108 - əl-Kovsər ()

|

(1) Ey Peyğəmbər! Biz sənə çoxlu xeyir bəxş etdik. Bunlardan biri də, Cənnətdəki Kovsər çayıdır.

(2) Bu nemətə görə Allaha şükür et! Sən müşriklərin qurban kəsib öz bütlərinə yaxınlaşması əməlinə müxalif olaraq, yalnız Allah üçün namaz qıl və yalnız Onun üçün qurban kəs!

(3) Şübhəsiz ki, sənə nifrət edən kimsənin özü hər bir xeyirdən məhrum, yada salınanda adı pis xatirə ilə yada salınan, unudulmuş bir kimsədir.