(1) ﴾Əlif. Ləm. Ra﴿. Bəqərə surəsinin əvvəlində bu ayəyə bənzər, ﴾Əlif. Ləm. Mim﴿ ayəsini təfsir edərkən, belə ayələrin təfsiri barədə ətraflı izah verilmişdir. Yunus surəsində oxunan bu ayə, özündə hikmət və əhkamları əhatə etmiş, Quranın əslini, əsasını təşkil edən, möhkəm, mənası aydın, hökmü bəlli olan, Quran ayəsidir.
(2) Məgər insanlara Allahın əzabından çəkinməyi əmr edən, özlərindən olan bir kişiyə vəhy etməyimiz onlara doğurdanmı qəribə göründü? Ey Peyğəmbər! Allaha iman gətirən kimsələrə onları sevindirəcək şeylərlə müjdələr ver. Dünyada ikən etdikləri saleh əməllərin mükafatı olaraq onları Rəbbi yanında yüksək dərəcələr gözləyir. Kafirlər isə: "Şübhəsiz ki, bu, ayələrlə gələn adam, açıq-aşkar bir sehrbazdır!" – dedilər.
(3) Ey təəccüblənən kimsələr! Şübhəsiz ki, əzəmətli göyləri və geniş yeri altı gündə yaradan, sonra da ərşin üzərində ucalan Rəbbiniz olan Allahdır. Belə olduğu bir halda axı siz, Allanın özünüzdən olan bir kişiyə vəhy nazil etməsinə nə üçün təəccüb edirsiniz?! Geniş mülkündə istədiyini edən və istədiyi hökmü verən də Odur. Allah yanında şəfaət ediləcək kimsə üçün Allahın izni və razılığı olmadan kimsə şəfaətçi ola bilməz. Bu sifətlərə malik olan sizin Rəbbiniz Allahdır. Elə isə siz yalnız Ona ibadət edin. Məgər siz Allahın təkliyinə dəlalət edən bu dəlil və sübutlardan sonra düşünüb ibrət almırsınızmı? Kim, azacıq da olsa düşünərsə, bunlardan ibrət alar və Allaha iman gətirər.
(4) Dünyada etdiyiniz əməllərin müqabilini almaq üçün Qiyamət günü hamınızın dönüşü yalnız Onadır. Bu, Allahın insanlara olan bir vədidir. Allah vədinə əsla xilaf çıxmaz, çünki O, buna qadirdir. O, məxluqu ilk dəfə misilsiz olaraq, heç vaxt belə bir yaradılış olmadan yaratmış və öldükdən sonra da onu Qiyamət günü yenidən dirildir ki, uca Allah saleh əməllər edənləri yaxşı əməllərindən əksildilmədən və günahkarlarında günahlarını artırılmadan ədalətlə mükafatlandırsın. Allah və Onun elçisinə küfr edənlərə gəlincə, etdikləri əməllərə görə onlar üçün bağırsaqlarını parça-parça edən, olduqca qaynar su və ağrılı-acılı bir əzab hazırlanmışdır.
(5) Günəşi parlaq, hər bir tərəfə işıqsaçan, ayı nurlu edən, onun səmada seyir etməsini, iyirmi səkkiz mənzilinin sayı qədər müəyyən edən Odur. Mənzil sözü ərəb dilində, bir gün gecə və gündüz yol gedilən məsafəyə deyilir. Ey insanlar! Allah, günəş ilə günlərin, ay ilə ayların və illərin sayını bilməniz üçün belə etdi. Allah Öz qüc-qüvvətini insanlara göstərmək üçün göyləri, yeri və onların arasında olan hər bir şeyi ancaq haqq olaraq yaratmışdır. Allah, Onun təkliyinə dəlalət edən açıq-aydın bu dəlil və sübutlarını bilən kimsələrə belə izah edər.
(6) Doğrudan da, insanlar üzərində gecə ilə gündüzün, zülmət ilə nurun bir-birini əvəz etməsində, onlardan bəzilərinin bəzən qısa, bəzilərinində isə bəzən uzun olmasında, həmçinin göylərdə və yerdə olan məxluqatda, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan adamlar üçün Allahın qüdrətinə dəlalət edən əlamətlər vardır.
(7) Şübhəsiz ki, Allahla qarşılaşacaqlarına ümid edərək Ondan qorxub, Allaha itaət etməyənlərin, əbədi qalacaq axirət həyatını fani dünya həyatı ilə dəyişməyə razı qalıb onunla rahatlıq taparaq, sevinənlərin və Allahın ayələrindən və açıq-aydın dəlillərindən üz çevirib bunlara səhlənkar yanaşanların –
(8) Yalnız bu vəsflərə sahib olan kimsələrin Allaha küfr etdib və axirət gününü təkzib etdiklərinə görə qərar tutacaqları yer Oddur.
(9) Allah, Ona İman gətirib saleh əməllər edən kimsələri imanlarına görə, Onu razı salacaq saleh əməllər etməyə yönəldər. Sonra da Qiyamət günü onların ayaqları altından çaylar axaran, əbədi qalacaqları Nəim cənnətlərinə daxil edər.
(10) Möminləri Cənnətdəki duası Allahın şəninə təqdis edib, Onu pak və uca tutmaqdan ibarətdir. Orada onları Allah və mələklərinin və həmçinin bir-birlərini salamlaması: "Salam!" sözü və dualarının sonu: "Həmd sənalar bütün bəşəriyyətin Rəbbi olan Allaha məxsusdur!" sözləri olacaqdır.
(11) Əgər Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda özlərinə, övladlarına və var-dövlətlərinə qarşı etdikləri bəd duaları da dərhal qəbul etsəydi, onları çoxdan məhv edərdi. Lakin Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər. Bizimlə – Allahın əzabından qorxub, Allah yanında olan savaba ümüd etmədikləri üçün – qarşılaşacaqlarına inanmadıqlarına görə, hesab günü onları azğınlıqları içində özünü itirmiş, çaşıb qalmış bir halda tərk edərik.
(12) Günah etməkdə özünə zülüm edəm insana bir xəstəlik yaxud bir bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da o xəstəliyin və ya bəlanın aradan qaldırılması üçün, zəlil halda və yalvararaq Bizə dua edər. Biz onun duasına cavab verib bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi üz çevirib gedər. Üz çevirib gedən bu inadkar insana özlərinin zəlalətdə qalıb, günahlarda davam etmələri onlara əməlləri gözəl göstərildiyi kimi, küfr etməklə həddi aşanlara da etdikləri küfr və asi əməllər beləcə gözəl göstərildi. Onlar bu əməlləri əsla əl çəkməzlər.
(13) Ey müşriklər! Biz sizdən əvvəlki ümmətləri Allahın elçilərini yalan sayıb, günahlar etdiklərinə görə məhv etdik. Özlərinə göndərdiyimiz elçiləri onlara, o elçilərin həqiqətən də, Allah tərəfində göndərilən elçilər olduğuna dəlalət edən açıq-aydın dəlillər gətirdikləri halda, onlar, iman gətirməyə hazır olmadıqları üçün elçilərə iman gətirmədilər. Allah bu səbəbdən onları rəzil etdi və onlara iman gətirməyə müvəffəq etmədi. Biz o zalim ümmətləri cəzalandırtdığımız kimi, zaman və məkandan aslı olmayaraq onların yolunu tutub gedən hər bir günahkar adamları belə cəzalandırırıq.
(14) Ey insanlar! Biz Peyğəmbərləri yalan sayan ümmətləri məhv etdikdən sonra onların ardınca sizin nə əməllər edəcəyinizi, yaxşı əməllər edib savab qazanacağınızı, yoxsa şər əməllər edib günah qazanacağınızı görmək üçün sizi yer üzündə xələflər təyin etdik.
(15) Allahın təkliyinə dəlalət edən açıq-aydın Quran ayələri onlara oxunduğu zaman Allahın əzabından qorxmayan, Onun savabına ümid etməyənlər və öldükdən sonra diriləcəklərini inkar edən kimsələr: "Ey Muhamməd! Bizə bütlərə ibadət etməyi qadağan etməyən, yaxud bizim nəfsimizin istəyinə uyğun olaraq bəzi və ya bütün ayələri dəyişdirilmiş başqa bir Quran gətir!" – deyərlər. Ey Peyğəmbər! Onlara de: "Mənim onu öz istəyimlə dəyişməyim düzgün deyil, mən onu əsla dəyişdirədə bilmərəm. Onu yalnız Allah istədiyi kimi dəyişə bilər. Mən yalnız Allahın mənə vəhy etdiyi ayələrə tabe oluram. Əgər mən sizin istəyinizi yerinə yetirib Rəbbimə asi olsam, böyük günün, qiyamət gününün əzabından qorxuram".
(16) Ey Peyğəmbər! Onlara bele de: "Əgər Allah sizə Quran oxumağımı istəməsəydi, mən onu sizə oxuyub, çatdıra bilməzdim. Əgər Allah istəsəydi Quranı mənim vasitəmlə sizə öyrətməzdi. Mən axı qırx il sizin aranızda yaşamışam. Bu ilər ərzində mən nə oxumağı, nə də ki, yazmağı bacarmadım və bunu öyrənmək üçün heç bir səydə göstərmədim. Məgər siz ağılınızla düşünüb, mənə vəhy edilən bu Quranın mənim sözlərim deyil, əksinə, Allah kəlamı olduğunu bilmirsinizmi?"
(17) Allaha qarşı yalan uydurandanda daha zalım kimsə yoxdur. Belə olduğu təqdirdə, axı mən Qurana qarşı iftira yaxıb, onu necə dəyişə bilərəm. Doğrudan da, Allaha qarşı iftira yaxaraq onun hüdudlarını aşan günahkarlar nicat tapıb, istədiklərinə nail ola bilməzlər.
(18) Müşriklər Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilən, özlərindən uydurduqları batil bütlərə ibadət edirlər. Haqq məbud isə istədiyi vaxt zərər və ya fayda verməyə qadir olandır. Müşriklər özlərinə haqq qazandıraraq ibadət etdikləri bütlər barədə: "Onlar Allah bizə günahlarımıza görə əzab verməsin deyə, Allahla bizim aramızda olan vasitəçilərimizdir!" – deyirlər. Ey Peyğəmbər! Onlara de: "Yoxsa Allaha göylərdə və yerdə Onun şəriki olmadığını bilmədiyi bir halda hər bir şeyi bilən Allaha Onun şəriki olduğunumu xəbər verirsiniz? Allah müşriklərin batil və yalan sözlərindən uca və müqəddəsdır".
(19) İnsanlar tək Allaha ibadət edən, Ona şərik qoşmayan, yalnız Allaha inanan vahid bir ümmət idilər. Sonra onlardan bəziləri öz imanlarında sabit qaldı, bəziləridə Allaha küfr etdilər. Əgər Allah əzəldən aralarında ixtilafa düşdükləri şey barədə dünyada deyil, yalnız axirətdə hökm verecəyini söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında elə dünyada hökm verər, haqq yolda olanla zəlalətdə olanı bir-birindən ayırd edərdi.
(20) Müşriklər deyirlər: "Nə üçün Muhəmmədin, həqqətən də, göndərilən bir elçi olduğuna dəlalət edən Rəbbindən ona bir möcüzə endirilməyib?". Ey Peyğəmbər, onlara de: "Mövcüzənin endirilməsi qeybdir, qeybi bilmək isə ancaq Allaha məxsusdur. Elə isə istədiyiniz möcüzələrin edirilməsini gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə onu gözləyənlərdənəm".
(21) Müşriklərə üz verən quraqlıq və çətinlikdən sonra yağış, bərəkət və ya bolluq daddırdığımız zaman onlar ayələrimizə istehza edib, təkzib edərlər. Ey Peyğəmbər: O müşriklərə de: "Allah daha tez hiylə quran və sizə tez bir zamanda əzab verməyə qadir olandır". Şübhəsiz ki, onların əməllərini yazan mələklər qurduqları hiylələrin hamısını, heç bir naqislik edilmədən əməl dəftərlərinə yazırlar. Axı bu Allaha necə gizli qala bilər?! Allah onların qurduqları hiyləyərinə görə cəzalarını verəcəkdir.
(22) Ey İnsanlar! Sizi quruda ayaqlarınız yaxud miniyiniz üzərində gəzdirən və dənizdə gəmilərlə hərəkət etdirən Allahdır. Siz dənizdə ikən gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə üzüb getdiyi və onlar bu xoş küləyin əsməsinə sevindikləri zaman birdən güclü külək əsib dənizdə fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyüb həlak edəcəyini yəqin etdikdə isə, tək Allaha, Ona heç bir şeyi şərik qoşmadan, ixlasla yalvarıb-yaxarıb deyərlər: "Əgər bizi təhlükəli bəladan xilas etsən, biz mütləq, bizə bəxş etdiyin nemətlərə görə sənə şükür edənlərdən olarıq".
(23) Allah onların dualarına cavab verib, düşdükləri təhlükədən xilas etdikdə isə onlar yer üzündə küfr, asilik və günahlar edərlər. Ey insanlar! Ayılın, bilin ki, etdiyiniz günahlar yalnız sizin öz əleyhinizədir. Sizin günahlar etməniz, Allaha heç bir zərər verməz. Siz günahlar etməklə bu fani dünya həyatında zövq alırsınız. Sonra isə Qiyamət günü dönüşünüz yalnız Bizə olacaq, Biz dünyada ikən etdiyiniz günahları sizə xəbər verəcək və hər bir kəsin əməlinin mükafatını verəcəyik.
(24) Zövq aldığınız bünya həyatının qısa bir müddətdə sürətlə fani olmasının misalı göydən düşən yağışın misalına bənzəyir ki, onun sayəsində insanların yediyi meyvə yaxud dənli bitkilərə və heyvanların yediyi otlara qatışar. Nəhayət, yer öz bərbəzəyinə bürünüb, rəngarəng bitkiləri ilə gözəl görsəndiyi və sakinləri onun məhsulunu yığmağa qadir olduqlarını güman etdikləri zaman onların məhv olması əmrimiz yerə yetişər. Biz onu məhsulunu, sanki yaxın bir vaxtda ağaclar və bitkilərlə göz oxşayan məhsulun olmamış kimi bir hala gətirərik. Biz sizə bünya həyatının qısa bir müddətdə sürətlə fani olmasının bəyan etdiyimiz kimi, dəlillərimizi də düşünüb ibrət alan bir qövm üçün beləcə izah edirik!
(25) Allah bütün bəndələrini, hər bir qəm-qüssədən uzaq, müsibətdən salamat və heç bir zaman ölüm olmauan əmin-amanlıq yurduna – Cənnətə çağırır. Allah bəndələrindən kimi istəyirsə, bu əmin-amanlıq yurduna aparan İslam dininə müvəffəq edir!
(26) Allahın özlərinə əmr etdiyi ibadətləri yerinə yetirib, qadağan etdiyi haramlardan uzaq duraraq yaxşı iş görənlər üçün ən yaxşı mükafat, Cənnət mükafatı və bundan da üstünü - Allaha baxmaq vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət, nə də ki, rəzalət bürüyər. Bu yaxşı əməl sahibləri Cənnət sakinləridirlər və onlar orada əbədi qalacaqlar.
(27) Allah, küfr və asiliklər edərək pis işlər görənlərə axirətdə, etdikləri pisliyin cəzasını yalnız onun misli qədər verər. Onların üzlərini zillət və rəzalət bürüyər. Allah onlara əzab göndərdiyi zaman Allahın əzabından onları qoruya biləcək bir kimsə tapılmaz. Cəhənnəm atəşinin şiddətli hərarətindən və tüstüsündən onların üzləri sanki zülmət gecənin parçalarına bürünər. Belə sifətlərə sahib olan kimsələr Cəhənnəm sakinləridir və onlar orada əbədi qalacaqlar.
(28) Ey Peyğəmbər! Biz Qiyamət günü bütün məxluqatın hamısını bir yerə toplayacaq, sonra da dünyada ikən Allaha şərik qoşan müşriklərə: "Ey müşriklər! Siz də, dünyada ikən Allahı qoyub Ona şərik qoşaraq ibadət etdiyiniz şərikləriniz də öz yerinizdə qalın!" – deyəcəyik. Biz məhz o gün ibadət edənlərlə, ibadət edilənlərin arasını ayıracağıq. O zaman ibadət edilənlər, onlara ibadət edənlərdən uzaq duraraq belə deyəcəklər: "Siz dünyada bizə ibadət etmirdiniz".
(29) Bu zaman Allahdn başqa ibadət etdikləri bütləri onlardan uzaq duraraq onlara: "Allaha şahiddir. Onun şahid olması bizə kifayət edər. Biz sizin, bizə ibadət etmənizə razı olmadıq, bizə ibadət etmənizidə əmr etmədik və heç sizin bizə ibadət etmənizidə hiss etmədik" – deyəcəklər.
(30) Allah əzəmətli məhşər günü hər kəsə dünya həyatında törətdiklərini xəbər verəcəkdir. Müşriklər isə haqq-hesaba çəkilmək üçün Haqq olan Rəbbinin hüzuruna qaytarılacaq, onlara şəfaətçi olacağını iddia etdikləri bütləri isə onlardan uzaqlaşacaqlar.
(31) Ey Peyğəmbər! Allaha şərik qoşan o müşriklərə de: "Göydən yağmur endirərək sizə ruzi verən kimdir? Yerdən birki və yaxud yerin altındakı sərvətləri üzə çıxararaq sizə yerdən ruzi verən kimdir? Nütfədən insan, yumurtadan da quş çıxardığı kimi, ölüdən diri, canlıdan nütfə, quşdan da yumurta çıxardığı kimi, ölüdən diri çıxaran kimidir? Göyləri, yeri idarə edib və onların arasında olan bütün məxluqatın işlərini yoluna qoyan kimdir?" Onlar sənə: "Bütün bunların hamısını edən: "O, Allahdır!" – deyəcəklər: Ey Peyğəmbər! Elə isə onlara de: "Məgər siz bunu anlamırsınız? Belə olduğu təqdirdə, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxmayacaqsınızmı?!
(32) Ey insanlar! Bunların hamısını edən, sizi yaradan, işlərinizi yoluna qoyan Haqq olan Allahdır. Haqqı bildikdən sonra ondan uzaq düşüb, zəlalətə yönəlməkdən başqa nə ola bilər?! Axı, bu açıq-aydın haqqı görüb, sonra necə onu qəbul etmirsiniz?!
(33) Ey Peyğəmbər! Allahın həqiqi Rəbb olduğu beləcə isbat edildiyi kimi, inadkarlıq edib, Allahın itaətindən çıxmış kimsələrin iman gətirməyəcəkləri üçün, Rəbbinin əzəldən yazdığı hökmü onlara belə vacib oldu.
(34) Ey Peyğəmbər! O müşriklərə de: "Allahdan başqa ibadət etdiyiniz şəriklər arasında məxluqatı misilsiz yaratmağa, öldükdən sonra da onu əvvəlki halına qaytarmağa qadir olan varmı?!" Sən onlara de: "Məxluqatı misilsiz yaratmağa, öldükdən sonra da onları əvvəlki halına qaytarmağa yalnız Allah qadirdir. Ey müşriklər! Ssiz necə də haqdan batilə döndərilirsiniz!"
(35) Ey Peyğəmbər! Onlara de: "Allahdan başqa ibadət etdiyiniz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?" De: "Haqqa yalnız Allah yönəldir. Elə isə deyin görək insanları haqqa yönəldib, ona dəvət edən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa başqası ona doğru yol göstərmədikcə özü də onu tapa bilməyən kəs? Sizə nə olub ki, onların Allahın şərikləri olduğunu idda etməklə necə də batil ilə mühakimə edirsiniz? Allah sizin dediklərinizdən Uca və Böyükdür!"
(36) Müşriklərin əksəriyyəti yalnız bilmədikləri şeyə qapılar və şəkk-şübhə ardınca gedərlər. Şübhəsiz ki, şəkk-şübhə həqiqətin yerini heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir və etdikləri əməllər Allaha gizli qalmır. Allah hər bir kəsin etdiyi əməlin müqabilini verəcəkdir.
(37) İnsanlar Quran mislində bir kitab gətirməyə aciz olduqları üçün bu Quranın başqa bir kimsə tərəfindən uydurulub, Allaha nisbət edilməsi yalnışdır. Lakin o, özündən əvvəlkil səmavi kitabları təsdiqləyən, o kitablarda müxtəsər izah edilmiş hökmləri müfəssəl izah edən və məxluqatın Rəbbi olan pak və uca Allah tərəfindən nazil edilmiəsinə heç bir şəkk-şübhə olmayan bir kitabdır.
(38) Olmaya müşriklər: "Muhəmməd (sallallahu aleyhi və səlləm) bu Quranı özündən uydurub, sonra da Onu Allaha nisbət etmişdir?!"– deyirlər. Ey Peyğəmbər! Onlara de: "Əgər mən bu Quranı özümdən uydurmuşamsa, mən də sizin kimi bir insanam, elə isə ona bənzər bir surə də siz gətirin və Quranın bəşər tərəfindən uydurulmuş bir kitab olduğu iddanızda doğrusunuzsa, o zaman Allahdan başqa, kimi bacarırsınızsa, bu işdə sizə yardım etməyə çağırın! Siz bunu əsla bacara bilməzsiniz. Ey bəlağət və fəsahət sahibləri! Sizin buna qadir olmamanız bu Quranın həqiqətən də Uca Allah tərəfindən nazil edilən bir kitab olduğuna dəlildir!"
(39) Onlar bu çağırışa cavab vermədilər. Əksinə, Quranı anlayıb, başa düşməzdən və özlərinə vəd edilmiş əzabın gəlməsinə az qalmış, əzab onlara gəlməzdən əvvəl Onu təkzib etməyə tələsdilər. Onların təkzib etdikləri kimi, özlərindən əvvəlki ümmətlər də təkzib etmişdilər. Məhz elə buna görə də onların başına gələn bəla, özlərinin də başına gəldi. Ey Peyğəmbər! Bir bax, təkzib edən ümmətlərin aqibəti necə oldu! Artıq Allah onların hamısını məhv etmişdir.
(40) Müşriklər arasında ölməzdən əvvəl Qurana inanacaq insanlar da var, ölənə qəbər inadkarlıq və təkəbbürlük edərək inanmayanlar da. Ey Peyğəmbər! Rəbbin küfr əməllərdə israrla davam edən kimsələri daha yaxşı tanıyır. Allah onların etdikləri küfr əməllərə görə cəzalarını verəcəkdir.
(41) Ey Peyğəmbər! Əgər qövmün səni yalançı saysa, onlara de: "Mənim etdiyin yaxşı əməllər mənim leyhimə, günah əməllərimdə mənim əleyhimədir. Sizin də yaxşı əməlləriniz sizin leyhinizə, günah əməlləriniz də sizin əleyhinizədir. Siz mənim etdiyim əməllərin cəzasından uzaq olduğunuz kimi, mən də sizin etdiyiniz əməllərin cəzasından uzağam".
(42) Ey Peyğəmbər! Müşriklərdən sən Quran oxuduğun zaman Onu qəbul etmədən səni dinləyənlər də vardır. Məgər sən karlara haqqı eşitdirməyə qadirsənmi? Sən, haqqı eşitməyən və onu anlamayan kimsələri əsla doğru yola gətirə bilməzsən.
(43) Müşriklərdən bəsirət gözləri ilə olmasa da zahiri gözləri ilə baxıb səni dinləyənlər də vardır. Məgər sən korlara haqqı eşitdirməyə qadirsənmi?! Xeyir, sən buna və həmçinin kor bir kimsəni haqqa yönədməyə qadir deyilsən!
(44) Şübhəsiz ki, Allah insanlara zülm etməkdən uzaqdır. O, insanlara zərrə qədər də olsa zülm etməz, lakin insanlar günahlara, batilə, təkəbbürliyə və inadkarlığa meyil edərək özləri özlərinə zülm edirlər!
(45) Allah qiyamət günü insanları haqq-hesab üçün bir yerə toplayacağı gün, sanki onlar dünya həyatlarında və yaxud qəbirlərində gündüzün ancaq bir saatını yaxud da bundan da daha az bir müddət qalmışlar kimi, o gün bir-birlərini tanıyacaqlar sonra qiyamətin dəhşətindən sanki bir-birlərini tanımırlar kimi bir-birlərindən uzaq duracaqlar. Qiyamət günü Allahla qarşılaşacaqlarını yalan sayanlar mütləq ziyana uğrayacaqlar. Onlar dünyada ikən qəbirlərindən dirilib çıxacaqları günə inanmadıqları üçün canlarını Allahın əzabından qurtara bilmədilər.
(46) Ey Peyğəmbər! Biz sən ölməzdən əvvəl onlara vəd etdiyimiz əzabın bəzisini sənə göstərsək və yaxud da göstərmədən öncə səni öldürsək, Qiyamət günü hər iki halda yenə də onların dönüşü Bizədir. Sonra da Allah onların nələr etdiyini özlərinə xəbər verəcək, Ona heç bir şey qizli qalmaz. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin əvəzini verəcəkdir.
(47) Hər bir keçmiş ümmətin özlərtinə göndərilən bir elçisi vardır. Elçiləri Allahın onlara təbliğ etməsini əmr etdiyi hökmləri xəbər verib, onlarda elçiləri yalan saydıqda bu zaman onlarla elçiləri arasında ədalətlə hökm verilər, Allah Öz lütfü ilə elçiləri xilas edər və Öz ədaləti ilə, elçiləri yalan sayan qövmü məhv edər. Qiyamət günü onlara əməllərinə görə cəza verilidikdə onlara əsla zülm edilməz.
(48) Kafirlər inadkarlıq edib müsəlmanları təhdid edərək deyirlər: "Əgər iddanızda doğrusunuzsa, elə isə bizə vəd etdiyiniz bu əzab nə zaman gələcəkdir?"
(49) Ey Peyğımbər onlara de: "Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə bir xeyir, nə də bir mənfəət verməyə qadirəm. Belə olduğu təqdirdə, mən qeybi necə bilə bilərəm?! Allah hər bir ümməti məhv etmək üçün müəyyən bir vaxt təyin etmişdir. Bu vaxtı yalnız Allah bilir. Onları məhv etmək üçün vaxt gəlib yetişdikdə, əzab onlardan bircə saat belə nə yubanar, nə də qabağa keçə bilər".
(50) Ey Peyğəmbər! Allahın əzabına tələsənlərə de: "Söyləyin görüm, əgər Allahın əzabı sizə gecə, yaxud gündüzün hər hansı bir vaxtı gələcəksə, bu zaman onlar bu əzabdan hansını tez gəlməsini istəyəcəklər?
(51) Sizə vəd olunduğu əzab başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Əvvəlcə iman gətirməmiş şəxsə sonrakı iman gətirməsi heç bir fayda verməz. Yoxsa siz indimi iman gətirirsiz? Siz ki, bundan əvvəl haqqı yalan sayaraq əzabın sizə tez bir zamanda gəlməsini istəyirdiniz!"
(52) Onlar əzaba düçar olduqdan sonra oradan çıxmaqı istədikdə, onlara deyiləcək: "Dahın əbədi Cəhənnəm əzabını! Məgər siz ancaq etdiyiniz küfr və asiliklərə görə cəzalandırılmırsınızmı?"
(53) Ey Peyğəmbər! Müşriklər səndən: "Bizə vəd etdiyin o əzab haqqdırmı?"– deyə soruşurlar. Onlara de: "Bəli, Allaha and olsun ki, sizə vəd etdiyim haqqdır. Siz o əzabdan qaçıb yaxa qurtara bilməyəcəksiniz".
(54) Əgər Allaha şərik qoşan insan yer üzündə olan ən dəyərli mal-dövlətin hamısına sahib olsaydı, sonra da öz canını Allahın əzabından qurtarmaq üçün sahid olduğu bütün mal-dövlətini fidyə verməyə ona izin verilsəydi, o, mütləq canını əzabdan qurtarmaq üçün sahib olduğu bütün dəyərli mal-dövlətin hamısına fidyə verərdi. Müşriklər qiyamət günü əzabı gördükdə, dünyada ikən etdikləri küfr əməllərinə görə peşman olduqlarını gizlətməyə çalışacaqlar. Allah onların arasında ədalətlə hökm verilər və onlara əsla zülm edilməz. Qiyamət günü hər kəsə dünyada etdiyi əməlin müqabilini veriləcəkdir.
(55) Ağah olun ki, göylərdə və yerdə olanların hamısı yalnız Allahın mülküdür. Ağah olun ki, Allahın kafirlərə vəd etdiyi əzab haqdır, bunda heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu bunu bilmədikləri üçün şəkkə qapanırlar.
(56) Uca Allah ölüləri dirildir, diriləri də öldürür. Siz qiyamət günü yalnız Onun hüzuruna qaytarılacaqsınız. Allah da etdiyiniz əməllərinizin əvəzini verəcəkdir.
(57) Ey insanlar! Rəbbinizdən sizə bir Quran gəlmişdir. O, möminlər üçün bir öyüd-nəsihət, qəlblərdə olana şəkk-şübhəyə, nifaqa bir şəfa və onlara doğru yol göstərəndir. O kitabda möminlər üçün rəhmət və mənfəət vardır.
(58) Ey Peyğımbər! İnsanlara de: "Sizə göndərilən bu Quran Allahın sizə olan lütfü və mərhəməti sayəsindədir!". Qoy onlar Allahın lütfünə və mərhəməti sayəsində özlərinə nazil edilən bu Qurana görə sevinsinlər. Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbi tərəfindən onlara gətirdiyi bu Quran, onların yığdıqları fani dünya malından qat-qat xeyirlidir.
(59) Ey Peyğəmbər! O müşriklərə de: "Allahın sizə nazil etdiyi ruzi barədə mənə söyləyin görüm, siz bu ruzuləri öz istəklərinizə uyğun olaraq onun bəzilərini haram, bəzilərini isə halal saydınız?" Onlara de: "Bu ruzilərdən bir qismini halal, bir qismini də haram etməyə Allah sizə izin verdi, yoxsa Allahın adından yalan danışırsız?"
(60) Allaha qarşı yalan uyduranların qiyamət günü onlara əzab olacaqları barədə fikirləri nədir? Yoxsa Allah onları bağışlayacağınımı zənn edirlər?! Həqiqətən, Allah insanlara möhlət verməklə və onlara əzab verməyə tələsməməklə onlara qarşı lütfkardır, lakin insanların çoxu Allahın onlara bəxş etdiyi nemətləri inkar edib, Allaha şükür etmirlər.
(61) Ey Peyğəmbər! Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, ey möminlər! siz də nə iş görsəniz, başınız işə qarışarkən Biz sizin nə etdiyiniz işi görər və dediyinizi eşidərik. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbinin elmindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, o nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmılmış açıq-aydın kitabda – Lövhi-Məhfuzda olmasın.
(62) Agah olun ki, Allahın övliya qullarının qarşılaşacaqları Qiyamət gününün dəhşətindən heç bir qorxusu yoxdur və eyni şəkildə dünyada ikən dünya xeyirlərini əldə edə bilmədikləri şeylər üçün də onlar kədərlənməyəcəklər.
(63) Bu övliyalar, Allaha və Onun elçisi Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) iman gətirən, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxan kimsələrdir.
(64) Dünya həyatında, onları sevindirəcək gözəl yuxu, yaxud da insanların onları tərifləməsi kimi onlar üçün müjdə vardır, ruhları canlarından alınarkən, öldükdən sonra və məhşərdə mələklər tərəfindən də onlara bir müjdə vardır. Allahın onlara vəd etdiyinə əsla dəyişiklik olmaz. Bu mükafat, istədiklərinə nail olub, qorxduqları şeydən əmin olduqları üçün böyük xoşbəxtlikdir.
(65) Ey Peyğəmbər! Onların sənin dininə tənə və təhqir etmələri səni kədərləndirməsin. Çünki qələbə sonda yalnız Allaha məxsusdur. Onu heç bir şey aciz edə bilməz. Allah onların sözlərini eşidəndir, əməllərini biləndir. O, hər bir kəsin etdiyi əməlin mükafatını verəcəkdir.
(66) Agah olun ki, göylərdə və yerdə olan mülkü bütünlüklə yalnız Allaha məxsusdur. Allahı qoyub başqa şəriklərə yalvarıb-yaxaran müşriklər, görəsən nəyin ardınca gedirlər?! Həqiqətdə isə onlar, yalnız şəkk-şübhəyə uyur və yalandan Allaha şəriklər qərar verirlər. Allah isə onların dedikləri batil sözlərindən uca və böyükdür.
(67) Ey insanlar! Gecəni, gündüzün məşəqqətindən rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün səy göstərəsiniz deyə işıqlı edən tək olan Allahdır. Həqiqətən, bunda eşidib ibrət alan bir qövm üçün açıq-aydın dəlillər vardır.
(68) Müşriklərdən bir qisimi: "Allah mələkləri Özünə qızlar götürmüşdü!" – dedilər. Allah onların dedikləri bu sözdən pakdır, müqəddəsdir! Allahın heç bir məxluqata ehtiyacı yoxdur. Göylərin və yerin mülkü yalnız Ona məxsusdur. Ey müşriklər! dediyiniz bu sözə dair sizin heç bir dəliliniz yoxdur. Siz Allahın övladı olmasını deməklə, axı, niyə Allaha qarşı həqiqəti bilmədiyiniz bir şeyi dəlil-sübutsüz söyləyirsiniz?!
(69) Ey Peyğəmbər! Onlara de: "Şübhəsiz ki, Allaha qarşı yalan uyduraraq Onun övladı olduğunu idda edən kimsələr istədiklərinə nail olmaz və qorxduqları şeydən də canlarını qurtara bilməzlər!"
(70) Onlar dünya naz-nemətləri ilə aldanmasınlar. Çünki dünya naz-nemətləri fanidir. Sonra Qiyamət günü onların dönüşü Bizədir. Sonra da Biz onların Allaha küfr edib və Onun elçisini yalançı hesab etdiklərinə görə, onlara şiddətli əzab daddırarıq!
(71) Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə Nuhun bir zaman öz qövmünə belə dediyini xəbər ver: "Ey qövmüm! Əgər mənim sizin aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəldiyi üçün məni öldürmək fikrinə düşmüsünüzsə, sizin mənə qarşı etdiyiniz bu hiylənin boşa çıxması üçün yalnız Allaha sığınıram. Elə isə işinizdən möhkəm yapışın, məni öldürməkdə qətiyyətli olun və öz ilahlarınızı da çağırın ki, bu işdə sizə yardım etsinlər sonra da işinizi gizlində deyil, aşkarda görün. Məni öldürmək qərarına gəldikdən sonra isə qəlbinizdə mənə qarşı gizlətdiyinizi həyata keçirin və heç mənə möhlət də verməyin.
(72) Əgər siz mənim öyüd-nəsihətimdən, dəvətimdən üz çevirsəniz, bilin ki, həqiqətən, mən, Rəbbimin dinini sizə təbliğ etmək müqabilində sizdən heç bir mükafat istəmirəm. Siz iman etsəniz də, etməsəniz də, yenə də mənim mükafatım ancaq Allah yanındadır. Allah mənə Ona itaət edib və saleh əməl etməyi əmr edilmişdir".
(73) Nuhun qövmü onu yalançı hesab etdib, ona iman gətirmədi. Belə olduğu təqdirdə, Biz onu və onunla gəmidə birlikdə olan möminləri xilas etdib, onları özlərindən əvvəlkilər üçün yer üzünə xələflər təyin etdik. Nuha vəhy etdiyimiz ayələri yalan hesab edənləri isə tufanla suda məhv etdik. Ey Peyğəmbər! Bir gör Nuhun - aleyhissəlam - özlərini xəbərdar etdikdən sonra ona iman gətirməyən bir qövmün aqibəti necə oldu!
(74) Bir müddət keçdikdən sonra Biz Nuhun arxasınca hər ümmətə öz elçilərini göndərdik. Elçilər öz qövmlərinə açıq-aydın dəlillər gətirdilər. Onlar isə əvvəlki elçiləri israrla yalan hesab etdikləri üçün özlərinə göndərilən Elçilərə iman gətirə bilmədilər. Elə bu səbəbdən də Allah onların qəlblərini möhürlədi. Biz əvvəlki elçilərə tabe olan kimsələrin qəlblərini möhürlədiyimiz kimi, hər zaman və hər məkanda Allaha küfr etməklə Onun həddlərini aşan kafirlərin qəlblərini də beləcə möhürləyirik.
(75) Bir müddət keçdikdən sonra Biz o elçilərin arxasınca Musanı və onun qardaşı Harunu Misir hökmdarı Fironun və Fironun qövmündən olan zadəganların yanına göndərdik. Biz Musa və Harunu onlara, həqiqətən də onların hər ikisinin Allah tərəfindən göndərildiyinə dəlalət edən açıq-aydın möcüzələrlə göndərdik. Lakin onlar Musanın gətirdiyinə iman etməkdən təkəbbürlük göstərdilər. Onlar Allaha küfr edib və Onun elçisini yalan hesab etdikləri üçün günahkar bir tayfa oldular.
(76) Fironuna və Fironun qövmündən olan zadəganlara, Musa və Harunun –aleyhiməssəlam – onlara gətirdiyi din gəldikdə, onlar Musanın gətirdiyi dinin doğru bir din olduğuna dəlalət edən möcüzələrə: "Şübhəsiz ki, bu, haqq deyil, bu, açıq-aydın bir sehrdir!" – dedilər.
(77) Musa onların bu davranışlarına inkar edərək onlara belə dedi: "Əcəba, sizə haqq gəldikdə: "Bu sehrdirmi?!" – deyirsiniz? Xeyir, bu sehr deyildir. Mən bilirəm ki, sehrbaz əsla uğur qazanmaz. Axı mən bunu bildiyim halda necə sehrlə məşğul ola bilərəm?!"
(78) Fironun və Fironun qövmündən olan zadəganlar Musaya belə dedilər: "Siz bu sehri, bizi atalarımızın tutduğu yoldan döndərmək üçün və yer üzündə böyüklük etmək sənə və sənin qardaşına qalsın deyə gətirmisiniz? Ey Musa və Harun! Biz sizin hər ikinizində bizə göndərilən elçilər olduğuna iman gətirən deyilik!".
(79) Firon qövmünə dedi: "Bütün bilikli, məharətli sehrbazları yanıma gətirin!"
(80) Firon sehribazlarla birgə Musanın yanına gəldikdə Musa – aleyhissəlam – onlar üzərində qələbə çalacağına əmin olaraq onlara dedi: "Ey sehrbazlar! Nə atmaq istəyirsinizsə, atın!"
(81) Onlar sehr göstərəcəkləri şeyləri yerə atdıqda Musa – aleyhissəlam – onlara dedi: "Göstərdiyiniz bu iş sehrdir. Həqiqətən, Allah etdiyiniz bu əməli boşa çıxaracaq və etdiyiniz sehrin heç bir təsiri olmayacaq. Çünki siz, öz sehr əməllərinizlə yer üzündə fitnə-fəsad törədən kimsələrsiniz. Allah hər bir fitnə-fəsad törədən kimsənin işini düzəltməz".
(82) Firon əhli-əyalından olan kafirlər istəməsələr də uca Allah haqqı bərqərar edəcək, haqqı açıq-aydın dəlillərdən olan qədəri və şəri kəlmələri ilə hakim qılacaqdır.
(83) Musa – aleyhissəlam – qövmünə aşıq-aydın mövcüzələr və dəlillərlə gəlməsinə baxmayaraq, Firon və onun qövmünün zadəgan təbəqəsindən olan kimsələrin, özlərini imandan döndərmələrindən və işgəncə etmələrindən qorxduqlarına görə qövmündən, İsrail oğullarından olan bəzi gənclərdən başqa Musaya iman gətirən olmadı, əksinə, Musanın dəvətindən üz çevirməkdə israr etdilər. Həqiqətən də, Firon Misirə və Misir əhli üzərində hökmranlıq edən təkəbbürlü hökmdar idi. O, küfrdə və İsrail oğullarını işgəncə ilə öldürməkdə həddi aşan bir zat idi.
(84) Musa – aleyhissəlam – qövmünə dedi: "Ey qövmüm! Əgər siz Allaha həqiqi iman gətirmişsinizsə və həqiqətən də siz müsəlman olmuşsunuzsa, o halda işinizi yalnız Allaha həvalə edin. Allah təvəkkül edin, əgər belə etsəniz, O, sizi pisliklərdən qoruyar və xeyir qapılarını sizin üzünüzə açar!"
(85) Onlar Musaya – aleyhissəlam – belə cavab verdilər: "Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Zalım qövmü üzərimizə saldırma, yoxsa onlar ölümlə, işgəncə etməklə və ya bizi yolumuzdan azdırmaqla bizi dinimizdə fitnəyə salarlar".
(86) Ey Rəbbimiz! Canımızı Öz mərhəmətinlə Fifonun kafir qövmü əlindən qurtar, çünki onlar bizi özlərinə qul etmiş, bizə ölüm və işgəncə etməklə zülm etdilər.
(87) Biz Musaya və onun qardaşı Haruna – Aleyhiməssəlam: "Tək Allaha ibadət etmək üçün qövmünüz üçün evlər hazırlayın, evlərinizi qiblə (Beytülməqdisə) tərəfə edin. Namazları kamil şəkildə qılın!" – deyə vəhy etdik. Ey Musa! Möminlərə, onları sevindirən, Allahın onlara yardım, düşmənlərini isə həlak edəcəyini və onları yer üzünə xəlifələr təyin edəcəyini xəbər ver!
(88) Musa – aleyhissəlam – dedi: "Ey Rəbbimiz! Sən Firona və onun qövmündən olan zadəganlara dünya həyatında dünya zinətlərini, bər-bəzəyini və mal-dövlət bəxş etdin. Onlar isə bunun əvəzində Sənə şükür etmədilər. Əksinə, onlara bəxş etdiyin bu mal-dövləti insanları Sənin yolundan azdırmağa sərf etdilər. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et, qəlblərini də sərtləşdir. Çünki onlar imanlarının özlərinə fayda verməyəcəyi zaman ağrılı-acılı əzabı görməyincə iman gətirməzlər".
(89) Allah dedi: "Ey Musa və Harun! Hər ikinizin də Firona və onun qövmündən olan zadəganlara qarşı etdiyiniz duanı qəbul etdim. Dininizdə möhkəm olun və haqq yolu bilməyən cahillərə tabe olaraq dininizdən azmayın!"
(90) Biz dənizi ayırıb İsrail oğullarını dənizdən sağ-salamat keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət, dalğalar onun üstünə gəlib, dənizdə boğularq, xilas olacağından ümidini kəsdikdə, dedi: "İsrail oğullarının iman gətirdiklərindən başqa haqq məbud olmadığına iman gətirdim. Mən də Allaha itaət edənlərdənəm!".
(91) Dünya həyatından ümidini kəsdikdən sonra iman gətidin?! Ey Firon! Əzab sənə gəlməzdən əvvəl Allaha küfr edərək və insanları Allah yolundan azdıraraq Allaha qarşı üsyan etdin. Sən həm özünü, həm də başqalarını azdırmaqla yer üzündə fitnə-fəsad törədənlərdən oldun.
(92) Ey Firon! Biz sənin bədənini dənizdən sahilə çıxarıb, yer üzündə sənin yüksək bir yerdə saxlayacağıq ki, qoy səndən sonra gələnlər səni görüb ibrət alsınlar. Həqiqətən də, insanların çoxu mövcüzələrimizdən, dəlillərimizdən və qüdrətimizdən xəbərsizdirlər və bu barədə heç düşünməzlər.
(93) Biz İsrail oğullarını mübarək Şam torpaqlarında təriflənmiş və razı qalınmış gözəl bir yurda sakin etdik və onlara halal və pak ruzilərdən verdik. Onlar dinlərində özlərinə Tövratda Muhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəsfi barədə oxuduqlarını təsdiq edən Quran gələnə qədər ixtilafa düşmədilər. Onlar bunu inkar etdikdə, vətənləri əllərindən alındı. Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin, Qiyamət günü ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir. Onlardan haqlı olana da, haqsız olana da - hər ikisinin de ki, layiq olduğu qarşılığı verəcəkdir.
(94) Ey Peyğəmbər! Əgər sənə nazil etdiyimiz Quranın həqiqəti barədə şəkk-şübhə edirsənsə, elə isə, iman edib Tövratı oxuyan yəhudilərdən və həmçinin İncili oxuyan nəsranilərdən soruş. Onlar Tövratda və İncildə Quranın vəsfləri barədə oxuyub, bildikləri üçün mütləq sənə, sənə nazil edilənin haqq olduğunu xəbər verəcəklər. Atrıq Rəbbindən sənə heç bir şəkk-şübhəyə yer olmayan haqq gəlmişdir. Odur ki, sən, əsla şəkk-şübhə edənlərdən olma!
(95) Allahın aşıq-aydın ayələrini və dəlillərini əsla yalan sayanlardan da olma, yoxsa küfr etməklə özlərini öz əlləri ilə həlaka sürükləyənlərdən olarsan. Bütün bunlar Allahın ayələrinə şəkk-şübhə etməyin və onları yalan saymağın təhlükəli bir iş olduğunu göstərmək üçün edilmişdir.
(96) Küfr əməllərdə israr etdiklərinə görə Uca Allahın onları küfr üzərində canlarını alacağına dair hökm verdiyi kimsələr heç vaxt iman gətirməzlər.
(97) Əgər onlara şəri və kövni ayələrin hamısı birini gəlsə belə, ağrılı-acılı əzabı müşahidə etməyincə iman gətirməzlər. Onların bu zaman iman etmələri özlərinə heç bir şayda verməz.
(98) Əzabı öz gözləri ilə gördükləri an, Yunusun qövmü müstəsna olmaqla, özlərinə elçilərimizi göndərdiyimiz diyarlardan hər hansı bir diyar azabı görmədən öncə qəbul olunan iman gətirib imanı özünə fayda verən bir diyar əhli olmadı. Yunusun qövmü həqiqi iman gətirəndə onlardan dünya həyatında zilləti və rüsvayçılıq əzabını sovuşdurduq və onlara əcəlləri çatana qədər fani nemətlərdən faydalanmaq imkanı verdik.
(99) Ey Peyğəmbər! Əgər Rəbbin yer üzündə olanların hamısının iman etməsini istəsəydi, bu zaman onlar hamısı iman gətirərdi. Lakin Allah müəyyən bir hikmətə görə bunu istəmədi. O, istədiyini Öz ədaləti ilə azdırır və istədiyini də Öz lütfü ilə doğru yola yönəldir. İnsanların iman etmələri üçün onları buna məcbur etmək sənin başardığın bir iş deyil. Onları imana müvəffəq etmək yalnız Allahın əlində olan bir işdir.
(100) Allahın icazəsi olmadan kimsə öz istəyi ilə iman gətirə bilməz. Çünki iman gətirmək yalnız Allahın icazəsi ilə olur. Sən onlara görə özünü üzüb həlak etmə. Allah əzabı və rüsvayçılığı Onun dəlillərini, əmrlərini və qadağalarını anlamayanların üzərinə edər.
(101) Ey Peyğəmbər! Səndən Allahın ayələri barədə soruşan müşriklərə de: "Göylərdə və yerdə Allahın təkliyinə və qüdrətinə dəlalət edən ayələri bir düşünün! Küfr əməllərdə israr etdikləri üçün iman gətirməyə hazır olmayan kimsələrə ayələrin, dəlillərin və elçilərin göndərilməsi heç bir fayda verməz.
(102) Yoxsa ayələri yalan sayan bu kimsələr, Allahın, yalan sayan əvvəlki ümmətlərə göndərmiş əzabının bənzərini onlarında göndərməyinimi gözləyirlər? Ey Peyğəmbər! Onlara de: "Elə isə, Allahın əzabını gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə Rəbbimin mənə verdiyi vədin gəlməsini gözləyənlərdənəm".
(103) Sonra ayələrimizi yalan sayan kimsələrə əzabımızı göndərər, elçilərimizi və onlarla birgə Allaha iman gətirən möminləri o əzabdan xilas edərik və beləliklə də, iman gətirən kimsələrə qövmlərinə göndərilən əzab onlara toxunmaz. Biz o elçiləri və onlarla birgə iman gətirən möminləri əzabdan xilas etdiyimiz kimi, Allahın elçisi Muhəmmədi (sallallahu aleyhi və səlləm) və ona iman gətirən mömiləri də əzabdan xilas etmək Bizim üzərimizdə vacib olan haqqdır.
(104) Ey Peyğəmbər! De: "Ey insanlar! Əgər siz, mənim sizi dəvət etdiyim tövhid dinimə, şəkk-şübhə edirsinizsə, bilin ki, məndə sizin dininizin batil bir din olduğuna yəğinliklə əminəm, dininizə əsla tabe olmaram və mən sizin Allahdan başqa ibadət etdiklərinizə ibadət etmərəm. Lakin mən, canınızı alacaq tək Allaha ibadət edirəm. Allah mənə, ixlasla Ona ibadət edən möminlərdən olmağı əmr etmişdir".
(105) Rəbbim mənə haqq din üzərində sabitqədəm olmağı, ondan başqa heç bir dinə meyil etməməyi əmr etmiş və mənə müşriklərdən olmağı qadağan etmişdir.
(106) Ey Peyğəmbər! Allahı qoyub, sənə nə fayda, nə də zərər verə bilən tanrılara və bütlərə yalvarma. Əgər sən onlara ibadət etsən, sözsüz ki, Allahın və onların haqqını tapdalayaraq həddi aşan zalımlardan olarsan!
(107) Ey Peyğəmbər! Əgər Allah sənə bir müsibət göndərərsə və sən də bu müsibətin səndən uzağlaşdırmasını tələb edərsənsə, onu səndən Uca Allahdan başqa kimsə uzaqlaşdıra bilməz. Əgər Allah sənə bir yaxşılıq istəyərsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz lütfü ilə qullarından istədiyinə nəsib edər. Kimsə onu bu işə məcbur edə bilməz. O, qullarından tövbə edənləri bağışlayandır və onlara qarşı rəhmlidir.
(108) Ey Peyğəmbər! De: "Ey insanlar! Rəbbinizdən sizə Quran nazil edilmişdir. Bundan sonra kim doğru yolla gelib və Qurana iman edərsə, bunun xeyri onun özünə olar, çünki Allah, qullarının Ona itaət etməsinə ehtyacı yoxdur. Kim də azğınlığa düşərsə, bunun ziyanı da yalnız onun öz əleyhinə olar, çünki qulların asilik etməsi Allaha heç bir zərər verə bilməz. De ki, Mən sizi əməllərinizi qoruyan və etdiyiniz əməllərə görə sizi sorgu-sual edən deyiləm".
(109) Ey Peyğəmbər! Rəbbindən sənə nazil edilən vəhyə tabe ol və ona əməl et. Qövmündən sənə qarşı çıxanların əziyyətlərinə, sənə təbliğ etməyi əmr etdiyim dini onlara təbliğ edərək səbirli ol. Rəbbin dünyada onlara qarşı sənə olan yardımı və küfr üzərində ölərlərsə axirətdə onlar üçün olan əzabı ilə hökm verənə qədər sən bu şəkildə davam et.