(1) ﴾Əlif. Ləm. Mim. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Ey Peyğəmbər! Bu surədə olan uca ayələr və Allahın sənə nazil etdiyi bu Quran özündə heç bir şəkk-şübhəyə yer olmayan bir kitabdır. Onun Allah tərəfindən olmasına şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inadkarlıq və təkəbbürlük edərək ona iman etməzlər.
(2) Gördüyünüz uca göyləri dirəksiz yaradan Allahdır. Sonra da keyfiyyəti və bənzəri bizim məlum olmayan, Özünə layiq olan şəkildə ərşə ucalmışdır. Günəşi və ayı məxluqatın mənfəti üçün onlara ram etmişdir. Günəş və ayın hər biri Allahın müəyyən etdiyi vaxta qədər göydə hərəkət etməkdədir. Uca Allah göylərdə və yerdə işləri istədiyi kimi yoluna qoymaqdadır. Uca Allah, Qiyamət günü Rəbbinizlə qarşılaşacağınza yəqin olmanız və o gün üçün saleh əməllər edərək hazırlaşmağınıza görə Onun qüdrətinə dəlalət edən ayələri beləcə açıq-aydın izah edər!
(3) Yer üzünü yayıb genişləndirən, insanların orada sabit qalmaları üçün daim bir qərar tutan möhkəm dağları, insanların heyvan və əkin sahələrini suvarmaq üçün orada çaylar axıtan və orada hər növ meyvə və heyvanlardan erkək və dişi olmaqla cüt-cüt yaradan, gecəni gündüzlə örtərək nurlu, işıqlı olduqdan sonra zülmət qaranlığa çevirən Odur. Həqiqətən də, bu deyilənlərdə, Allahın yaratdıqları barədə düşünən bir qövm üçün açıq-aydın dəlillər vardır. Bu açıq-aydın dəlillərdən düşünüb ibrət alanlarda elə məhz onlardır!
(4) Yer üzündə bir-birinə yaxın ərazilər, üzüm bağları, əkinlər, bir gövdədən və fərqli-fərqli gövdələrdən çıxan xurma ağacları vardır ki, bu bostanlar və əkin sahələridə eyni su ilə suvarılır. Bunların yan-yana olmasına və enyi bir yerdən suvarılmasına rəğmən, Biz onların dad və başqa faydalar baxımından bəzisini digərindən üstün etdik. Doğrudan da, bu zikr edilənlərdə başa düşən kimsələr üçün Allahın varlığına dəlalət edən açıq-aydın dəlillər vardır. Çünki bu dəlillərdən ibrət alan elə məhz onlardır.
(5) Ey Peyğəmbər! Əgər hər hansı bir şeydən təəccüblənirsənsə, onların öldükdən sonra yenidən diriləcəklərinə və bu dirilməni inkar edərək: "Biz ölüb torpaq olduqdan və sümüklərimiz çürüdükdən sonra yenidənmi diriləcəyik" – demələrinə təəccüblənməyin daha münasibdir. Öldükdən sonra dirilməyi inkar edən kimsələr, Rəbbinə küfr edən və Rəbbinin ölüləri diriltməyə qadir olmasını inkar edən kimsələrdir. Qiyamət günü o kimsələrin boyunlarına oddan zəncirlər vurulacaq. Onlar Cəhənnəm sakinləridirlər və onlar orada əbədi qalacaqlar. Onlar orada əsla ölməzlər və əzabları bir anlıq belə kəsilməz.
(6) Ey Peyğəmbər! Müşriklər səni əzabın onlara tez bir zamanda gəlməsi üçün tələsdirirlər. Allahın onlara əzəldən yazdığı nemətlərin özlərinə tamamlanmasından öncə əzabın özlərinə gec gəldiyni zənn edirlər. Halbuki onlardan əvvəl peyğəmbərləri yalan sayan ümmətlərə neçə-neçə ibrətamiz cəzalar olub keçmişdir. Axı onlar nə üçün olub keçənlərdən ibrət almırlar?! Ey Peyğəmbər! Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq yenə də onları bağışlayandır və Allaha tövbə etmələri üçün onlara əzab verməyə tələsməz. Sözsüz ki, əgər küfür əməllərdə israr edib, Allaha tövbə etməsələr, Allah onlara şiddətli əzab verməyədə qadirdir!
(7) Allaha küfr edən kimsələr - insanları Allahın yolundan döndərərək və inadkarlıq edərək - deyirlər: "Kaş ki, Musaya və İsaya nazil edildiyi kimi Muhəmmədə də, Rəbbindən bir möcüzə endiləydi?" Ey Peyğəmbər! Sən ancaq insanları Allahın əzabından xəbərdar edib qorxudansan. Allahın sənə bəxş etdiyi möcüzələrdən başqa özündən heç bir möcüzə gətirməyə qadir deyilsən. Hər qövmün, onlara haqq yolu göstərən və haqqa çağıran bir peyğəmbəri var!
(8) Allah hər bir dişinin bətnində nə daşıdığını və hər bir şeyi biləndir. Bətnlərdə olan naqisliyi və kamilliyi, sağlam olanı da xəstə olanıda bilir. Allah qatında hər şeyin müəyyən ölçüsü vardır. Bu ölçü, nə artar nə də ki, azalar.
(9) Çünki Uca Allah məxluqatın dərk etmədiyi və həmçinin görüb dərk etdiyi hər bir şeyi haqqı ilə biləndir. O, sifətlərində, adlarında və feillərində əzəmətlidir. O, zatı və sifətləri ilə yaratdığı bütün məxluqatın üzərindədir və ucadır.
(10) Uca Allah gizlində və aşkarda olanıda biləndir. Ey İnsanlar! Sizdən kimin sözü gizli saxlaması və kimin də onu aşkara çıxarması Allah üçün eynidir. Həmçinin gecənin zülmətində insanların gözündən gizlənən də və gündüzün işığında öz işi ilə məşğuln olan da Allah üçün eynidir.
(11) Uca Allahın insanlar üçün təyin etdiyi bir-birini təqib edən mələkləri vardır. Bunların bəzisi gecə, bəzisi də gündüz gələr. Bu mələklər, Allahın əmri ilə insanları, uca Allahın onlar barədə yazıb təqdir etdiyi qədərdən və ona zərər verəcək şeylərdən qoruyar və onların sözlərini və əməllərini yazırlar. Həqiqətən də, insanlar Allaha şükür etməyi tərk etmədikcə, Allah da onların olduqları, xoş bir halı, xoşlamadıqları bir hal ilə dəyişməz. Əgər Allah hər hansı bir qövmü məhv etmək istəyərsə, kimsə Onun istəyinin qarşısını əsla ala bilməz. Ey İnsanlar! Sizin işlərinizi Allahdan başqa yoluna qoyan yoxdur. Elə isə sizə üz verən bəladan özünüzü qorumaq üçün Allaha sığının.
(12) Ey İnsanlar! Sizə ildırmı göstərən, qəlbinizdə şimşək qorxusu ilə yağış ümidini bir araya cəm edən Odur. Bol-bol yağışla dolu ağır buludları var edən də Odur.
(13) Göy gurultusu Uca Rəbbinə həmd edərək Onun şəninə təriflər deyir. Mələklər də Rəbbindən qorxaraq, Ona ehtiram göstərərək və Onu təzim edərək Onun şəninə təriflər deyirlər. Allah yandırıb-yaxan ildırımları məxluqatından dilədiyinin üstünə endirib onu məhv edir. Kafirlər Allahın vəhdaniyyəti barəsində mübahisə edirlər. Allah güc, güvvət sahibidir. O istədiyi şeyi edər.
(14) Dua və ibadət yalnız Allah üçündür, bu işdə Onun heç bir şəriki yoxdur. Müşriklərin Allahdan qeyri dua etdikləri bütlər istənilən məsələdə onların dualarını qəbul etməyə qadir deyillər. Müşriklərin bütlərə dua etməsinin məsəli, susuz insanını ağzına su çatıb, su içməsi üçün əlini suya uzadan kimsənin məsəlinə bənzəyir. Halbuki, su əsla onun ağzına çatan deyil. Kafirlərin bütlərə dua etmələri azğınlıq və haqqdan uzaq düşməkdən başqa bir şey deyil. Çünki bütlər onlara ibadət edənlərə nə zərər və nə fayda verməyə qadirdilər!
(15) Göylərdə və yerdə olan bütün məxluqat səcdə edərək Allaha boyun əyərlər. Bu işdə möminlərlə kafirlər eynidirlər. Lakin möminlər sidqi-ürəkdən, kafirlər isə istəməyərək səcdə edərlər. Kafir olan kimsənin fitrəti isə ona Allaha sidqi-ürəkdən səcdə edib, Ona boyun əyməyə məcbur edər. Kölgəsi olan hər bir məxluqatın kölgələri də gündüzün əvvəlində və axırında Allaha səcdə edib, Onun əzəməti qarşısında boyun əyər!
(16) Ey Peyğəmbər! Allahla yanaşı başqalarına ibadət edən kafirlərə de: "Göylərin və yerin Xaliqi və onları idarə edən kimdir?!". Ey Peyğəmbər! onlara de: "Göyləri və yeri yaradan da, onları idarə edən də Allahdır. Siz özünüz də bunu etiraf edirsiniz!". Ey Peyğəmbər! Onlara de: "Məgər siz Allahı qoyub, özlərinə nə bir fayda verməyə, nə də bir zərəri özündən uzaqlaşdırmağa qadır olan aciz bütləri özünüzə ilahmı qəbul edirsiniz? Axı özlərinə bir xeyir verməyə qadir olmayanlar, sizə necə yardım edə bilərlər?!". Ey Peyğəmbər! Onlara de: "Bəsirət gözü bağlı olan kafir kimsə, bəsirət gözü açıq olub haqq yolda olan mömin kimsə ilə eyni ola bilərmi?! Yaxud zülmətlər işərisində olan küfürlə, nur işərisində olan iman eyni ola bilərmi?! Yoxsa onlar məxluqatdan özlərinə, Uca Allahın yaratdığı kimi yaradan şəriklər tapdılar, onu Allaha ortaqmı qoşurlar?! Yoxsa onların nəzərində Allahın yaratdığı ilə şərik qoşduqlarının yaratdıqları bir-birinə qarışmışdır?!". Ey Peyğəmbər! Onlara de: "Hər şeyi yaradan yalnız tək olan Allahdır. Bu məxluqatı yaratmaqda Onun heç bir şəriki yoxdur. O, üluhiyyətdə və ibadətə layiq olmaqda təkdir. O, yalnız Ona ibadət olunmağa layiqdir və O, hər şeyə Qalib gələndir!"
(17) Uca Allah batilin fani, haqqın isə əbədi qalacağını, göydən yağan yağış suyunun, vadilərin böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq hər bir vadi ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axmasını misal çəkir. Bu sel suyu üzə çıxmış çör-çöpü və köpüyü götürüb aparır. Uca Allah insanların bəzək əşyaları düzəltmək üçün od üzərində qızdırıb əritdikləri qiymətli mədənlərin üzərində köpüyün olmasınıda misal çəkir. Allah bu iki misalı haqqı batildən ayırd etmək üçün çəkir. Batil, suyun üzərində olan çör-çöp, köpük və odun əritdiyi mədənin üzərində olan pas kimidir. Haqq isə, meyvə, ot və əkinlər bitirən, içməli, pak və təmiz su kimidir. Həmçinin qiymətli mədəni əritdikdən sonra insanların qab-qacaq düzəldib ondan faydalanması kimidir. Allah bu iki misalı çəkdiyi kimi, haqqı batildən ayırd etmək üçün insanlara daha neçə-neçə belə misallar çəkir.
(18) Rəbbinin vəhdaniyyət və Onun itaət çağırışını qəbul edənlər möminlər üçün mükafatın ən gözəli olan Cənnət mükafatı vardır. Rəbbinin vəhdaniyyət və Onun itaət çağırışını qəbul etməyən kafirlərələrə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, canlarını Allahın əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Allahın dəvətinə cavab verməyən kafirlər, etdikləri pis əməllərə görə haqq-hesaba çəkiləcəkdir. Onların gedəcəkləri yer Cəhənnəmdir. Döşəkləri və qərar tutacaqları o atəş, necə də pis yerdir!
(19) Ey Peyğəmbər! Allahın sənə nazil etdiyinin haqq olduğunu, onda heç bir şəkk-şübhə olmadığını bilən, Allahın dəvətinə icabət edən mömin kimsə, kora olan, Allahın dəvətinə icabət etməyən kafir ilə əsla eyni dərəcədə ola bilməz. Bundan ancaq sağlam ağıl sahibləri düşünüb ibrət alarlar!
(20) Yalnız Allahın çağırışına icabət edən kimsələr, Allaha və Onun qullarına verdikləri sözü yerinə yetirər, Allahla və qeyriləri ilə bağladığları möhkəm əhdləri əsla pozmazlar.
(21) Onlar, Allahın qohumluq əlaqələrini birləşdirmə əmrini qoruyub saxlayar və Rəbbindən o dərəcədə qorxarlar ki, hətta bu qorxu onları Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyə sövq edər. Həmçinin Allah, onların etdikləri hər bir günaha görə sorğu-sual edəcəyindən qorxarlar. Çünki əməlləri müzakirə olunacaq kimsə isə həlak olacaqdır.
(22) Onlar Allaha itaət etməkdə, Allahın onlar üçün təqdir etdiyi xoş və acı qədərə və Allahın razılığını umaraq Ona qarşı günah etməkdən özlərini qoruyub səbir edərlər. Namazı doğru-düzgün qılarlar, və Allahın onlara əta etdiyi mal-dövlətdən zəkat və sədəqəni riyadan uzaq, gizli bir şəkildə, bəzən də bu işdə başqalarına örnək olsunlar deyə bunu açıq-aşkar xərcləyərlər. Onlara pislik edənlərə qarşı yaxşılıqla edərək qarşılıq verərlər. Bu xislərlərə sahib olan kimsələr üçün Qiyamət günü gözəl aqibət vardır.
(23) Bu gözəl sonluq, nemətlər içərisində əbədi qalacaqları Cənnətlədir. Onların orada ünsiyyət tapmaları üçün dünyada ikən özləri ilə birğə Allahın dinində sabit qalan atalarının, analarının, zövcələrinın və övladlarının onlar ilə bir yerdə olmaları, onlara Cənnətdə bəxş edilən nemətlərin tamamıdır. Mələklər onların Cənnətdəki mənzillərinin bütün qapılarından onların yanlarına daxil olub onları təbrik edərlər.
(24) Mələklər hər dəfə onların yanına daxil olduqda, onları salamlayıb deyərlər: "Allaha itaət etməkdə, qədərin məşəqqətli anlarına və günah etməkdən özünüzü qoruyub səbirli olduğunuz üçün bəlalardan salamat oldunuz. Son mənziliniz olan axirət yurdunuz necə də gözəldir!"
(25) Allahla möhkəm bir əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi qohumluq əlaqələrini kəsənlər, Allaha qarşı günahlar etməklə yer üzündə fitnə-fəsad yayanlar, Allahın rəhmətindən uzaq düşən bədbəxt kimsələrdir. Onlar üçün pis sonluq vardır. Bu da Cəhənnəm atəşidir.
(26) Uca Allah qullarından istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Allahın kiminsə ruzisini bol etməsi, heç də Allahın onu sevməsinin və onun xoşbəxt və ya kimin də ruzisinin az etməsi isə onun bədbəxt bir insan olmasının əlaməti deyildir. Kafirlər dünya həyatı ilə sevinib ona arxayınlaşdılar. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici, fani kiçik bir zövqdən başqa bir şey deyildir.
(27) Allaha və Onun ayələrinə küfr edənlər deyirlər: "Kaş, Muhəmmədin doğruluğuna dəlalət edən ona Rəbbindən bir hissi möcüzə nazil ediləydi və bizdə bu möcüzəni görüb ona iman gətirəydik?" Ey Peyğəmbər! Bu düşüncədə olan kimsələrə de: "Şübhəsiz ki, Allah istədiyini öz ədaləti ilə azdırır və tövbə edib Ona üz tutan kimsəni Öz lütfü ilə doğru yola yönəldir. Allahın mövcüzə endirməsi səbəbi ilə kiminsə hidayətə gəlməsi heç də onların əlində olan bir iş deyildir, hidayət yalnız Allahın əlindədir!".
(28) Uca Allahın hidayət bəxş etdiyi kimsələr, Ona iman edən, Allahın şəninə həmd-sənalar edərək Onu zikr etdikdə, Onun kitabını oxuduqda və ya oxunduğu zaman onu dinlədikdə qəlbləri rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar!
(29) Allaha iman gətirib və onları Allaha yaxınlaşdıran saleh əməllər edənlər üçün axirətdə xoş güzəran və gözəl sonluq vardır. Bu da Cənnətdir.
(30) Ey Peyğəmbər! Biz keçmişdə peyğəmbərləri öz ümmətlərinə göndərdiyimiz kimi səni də öz ümmətinə bir peyğəmbər olaraq göndərdik ki, sənə vəhy etdiyimiz Quranı onlara oxuyasan. Bu Quran, sənin, həqiqətən də, Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət etməyə kifayət edər. Lakin sənin qövmün bu ayələri inkar edirlər. Çünki onlar başqalarını Allaha şərik qoşaraq Rəhmanı inkar edirlər. Ey Peyğəmbər! Onlara belə de: "Başqalarını Ona şərik qoşduğunuz Rəhman, Ondan başqa ibadətə layiq olmayan mənim Rəbbimdir. Mən bütün işlərimdə Ona təvəkkül edirəm. Mən tövbəmidə yalnız Ona edirəm!".
(31) Ey Peyğəmbər! İlahi kitablardan hər hansı biri dağları yerindən tərpədib onları hərəkətə gətirsəydi və ya onunla yer parçalanıb orada çaylar, bulaqlar əmələ gəlsəydi və yaxud da onu oxuduqda ölülər dirilsəydi, o kitab sənə nazil edilən bu Quran olardı. Çünki Quran, açıq-aydın bir dəlildir. Əgər qəlbləri Allahdan qorxsayı bu zaman Quran onlara daha çox təsir bağışlayardı. Lakin onlar Quranı inkar edib, ona arxa çevirdilər. Əksinə, möcüzələrin endirilməsidə və s. başqa bütün işlər yalnız Allaha məxsusdur. Məgər möminlər bilmirlərmi ki, əgər Allah heç bir möcüzə endirmədən belə bütün məxluqatın doğru yola gəlmələrini istəsəydi, heç bir möcüzə endirmədən də onları doğru yola yönəldərdi? Lakin Allah bunu istəmədi. Allaha küfür edən kimsələrə özlərinə Allahın şiddətli əzab vədi gəlincəyə qədər yaxud da Allaha küfür edənlərin başlarına və ya diyarlarının yaxınlığına etdikləri küfür və günah əməllər səbəbindən bir müsibət gəlməyə davam edəcəkdir. Şübhəsiz ki Allah, vəd verdiyi əzabın təyin edilmiş vaxtı çatdıqda əsla onu təxirə salmaz!
(32) Ey Peyğəmbər! Sən qövmü tərfindən yalançı sayılan və istehza edilən heç də birinci peyğəmbər deyilsən. Səndən əvvəlki elçiləri də öz qövmləri istehza edib, onları yalançı hesab etmişdilər. Mən peyğəmbərlərə küfür edən kimsələrə möhlət verdim. Hətta Biz onları məhv etməyəcəyimizi zənn etdilər. Onlara verilən möhlət başa çatdıqdan sonra isə onları müxtəlif növ əzablarla yaxaladıq. Sən onlara verdiyim əzabı necə gördün? O, çox şiddətli bir əzab idi.
(33) Məgər bütün məxluqatın ruzisini Öz üzərinə götürən, hər bir kəsin əməlini müşayiət edən və etdikləri əməllərin qarşılığını verən ibadət edilməyə daha layiqdir, yoxsa ibadət edilməyə heç bir haqqı olmayan bu bütlər?! Kafirlər zülm və yalan olaraq bu bütləri Allaha şəriklər qəbul etdilər. Ey Peyğəmbər! Onlara de: "Əgər siz bu iddanızda doğrusunuzsa, elə isə bizə, Allahdan başqa ibadət ediyiniz bütlərin adlarını bir söyləyin görüm. Yoxsa siz yer üzündə Allahın bilmədiyi şərikləri Ona xəbərmi verirsiniz?! Yaxud həqiqətə uyğun olmayan boş sözlərmi söyləyirsiniz?! Əksinə, şeytan kafir olanlara pis əməllirini onlara yaxşı göstərdi, onlarda bunun səbəbindən Allaha küfür etdilər və beləliklə də onları haqq və hidayət yolundan azdırdı. Allah kimi haqq yoldan azdırarsa onu doğru yola yönəldən kimsə olmaz.
(34) Onlar üçün dünya həyatında möminlər tərəfindən qətlə yetirilmək və möminlərə əsir düşməklə əzaba düçar olmaq vardır. Onları axirətdə gözləyən əzab isə şiddətli və daimi olduğuna görə dünya əzabından daha məşəqqətli və daha ağırdir. Qiyamət günü onları Allahın əzabından qoruyan kimsə yoxdur.
(35) Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinən müttəqilərə Allahın vəd etdiyi Cənnətin vəsfi belədir: onun qəsrləri və ağacları altından çaylar axar, dünya meyvələrinin tam əksi olaraq orada olan meyvələr heç vaxt zaval olmayan, davamlıdır, kölgəsi də daimidir, əsla yox olmaz və yaxud qısalmaz. Bu gözəl aqibət , Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinən müttəqilərə aiddir. Kafirlərin aqibəti isə içərisində əbədi qalacaqları Cəhənnəm atəşidir.
(36) Ey Peyğəmbər! Yəhudilərdən özlərinə Tövrat yerdiyimiz bəzi kimsələr və həmçinin nəsranilərdən özlərinə İncil verdiyimiz bəzi kimsələr özlərinə nazil edilənin bəzisinin sənə nazil edilənlə üst-üstə düşdüyü üçün sevinirlər. Yəhudi və nəsrani tayfaları arasında eləsi də var ki, sənə nazil edilən öz havalarına müvafiq olmadığı üçün onun bir qismini inkar edir və ya onun dəyişdirilib təhrif edildiyini itihham etməklə sənə nazil edilənlərin bir qismini inkar edirlər. Ey Peyğəmbər! Onlara de: "Şübhəsik ki, Allaha mənə yalnız Ona ibadət etməyi və Ona heç bir şeyi şərik qoşmamaq əmr edilmişdir. Mən yalnız Ona dua edirəm, Ondan başqa heç kimsəyə dua etmirəm və mənin dönüşümdə yalnız Onadır. Tövrat və İncildə insanlara elə bunları əmr etmişdir!"
(37) Ey Peyğəmbər! Biz əvvəlki kitabları hər qövmün öz dillərində nazil etdiyimiz kimi, Quranı da sənə haqqı açıq-aydın bəyan edən ərəbcə bir kitab olaraq nazil etdik. Ey Peyğəmbər! Əgər Allahın sənə öyrətdiyi bu elm gəldikdən sonra Kitab əhlinin nəfislərinə xoş gəlməyən hökmləri Qurandan silmək istəklərinə tabe olsan, səni Allahdan başqa işlərinə nə himayə edən, düşmənlərin üzərində qələbə çalmağa sənə yardım nə edən və nə də ki, səni Allahın əzabından qoruyan heç bir köməkçin yoxdur!
(38) Ey Peyğəmbər! Biz səndən öncə də Adəm övladından olan elçilər göndərdik. Sən heç də elçilərin birincisi deyilsən. Biz o elçiləri evlənməyən, dünyaya övlad gətirməyən mələklər kimi etmədik, əksinə onlara başqa insanlar kimi zövcələr və övladlar verdik. Sən də, özündən əvvəl gəlib-getmiş, evlənən və övladı olan elçilərdən birisən. Axı müşriklər nə üçün sənin belə olduğundan təəccüb edirlər? Heç bir elçi Allahın izni olmadan özündən heç bir möcüzə gətirməyə qadir deyil. Allahın təqdir etdiyi hər bir iş əvvəlcədən kitabda qeyd edilmişdir. Kitabda qeyd edilən vaxtdan nə tez olar, nə də gec.
(39) Uca Allah bu yazıdan xeyir, şər, xoşbəxt, bədbəxt və s. istədiyini silər, onlardan istədiyini də sabit saxlayar. Lövhi-məhfuz Onun yanındadır. O, hər bir şeyin dönüş yeridir. Hökmü silinən və ya sabit saxlanan hər bir hökm orada yazılı olana müvafiqdir.
(40) Ey Peyğəmbər! Sən vəfat etməzdən əvvəl onlara vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək də, sənə göstərmədən öncə canını alsaq da, sənin öhdənə düşən yalnız sənə təbliğ etməyi əmr etdiyimiz dini onlara təbliğ etməkdir. Onlara əməllərinin müqabilini vermək yaxud onları haqq-hesab çəkmək isə sənin işin deyildir. Bu ancaq, Bizə aiddi olan bir işdir.
(41) Məgər bu kafirlər Bizim küfür diyarına gəlib müsəlmanların oranı fəth etməsi və orada İslamın yayılması ilə onu bəzi tərəflərindən əksildib kiçiltməyimizlə müsəlmanların ixtiyarına verdiyimizi görmürlərmi? Allah qulları arasında istədiyi kimi hökm verir. O, hökm verdikdən sonra kimsə Onun hökmünü əsl dəyişə və ya ləğv edə bilməz. Pak olan Uca Allah haqq-hesabı tez bir zamanda çəkəndir. O, əvvəlkiləridə və onlardan sonra gələnləridə hamısını bir gündə hesaba çəkəcəkdir.
(42) Əvvəlki ümmətlər də öz peyğəmbərlərinə qarşı hiylə qurdular və onların təbliğ etdiklərini yalan hesab etdilər. Onların peyğəmbərlərə qarşı qurduqları hiylənin nə faydası oldu?! Heç bir faydası olmadı. Çünki hiylə quran hər kəsin hiyləsi, Allahın təqdir və tədbirindən kənara çıxa bilməz. Uca Allah hər kəsin nə qazandığını bilir və onların əməllərindən Allaha heç bir şey gizli qalmaz. Məhz o zaman onlar dünyada ikən Allaha iman etmədiklərinə görə özlərinin nə qədər xəta etdiklərini, Allaha iman edən möminlərin də nə qədər doğru əməl etdiklərini və beləliklə də, Cənnətə və ən gözəl sonluğa nail olduqlarını biləcəklər.
(43) Kafir olanlar: "Ey Muhamməd! Sən Allah tərəfindən göndərilmiş bir elçi deyilsən!" – deyirlər. Ey Peyğəmbər! Onlara belə de: "Rəbbim tərəfindən sizə göndərilən bir elçi olmağıma mənimlə sizin aranızda Allahın və içərisində mənim vəsflərin keçdiyi səmavi kitabları bilən kimsənin şahid olması yetər. Allaha kimin doğru olduğuna şahidlik edərsə bu zaman yalan sayanların yalan sayması ona heç bir zərər verməz!".