(1) ﴾Əlif. Ləm. Ra﴿. Bəqərə surəsinin əvvəlində bu ayəyə bənzər, ﴾Əlif. Ləm. Mim﴿ ayəsini təfsir edərkən, belə ayələrin təfsiri barədə ətraflı izah verilmişdir. Yusif surəsində nazil edilən bu ayələr, açıq-aydın Quranın özündə hikmət və əhkamları əhatə edən ayələrindən biridir.
(2) Ey Ərəblər! Biz Quranı bəlkə onu mənalarını anlayasınız deyə ərəb dilində endirdik.
(3) Ey Peyğəmbər! Biz bu Quranı sənə nazil etməklə, doğruluğuna, ləfzlərinin gözəl düzülüşünə və bəlağətinə görə qissələrin ən gözəlini sənə danışırıq. Halbuki, bu Quran nazil edilməzdən əvvəl sən bu qissədən xəbərsiz idin və bu haqda heç bir biliyə sahib deyildin.
(4) Ey Peyğəmbər! Biz sənə, bir zaman Yusifin atası Yəquba: "Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların hamısının mənə səcdə etdiyini gördüm" – dediyini xəbər veririk. Bu yuxu, Yusif - aleyihssəlam - üçün yaxın zamanda ona veriləcək bir müjdə xəbəri idi.
(5) Yəqub, oğlu Yusifə belə dedi: "Oğlum! Nəbadə yuxunu qardaşlarına danışasan, yoxsa onlar yuxunun yozmunu anlayıb sənə paxıllıq edər və bu üzdən sənə qarşı hiylə qurarlar. Həqiqətən, şeytan insana açıq-aydın ədavət bəsləyən bir düşmənidir.
(6) Ey Yusif! O yuxunu gördüyü kimi Rəbbin səni seçəcək, sənə yuxu yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə də peyğəmbərlik bəxş edərək nemətini tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin qullarının halından xəbərdardır və işlərində də hikmət sahibidir".
(7) Şübhəsiz ki, Yusifin və onun qardaşlarının hekayətində onlar barədə soruşanlar üçün ibrətlər və öyüd-nəsihətlər vardır.
(8) Bir zaman Yusifin qardaşları öz aralarında belə dedilər: "Biz sayca çox bir cammat olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Axı atamız o ikisini bizdən necə üstün tutur bilər? Şübhəsiz ki biz, heç bir səbəb olmadan atamızın o ikisini bizdən üstün tutduğuna görə onun açıq-aşkar bir yanlışlıq içində olduğunu görürük".
(9) Yusifu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizi görüb üçün ancaq sizə məhəbbət bəsləsin, onu ölürdükdən və ya uzaq bir yerə atdıqdan sonra günahınızdan tövbə edərək əməlisalehlərdən olarsınız!".
(10) Qardaşlardan biri dedi: "Yusifi öldürməyin! Əgər ona qarşı söylədiyinizi etmək qərarına gəlmisinizsə, onda onu bir quyuynun dibinə atın ki, yol keçən karvanlardan biri onu götürsün. Bu cür etməniz, zərər baxımından öldürməkdən yüngüldür".
(11) Qardaşlar Yusifi atalarından uzaqlaşdırmaq barədə bir araya gəldikdə, onlar ataları Yəquba belə dedilər: "Ey atamız! Sənə nə olub ki, Yusufu bizə etibar etmirsən? Halbuki biz ona qarşı çox şəfqətliyik və onu zərərli şeylərdən qoruyuruq. Biz Yusifin sağ-salamat sənə qayıdana qəbər onu qoruyub və ondan göz-qulaq olacağımıza dair söz veririk. Axı sənə onu bizimlə göndərməyə mane olan nədir?
(12) İcazə ver sabah onu özümüzlə birlikdə gəzməyə aparaq, bir az bizimlə yeyib əylənsin. Arxayın ol, biz onu mütləq hər bir pislikdən qoruyacağıq!"
(13) Yəqub oğullarına dedi: "Onu aparmağınız məni narahat edər. Mən ondan ayrılığına dözə bilmərəm. Həm də qorxuram ki, başınız oynamağa, gəzib-dolaşmağa qarışsın və sizin də xəbəriniz olmadan canavar onu yesin".
(14) Onlar atalarına dedilər: "Əgər biz bir cammat olduğumuz halda canavar Yusifi yesə, onda biz xeyirsiz bir insanlarıq. Canavarın onu yemsinə mane olmadığımıza görə biz ziyana uğramış kimsələrik".
(15) Yəqub onu qardaşları ilə birgə göndərdi. Onlar Yusifi uzaq bir yerə aparıb onu quyunun dibinə atmaq qərarına gəldikdə biz bu an Yusifə belə vəhy etdik: "Bir gün sən onlara bu əməlləri barəsində onlar səni tanımadıqları bir halda xəbər verəcəksən".
(16) Yusifin qardaşları özlərinin məkrli əməlini atalarına inandırmaq üçün axşam vaxtı özlərini ağlamağa vuraraq atalarının yanına gəlib
(17) Onlar dedilər: "Ey atamız! Biz qaçışıb-ötüşmək və ya ox atmaqda bir-birimizlə yarışmaq üçün getmişdik, Yusifi də libaslarımızı və azüqəmizi qoruyub saxlamaq üçün əşyalarımızın yanında qoymuşduq. Həmin vaxt canavar onu yedi. Əlbəttə, biz sənə başmıza gələn hadisəni olduğu kimi danışsaq da, sən bizə inanan deyilsən".
(18) Atalarına verdikləri xəbəri hiylə ilə təsdiqlədilər. Onlar atalarını Yusifi canavar yediyinə inandırmaq üçün Yusifin köynəyinə başqa bir qan ləkəsi sürtüb onu atalarına gətirdilər. Yəqub köynəyin cırılmadığını gördükdə onların yalan dediklərini başa düşərək onlara belə dedi: "Xeyr, həqiqət heç də sizin dediyiniz kimi deyildir. Əksinə, sizi öz nəfsiniz bu çirkin işi görməyə vadar etmişdir. İndi mənə Allaha asi olmadan gözəl səbir etmək vacibdir. Yusifə etdiyiniz bu əməl görə Allahdan yalnız mənə yardım etməsini diləyirəm!"
(19) Quyunun yaxınlığına yoldan keşən bir qafilə gəldi, onlar özlərinə su gətirmək üçün su dalınca birini göndərdilər. O, su qabını quyuya saldı və bu zaman Yusif ipdən yapışdı, suçu Yusifi gördüncə sevinərək: "Şad xəbər! Burada bir oğlan uşağı vardır!" – dedi. Suçu və qafilədə olan bəziləri sanki onu satılacaq bir əşya kimi göstərərək qafilədə olan bəzi insanlardan onun quyudan tapdıqlarını gizlin saxladılar. Allah isə onların Yusifi satmaq niyyətlərini və onun başına nə oyunlar açdıqlarını daha yaxşı bilirdi. Onların etdikləri əməllərdən Allaha heç bir şey gizli qalmaz.
(20) Suçu və qafilə əhli onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar tez bir zamanda Yusifdən canlarını qurtarmaq üçün onu ucuz bir qiymətə verdilər. Onlar Yusifin zahiri görnüşündən onun qul olmadığını bilirdilər. Elə buna görə də özləri üçün işin sonun pis qurtaracağından qorxdular. Yusifin onlarla birgə çox qalmaması da Allahın ona olan rəhmətinin tamamlığından idi.
(21) Yusifi satın alan misirli kişi öz arvadına: "O bizim yanımızda olduğu müddətcə ona yaxşı bax, ona hörmət et. Ola bilsin ki, o, ehtiyacımız olan işlərdə bizə fayda versin, yaxud onu özümüzə oğulluğa götürək" – dedi. Biz Yusifi ölümdən qurtarıb, onu quyunun dibindən çıxardığımız kimi Misir padşahının Əziz ləqəbli vəzirinin qəlbini ona qarşı yumuşaq etdik və beləliklə də Biz Yusifə yuxu yozmağı öyrətmək üçün onu Misirdə yerləşdirdik. Allah Öz əmrini yerinə yetirməyə qadirdir. Allahın verdiyi əmr mütləq yerinə yetər. Kimsə Onu əsla hər hansı bir şeyə məcbur edə bilməz. Lakin insanların çoxu -onlar kafirlərdir- bunu bilməzlər.
(22) Yusif yetkin çağına çatıb, boy-başa dəldikdə, Biz ona fəhm və elm verdik. Biz ona bəxş etdiyimiz bir mükafat kimi Allaha ixlasla ibadət edənləri belə mükafatlandırırıq.
(23) Əzizin arvadı hiylə işlədib Yusiflə mülayim davranaraq Yusifdən onunlayaxınlıq etməsini tələb etdi. Yusiflə baş-başa qalmaq üçün otağın qapısını möhkəm bağlayıb Yusifə: "Haydı yanıma gəl!" – dedi. O isə: "Məndən istədiyin işi etməkdən Allaha sığınıram! Ağam məni öz yanında saxlayaraq mənə yaxşı baxmışdır, mən əsla ona xəyanət etmərəm. Əgər ona xəyanət etsəm, bu zaman mən zalımlardan olaram. Çünki zalımlar nicat tapmazlar!" – dedi.
(24) Qadın onunla yaxınlıq etməyə qərar vermişdi. Əgər Yusif Allahın onu bu işdən uzaqlaşdıracaq və çəkindirəcək dəlillərini görməsəydi, Yusifdə onunla bu işi etməyi ağlına gərirərdi. Beləcə, Biz onu zinadan və xəyanətdən uzaqlaşdırmaq üçün ona bu ayələri göstərdik. Həqiqətən, Yusif, risalət və peyğəmbərlik üçün Bizim seçilmiş qullarımızdandır.
(25) Yusif canını qadından qurtarmaq üçün, qadında onun otaqdan çıxmasına mane olmaq üçün onların hər ikisi bir-birini qabaqlayaraq qapıya tərəf qaçdılar. Qadın onun otaqdan çıxmasına mane olsun deyə Yusifin köynəyini arxa tərəfindən tutub cırdı. Bu zaman onlar qapının yanında qadının əri ilə rastlaşdılar. Belə olduqda Əzizin arvadı hiyləğərliyə əl ataraq Əzizə belə dedi: "Ey Əziz! Sənin ailənə qarşı fahişə əməl etməyə cürət edən bir kimsənin cəzası ya zindan salınmaq, ya da ağrılı-acılı bir əzaba düçar olmalıdır!".
(26) Yusuf - Aleyhissəlam - dedi: "O, məndən onunla yaxınlıq etməyi tələb etdi. Mən isə ondan belə bir şey istəmədim". Bu zaman Allah, qadının ailəsindən olan bir şahidi Yusufun haqlı olduğuna şahidlik etdirərək onu belə danışdırdı: "Əgər Yusufun köynəyi ön tərəfdən cırılmışsa, bu, qadının doğru danışdığına dəlalət edir. Çünki qadın bu anda özünü Yusufdan qorumağa çalışmışdır. Bu da, Yusufun yalançı olduğuna dəlalət edir".
(27) Yox əgər Yusifin köynəyi arxadan cırılıbsa, bu onun doğru danışdığına dəlalət edir. Çünki qadın onu özünə tərəf çəkmək, Yusif isə qaçıb ondan canını qurtarmaq istəmişdir. Bu da qadının yalançı olduğuna dəlalət edir".
(28) Əziz Yusifin - aleyhissəlam - köynəyinin arxadan cırıldığını gördükdə, Yusifin haqqlı olduğuna əmin olaraq belə dedi: "Ey Qadınlar! Şübhəsiz ki, bu iftira, sizin Yusifə yaxdığınız hiylələrinizdən biridir. Həqiqətən də, sizin hiyləniz qüvvətli bir hiylədir!".
(29) Əziz Yusufə dedi: Ey Yusif! Sən bu olanları bir kənara qoy və bu işi kimsəyə danışma! Ey Qadın! Sən də günahına görə Allahdan bağışlanma dilə. Çünki sən, Yusifi öz nəfsinə dəvət edərək günahkarlardan oldun!
(30) Qadının bu xəbəri şəhərə yayıldı və qadınlardan bir toplumu Əzizin arvadının bu əməlinə inkar edərək dedilər: "Əzizin arvadı cavan köləsini ilə yaxınlıq etmək istəyir. Köləsinə olan sevğisi onun qəlbini bürümüşdür. Biz onun öz köləsini yoldan çıxarmasına və ona qarşı sevği bəsləməsinə görə açıq-aşkar bir azğınlıq içində olduğunu görürük".
(31) Əzizin arvadı şəhərdə bəzi qadınların onun bu əməlinə inkar etdiklərini və onun arxasınca qeybətini etdiklərini eşitdikdə, o qadınlar Yusifi görüb, qadına üzür qazandırmaq üçün onlara bir elçi göndərib onları qonaq dəvət etdi, onların rahat əyləşməsi üçün döşəklər və yasdıqlar hazırladı, sonra da qonaqların hər birinə meyvəni kəsmək üçün bir bıçaq verdi və Yusifə: "Haydı onların qarşısına çıx!" – dedi. Qadınlar Yusifi gördükdə onu çox öyüb təriflədilər, gözəlliyinə heyran olub, ona o qədər mat-mətəl qaldılar ki, süfrədəki meyvələrdən kəsmək üçün əllərində olan biçaqlarla çaşıb öz əllərini kəsdilər və təəccüblə: "İlahi! Bu oğlan bəşər övladı deyil. İsanlara bundan əvvəl belə bir heyrətamiz gözəllik əsla verilməmişdir. Bu ancaq hörmətli mələklərdən olan bir mələkdir!" – dedilər.
(32) Əzizin arvadı qadınların düşdükləri bu halı görüncə onlara belə dedi: "Onu sevdiyimə görə mənə eyib etdiyiniz gənc oğlan bax budur! Mən onu aldadıb yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər o, bir daha mənim istədiyimi etməzsə, o mütləq zindana atılacaq və zəlillərdən olacaqdır".
(33) Yusif - aleyhissəlam - Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Onların məni qorxuzduqları zindan, məndən tələb etdikləri murdar əməli etməkdən daha sevimlidir. Əgər Sən onların hiylələrini məndən uzaqlaşdırmasan, mən onlara meyl edər, beləliklə də onlara meyl etdiyimə və onların məndən istədiklərini yerinə yetirdiyimə görə cahillərdən olaram".
(34) Allah onun duasını qəbul etdi, beləcə Əzizin arvadının və şəhər qadınlarının hiyləsini ondan uzaqlaşdırdı. Həqiqətən, Allah, Yusfin və həmçinin Allaha dua edən hər bir kəsin duasını qəbul edəndir. Allah, Yusifin və başalarının halını biləndir!
(35) Əziz və onun qövmü Yusifin günahsız olduğuna dair dəlillərə şahid olduqları halda bu rüsvayçılığın insanlar arasında yayılmaması üçün onu bəlli olmayan bir müddətə qədər zindana salmaq qərarına gəldilər.
(36) Həhayət, onlar Yusifi zindana saldılar. Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri Yusifə dedi: “Mən yuxuda şərab hazırlamaq üçün üzüm sıxdığımı gördüm". İkincisi isə belə dedi: "Mən yuxuda başımın üstündə çörək apardığımı və quşların da ondan dimdikləyib yeyir gördüm. Ey Yusif! Bizə gördüyümüz bu yuxuların yozumu barədə xəbər ver. Çünki biz səni yaxşı bir insan olduğunu zənn edirik".
(37) Yusif - aleyhissəlam- dedi: "Sizə hökümdar yaxud başqası tərəfindən veriləcək yemək gəlməmişdən əvvəl mən sizə gördüyünüz yuxunun həqiqətini və yuxularınızın sonda nə ilə nəticələnəcəyi barədə bildirərəm. Sizə xəbər yerdiyim bu yuxu yozumu, kahinlər və ya münəccimlər tərəfindən deyil, əksinə, Rəbbimin mənə öyrətdiyi elimdəndir. Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən bir qövmün dinini tərk etdim!"
(38) Mən atalarımın dininə: İbrahimin, İshaqın və Yaqubun dininə tabe oldum. Bu din, tək Allaha ibadət etmək dinidir. Uca Allaha hər hansı bir şeyi şərik qoşmaq bizə yaraşmaz. O, ibadətə layiq olan tək bir İlahdır. Mənim və atalarımın Allahın təkliyini qəbul edib və Ona iman etməmiz Allahın bizə müvəffəq etdiyi lütfü sayəsindədir. Həmçini, Allahın bütün insanlara Öz Peyğəmbərlərini tövhid və iman ilə göndərməsi də Allahın onlara olan bir lütfündəndir. Lakin insanların çoxu Allahın onlara bəxş etdiyi nemətlərə görə Allaha şükür etməzlər, əksinə, onlara verilən nemətlərə nankorluq edərlər!
(39) Sonra Yusif zindanda onunla birgə olan iki yoldaşına xitabən belə dedi: "Bir necə ilahlara ibadət etmək yaxşıdır, yoxsa Tək olan, heç bir şəriki olmayan, hər bir şeyi məğlub edən, özü isə əsla onu məğlub edilməyənə ibadət etmək?!"
(40) Allahdan başqa ibadət etdiyiniz ilahlar, sizin və atalarınızın ilah adlandırdığınız, həqiqətdə isə onların ilahlıqdan heç bir payı olmayan adlardan başqa bir şey deyildir. Uca Allah sizin onları ilah adlandırmanızın doğru olmasına dair heç bir dəlil nazil etməmişdir. Bütün məxluqatın hökmü, sizin və atalarınızın özünüzdən ilah adlandırdığınız ilahların ixtiyarında yox, əksinə, tək olan Allahın ixtiyarındadır. Uca Allah sizə yalnız Ona ibadət etməyi əmr etmiş, Ona şərik qoşmağı isə qadağan etmişdir. Bu, özündə heç bir əyrilik olmayan, doğru din olan, tövhid dinidir. Lakin insanların çoxu bunu bilmirlər. Elə buna görə də Allaha şərik qoşarlar və Allahın bəzi məxluquna ibadət edərlər!
(41) Ey mənim zindan yoldaşlarım! Yuxuda şərab hazırlamaq üçün üzümü sığan kimsəyə gəlincə, o, zindandan çıxıb, əvvəlki işinə qayıdaraq yenə də Hökmdar üçün şərab süzəcəkdir. Amma başı üstündə çörək daşıyan və quşlarında o çörəkdən yediyini görən kimsəyə gəlincə, o, öldürülüb, asılacaq və quşlarda başının ətindən dimdikləyib yeyəcəkdir. Haqqında fitva tələb etdiyiniz işə qabaqcadan qərar verilmişdir. Bu iş mütləq gercəkləçəcəkdir, buna heç bir şəkk-şübhə ola bilməz.
(42) Yusuf onlardan edamdan qurtulacağını yəqin etdiyi kimsəyə, -hökmdara şərab paylayan kimsəyə - dedi: "Mənim başıma qələn hadisəni hökmdara xəbər ver, bəlkə o, məni bu zindandan çıxartdı!" Lakin şeytan şərab paylayana Yusifin ona dediklərini hökmdara xəbər verməyi unutdurdu və bundan sonra o, zindanda bir neçə il də qalmalı oldu.
(43) Bir gün hökmdar dedi: "Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və yeddi quru sünbül gördüm. Ey kübar və zadəgan kimsələr! Əgər yuxu yoza bilirsinizsə, bu yuxumun yozumunu mənə xəbər verin!"
(44) Onlar dedilər: "Gördüyün bu yuxu, qarmaqarışıq yuxulardır. Belə yuxuların yozumunu bizdə yoxdur. Biz qarmaqarışıq olan yuxuların yozumunu bilmirik".
(45) Zindandan xilas olan o iki nəfərdən şərab paylayanı uzun bir müddətdən sonra Yusifin - aleyhissəlam - yuxu yoza bildiyini xatırlayıb dedi: "Mən hökmdarın gördüyü yuxunun yozumunu, yuxu yoza bilən bir kimsədən soruşduqdan sonra sizə xəbər verə bilərəm. Ey hökmdar! Gördüyün yuxunu yozmaq üçün məni Yusifin yanına göndərin!"
(46) Zindandan xilas olan gənc Yusifin yanına gəlib ona dedi: "Ey Yusuf! Ey düz danışan insan! Yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin, yeddi yaşıl sünbül və yeddi quru sünbüllər görən kimsənin yuxusunun yozumunu bizə xəbər ver. Ola bilsin ki, mən hökmdarın və onun yanında olan adamların yanına qayıdım, bəlkə onlar da hökmdarın gördüyü yuxunun yozumunu bilsinlər və beləliklə də onlar sənin fəzilətini və dəyərini bilsinlər!"
(47) Yusif - aleyhissəlam - bu yuxunun yozumu barədə xəbər verib dedi: "Yeddi il ciddi şəkildə, ardıcıl olaraq əkin. Həmən yeddi il ərzində sünbüllərdən biçdiyinizi isə, yemək ehtiyacınız üçün ayırdığınız az miqdar istisna olmaqla, toxumların çürüyüb, qurt vurmaması üçün elə sünbülün üstündə də saxlayın.
(48) Sonra əkib beyərdiyiniz o bərəkətli yeddi ilin ardınca, yeddi quraqlıq və ağır illər gələcək. Bu illərdə insanlar toxumluq saxladıqları az bir miqdar istisna olmaqla, bərəkətli illərdə tədarük gördükləri toxumdan yesinlər.
(49) Bu quraqlıq keçən illərin ardından bol-bol yağışlar yağan elə bir il gələcək ki, əkinlər bitəcək və insanlar da bolluq üzündən üzüm, zeytun, qamış və s. bu kimi istədikləri meyvələrin şirəsini sıxıb içəcəklər".
(50) Yusifin yuxunun yozması hökmdara xəbər verildikdə, hökmdar əyanlarına: "Onu zindandan çıxarıb yanıma gətirin!" – dedi. Hökmdarın göndərdiyi elçi Yusifin yanına gəldikdə, Yusuf elçiyə dedi: "Hökmdar ağanın yanına qayıt və zindandan çıxmazdan əvvəl mənim günahsız olduğumun bilinməsi üçün hökmdardan, əllərini kəsən qadınların qissəsi barədə soruş. Şübhəsiz ki, Rəbbim qadınların məni aldatıb yoldan çıxarmaq üçün qurduqları hiyləni biləndir. Bundan Ona heç bir çey gizli qalmaz!"
(51) Hökmdar qadınlara xitab edərək dedi: "Siz hiylə qurub Yusufdan sizinlə zina etməsini tələb etdikdə nə məqsəd güdürdünüz?" Onlar hökmdarın sualına belə cavab verdilər: "Yusufu bu işdə ittiham etməkdən Allaha sığınırıq. Biz onun haqqında pis bir şey bilmirik." Bu zaman zadəgan kişinin arvadı öz əməlini etiraf edərək dedi: “İndi haqq üzə çıxdı. O məni deyil, əksinə, mən onu yoldan çıxartmaq istəyirdim. Şübhəsiz ki, onun, mənim ona atdığım böhtandan uzaq olduğu barədə dediyi söz doğrudur.
(52) Əzizin arvadı dedi: "Bunu etiraf etməyimlə qoy Yusif bilsin ki, onu yoldan çıxartmağa məhz mən məcbur etdim. Həqiqətən, Yusif, ərim yanımda olmadıqda, mənim ona xəyanət etmədiyim iddiasında doğru danışır. Başıma gələn bu hadisədən mənə aydın oldu ki, Allah, yalan danışan və xəyanət edən kimsələri xeyrə müvəffəq etmir."
(53) Əzizin arvadı sözünə davam edib dedi: "Mən günaha meyil etdiyimə görə özümə bəraət qazandırıb, nəfsimi təmizə çıxarmaq istəmirəm. Çünki, Allahın rəhm edib pis əməllərdən qoruduğu kəslər müstəsna olmaqla, insanın nəfsi daim ona istədiyi şeylərə meyil etdirir və nəfsi də bu şeylərdən çəkindirmək çox çətindir. Həqiqətən, Rəbbim Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir".
(54) Hökmdar Yusufun ona yaxılan iftiradan təmiz çıxdığını, üstəlik, onun elm sahibi olduğunu bildikdən sonra, öz əyanlarına dedi: "Onu mənim yanıma gətirin! Onu özümə məsləhətçi edəcəyəm". Hökmdar Yusufla söhbət edib, onun elmindən və ağlından agah olduqdan sonra, Yusufa: "Ey Yusuf: Sən bu gündən etibarən bizim yanımızda yüksək məqam sahibi və etibarlı bir insan oldun" – dedi.
(55) Yusif Hökmdara dedi: "Misir diyarınada xəzinələrini və azuqələrin qorunmasını mənə tapşır. Çünki mən özümə etibar edilən, mal-dövləti qoruyanam və mənə həvalə edilən işləri idarə edilməsini bilənəm".
(56) Biz Yusifi ona atılan böhtandan təmizə çıxarıb, zindandan xilas edərək ona nemətimizdən bəxş etdik. Eləcə də onu, Misir diyarında bərqərar edib nemətimizdən ona bəxş etdik. Beləliklə, o, Misirdə könlü istədiyi yerə gedib, orada qala bilirdi. Biz dünyada istədiyimiz qulumuza Öz mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsla zay etmirik, əksinə, onların mükafatını əskidilmədən, kamil bir şəkildə veririk.
(57) Allaha iman gətirən, Onun əmrlərini yerinə yetirib qadağalarından çəkinərək Ondan qorxan kimsələr üçün, əlbəttə ki, Allahın axirətdə hazırladığı mükafatı dünya mükafatından daha xeyirlidir.
(58) Yusifin qardaşları öz yükləri ilə Misir torpağlarına gəlib onun yanına daxil oldular. Yusif o saat onların öz qardaşları olduqlarını bildi, onlar isə uzun bir vaxt ötdüyündən, həm də Yusifin zahiri görünüşü dəyişdiyi səbəbindən onun öz qardaşları olduğunu bilmədilər. Çünki onlar Yusifi quyuya atdıqları zaman o, kiçik bir uşaq idi.
(59) Yusif onların istədikləri ərzaq və azuqə yüklərini verdi. Onlar, özlərinin atabir qardaşları olduğunu, lakin həmən qardaşın atalarının yanında qaldığını Yusifə xəbər verdikdən sonra, Yusif onlara dedi: "Atabir qardaşınızı yanıma gətirin ki, sizə daha bir dəvə əlavə ərzaq və azuqə verim! Məgər mənim ölçüyə tam riayət etdiyimi, heç bir əskiklik etmədiyimi və mənim qonaq qarşılayanların ən yaxşısı olduğumu görmürsünüz?!
(60) Əgər onu yanıma gətirməsəniz, sizin atabir qardaşınız olduğu iddanızın yalan olduğu üzə çıxacaq. Əgər belə olarsa, daha sizə bir qab belə ərzaq və azuqə verilməyəcək və özünüz də ondan sonra mənin diyarıma yaxınlaşmayın!"
(61) Onlar Yusifə dedilər: "Onu sənin yanına gətirməyimizi atasından xahiş edəcək və bu işdə atasını razı salmaq üçün əlimizdən gələni edəcəyik. Əlbəttə ki, bizdən tələb etdiyini əskiltmədən mütləq yerinə yetirəcəyik".
(62) Yusif, öz xidmətçilərinə dedi: "Onların taxıl əvəzinə ödədikləri mallarını da yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə onlardan satın almadığımızı anlaslınlar, çünki bu, onların Yusifə verdikləri sözlərində doğru olmalarını isbat etmək və Yusifin onlardan yüklərini qəbul etmək üçün özlərini ikinci dəfə mənim yanıma qardaşları ilə qayıdmağa məcbur edəcəkdir".
(63) Onlar atalarının yanına qayıtdıqda, Yusifin onlara gözəl bir şəkildə xidmət etdiyini danışaraq atalarına belə dedilər: "Atacan! Əgər qardaşımızı özümüzlə aparmasaq, bundan sonra bizə ərzaq verilməyəcək. Elə isə onu bizimlə göndər. Əgər sən onu bizimlə göndərsən, biz yenə də ərzaq ala bilərik. Şübhəsiz ki, biz onun sənə sağ-salamat qayıdana qədər qoruyacağımıza söz veririk".
(64) Ataları onlara dedi: "Daha öncə onun doğma qardaşı, Yusifi, sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi?! Mən Yusifi sizə etibar etdim, siz də onu qoruyacağınıza dair söz verdiniz, lakin siz verdiyiniz sözün üstündə durmadınız. Elə buna görə də onu qoruyacağınız barəsində verdiyiniz sözə inanmıram. Mənim inandığım yalnız Allahdır. O, qorumaq istədiklərini ən yaxşı qoruyandır və rəhm etmək istədiklərinə də ən yaxşı rəhm edəndir".
(65) Onlar özləri ilə gətirdikləri ərzaq olan yüklərini açdıqda verdikləri mallarının da özlərinə qaytarıldığını görüb atalarına dedilər: "Bizə göstərilən belə bir hörmət və ehtiramdan sonra biz o hökmdardan daha nə istəyə bilərik ki?! Budur, hökmdar bizə hörmət edib ondan aldığımızərzaq müqabilində verdiyimiz malı özümüzə qaytarıb. Biz həmin pulla ailəmizi ərzaqla təmin edər, qardaşımızı qorxduğun şeydən qoruyar və onun bizimlə birgə olduğuna görə biz, bir dəvə də yükü artıq ərzaq alarıq. Bir dəvə artıq ərzaq vermək isə hökmdar üçün çox asan bir işdir".
(66) Ataları onlara belə dedi: "Ölüm hamınızı yaxalayıb, sizdən heç bir kimsə sağ-salamat qalmayıb, onu mənə geri qaytarmaq heç cür mümkün olmaması istisna olmaqla, onu qaytarıb yanıma gətirəcəyinizə dair Allaha and içməyincə qardaşınızı əsla sizinlə göndərməyəcəyəm". Onlar sidq ürəkdən Allaha and içib, atalarına söz verdikdə Yəqub onlara dedi: "Allah söylədiklərimizə şahiddir. Onun şahid olması bizə yetər".
(67) Ataları onlara nəsihət edərək dedi: "Hamınız şəhərə bir qapıdan daxil olmayın, ayrı-ayrı qapılardan daxil olun. Bu, kiminsə sizə bir zərər vermək istədikdə, bəzilərinizin bu zərərdən salamat qalması üçün daha yaxşıdır. Mən bunu Allahın sizə zərər vermək istədiyi təqdirdə, sizi ondan qorumaq üçün və ya Allahın sizə istəmədiyi bir xeyiri sizə nəsib etmək üçün demirəm. Çünki hökm yalnız Allahındır. Allah nə qəza-qədər yazmışdırsa oda mütləq olacaqdır. Mən bütün işlərimdə tək Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də bütn işlərində ancaq Ona təvəkkül etsinlər".
(68) Nəhayət, onlar Yusifin doğma qardaşını da özləri ilə götürüb yola düşdülər. Atalarının onlara əmr etdiyi kimi şəhərə ayrı-ayrı qapılardan daxil olsalar da, onların şəhərə ayrı-ayrı qapılardan daxil olması Allahın qədərindən onlara heç bir faydası olmadı, lakin bu, Yaqubun qəlbində övladlarına qarşı olan bir şəfqət hissi idi ki, o, bunu büruzə verib və övladlarına şəhərə ayrı-ayrı qapılardan daxil olmalarını nəsihət etdi. Yaqub, Allahın yazdığı qədərdən başqa heç bir qədərin olmadığını yaxşı bilirdi. Çünki o, ona öyrətdiyimiz qədərə iman etməyi və səbəblərdən tutmağı bilirdi. Lakin insanların çoxu bunu bilməzlər!.
(69) Yusifin qardaşları, Yusifin doğma qardaşı ilə onun yanına daxil olduqda, Yusif doğma qardaşını qucaqlayıb gizlincə ona dedi: "Mən sənin doğma qardaşın, Yusifəm. Qardaşlarının bizə əziyyət vermələri, bizə kin bəsləmələri və məni quyuya atmaları kimi səfeh, ağılsız hərəkətlərinə görə kədərlənmə!".
(70) Yusif xidəmtçilərinə qardaşlarının dəvələrinə azuqə yükləməyi əmr etdikdə hökmdarın azuqə tələb edən kimsələr üçün əzuqə ölçən piyaləsini, qardaşları hiss etmədən kiçik qardaşının öz yanında qalması üçün onun yükünün içinə qoydu. Onlar tərpənib atalarının yanına qayıtmaq istədikdə, arxalarınca bir carçı qışqırıb dedi: "Ey azuqə ilə yüklənmiş karvan sahibləri! Siz oğrusunuz!".
(71) Yusifin qardaşları arxalarınca səslənən carçıya və onunla birgə olan yoldaşlarına tərəf dönüb: "Nə itirmisiniz ki, hətta bizi oğurluqda ittiham edirsiniz?" – dedilər.
(72) Carçı və onunla birgə olan yoldaşları Yusifin qardaşlarına belə dedilər: "Hökmdarın insanlar üçün azuqə ölçdüyü piyaləsini itirmişik. Kim onu, biz yüklərinizi araşdırmadan gətirərsə, ona bir dəvə yükü ərzaq əlavə veriləcəkdir!". Carçı: "Mən bunu pulayəni gətirən kimsəyə zəmanət verirəm!" – dedi.
(73) Yusifin qardaşları onlara dedilər: "Allaha and olsun! Siz halımızdan gördüyünüz kimi, bizim oğurluq etmədiyimizi və belə bir işdən günahsız və xəbərsiz olduğumuzu bilirsiniz. Biz Misir torpağına fitnə-fəsad törətmək üçün gəlməmişik və həyatımız boyunca heç oğurluq da etməmişik".
(74) Bu zaman carçı və onunla birgə gələn yoldaşları onlara dedilər: "Əgər siz oğurluq etmədiyiniz iddanızda birdən yalançı çıxsanız, elə isə bizə deyin bir görək, sizin dinizdə oğurluq edən kimsənin cəzası nədir?"
(75) Yusifin qardaşları onlara belə cavab verdilər: "Bizim dinimizdə oğurluq edən kimsənin cəzası, itmiş piyalə yükündə tapılan kimsənin özünü, oğurluq etdiyi kimsəyə kölə edilərək cəzalandırılmasıdır. Biz dinimizdə oğurluq edənləri kölə olmaqla cəzalandırırıq!".
(76) Carçı və onunla birgə gələn yoldaşları qardaşların yüklərini yoxlamaq üçün onları Yusifin yanına gətirdilər. Yusif etdiyi hiyləni qardaşları anlamasınlar deyə, doğma qardaşının yükünü yoxlamazdan əvvəl ögey qardaşlarının yüklərini yoxlamağa başladı, doğma qardaşının yükünü yoxladıqda, isə hökmdarın piyaləsini qardaşının yükündən çıxartdı. Biz Yusifə piyaləni doğma qardaşının yükünün arasına qoymağı öyrətdiyimiz kimi, Misir diyarında Misir qanunları ilə deyil, əksinə, qardaşlarının yaşadıqları yerin hömkü ilə hökm verib, doğma qardaşını kölə götürməsini də ona öyrətdik. Əgər Yusif burada hökmdarın qanunları ilə hökm vermiş olsaydı, doğma qardaşını, Allahın istəyi istisna olmaqla, əsla kölə götürə bilməzdi, çünki hökmdarın qanunlarına əsasən, oğrunun cəzası döyülmək və cərimə ödəmək idi. Bu yalnız Allahın istəyi ilə oldu. O hər şeyə qadirdir. Biz Yusifin dərəcəsini yüksək məqamlara qaldırdığımız kimi, qullarımızdan istədiyimiz kəmsələrin də dərəcələrini yüksək məqamlara qaldırırıq. Hər bir bilik sahibindən daha çox bilən vardır. Bütün bilik sahiblərinin üzərində isə hər bir şeyi bilən Allahın elmi vardır.
(77) Yusifin qardaşları dedilər: "Əgər o oğurlayıbsa, burada təəccüblü bir şey yoxdur, bundan əvvəl onun qardaşı da oğurluq etmişdi". Onlar bu sözlə Yusifi -Əleyhis-salam- qəsd edirdilər. Yusuf onların söylədikləri bu sözün acısını içində gizlədib onlara büruzə vermədi və öz-özünə: "Siz etdiyiniz həsəd və pis əməllərinizə görə Allah qatında daha pis mövqeydəsiniz. Uca Allah mənə yaxdığınız bu iftiranı daha yaxşı biləndir" – dedi.
(78) Yusifin qardaşları ona dedilər: "Ey hökmdar! Onu çox sevən, yaşlı, çox qoca bir atası var. Sən onun əvəzinə bizdən birini götür. Həqiqətən, Biz səni həm bizim ilə həm də ki, başqaları ilə gözəl rəftar etdiyini görürük. Elə isə bu işdə də bizə yaxşılıq et!"
(79) Yusif – aleyhisəlam – dedi: "Zalim bir kimsənin günahına görə günahsız bir kimsəyə zülm etməkdən Allaha sığınıram. Hökmdarın piyaləsini, xurcununda tapmadığımız bir kimsəni cəzalandırsaq, onda biz, günahkarı sərbəst buraxıb, günahsızı cəzalandırdığımıza görə, zalımlardan olarıq!"
(80) Onlar Yusifdən istədiklərini ala bilməyəcəklərindən ümüdlərini kəsdikdə, öz aralarında məsləhətləşmək üçün insanlardan uzaqlaşıb bir kənara çəkildilər. Onların böyük qardaşları dedi: "Mən sizə atanızın: "Ölüm hamınızı yaxalayıb, sizdən heç bir kimsə sağ-salamat qalmayıb, onu mənə geri qaytarmaq heç cür mümkün olmaması istisna olmaqla, onu qaytarıb yanıma gətirəcəyinizə dair Allaha and içməyincə qardaşınızı əsla sizinlə göndərməyəcəyəm" – deyərək sizdən Allah adına əhd aldığını və bundan əvvəl də Yusifə qarşı haqsızlıq etdiyinizi xatırlatmaq istəyirəm. Siz atanıza verdiyinmi sözü yerinə yetirmədiniz. Atam mənə geri dönməyə izin verməyincə və ya Allah mənə qardaşımı hökmdardan geri almağa hökm verməyincə, mən Misir torpaqlarından heç bir yerə getməyəcəyəm. Allah, hökm verənlərin ən xeyirlisidir. O, haqq və ədalət ilə hökm verir!"
(81) Böyük qardaş dedi: "Atanızın yanına qayıdın və ona deyin: "Oğlun oğurluq etdi və Misirin hökmdarı onu, oğurluq etdiyinə görə cəza olaraq öz yanında kölə etdi. Biz ancaq yükü arasından çıxan piyaləni gördüyümüzə şahidlik edib xəbər verdik. Biz onun oğurluq edəcəyini bilmirdik. Əgər bilsəydik onu geri qaytarmağımıza dair sənə söz verməzdik.
(82) Ey atamız! Bizim sənə doğru söylədiyimizə əmin olmağın üçün hal-hazırda olduğumuz Misir sakinlərində və birlikdə gəldiyimiz karvan əhlindən soruş. Onlar da sənə, bizim dediyimizi deyəcəklər. Biz, qardaşımızın oğurluq etməsi barədə sənə söylədiyimiz xəbər, həqiqətən də, olmuş bir hadisədir!"
(83) Ataları onlara dedi: "Onun oğurluq etməsi barədə dedikləriniz heç də həqiqətə uyğun deyil. Əksinə, nəfsiniz sizi aldadıb, bundan əvvəl qardaşı Yusifə hiylə qurmağa sövq etdirdiyi kimi sizi ona da qarşı hiylə qurmağa sövq etdirib. Şikayətim yalnız Allahadır. Ola bilsin ki, Allah, Yusifi, onun doğma qardaşını və onların böyük qardaşlarını - hamısını birlikdə, mənə qaytarsın. Həqiqətən də, O, mənim düşdüyüm halı biləndir və işlərimi idarə etməkdə hikmət sahibidir!"
(84) Yaqub onlardan üz çevirərək uzaqlaşdı və: "Ey Yusifə olan şiddətli hüznüm!" – dedi. Yaqubun Yusif üçün ağlamaqdan gözlərinin qarası ağardı. O, hüzn və dərd-qəm içində olmasına rəğmən bunu öz içində saxlayıb insanlara bildirmirdi.
(85) Yusifin qardaşları atalarına dedilər: "Ey atamız! Allaha and olsun ki, Yusifi tez-tez yada salıb, onun dərdinə acımaqla axırda sən ya xəstələnəcəksən ya da ki, taqətdən düşüb öləcəksən!".
(86) Ataları onlara belə dedi: "Başıma gələn bu dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm. Çünki mən, uca Allahın lütfünü, xeyirxahlığını, darda olanın duasını qəbul etməsini, həmçinin, müsibətə düçar olan kimsəyə verəcəyi mükafatı sizdən daha yaxşı bilirəm!
(87) Ataları onlara belə dedi: "Ey oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər öyrənin, Uca Allahın qullarından qəm-qüssəni aparmasından və işlərini asanlaşdırmasından ümidinizi əsla üzməyin. Şübhəsiz ki, Allahın, qullarından qəm-qüssəni aparıb və işlərini asanlaşdırmasından ancaq kafir olan bir qövm ümidini üzər. Çünki kafirlər, Allahın qüdrətinin böyüklüyündən bixəbərdirlər və Allahın Öz qullarına olan fəziləti onlara gizlin qalmışdır!"
(88) Onlar atalarının əmrini yerinə yetirdilər və beləliklə də, Yusifi və onun qardaşını axtarmaq üçün yola çıxdılar. Nəhayət, Yusifin yanına daxil olduqda, ona belə dedilər: "Bizə qıtlıq, aclıq üz vermişdir. Biz sənin yanına çox az və dəyərsiz bir mal ilə gəlmişik. Sən isə bizə bunun əvəzində bundan əvvəl ölçünü tam çəkib azuqə verdiyin kimi, yenə də bizə ölçünü tam çəkib azuqə ver. Gətirdiyimiz dəyərsiz mala fikir vermədən bizə azuqəni artıq etməklə sədəqə et. Şübhəsiz ki, Uca Allah sədəqə verənləri mükafatını ən gözəl şəkildə verər!".
(89) Yusif qardaşlarının söylədiklərini eşitdikdə, qəlbi onlara qarşı bir rəhmət olaraq yumuşaldı və özünü onlara tanıtmaq üçün belə dedi: "Siz etdiyiniz əməllərin aqibətindən cahil ikən Yusifə və onun doğma qardaşına qarşı nələr etdiyiniz xatırlayırsınızmı?!"
(90) Onlar bunu eşitdikdə özlərini itirdilər və çaşqınlıq içində qalıb belə dedilər: "Sən Yusifsən?" Yusif onlara dedi: "Bəli, mən Yusifəm, yanımda gördüyünüz bu oğlanda mənim doğma qardaşımdır. Uca Allah bizə düşdüyümüz çətinlikdən qurtarmaqla və qədir-qiymətimizi ucaltmaqla mərhəmət etdi. Kim Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinməklə Ondan qorxsa və müsibətlərə səbir etsə, bilsinki, artıq o, yaxşı iş görmüşdür. Allah yaxşı iş görənlərin mükafatını əsla puç etməz, əksinə onlar üçün qoruyub saxlayar!"
(91) Qardaşları Yusifə qarşı etdikləri əməllərə görə Yusifdən üzür istəyərək ona dedilər: "Allaha and olsun ki, Allah sənə kamillik sifətlərini bəxş etməklə səni bizdən üstün etdi. Biz isə sənə qarşı etdiyimiz əməllərə görə pis və zalim kimsələrdən olduq!"
(92) Yusif onların üzür istəmələrini qəbul edərək onlara dedi: "Etdiyiniz əməllərə görə bu gün sizə heç bir əzab və danlaq yoxdur. Uca Allahdan sizi bağışlasını istəyirəm! O, Sübhənəhu va Təala rəhm edənlərin ən rəhmlisidir!"
(93) Qardaşları Yusifə atalarının onun üçün ağlamaqdan gözləri kor olduğunu xəbər verdikdə, Yusif köynəyini onlara verib belə dedi: "Bu köynəyimi aparıb atamın üzünə atın ki, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə mənim yanıma gəlin!"
(94) Qafilə Misir torpağından çıxıb şəhərdən ayrılanda Yaqub – aleyhissəlam – oğullarına və ətrafındakılara dedi: "Əgər məni cahilliklə suçlayıb, bu qoca ağlını itirib nə dediyibi bilmir deməklə ittiham etməsəydiniz, inanı ki, mən, Yusufun qoxusunu hiss edirəm deyərdim!"
(95) Yanında olan övladları ona dedilər: "Allaha and olsun ki, sən hələ də Yusifi xatırlamaqdan və onu yenidən görmək barədə köhnə şaşqınlığından əl çəkməmisən!"
(96) Yaqubu sevindirən müjdəçi gəlib Yusifin köynəyi Yaqubun üzünə atan kimi onun gözləri açılıb görməyə başladı və öz oğullarına belə dedi: "Məgər sizə, mən Allahın lütfü və ehsanından sizin bilmədiklərinizi bilirəm demədimmi?"
(97) Yaqubun oğulları Yusifə və onun doğma qardaşına qarşı etdikləri əməllərdən dolayı ataları Yəqubdan – aleyhissəlam – üzür istəyərək ona belə dedilər: "Ey atamız! Keçmişdə işlətdiyimiz günahlarımızın bağışlanması üçün Allahdan bizi bağışlanmasını dilə. Doğrudan da, biz Yusifə və onun doğma qardaşına qarşı etdiyimiz əməllərə görə günahkar və pis adamlar olmuşuq!"
(98) Ataları onlara cavab verərək belə dedi: "Mən sonra Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O, qullarından tövbə edənlərin günahlarını bağışlayandır və onlara qarşı rəhmlidir!".
(99) Yaqub və onun ailəsi yaşadıqları torpaqlardan çıxıb Yusifi görmək üçün Misirə gəldilər. Onlar Yusufun yanına gəldikdə o, ata-anasını qucaqlayıb, qardaşlarına və onlların ailələrinə dedi: "Allahın istəyi ilə əmin-amanlıq içində Misirə daxil olun, burada sizə heç bir əziyyət verilməz!"
(100) Yusif ata-anasını özü əyləşdiyi taxtın üstündə əyləşdirdi. Atası, anası və on bir qardaşı Yusifi salamlamaq üçün hamısı onun qarşısında səcdə etdilər. Bu səcdə, heç də ibadət məqsədi ilə edilən səcdə deyildi, lakin Yusifin yuxuda gördüyü kimi Allahın əmrini gerçəkləçdirmək üçün edilən bir səcdə idi. Elə buna görə də Yusif – Aleyhissəlam – atasına belə dedi: "Sizin mənə səcdə edərək məni salamlamağınız, bundan öncə gördüyüm və sənə danışdığım yuxumun yozumudur. Artıq Rəbbim o yuxunun həyatda baş verməsini gerçəkləşdirdi. Şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra məni zindandan çıxartmaqla və sizi səhradan yanıma gətirməklə Rəbbim mənə lütf etdi. Şübhəsiz ki, Rəbbim istədiyi şeyi idarə etməsində lütf sahibidir. Həqiqətən, O, qullarının olduqları halı daha yaxşı biləndir və işləri idarə etməsində də hikmət sahibidir!"
(101) Sonra Yusif Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Sən mənə Misirin mülklünü bəxş etdin və mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri misilsiz xəlq edən! Dünyada da, axirətdə də bütün işlərimə hamilik edən Sənsən. Ömrüm sona çatdıqda və əcəlim yetişdikdə, canımı müsəlman olduğum halda al və məni Cənnətin ən üstün təbəqəsi olan Firdovsda atalarımdan və başqalarında olan saleh peyğəmbərlərə qovuşdur!"
(102) Ey Peyğəmbər! Biz Yusif və onun qardaşlarının bu hekayətini sənə vəhy yolu ilə bildirdik. Halbuki sənin, onların bu hekayətləri barədə heç bir elmin yox idi. Həmçinin də, Yusifin qardaşları ona qarşı hiylə qurub, onu quyunun dibinə atdıqları zaman sən onların yanlarında deyildin. Lakin bunların sənə Biz vəhy edərək bildirdik.
(103) Ey Peyğəmbər! Sən insanların iman gətirmələri üçün nə qədər çalışsan da, yenə də onların çoxu Allaha iman gətirən deyildir. Sən Məkkə müşriklərinin haqq yoldan azmalarına görə özünü üzüb həlak etmə.
(104) Ey Peyğəmbər! Əgər onlar başa düşsəydilər, sənə iman gətirərdilər. Çünki sən Qurandan və dəvət etdiyin dindən dolayı onlardan heç bir qarşılıq tələb etmədin. Bu Quran bütün insanlar üçün ancaq bir öyüd-nəsihətdir.
(105) Göylərdə və yerdə yayılmış halda Uca Allahın təkliyinə dəlalət edən çoxlu sayda ayələr vardır. Amma insanların çoxu onların yanından üz çevirib keçirlər və onlara baxıb, düşünüb ibrət almazlar.
(106) İnsanların əksəriyyəti Allahın yaradan, ruzi verən, öldürən və dirildən olduğuna Allahla yanaşı bütlərə ibadət edərək inanırlar. Uca Allahın oğlu olduğunu idda edirlər.
(107) Məgər müşriklər dünyada onların başlarının üstünü alan və özlərini ondan qoruya bilməyəcəkləri bir əzabının onlara qəflətən gəlməyəcəyinə və ya özləri də hiss etmədən ansızın Qiyamət saatının qopmayacağına əmindirlərmi?!
(108) Ey Peyğəmbər! Dəvət etdiyin kimsələrə de: "Bu mənim, insanları açiq-aydın dəlil və sübutlarla dəvə etdiyim yolumdur. Mənə tabe olanlar da, mənim yolumu tutub gedənlər də, mənim sünnəmə riayət edənlər də, bu yola dəvə edərlər. Allah pak və müqəddəsdir, Ona nisbət edilən, Onun cəlalına layiq olmayan və kamalına zidd olan nöqsanlardan uzaqdır. Mən Allaha şərik qoşanlardan deyiləm. Əksinə mən, tək Allaha ibadət edən kimsələrdənəm!"
(109) Ey Peyğəmbər! Biz səndən əvvəl də mələklərdən deyil insanlardan olan neçə-neçə peyğəmbərlər göndərdik. Biz sənə vəhy etdiyimiz kimi onlarada vəhy etdik. Onlar heç də səhrada yaşanan bədəvi insanlardan deyildilər, əksinə, elə şəhərdə yaşayan insanlardan idilər. Buna rəğmən qövmü onları yalançı saydı. Biz də buna görə onları məhv etdik. Məgər səni yalançı sayan o kimsələr yer üzündə gəzib-dolaşıb özlərindən öncəkilərin peyğəmbərləri yalan saydıqlarına görə onların sonunun necə olduğunu görüb və bundan bir ibrət almırlar?! Əlbəttə, Axirət yurdunda olan nemətlər, dünya həyatında Allahdan qorxan təqva sahibləri üçün daha xeyirlidir. Məgər siz Allahın əmrlərini yerinə yetirib -bunun ən əzəmətlisi Uca Allaha iman gətirməkdir- qadağalarından çəkinərək -bunun ən böyükü Allaha şərik qoşmaqdır- Allahdan qorxmağın sizin üçün daha xeyirli olduğunu anlamırsınızmı?!
(110) Qövmlərinə göndərdiyimiz peyğəmbərlərin düşmənlərinə möhlət verdik və onların azğınlıqlarını daha da artırmaq üçün onlara əzab verməyə tələsmədik. Beləki, onların həlakı gecikdəkdə, peyğəmbərləri onların həlak olacaqlarından ümüdlərini itirdikdə, kafirlər də özlərinə göndərilən peyğəmbərlərin yalançılara vəd etdikləri əzabın və möminlərin xilas olmasını yalan olduğunu zənn etdiklərində, elçilərimizə yardımımız gəldi. Biz elçiləri və möminləri yalan sayanlara gələn əzabdan qurtardıq. Günahkar bir qövmə əzabımız gəldikdə isə bunu onlardan kimsə əsla dəf edə bilməz!
(111) Peyğəmbərlərin, onların ümmətlərinin həmçinin Yusifin və onun qardaşlarının rəvayətlərində sağlam ağıl sahiblərinin ibrət almaları üçün öyüd-nəsihətlər vardır. Quranda, Allah adından yalan və ya uydurulmuş bir kəlam əsla ola bilməz. Lakin o, Allah tərəfindən nazil edilən səmavi kitabları təsdiqləyən, şəri əhkamlardan və hökmlərdən qulların açıqlamasına ehtiyac duyulan hər şeyi təfsilatlı bir şəkildə izah edən, hər bir xeyirə yönəldən və ona iman gətirən qövmə bir rəhmərdir. Çünki məhz bu kimsələr, Quranda olanlardan faydalanan kimsələrdir.