(1) Ey Peyğəmbər! Allah sənin dininə kömək etdiyi, onu ucaltdığı və Məkkə fəth edildiyi zaman,
(2) İnsanların dəstə-dəstə İslam dininə girdiklərini gördüyün zaman,
(3) Bil ki, bu sənin göndərildiyin peyğəmbərlik risalətinin sona yetməsinin yaxınlaşdığına işarə edən bir əlamətidir. Elə isə bu qələbəyə və zəfərə şükr edərək, həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir. O, qullarının tövbəsini qəbul edib onları bağışlayar.