(1) Qiyamət günü veriləcək cəzanı yalan sayan kimsəni tanıdınmı?!
(2) O elə adamdır ki, kobudluq göstərməklə yetimin ehtiyacını ödəmədən yanından qovar.
(3) Nə özü kasıba yemək verər, nə də başqasını buna təhrik edər.
(4) Namazlarında səhlənkarlıq edən və həmçinin namazları vaxtı çıxdıqdan sonra qılan kimsələrə həlak və əzab olsun.
(5) Namazlarında səhlənkarlıq edən və həmçinin namazları vaxtı çıxdıqdan sonra qılan kimsələrə həlak və əzab olsun.
(6) O kəslər ki, namaz qıldıqda və başqa işlər gördükdə özlərini xalqa göstərir və əməllərini ixlasla Allah üçün etmirlər.
(7) Onlar yardım etmənin özlərinə heç bir zərizi olmadığı bəsit şeylərdə belə başqasına yardım əllini uzadmırlar.