(1) Qulu və Rəsulu olan Muhəmmədi (sallallahu aleyhi və səlləm) insanlara və cinlərə elçi göndən, eyni zaman da onları Allahın əzabı ilə qorxutması üçün ona haqqla batili bir-birindən ayıran Quranı nazil edən Allah, xeyir-bərəkəti bol və şanı uca olandır!
(2) Göylərin və yerin mülkü və hökmüranlığı yalnız Allaha məxsusdur. O, Özünə oğul götürməmişdir, Onun mülkündə və hökmüranlığında da heç bir şəriki yoxdur. O, bütün şeyləri Öz elminə və hikmətinə müvafiq olaraq yaratmış və hər bir məxluqu münasib bir şəkildə yaratmışdır.
(3) Müşriklər, Allahı buraxıb kiçik və ya böyük bir şey yaratmayan, əksinə, yaradılmış olan bütləri özlərinə ilahlar qəbul etdilər. Allah həm onları, həm də onların ibadət etdikləri bütləri yoxdan yaradmışdır. O bütlər, özlərindən hər hansı bir zərəri uzaqlaşdıra bilmədikləri kimi, eyni ilə özlərinə hər hansı bir xeyri cəlb edə bilməzlər. Həmçinin, o bütlərin, dirini öldürməyə, ölünü də diriltməyə və ölüləri də qəbirlərindən dirildib çıxarmağa qüdrəti çatmaz.
(4) Allah və Onun Rəsuluna iman etməyib kafir olanlar: "Bu Quran, Muhəmmədin bir iftira olaraq uydurub sonra onu Allah nisbət etdiyi yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa insanlar da kömək etmişlər" – dedilər. Bu kafirlər, batil söz söyləməklə haqsızlığa və iftiraya yol verdilər. Bu Qurqan, Allahın kəlamıdır. Hər hansı bir bəşər övladının, yaxud bir cinin Qurana bənzər bir kitab gətirməsi əsla mümkün deyildir.
(5) Quranı təkzib edən kimsələr: "Bu, keçmişdəkilərin yalandan uydurduqları nağıllarıdır. Muhəmməd onu başqasından köçürtmüşdür. Bunlar səhər-axşam onun özünə oxunur" – dedilər.
(6) Ey Peyğəmbər! Quranı təkzib edənlərə belə de: "Bu Quranı, göylərdə və yerdə hər bir şeyi bilən Allah nazil etmişdir. O heç də sizin idda etdiyiniz kimi uydurulmuş bir kitab deyildir!" Sonra Uca Allah onları tövbəyə dəvət edərək beyə buyurur: "Həqiqətən Allah, Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı çox mərhəmətlidir!".
(7) Peyğəmbəri (sallallahu aleyhi və səlləm) təkzib edən müşriklər belə dedilər: "Diğər insanlar kimi yemək yeyən, ehtiyacını təmin etmək üçün bazarları gəzib dolaşan və sonra da özünün Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunu iddia edən bu kimsə axı necə peyğəmbər ola bilər?! Məgər Allah onunla birgə, onun həqiqi peyğəmbər olduğunu təsdiq edən və bu işdə ona yardın edən bir mələk göndərilməli deyildimi?!"
(8) "Yaxud ona göydən bir xəzinə nazil edilməli və ya meyvəsindən yeyib dolanmasından ötrü bir bağ-bağça verilməli deyildimi?! Əgər belə olsaydı, bu zaman onun ruzi əldə etməsi üçün bazarlarda gəzib dolanmasına heç bir ehtiyacı qalmazdı". Zalımlar, möminlərə dedilər: "Ey Möminlər! Siz sehr səbəbindən ağlını itirmiş bir adamın ardınca gedirsiniz."
(9) Ey Peyğəmbər! Onların səni əsasız və batil vəsflərlə vəsf etmələrinə bir bax. Onlar sənin haqqında: "Sehribaz, ovsunlanmış və məcnun" – dedilər və bu səbəbdən də zəlalətə düşdülər. Onlar bir daha doğru yolu tapa bilməzlər və sənin sadiqliyinə və əmin bir kimsə olduğuna əsla xələl gətirə bilməzlər!
(10) (Ya Rəsulum!) Sənə, müşriklərin sənə dediklərindən daha xeyirlisini verməyə qadir olan Allah, necə də Əzəmətlidir. Əgər Allah istəsəydi sənə elə dünyada ikən ağacları və qəsirləri altından çaylar axan, meyvəsindən bol-bol yeyəcəyin bağ-bağçalar və içərisində nemətlər içində yaşayacağın qəsrlər bəxş edərdi.
(11) Onlardan nə haqqı tələb etdiklərinə nə də ki, dəlili araşdırmalarına dair bir söz çıxmadı. Onlar, hələ bu azmış kimi üstəlik Qiyamət gününü də yalan saydılar. Biz də Qiyamət gününü yalan sayanlardan ötrü atəşi yandırıb-yaxan əzəmətli bir od hazırladıq.
(12) Kafirlər Cəhənnəmə sürükləndikləri zaman uzaq bir məsafədən Cəhənnəmi gördükdə, Cəhənnəmin onlara qarşı olan qəzəbindən şiddətlə qaynamasını duyacaq və onun dəhşətli uğultusunu eşidəcəklər.
(13) O kafirlər əlləri boyunlarına zəncirlənmiş bir şəkildə Cəhənnəmin dar bir yerinə atıldıqları zaman Cəhənnəmdən qurtarmalarını istəyərək özlərinə bəd dua edərlər.
(14) Ey kafirlər! Bu gün bir həlakl üçün özünüzə bəd dua etməyin. Əksinə, bir çox həlak üçün bəd dualar edin. Lakin özünüzə nə qədər çox bəd dualar etsənizdə istədiyinizə cavab verilməyəcəkdir. Əksinə sizlər, şiddətli əzabın içində əbədi olaraq qalacaqsınız!
(15) Ey Peyğəmbər! Onlara de ki: "Sizə vəsf edilən bu əzab yaxşıdır, yoxsa nemətləri davamlı olan və əsla kəsilməyən əbədiyyət cənnəti? Bu əbədiyyət cənnəti, Allahın müttəqi qullarına qiyamət günü vəd etdiyi savab və qayıdacaqları olan dönüş yeridir!"
(16) Bu Cənnətdə onlar üçün istədikləri hər şey vardır. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü və mömin qullarının da onu yerinə yetirməsini arzu etdikləri bir vədidir. Allahın vədi mütləq gercəkləşəcəkdir. O, vədindən əsla dönməz.
(17) O gün Allah, yalan sayan o müşrikləri və onların Allahdan başqa ibadət etdikləri bütlərin hamısını bir araya cəm edəcək və ibadət edilən o bütlərə məzəmmət edərək belə deyəcəkdir: "Qullarıma, sizə ibadət etmələrini əmr edərək onları haqq yoldan sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?!"
(18) Allahdan başqa ibadət edilənlər belə deyəcəklər: "Ey Rəbbimiz! Sən, Sənin ortağın və ya şərikin olmasından pak və müqəddəssən! Səndən başqa özümüzə himayədarlar götürmək bizə yaraşmaz. Belə olduğu bir halda, necə ola bilər ki, biz Sənin qullarını, Səndən başqasına ibadət etməyə dəvət edək?! Lakin Sən bu müşriklərə və onlardan öncə atalarına, qəfildən onları əzabla yaxalamaq üçün o qədər dünya ləzzətlərində dadırıb, firavan həyat nəsib etdin ki, axırda onlar Səni yada salmağıda yaddan çıxarıb, Səndən başqasına ibadət etdilər və beləcə azğınlıqları səbəbindən məhvə məhkum olunmuş bir qövmə çevrildilər!"
(19) Ey müşriklər! Allahdan başqa ibadət etdiyiniz bütlər artıq sizin dediklərinizi yalan hesab etdilər. Aciz qaldığınız səbəbdən nə əzabı özünüzdən dəf edə bilərsiz, nə də başqası sizi əzabdan xilas etmək üçün sizə bir əlac tapa bilər. Ey Möminlər! Sizdən kim Allaha şərik qoşaraq özünə zülüm edənsə, müşriklərə dadırdığımız əzab kimi onda böyük bir əzab daddırarıq!
(20) Ey Peyğəmbər! Səndən öncəki göndərdiyimiz bütün elçilərimiz də yemək yeyər, bazarlarda gəzib dolaşardılar. Bunu edən sən ilk peyğəmbər deyilsən. Ey İnsanlar! Sizin bəzilərinizi digərlərinizə zənginlik, fəqirlik, sağlamlıq və xəstəlik səbəbi ilə sınağa çəkdik ki, görək siz səbir edə biləcəksinizmi?! Əgər buna səbir edə bilsəniz, Allah, səbir etdiyinizə görə bunun mükafatını sizə verəcəkdir. Sənin Rəbbin, səbir edənlə səbir etməyəni, Ona itaət edənlə itaət etməyəni görəndir.
(21) Bizimlə qarşılaşmağı ümid etməyən və əzabımızdan qorxmayan kafirlər belə dedilər: "Kaş, Allah bizə mələkləri edirərək və ya Rəbbimizi açıq-aşkar görərək bizlərə Muhəmmədin doğru danışdığı barədə xəbər verəydi?" Təkəbbürlük onların qəlbində o qədər böyüdü ki, hətta bu, onların iman gətirmələrinə mane olacaq dərəcəyə qədər çatdı və beləliklə də, bu söylədikləri sözlər səbəbindən küfrdə və azğınlıqda həddi aşdılar.
(22) Kafirlər ölüm ayağında, bərzəx aləmində, yenidən dirilib qəbirlərindən çıxacaqlarında, hesaba gətirildiklərində və həmçinin Cəhənnəmə varid olduqda, möminlərin tam əksi olaraq onlara heç bir müjdə və ya sevindirici xəbər verilməyəcək. Bu zaman mələklər kafirlərə: "Sizə Allah tərəfindən müjdə haramdır" - deyəcəklər.
(23) Biz kafirlərin dünyada ikən etdikləri xeyirxah və yaxşı əməlləri, etdikləri küfr səbəbindən batil və faydasız olmasından dolayı, baxan insanın, pəncərədən daxil olan günəş şüalarının içərisində uçan dağınıq toz zərrəciklərini gördüyü kimi onun xeyirxah və yaxşı əməllərini də havada uçan toz zərrəcikləri kimi faydasız hala çevirərik.
(24) Cənnət əhli olan möminlər, o gün qalacaqları və istirahət edəcəkləri məqam baxımından kafirlərdən daha üstün məqamlarda və daha gözəl yerlərdə olacaqlar. Bu da onların Uca Allaha iman gətirmələri və saleh əməllər etmələri səbəbi ilədir.
(25) Ey Peyğəmbər! Göy üzündəki incə bəyaz buludların yarılcağını və sayca çox olan mələklərin dəstə-dəstə məhşər yerinə enəcəyini yadına sal!
(26) Qiyamət günü haqq və gerçək mülk, yalnız pak və müqəddəs olan Rəhmana məxsusdur. O gün, möminlərin əski olara kafirlər üçün çox çətin bir gün olacaq. Möminlər üçün isə çox asan və rahat bir gün olacaqdır.
(27) Ey Peyğəmbər! O gün zalım kimsənin Peyğəmbərə (sallallahu aleyhi və səlləm) tabe olmaması səbəbi ilə böyük peşmançılıqlarından dolayı iki əllərini çeynəyərək: "Kaş, mən Rəbbim tərəfindən göndərilən Peyğəmbərə tabe olub, onunla bərabər qurtuluşa doğru bir yol tutsaydım" - deyəcəyini xatırla!
(28) O gün o, şiddətli təəssüf və kədər hissi keçirdiyi üçün öz nəfsinə bəd dua edərək belə deyəcəkdir: "Vay halıma! Yazıqlar olsun mənə! Kaş, mən filan kafiri özümə dost seçməyəydim!"
(29) Çünki Quran mənə Peyğəmbər vasitəsi ilə çatdıqdan sonra o kafir dostum məni Qurandan uzaqlaşdırdı. Həqiqətən, şeytan insanı daima zəlil və rüsvay edər. İnsanın başına əməllərindən dolayı bir müsibət gəldikdə isə ondan uzaq durub özünü təmizə çıxarar.
(30) O gün Peyğəmbər qövmünün halından Rəbbinə şikayətlənərək belə deyəcək: "Ey Rəbbim! Məni Peyğəmbər olaraq göndərdiyin qövmüm bu Quranı tərk etdib, ondan üz çevirdi!"
(31) Ey Peyğəmbər! Sən qövmündən kifayət qədər əziyyətlər və çətinliklər gördün. Beləcə, Biz səndən öncə gələn peyğəmbərlərdən hər birinə öz qövmünün günahkarlardan düşmən etdik. Sənə, haqq yolu göstərici və düşmənə qarşı sənə yardım edici olaraq Rəbbin yetər.
(32) Kafirlər belə dedilər: "Kaş, bu Quran Muhəmmədə hissə-hissə deyil, əksinə, bir dəfəyə bütöv bir halda nazil olsaydı!" Ey Peyğəmbər! Biz bunu sənin qəlbini möhkəmləndirmək üçün belə etdik. Biz Quranın başa düşülməsi və onun əzbərlənməsinin asan olamsı üçün müəyyən vaxtlarda hissə-hissə nazil etdik!"
(33) Ey Peyğəmbər! Müşriklərin sənin yanına gələrək özlərindən ixtira etdikləri elə bir məsəl yoxdur ki, Biz onun qarşılığında sənə, onların gətirdikləri misallardan daha gözəlini, haqq və ən yaxşı yozumu olan bir misalla cavab verməyək.
(34) Qiyamət günü üzüstə sürüklənib Cəhənnəmə gətiriləcək kimsələr – məhz onlar Allah yanında ən pis məqama sahib olan kimsələrdir. Çünki onların qərar tutacaqları yer Cəhənnəmdir və getikləri yol da haqqdan çox uzaqdır. Çünki onların yolu küfr və azğınlıq yoludur.
(35) Biz Musaya Tövratı verdik və ona yardımçı olması üçün qardaşı Harunu da onunla birgə Rəsul etdik.
(36) Biz, o ikisinə belə buyurduq: "Ayələrimizi yalan sayan Firon və onun qövmünün yanına gedin!". Musa və onun qardaşı əmrimizə tabe olaraq, Firon və onun qövmünün yanına gedib, onları tək Allaha ibadət etməyə dəvət etdilər. Onlar isə Musa və onun qardaşını yalanladılar və sonda Biz onları şiddətli bir əzabla məhv etdik.
(37) Biz Nuh qövmünü, Nuhu yalançı saydıqlarından dolayı, göndərilən bütün elçiləri yalançı saydıqları üçün suda batırdıq və onları məhv etməmizi və zalimlərin kökünü kəsməyə qadir olduğumuzu insanlar üçün qüdrətimizə dəlalət edən bir ibrət etdik. Biz Qiyamət günü zalımlar üçün ağrılı-acılı bir əzab hazırladıq.
(38) Biz, Hud qövmü Adı, Saleh qövmü Səmudu, quyu sahiblərini və bu üçünün arasında olan neçə-neçə nəsilləri də etdikləri günahlardan dolayı məhv etdik.
(39) Biz, həlak olacaq hər bir qövmə, onların ibrət almaları üçün özlərindən öncə gələn ümmətlərin məhv olmalarının səbəblərini anlatdıq. Biz onların küfr və inadkarlıqlarından dolayı hamısını şiddətli bir əzabla tamamilə məhv etdik.
(40) (Ey Peyğəmbər!) Sənin qövmündən haqqı yalan sayanlar -Şama getdikləri zaman- çirkin əməl sahibləri olduqları səbəbindən, insanların ibrət almaları üçün cəza olaraq göydən başlarına daş yağdırdığımız Lut qövmünün yaşadığı şəhərin yanından keçmişdilər. Məgər onların gözləri kordur ki, həmin şəhəri görmürlər?! Xeyr, görürdülər, lakin onlar öldükdən sonra yenidən dirilməyi və etdikləri əməllərə görə hesaba çəkilməyi düşünmürdülər.
(41) Ey Peyğəmbər! Səni yalançı sayan kimsələr səninlə qarşılaşdıqları zaman sənə istehza və inkar edərək belə deyərlər: "Allahın bizə elçi göndərdiyi kəs budurmu?!
(42) Əgər biz ilahlarımıza ibadət etməkdə səbirli olmasaydıq, az qala ki, o, öz dəlilləri ilə bizi ilahlarımızdan uzaqlaşdıracaqdı". Onlar qəbirlərində və həmçinin Qiyamət günündə əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azmış olduğunu, onun, yoxsa özlərinin azdıqlarını anlayacaqlar.
(43) Ey Peyğəmbər! Nəfsinin istəyini özünə ilah edib, ona itaət edən kimsəni gördünmü? Belə bir kimsəni sənmi imana yönəldəcək, küfrdən çəkindirəcək və ona himayəçi olacaqsan?!
(44) Ey Peyğəmbər! Məgər sən, uca Allahın vəhdaniyyətinə və Ona itaət etməyə dəvət etdiyin bir çox insanların onlara gətirdiyin dəlil və sübutları qəbul edib və dərk edəcəklərini hesab edirsən?! Onlar dinləmək, dərk etmək və başa düşmək baxımından heyvan kimidirlər. Hətta getdikləri yol etibarı ilə heyvanlardan da daha çox azğındırlar.
(45) Ey Peyğəmbər! Məgər Allahın yer üzündə kölgəni uzatdığı zaman, Onun xəlq etdiklərinin əlamətini görmürsənmi?! Əgər Allah kölgəni hərəkətsiz, sabit bir halda saxlamaq istəsəydi, onu elə o halda da saxlayardı. Sonra Biz kölgənin uzanıb və qısalması baxımından günəşi onun dəlil etdik.
(46) Sonra Biz kölgəni, günəşin yüksəlməsi səbəbi ilə asta-asta, yavaş-yavaş Özümüzə tərəf çəkib qısaltdıq.
(47) Gecəni, sizi və hər bir şey örtən libas halına gətirən Uca Allahdır. Yuxunu işlərinizin yorğunluğundan dincəlib, rahatlanmanız üçün istirahət vaxtı edən Odur. Gündüzü də yer üzünə dağılıb işlərinizdə çalışmaq üçün canlanma vaxtı edən də Odur.
(48) Küləkləri, qullarına olan rəhməti səbəbi ilə yağmurun yağmasına müjdəçi olaraq göndərən də Odur. Biz sizə, təmiz və pak olmanız üçün göydən tərtəmiz su endirdik ki,
(49) Biz göydən yağan o su ilə bitkisiz və quraqlıq bir diyara həyat verər və orada müxtəlif növ bitkilər bitirməklə və oranı yaşıllaşdırmaqla canlandıraq və o su vasitəsi ilə yaratdığımız neçə-neçə heyvanlara və insana su içizdirərik.
(50) Biz, insanlar düşünüb ibrət alsınlar deyə, onlara Quranda dəlil və sübutları müxtəlif yollarla bəyan etdik. Lakin buna rəğmən insanların çoxu haqqı inkar etməkdən və haqqa qarşı inadkarlıq göstərməkdən vaz keçmədi.
(51) Əgər Biz istəsəydik, hər diyara onlara Allahın əzabından xəbər verən və o əzabdan qorxudan bir peyğəmbər göndərərdik. Amma Biz belə etmək istəmədik. Lakin Biz, Muhəmmədi (sallallahu aleyhi və səlləm) bütün bəşəriyyətə peyğəmbər göndərdik.
(52) Ey Peyğəmbər! Kafirlərin səndən tələb etdiklərinə boyu əymə və onlar qarşısında əsla yumuşaqlıq göstərmə. Kafirlərin sənə Allaha dəvət yolunda verdikləri əziyyətlərə səbir edərək, sənə nazil edilən bu Quranla onlara qarşı böyük bir cihad et!
(53) İki dənizin suyunu bir-birinə qatan uca Allahdır. O, şirin suyu olan dənizi, duzlu suyu olana qatmış və iki dənizin suyu bir-birinə qarışmaması üçün onların arasında maneə və keçilməz sədd qoymuşdur.
(54) Kişi və qadın nütfəsindən bəşər yaradan Odur. Bəşəriyyəti yaradan O uca Allah, insanlar asrasında nəsəb, qan və evlilik bağları ilə olan qohumluq əlaqələrini yaratdı. Ey Peyğəmbər! Sənin Rəbbin hər şeyə qadirdir. Heç bir şey Onu aciz buraxmaz. Kişi və qadın nütfəsindən insanı xəlq etməsi də Onun qüdrətindəndir.
(55) Kafirlər, uca Allahı qoyub, itaət etdikdə özlərinə fayda verməyən və onlara asi olduqda isə özlərinə zərər verməyə qadir olmayan bütlərə ibadət edirlər. Kafir kimsə Uca Allahı qəzəbləndirməkdə şeytana tabe oldu.
(56) Ey Peyğəmbər! Biz Səni, iman gətirib, saleh əməllər edən və uca Allaha itaət edən möminləri Cənnətlə müjdələyən, küfr və günahlar işləməklə Rəbbinə qarşı üsyankarlıq edən kafirləri də Cəhənnəm əzabı ilə qorxudan olaraq göndərdik.
(57) Ey Peyğəmbər! De ki: "Mən Rəbbimin risalətini təbliğ etdiyimə görə sizdən heç bir əvəz və ya mükafat istəmirəm. Lakin sizdən kim Allahın rizasını umaraq malını Allah yolunda sərf etmək istəsə, qoy etsin!
(58) Ey Peyğəmbər! Bütün işlərində, ölməz və daima diri olan Allaha təvəkkül et. Pak və müqəddəs olan Rəbbinin şəninə həmd-səna ilə təriflər de. Uca Allahın Öz qullarının günahlarından agah olması kifayətdir. Onların günahlarından Allaha heç bir şey gizlin qalmaz. Uca Allah etdiyiniz əməllərin əvəzini sizə verəcəkdir.
(59) O, göyləri, yeri və onların arasındakı bütün məxluqatı altı gündə yaradan, sonra da calalına layiq bir şəkildə yüksəlib ərşə isteva edən Rəhmandır. Ey Peyğəmbər! Bunu hər bir şeydən xəbərdar olan Allahdan soruş. O, hər şeyi biləndir. Ona heç bir şey gizli qalmaz!
(60) Kafirlərə: "Rəhmana səcdə edin!" – deyildikdə: "Biz Rəhmana səcdə edən deyilik! Rəhman nədir? Biz nə onu tanıyır, nə də ki, iqrar edirik. Biz onun nə olduğunu bilmədiyimiz bir halda, sən bizə əmr etdiyin bir şeyəmi səcdə edəcəyik?!" – deyərlər. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) onlara Allaha səcdə etmə əmiri onları Allahdan daha da uzaqlaşdırdı.
(61) Göy üzündə hərəkət edən planetləri və ulduzları var edən, orada parlaq işıq saçan günəşi və günəşin əks şüası ilə yeri üzünü nurlandıran ayı yaradan Allah ən əzəmətli, xeyiri və bərəkəti bol olandır.
(62) Uca Allahın ayələrindən ibrət alıb hidayət yolunu tutmaq, həmçinin, Onun nemətlərinə şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca müntəzəm olaraq gətirən Allahdır.
(63) Rəhmanın mömin qulları yer üzündə vüqarla və təvazökarlıqla gəzər, cahillər onlara qarşı xoşagəlməz bir hərəkət etdikdə isə onlara, onların etdiyi kimi eyni ilə qarşılıq verməzlər. Əksinə, onlara gözəl söz söyləyərlər və bu davranışlarından onlara qarşı cahilliyə yol verməzlər.
(64) Onlar gecələri alınları üzərində səcdə edərək və ayaqları üzərində qiyamda duraraq Allah rizası üçün namaz qılarlar.
(65) Onlar Rəbbinə dua edərkən belə deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaqlaşdır. Həqiqətən, Cəhənnəm əzabı kafir olaraq ölənlər üçün əbədidir.
(66) Həqiqətən, Cəhənnəm, orada məskunlaşan kimsələr üçün necə də pis bir məskən və orada qalacaq kimsələr üçün necə də pis bir iqamətgahdır!"
(67) Onlar mallarını xərclədikləri zaman israfçılıq dərəcəsinə varmazlar, özlərinə və himayələrində olan kimsələrə mal xərclədikdə isə paxıllıq etməzlər. Onlar xərclədikdə israfçılıq və paxıllıq arasında orta bir yol tutarlar.
(68) Rəhmanın həqiqi qulları Allahla bərabər başqa ilaha dua etməzlər. Onlar Allahın öldürülməsinə izin verdiyi: qatilin, mürtədin və evli olduğu halda zina edən kimsələrin öldürülməsi müstəsna olmaqla, uca Allahın haram buyurduğu bir kimsəni haqsız yerə öldürməzlər və zina etməzlər. Kim bu böyük günahları edərsə, qiyamət günü işləmiş olduğu günahının cəzasını görəcəkdir.
(69) Qiyamət günü onun əzabı qat-qat artırılar və o, əzab içində rəzil və həqir olub əbədi qalar.
(70) Lakin kim Allaha tövbə edərək, Ona iman gətirib və saleh əməllər edərsə, bu onun Allaha sidqi-ürəkdən tövbə etdiyinə dəlalət edər. Allah belə kimsələrin pis əməllərini savaba çevirəcəkdir. Allah, günahlardan tövbə edən qullarını bağışlayandır və onlara qarşı mərhəmətlidir!
(71) Kim Allaha tövbə edib, Ona itaət edərək və günahlardan uzaqlaşmaqla tövbəsində sadiq olduğunu sübut edərsə, belə kimsənin tövbəsi Allah yanında qəbul olan tövbələrdən sayılar.
(72) Onlar günah işlənilən, haram və qadağan olunan əyləncə məkanları kimi batil yerlərdə vaxt keçirməzlər, boş, lağlağı sözlər danışan və yersiz hərəkətlər edən kimsələrə rast gəldikdə, özlərini onların səviyyəsinə salmadan uca tutaraq, onlara əhəmiyyət vermədən, oradan vüqarla ötüb keçərlər.
(73) Özlərinə uca Allahın eşidilən və görülən ayələri xatırlandığı zaman onlar eşidilən ayələrə qarşı qulaqları kar və görülən ayələrə qarşı da gözləri kor olaraq davranmazlar.
(74) Onlar Rəbbinə dua edərkən belə deyərlər: "Ey Rəbbimiz! Bizə təqvası və haqq üzərində sabitqədəm olması ilə gözümüzün nuru olan zövcələr və övladlar bəxş et və bizi müttəqilər üçün arxasınca gedilən imamlar et!"
(75) Bu sifətlərə sahib olan kimsələr, Allaha ibadət etməkdə səbir etdiklərinə görə, Cənnətin ən uca təbəqəsi olan Firdovs cənnətindəki ən yüksək məqamlardan biri ilə mükafatlandırılacaq, onlar orada mələklər tərəfindən xeyir-dua ilə, salamla qarşılanacaqlar və orada bütün xəta-bəladan uzaq olacaqlar.
(76) Onlar orada əbədi qalacaqlar. Onların qalacaqları yer nəcə də gözəl yerdir, qərar tutacaqları məskən, necə də gözəl bir məskəndir!
(77) Ey Peyğəmbər! Küfrdə israr edən kafirlərə de: "Sizin ibadətlərinizdən Rəbbimə çatan hər hansı bir fayda yoxdur ki, O, sizə önəm yersin. Əgər ibadətiniz, Ona yalvarıb-yaxarmanız və nəzir-niyazınız olmasaydı, O sizə əsla önəm verməzdi. Siz, Peyğəmbərin sizə Rəbbiniz tərəfindən gətirdiyini yalan saydınız. Yalan saymanızın əvəzi olaraq daimi əzab sizinlə birgə olacaqdır!"