinə bütün məxluqat, hər bir işində Ona möhtac olan Qəyyumudur. O, kamil həyata və qəyyumluğa sahib olduğu üçün Onu, nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa hamısı yalnız Ona məxsusdur. Onun izni və razılığı olmadan Onun yanında kimsə başqasına şəfaət edə bilər O, məxluqatın olub keçmiş, hələ baş verməmiş və gələcəkdə baş verəcək bütün işlərini bilir. Onlar Uca Allahın elmindən, yalnız Onun, insanlara bildirmək istədiyindən başqa heç bir şey bilməzlər. Onun Kürsüsü -Kürsü: Rəbbin iki ayağını qoyduğu yerdir- göylər və yerin geniş və əzəmətli olmasına rəğmən bütünlüklə əhatə edir. Bunları qoruyub saxlamaq Ona çətin yaxud da ağır gəlməz. O, zatı, qüdrəti və hökmüranlığı ilə Ucadır, mülkündə və sultanlığında ən böyükdür.

(256) Kiminsə İslam dininə daxil olamsı üçün məcburiyyət yox­dur. Çünki bu din, haqq və açıq-aydın bir dindir elə buna görə də kiminsə bu dinə daxil olması üçün məcburiyyətə ehtiyac yoxdur. Ar­tıq doğru yol azğınlıq­dan ay­dın fərqlə­nir. Hər kim Allahdan başqa hər bir ibadət olunanları inkar edib tək Allaha iman gətirərsə, artıq o, Qiyamət günü nicat tapmaq üçün heç vaxt qırılmayan, ən möhkəm səbəb ilə dindən yapış­mış olar. Allah qullarının dedikləri hər bir şeyi eşi­dəndir, etdikləri hər bir şeyi bi­ləndir və onların etdikləri əməllərin müqabilini verəcəkdir.

(257) Allah Ona iman gətirənlərlə dostluq edər, onları müvəffəq edər, işlərində kömək olar və onları küfür və cəhalət zülmət­lər­dən iman və elm nu­ra çı­xarar. Kafirlərin dost­ları isə onlara küfrü gözəl göstərən və onları iman və elm nurdan küfür və cəhalət zülmətlə­rinə çıxaran ilahlar və bütlərdir. On­lar od sa­kin­­ləridirlər və onlar orada əbədi qala­caq­lar!

(258) Ey Peyğəmbər! Sən, İbrahim - aleyhissəlam - ilə Allahın Rəbb olması və təkliyi barədə mücadələ edən tağutun cürətindən daha təcüblü bir şey gördünmü?! O, Allaha qarşı cürət etdi, çünki Allah ona mal-dövlət verdi o isə bunun əvəzində həddini aşdı. İbrahim ona Rəbbinin sifətlərini bəyan edərək dedi: "Mənim Rəb­bim bütün məxluqatı dirildir və öl­dürür!". O azğın inadkarlıq edərək: "Mən də, diril­dirəm və öldürü­rəm, belə ki, istədiyimi öldürürəm və istədiyimi də əff edirəm!"– dedi. Bu zaman İbrahim - aleyhissəlam - ona daha tutarlı bir dəlil gətirərək belə dedi: "Mənim ibadət etdiyim Rəbbim gü­nə­şi məş­riq­ tərəfdən gətirir, sən isə onu məğ­rib­ tərəfdəndən gə­tir!". Bu zaman o azğın çaşbaş qaldıb, heç bir söz deyə bilmədi və dəlilin qüvvətindən məğlub oldu. Allah zalımlərin zülmünə və tüğyanına görə onları Öz doğru yola yönəlməyə müvəffəq etməz.

(259) Yaxud da damları çökmüş, divarları uçulmuş, sakinləri həlak olub xa­rabalığa və susuz düzənliyə çevrilmiş bir kən­din ya­nın­dan keçən kimsəni gördünmü? O kimsə təcüblənərək de­miş­di: "Allah bu kəndin sakinləri öldükdən sonra onu necə dirildə­cəkdir?". Allah onu yüz il müddətində ölü saxladı, sonra dirildib ondan: "Nə qə­dər ölü qaldın?"– deyə soruşdu. O: "Bir gün və ya bir gündən də az müddət ölü qaldım!"– deyə cavab verdi. Allah buyurdu: "Əksinə, sən tam yüz il ölü qaldın. Yediyinə və iç­diyinə bax, bunlar xarab ol­madan əvvəlki halında qaldı. Baxmayar ki, yekək-içmək tez bir zamanda xarab olur. Ölmüş uzun­qu­la­ğına da bax! Biz səni insan­lar üçün, onlar öldükdən sonra Allahın onları yenidən diritməyə qadir olduğuna dəlalət edən açıq-aydın bir əlamət edəcəyik. Uzun­qu­la­ğının dağılmış və bir-dirindən uzaq düşmüş sü­mük­lə­rinə də bax, gör Biz onları ne­cə qaldırır və necə bir-birinə birləş­dirir, sonra da, on­ların üstünü necə ətlə örtürük və onu bir daha necə həyata qaytarırıq". O, buna şahid olub, həqiqət ona bəlli olduqda, bunu etiraf edərək: "Mən ar­tıq, Allahı hər şeyə qa­dir olduğunu bildim­!"– dedi.

(260) Ey Peyğəmbər! Bir zaman İbrahimin - aleyhissəlam: "Ey Rəbbim, ölüləri necə di­rildiyini mə­nə öz gözlərimlə gös­tər!"– dediyini xatırla. Allah ona: "Mə­gər sən buna inanmır­san?"– de­yə buyurdu. İb­rahim dedi: "Əlbəttə ki, ina­nıram! Lakin qəlbimin daha rahat olmasını istəyirəm". Allah ona əmr edərək belə bu­yurdu: "Dörd cür quş tutub özünə tərəf çək və onları tikə-tikə et, sonra ətrafındaki dağların, hər dağın başına on­lardan bir parça qoy, sonra da onları çağır, tələm-tələsik sə­nin yanına gələcəklər. Artıq onlar yenidən həyata qayıtmışdılar. Ey İbrahim bil ki, Allah Öz mülkündə qüdrətlidir, işində, şəriətində və yaratmaqında hikmət sahibidir!"

(261) Mallarını Allah yolun­da xərclə­yənlərin savabının misalı əkinçinin münbit torpaqda əkdiyi yeddi sün­bül verən bir to­xumun misalına bənzəyir ki, bu sünbül­lə­rin hər bi­rin­də yüz ədəd dən vardır. Allah is­tə­diyi qulunun savabını ar­tı­rar və mükafatını hesabsız verər. Allahın lütfü, bəxşi genişdir və kimin üçün mükafatın qat-qat artırmaqa layiq olduğunu bi­lən­dir.

(262) Mallarını Allahın itaətinə və razılığına xərclə­yənlərin və sonra xərclə­dik­lə­ri­nin ardından onların savabını puç edən söz yaxud əməl ilə minnət qoy­ma­yan və əziyyət vermə­yən­lə­rin mükafatları Rəbbi ya­nındadır. Qiyamət günü on­lara heç bir qorxu olmayacaq və Allahın onlara verdiyi böyük nemətinə görə də kədərlənmə­yə­cəklər.

(263) Möminin qəlbinə sevinc daxil edən gözəl söz demək və sənə pislik edəni əff etmək, sədəqə verdiyin kimsəyə ardından minnət qoyaraq əziyyətlə verilən sə­də­qədən da­ha yaxşıdır. Allahın qullarına ehtiyacı yoxdur, O, həlimdir və onlara əzab verməyə tələsməz.

(264) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Sə­də­qələ­ri­nizin savabını, Alla­ha, axirət gününə və o gün Allahın verəcəyi savaba və əzaba inan­mayan şəxs kimi sədəqə verdiyiniz kimsəyə minnət qoy­maqla və əziyyət verməklə puç etməyin. Çünki bu cür sədəqə verənlərin məsəli, özünü insanlara gös­tərib, təriflənməsi məqsə­dilə malını xərclə­yən insanın məsəlinə bənzər. Belə insanın misalı üzə­rində torpaq olan ha­mar daşın misalına bənzə­yir ki, şid­dətli bir yağış o daşın üzərində olan torpaqı aparıb, üzərində heç bir şey olmayan, onu çılpaq hala sal­mış daşa bənzəyir. Özlərini insanlara göstərmək üçün malını xərcləyən kimsə də əməllərinin və xərclədiyinin savabını belə puç edər, sonda Allah yanında o, heç bir şeyə nail ola bilməz. Allah kafir qövmü, Onu, razı salan əməllərə yönəltməz və etdikləri əməllər və xərclədikləri mallar onlara fayda verməz.

(265) Mallarını Allahın razı­lığı­nı qa­zanmaq üçün və Allahın vədinə inanaraq rahaq qəlblə, könül xoşluqu ilə xərc­ləyən möminlərin misalı münbit hündür bir yerdə olan bostanın misalına bənzəyir ki, ona şid­dət­li yağış düşdük­dən sonra o öz bəh­­rəsini iki qat verər. Yox, əgər ona şid­­dətli ya­ğış düşməzsə, zərf ya­ğış da düşsə yerin münbit olduğuna görə bu da bəs edər. İxlasla malını Allah yolunda xərcləyənlərin də misalı belədir, Allah onların, Allah üçün xərclədiklərini qəbul edər, hətta xərclədikləri az bir şey olsa da belə onun savabını onlar üçün qat-qat artırar. Allah sizin nə etdiklə­ri­nizi görür. Mallarını ixlasla və insalara göstərmək üçün xərcləyən kimsələrin halı Allaha gizli qalmaz və O, hər bir kimsənin etdiyi əməlin müqabilini verəcəkdir.

(266) Məgər sizlərdən biri is­tə­yərmi ki, onun xurma və üzüm­ ağac­ların­dan iba­rət, ağac­ları altından şirin sular axan və için­də onun üçün hər cür gözəl mey­vələr olan bir bostanı olsun, sonra da o, qo­ca­lıb yaşa dolduqda heç bir işə qadir olmadığı zaman, özü­nün də, zəif, kişik və iş qabiliyyəti olmayan uşaq­ları ol­duğu halda, o, həm qocalığına və uşaqlarının kiçik olduğuna görə, həmən ki, onun bağa böyük ehtiyacı olduğu bir vaxta, bağa şiddətli odlu bir külək düşüb bütün bostanı yan­dır­sın?! Malını insanların görməsi üçün xərcləyənin misalı da bu insanın misalına bənzəyir. Belə insan, qiyamət günü savaba daha çox möhtac olduğu vaxt o, Allahın qarşısına heç bir savabı olmadan gələcəkdir. Allah belə bir açıq-aydın bəyanla dünya və axirətdə sizə fayda verən şeyləri izah edir ki, bəlkə bu haqqda fikirləşə­siniz.

(267) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qa­zan­­dığı­nız pak, halal maldan və sizin üçün tor­paq­dan çıxartdığımız yer bitkilərindən Allah yolunda xərc­ləyin. Əgər sizə verilsəydi, pisliyinə görə yalnız göz yumub ala­ca­ğınız pis şeylər­dən xərc­lə­mə­yə çalışma­yın. Məgər özünüzə razı olmadığınız bir şeyi Allah üçünmü razı olursunuz?! Bilin ki, Allah, sizin xərclədiklərinizdən zəngin­dir və O, zatında və işlərinə tərifə­la­yiq­dir.

(268) Şeytan sizi yoxsulluqla qorxudaraq, paxıllığa sövq edər və sizi günahlar və asiliklər etməyə çağırar. Allah isə günahlarınızın bağışlanması üçün sizə böyük bağışlan­ma və bol-bol ruzi vəd edər. Allahın lütfü genişdir və qullarının halından xəbərdardır.

(269) Allah sözdə və əməldə düzgünə müvəffəq olmağı yalnız istədiyi kəsə bəxş edər. Kimə bu verilər­sə, ona çox­lu xeyir verilmiş olar. Allahın ayələrindən yalnız Allahın nuru ilə nurlanan və Onun doğru yolu ilə gedən kamil ağıl sahibləri dü­şü­nüb ibrət alarlar.

(270) Allahın razılığını diləyərək xərclədiyiniz hər bir böyük və kişik sə­dəqəni və ya Allahın sizə vacib etmədiyi bir ibadəti, Allah üçün özünüzə vacib etdiyinizi də şüb­həsiz ki, bunların hamısını Allah bilir. Allah əməllərinizin savabını zay etməz və buna görə Allah sizə böyük mükafat verəcəldir. Allahın hüdudlarını aşıb, vacib olanı verməkdən boyun qaçıran zalimlərin isə qiyamət günü onları əzabdan qoruyan heç köməkçiləri ol­maz.

(271) Malınızdan sədəqə verdikdə onu aşkar verməyiniz necə də gözəldir. Əgər onu yox­sullara giz­lində versə­niz, bu sizin üçün aşkar verməkdən daha xeyirli olar. Çünki gizli sədəqə vermək ixlasa daha yaxındır. İxlas əhlinin sədəqələri, onların günahlarının üstünü örtməsinə və onların bağışlanmnasına səbəbdir. Allah nə etdik­lərinizdən xəbər­dardır və əməllərinizdən heç bir şey Ona gizli qalmaz.

(272) Ey Peygəmbər! Onların haqqı qəbul edib hidayətə gəlmə­ləri və haqqa tabe olub ona boyun əymələri də sənə aid deyildir. Sənə vacib olan yalnız onlara doğru yolu göstərib, tanıtmaqdır. Çünki haqqa və doğru yola müvəffəq olmaq ancaq Allahın əlindədir və O, istədiyini dogru yola yönəldir. Xeyirli şeylərdən xərclədiklərinizin mənfəti sonda sizə qayıdacaqdır, çünki Allahın buna ehtiyac yoxdur. Elə buna görə də xərclədiyinizi ixlasla, Allah üçün xərcləyin. Həqiqi möminlər isə mallarını yalnız Allahın razılığını qazanmaq üçün xərcləyirlər. Malınızdan Allah yolun­da az və ya çox olmasından aslı olayaraq nə xərclə­səniz, Allah onun əvəzi heç bir naqislik olmadan si­zə tam ve­rilər və şübhəsiz ki, Allah heç kimə zülm etməz.

(273) Sədəqələrinizi Allah yolunda ci­had, ruzi qazanmaq üçün səfər etməyə mane olan yoxsullar üçün edin. Bu kimsələr iffətli olub dilənmə­dik­lə­rinə görə tanıma­yan adam on­ları varlı zənn edir. Bu kimsələrin halına yaxından bələd olan insanlar, onların zahiri görnüşündən və geyimindən ehtiyaclı olduğunu bilirlər. Belə kimsələrin simalarından biri də budur ki, onlar üzə salıb in­sanlar­dan bir şeyi israrla istəyən yoxsullar kimi deyillər. Malınızdan Allah yolun­da nə xərclə­sənizsə, şübhəsiz ki, Allah onu bilir və Allah onun mükafatını sizə artıqlaması ilə verəcəkdir.

(274) Mallarını Allahın razılığını diləyərək, insanlara göstərmədən və eşitdirmədən gecə və gün­düz, gizli və aşkar xərcləyən­lərin Qiyamət gün öz Rəbbi yanın­da müka­fatı vardır. Axirətdə onların heç bir qor­xusu olmaz və dünyada əldə edə bilmədikləri nemətlərə görə də on­lar kədərlən­məzlər. Bunlar Allahın lütfü və neməti sayəsindədir.

(275) Sələmlə müamələ edib onu alanlar Qiyamət günü qəbirlərindən şeytan toxunmuş kimsənin qalxdığı kimi qalxarlar. O, qəbrindən qalxdıqda, özündən gedən insan kimi gah yıxılaraq, gah da ki, ayaq üstə duraraq qalxar. Bu, onların özlərinə sələm yeməyi halal etdikləri və sələm ilə Allahın halal etdiyi alış-verişin arasında fərq qoymadan: "Alış-veriş də halallıq baxımından sələmçilik kimidir və sonda hər ikisi də malı artırıb çoxaldır!"– demələrinə görə idi. Allah onların bu iddialarını rədd edib, etdikləri müqayisəni batil və dedikləri sözün isə yalan olduğunu bildirmişdir. Uca Allah alış-verişdə ümumi və xüsusi mənfəətlər olduğu üçün onu halal, sələmçiliyin isə zülm və insanların mallarını heç bir qarşılıqsız, batil yolla yemək olduğunu bəyan etmişdir. Hər kim özünə, Rəbbindən sələmin qadağan olması xəbəri gəldikdən sonra sələmçiliyə son qoyub və ondan Allaha tövbə edərsə, keçmişdə aldığı sələmlər ona bağışlanar, buna görə ona günah olmaz və bundan sonra gələcəkdə onun işi Allaha aid olar. Kim də özünə, Allahın sələmi qadağan etdiyi xəbəri çatdıqdan sonra və bunun haram olduğunu bildiyi halda yenidən sələmə qayıdarsa, o, Cəhənnəmə daxil olmağa və orada əbədi qalmağa layiq görülər. Cəhənnəmdə əbədi qalmaq dedikdə, burada sələmin halal olduğunu idda edərək yeyən, yaxud orada əbədi deyil, üzün müddət qalmaq nəzərdə tutulur. Çünki Cəhənnəmdə əbədi olaraq yalnız kafirlər qalacaqlar. Amma tövhid əhli orada əbədi qalmazlar.

(276) Allah sələm ilə qazanılan malı ya hissi tələf etməklə, ya da həmin malın bərəkərini almaqla mənən məhv edər. Allah sə­dəqə­ləri isə artırar və onun savabını qat-qat çoxaldar və hər yaxşılığa, onun on mislindən ta yeddi yüz qatınadək hətta bundan da daha artıq əvəz verilər və sədəqə verən kimsələrin mallarına bərəkət verər. Allah hər bir kafr, inadkar, haramı halallaşdıran asi və günah əməllərdə israrlı olan kimsələri sev­məz.

(277) Həqiqətən, Allaha iman gətirib Onun rəsuluna tabe olan, saleh əməllər edən, na­mazı Allahın əmr etdiyi kimi tam şəkildə qılan və mallarının zəkatını, zəkat almağa layiq kimsələrə ve­rənlərin mükafatları Rəbbi­ ya­nındadır. Axirətdə onların heç bir qor­xusu yox­dur və on­lar əldə edə bilmədikləri dünya və onun nemətlərinə görə də kədərlən­məzlər.

(278) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkinməklə On­­dan qorxun. Əgər siz Allaha və sizi qadağan etdiyi sələmin haram olmasına həqiqi iman etmisinizsə, elə isə insanlarda sələmdən qalan mallarınızı tələb etməkdən əl çəkin.

(279) Əgər sizə əmr olunanı etməsəniz, Alla­hın və Onun rəsulunun sizə mühari­bə elan etdi­yini bilin və buna yəqin olun. Yox, əgər sələmi tərk edib, Allaha töv­bə etsəniz, borc verdiyiniz mallarınızın maya dəyəri sizin­dir. Mallarınızın maya dəyərindən artıq almamaqla nə siz zülm edər­si­niz, maya dəyərindən naqis qaytarmamaqla nə də sizə zülm olunar.

(280) Əgər borclu tələb etdiyiniz kəs borcu qaytarmağa qadir deyilsə və maddi durumu çətindirsə, o zaman onun maddi durumu yaxşılaşıb, borcu qaytarmağa imkanı olana qədər ona möh­lət verin. Borcu tələb etməyib, borcu ona sədəqə etməyiniz yaxud borcun bir hissəsini ona bağışlamanızın uca Allah yanında si­zin üçün nə qədər xe­yir­li olduğunu biləydiz!

(281) Hamınız Allahın hüzuruna qay­ta­rılacağı­nız günün əzabından qorxun! Sonra hər kəsə qa­zandığı xeyir yaxud şərin əvəzi veriləcək və onlara əməllərinin savabı naqis olmaqla və günahlardan artıq əzab verməklə zülm edilməyəcəkdir.

(282) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Borcla müamilə etdiyiniz zaman, mü­əy­yən bir müddətədək bir-bi­ri­ni­zə borc ver­dikdə, onu ya­zın. Qoy bunu aranızda bir katib haqq, vicdan və şəriətə müvafiq qayda da yazsın. Katib borcu Alla­hın ona öy­rətdiyinə müvafiq və ədalətlə yaz­maqdan imtina etməsin. Qoy o, borc alan adamın şəxsi təsdiqi ilə olması üçün onun dediyini yazsın. Rəbbi olan Allah­dan qorxsun və borcun dəyərindən, növündən və keyfiyyətindən heç bir şey azaltmasın. Əgər borc alan adam özü yaza bilmirsə və ya dəli və kiçik olduğu üçün zəifdirsə yaxud lal olduğuna görə yazdırmağa qadir de­yil­sə, və s. buna oxşar hallar olarsa, qoy onun himayə­darı onun yerinə borcu əda­lət və vicdanla yazdırsın. Aranız­dakı kişi­lərdən iki nə­fə­r ağıllı və ədalətli şa­hid tutun. Əgər iki kişi olmazsa, dinindən və əxlaqından razı ol­duğunuz şahid­lərdən bir kişi və iki qa­dını şa­hid tutun ki, əgər qadın­lardan biri unutduqda, bacısı onun ya­dı­na sal­sın. Şa­hidlər borca görə şa­hid­lik et­məyə çağırıl­dıq­da, şahid olmaqdan imtina etməsinlər. Şahid olduqları işi əda etmək üçün dəvət olunsalar, bu zaman şahid olduqlarını gəlib xəbər vermələri onlar üzərində bir haqqdır. Borcun az və ya çox olmasından aslı olmayaraq, onun müəyyən etdiyiniz qaytarılma vax­tını yaz­maq­dan bezməyin. Borcu yazmağınız, Allahın şəriətində daha əda­lətli, şa­hid­lik etmək və etdikdən sonra olduğu kimi xəbər vermək üçün daha düzgündür və borcun növündə, miqdarında və qaytarma müddətində şüb­həyə düşməməyiniz üçün daha mü­na­sib­dir. Yalnız öz ara­nızda nağd alıb və qiymətini də nağd ödədiyiniz ticarət bundan istis­nadır. Ehtiyac olmadığı təqdirdə bunu yaz­ma­mağınız isə sizin üçün gü­nah deyil­dir. Mübahisəyə səbəb ola biləcək işlərin qarşısını almaq məqsədi ilə al­ış-veriş et­dikdə şahid tutmaq sizə qanun edilmişdir. Ka­ti­blərə və şahidlərə zərər ve­rmək və həmçinin onlardan katiblik və şahidlik etmələrini tələb edən kimsələrə zərər vermək caiz deyildir. Əgər siz onlara zərər ver­sə­niz, şübhəsiz ki, bu sizin, Allahın taətindən çıxıb Ona qarşı asilik etmənizdir. Ey Möminlər! Allahın əmrlərini yerinə yetirməklə və qadağanlarından çəkinməklə Ondan qor­xun! Allah dünya və axirətdə sizə mənfətli olan şeyləri öyrədir. Allah bütün işləri biləndir və Ona heç bir şey qizli qalmaz!

(283) Əgər siz müsafir olduğunuz vaxt borc vəsiqəsini yazdırmağa katib tapmasanız, borclu olan şəxsin borc sahibinə girov verməsi yetərlidir. Beləliklə o girov, borc sahibi malını, borclu olan insandan alana qədər malının məninatçısı olar. Əgər sizlərdən biri digə­rinə eti­bar edirsə, bu zaman borcu yazmaq, şahid tutmaq və ya girov almaq lazim deyil və bu halda borc, borclu olan insanın üzərində əmanətdir və borcu sahibinə qaytarması vacibdir. Etibar olun­muş kəs bu əmanətə görə Allahdan qorx­sun və ondan heç bir şeyi inkar etməsin. Əgər borclu olan insan əmanəti inkar edərsə, bu zaman şahidlik edən şəxs, etdiyi şəhadəti əda etməlidir və şahidliyi gizlətməsi isə caiz deyildir. Kim onu giz­lə­dirsə, şübhəsiz ki, onun qəlbi gü­nah­kardır. Allah nə etdik­ləri­nizi bilir, Ona heç bir şey gizli qalmaz və O, sizin əməllərinizin əvəzini verəcəkdir.

(284) Göylərdə və yerdə nə varsa, onları xəlq etmək, onlara sahib olmaq və onları idarə etmək tək Alla­ha məxsusdur. Qəlbiniz­də ola­nı üzə çı­xarsanız da, giz­lət­sə­niz də, Allah onu bilir və buna görə si­zi he­saba çə­kə­cəkdir. O, bundan sonra istə­diyi­ni lütfü və rəhməti ilə ba­ğış­layar, istədiyinə də, ədaləti və hikməti ilə əzab verər. Allah hər şe­yə qadirdir!

(285) Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) Rəbbin­dən ona nazil edilən hər bir şeyə iman gə­tirdi, mö­minlər də, həmçinin iman gətir­di­lər. Onların ha­mısı Allaha, Onun bütün mə­ləklə­rinə, peyğəmbərlərə nazil etdiyi bütün ki­tab­larına və göndərdiyi bütün elçi­lə­rinə iman gə­tirdilər. Onlar: "Biz Allahın el­çi­ləri ara­sın­da fərq qoymuruq!" -deyərək elçilərə iman gə­tirdilər. On­lar həmçinin, belə de­dilər: "Bizə əmr edib, qadağan etdiyini eşit­dik və biz Sənə, bizə əmr etdiyini etmək və qadağan etdiyindən çəkinməklə itaət et­dik! Ey Rəb­bimiz, biz Səndən, bizi ba­ğış­­lamağını diləyirik, hər bir işimizdə dö­nüş də, yal­nız tək Sə­nədir!"

(286) Allah hər insanı yalnız onun bacardığı əməllərlə mü­­kəlləf edər. Çünki Allahın dini asanlıq üzərində bina edilmiş və dində məşəqqət yoxdur. Kim xeyir qazanarsa, ona əməlinin savabı naqis edilmədən verilər. Kim də şər qazanarsa, qazandığı şərin cəzası başqasına deyil, yalnız öz üzərinə yüklənər. Peyğəmbər və möminlər dedilər: "Ey Rəb­bimiz, bizdən ixtiyarsız yaxud sözdə və əməldə unudaraq xəta et­sək, bi­zi cəzalandırma! Ey Rəb­bi­miz, biz­dən əv­vəlkiləri zülümlərinə görə əzabla yüklə­di­yin yəhudilər ki­mi, bizi ağır yüklə yük­lə­mə! Ey Rəbbimiz, gü­cü­müz çat­mayan və bacarmadığımız əmr və qadağalarla bizə daşıtdırma! Günahlarımızdan keç, bizi bağışla, Öz lütfünlə bizə rəhm et! Sən bizim himayə­da­rı­mız və yardımçımızsan! Ka­fir­ qövmə qalib gəlməkdə bizə yardım et!"