(1) ﴾Ta. Sin. Mim.﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir.
(2) Bunlar haqqı batildən ayıran açıq-aydın Quranın ayələridir!
(3) Ey Peyğəmbər! (Məkkə müşrikləri) iman gətirmələrinə həris olduğun üçün, onlar iman gətirmədikləri təqdirdə qəm-qüssədən özünü həlakmı edəcəksən?!
(4) Əgər biz onların üzərinə göydən bir möcüzə endirmək istəsəydik, onu endirərdik. Beləcə, boyunları bu möcüzə qarşısında zəlil bir halda əyilərək qalardı. Lakin Biz onları imtahan etmək üçün elə etmək istəmədik. Görək onlar qeybə iman edəcəklərmi?
(5) O müşriklərə Rəhman olan Allahdan Onun vəhdaniyyətinin və Peyğəmbərinin doğruluğunu təsdiqləyən dəlillərdən yeni bir öyüd-nəsihət gəldikdə, onlar bu öyüd-nəsihətə qulaq asıb, təsdiq etməkdən üz çevirərlər.
(6) Onlar Rəsulların özlərinə gətirdikləri dini yalanladılar. Məsxərəyə qoyduqları xəbərin həqiqəti yaxında onlara yetişəcək və əzab başlarının üstünü alacaqdır.
(7) Yoxsa, o kafirlər inadkarlıq edərək hələ də küfr əməllərində qalıb, yer üzündə cürbəcür gözəl mənzərəli və müxtəlif növ faydalı bitkilər yetişdirdiyimizi görmürlərmi?!
(8) Həqiqətən, yer üzündə növbənöv bitkilərin yetişdirilməsində, onların yetişdirənin ölüləri diriltməyə qadir olduğuna dair aşıq-aydın bir dəlil var. Lakin buna rəğmən onların əksəriyyəti iman gətirmədi.
(9) Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin yenilməz qüdrət sahibidir. Kimsə Onu məğlub edə bilməz. Eyni zaman da qullarına qarşı çox mərhəmətlidir.
(10) Ey Peyğəmbər! Rəbbin Musaya: "Allaha küfür edən və Musanın qövmünü İsrail övladlarını özlərinə kölə edən zalim qövmün yanına get" deyərək əmr etdiyini yadına sal.
(11) Onlar Firon qövmüdür. Onlara mülayim bir şəkildə Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxmağı əmr et!
(12) Musa - aleyhissəlam - dedi: "Sənin barədə onlara təbliğ edərkən məni yalançı hesab etmələrindən qorxuram!
(13) Belə olduğu təqdirdə ürəyim sıxılar, dilim də söz tutmaz. Elə buna görə mənimlə bərabər olub, bu işdə mənə yardımçı olması üçün Cəbraili - aleyhissəlam - vəhy ilə qardaşım Haruna göndər.
(14) Bir qibtini öldürdüyüm üçün onlara qarşı işlətdiyim bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram".
(15) Uca Allah Musaya belə dedi: "Xeyr, onlar səni əsla öldürə bilməzlər. Sən və qardaşın Harun, hər ikinizin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunuza dəlalət edən möcüzələrimizlə Firon və onun qövmünün yanına gedin! Şübhəsiz ki, Biz də Öz yardımımız və dəstəyimizlə sizlə birgəyik. Biz, sizin söylədiklərinizi və onların da sizə söylədiklərini eşidirik. Bundan heç bir şey Bizə gizli qalmaz.
(16) Hər ikiniz Fironun yanına gedib ona belə deyin: "Biz hər ikimiz bütün məxluqatın Rəbbi tərəfindən sənə göndərilən elçilərik!
(17) İsrail oğullarını bizimlə birgə (Şama) göndər!"
(18) Firon isə Musaya - aleyhissəlam - belə dedi: "Biz səni körpə ikən himayəmizə alıb böyütmədikmi?! Sən ömrünün bəzi illərini bizim yanımızda keçirmədinmi?! Belə olduğu bir halda indi səni peyğəmbərlik iddiasına düşməyə vadar edən səbəb nədir?
(19) Sən qövmündən bir adama yardım edib, qibtini vurub öldürməklə böyük bir günah işlətdin. Həqiqətən də, sən, mənim sənə etdiyim bütün bu yaxşılıqlara qarşı nankorluq edənlərdənsən!"
(20) Musa - aleyhissəlam - günahını etiraf edərək Firona belə dedi: "Mən onu cahillik vaxtımda və mənə vəhy nazil edilməzdən (peyğəmbərlik bəxş edilməmişdən) öncə öldürmüşəm.
(21) Mən o qibtini öldürdükdən sonra onu öldürdüyümə görə məni cəzalandıraraq öldürmənizdən qorxduğum üçün Mədyən şəhərinə qaçıbım. Amma sonradan Rəbbim mənə elm verdi və məni insanlara göndərdiyi elçilərdən etdi.
(22) İsrail oğullarını kölə etdiyin bir halda, məni öz yanında saxlayıb, tərbiyə edib, böyüdərək mənə etdiyin yaxşılıq danılmaz bir həqiqətdir. Amma bu, heç də, mənim səni aləmlərin Rəbbi olan Allaha iman gətirməyə dəvət etməyə mane ola bilməz".
(23) Firon Musaya - aleyhissəlam - dedi: "Elçisi olduğunu iddia etdiyin bütün yaradılmışların Rəbbi nədir?"
(24) Musa - aleyhissəlam - Firona cavab verərək belə dedi: "Bütün yaradılmışların Rəbbi, göylərin, yerin və onların arasında olanların Rəbbi olan Uca Allahdır. Əgər siz Onun bütün yaradılmışların Rəbbi olduğuna yəqinliklə inanacaqsınızsa, o zaman tək Ona ibadət edin!"
(25) Firon, ətrafında qövmünün zadəgan təbəqəsindən olanlara üz tutaraq belə dedi: "Məğər siz Musanın nə danışdığını və iddia etdiyi yalanı eşitmirsinizmi?" (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir)
(26) Musa belə dedi: "Allah həm sizin Rəbbinizdir, həm də ki, keçmiş ata-babalarınızın Rəbbidir!"
(27) Firon belə dedi: "Sizə elçi olaraq göndərildiyini iddia edən bu adam doğurdan da dəlidir. Çünki ondan bir söz soruşduqda necə cavab verdiyini dətk etmir və ağlına nə gəlirsə onu da danışır!"
(28) Musa dedi: "Əgər ağlınızı işlədib düşünə bilirsinizsə, bilin ki, Sizi ibadətinə dəvət etdiyim Allah, məşriqin, məğribin və onlar arasında olan bütün məxluqatın Rəbbidir!"
(29) Firon Musa ilə etdiyi mücadiləsində aciz qaldıqda və Musaya belə dedi: "Əgər məndən başqa bir ilaha ibadət etsən, mən səni mütləq zindana atılanlardan edəcəm!"
(30) Musa - aleyhissalam - Firona dedi: "Bəs mənim doğruluğuma və sənə gətirdiyimin uca Allah tərəfindən olduğuna dəlalət edən açıq-aşkar birmöcüzə gətirmiş olsam yenədəmi məni zindana atacaqsan?
(31) Firon dedi: "Əgər iddia etdiyində doğru danışanlardansansa, elə isə doğruluğuna dəlalət şeyləri haydı gətir baxaq!"
(32) Firon bunu deyən kimi Musa əsasını yerə atdı və o, dərhal insanların gözü qarşısında açıq-aşkar görünən bir ilana çevrildi.
(33) Musa əlini qoltuğuna saldıqda əli ağ deyildi. Amma əlini qoltuğundan çıxardıqda əlini insanların gözü qarşısında nurlu, heç bir ləkəsiz, ağappaq bir halda çıxardı və insanlarda buna şahid oldular.
(34) Firon, ətrafında qövmünün zadəgan təbəqəsindən olanlara üz tutaraq dedi: "Bu adam,sehri yaxış bilən bir sehrbazdır!
(35) O, etdiyi bu sehrlə sizi Misirdən çıxartmaq istəyir! Elə isə onun barədə qərarınız nədir?"
(36) Onlar belə dedilər: "Musaya və qardaşı Haruna bir az möhlət ver. Hələ ki, onları cəzalandırmağa tələsmə və Misirdə olan sehribazları toplamaq üçün adamlar göndər ki,
(37) Misirdə nə qədər bilikli sehrbaz varsa, onların hamısını toplayıb sənin yanına gətirsinlər!"
(38) Beləliklə də, Firon, sehrbazlarını Musa ilə qarşılaşmaları üçün bəlli bir gündə əvəllcədən təyin edilmiş bir bir məkana topladı.
(39) İnsanlara belə deyildi: "Siz, Musanın yoxsa sehrbazların qalib gələcəyini görmək üçün toplanacaqsınızmı?
(40) Əgər Musaya qalib gələn sehrbazlar olarsa, ümüd edirik ki, biz də onların dininə tabe olarıq!"
(41) Sehrbazlar Musa ilə mübarizə aparmağa gəldikləri zaman Firona belə dedilər: "Əgər Musaya qalib gəlsək, bizə maddi və mənəvi mükafat varmı?"
(42) Firon onlara belə cavab verdi: "Bəli, sizin üçün mükafat vardır. Musaya qalib gələcəyiniz təqdirdə sizə yüksək məqamlar da veriləcək və siz mənə ən yaxın adamlardan olacaqsınız!"
(43) Musa Allahın yardımına yəqin olduqdan və sehribazlara, onda olanın sehr olmadığını bəyan etdikdən sonra onlara belə dedi: "Haydı, əsalarınızdan və kəndirlərinizdən nə atmaq istəyirsinizsə yerə atın!"
(44) Onlar, Musanın bu sözündən sonra əllərindəki iplərini və əsalarını yerə ataraq belə dedilər: "Fironun qüdrətinə and olsun ki, bu gün biz qalib gələcəyik və Musada məğlub olacaqdır!"
(45) Bunun ardından Musa əlindəki əsasını yerdə, əsada dərhal bir ilan döndüb, onların sehrlə insanları aldatdıqları şeyləri dərhal udmağa başladı.
(46) Sehribazlar Musanın əsasının onların bütün atdıqları sehrləri udduğunu görüncə, hamısı birlikdə səcdəyə qapandılar.
(47) Onlar dedillər: "Biz bütün yaradılmışların Rəbbinə iman gətirdik."
(48) Musanın və Harunun - aleyhiməsəlam- Rəbbinə!"
(49) Firon sehribazların iman etmələrinə inkar edərək belə dedi: "Mən sizə izin vermədən öncə siz Musaya imanmı gətirdiniz?! Şübhəsiz ki, Musa sizə sehr öyrədən böyüyünüzdür. Siz, Misir əhalisini Misirdən çıxarmaq üçün gizlincə qərara gəlmisiniz. Amma siz, sizə verəcəyim əzabı tezliklə görüb, biləcəksiniz! Hər birinizin sağ ayağı ilə sol əlini və ya əkis bir şəkildə çarpazvari kəsdirib hamınızı xurma ağaclarının gövdələrindən asdıracağam və sizdən heç kimsəni sağ buraxmayacağam!"
(50) Sehribazlar Firona dedilər: "Bizi dünyada ikən asıb-kəsməklə hədə-qorxu gəlməyin bizə zərər verməz. Sənin verəcəyin əzab, keçici bir əzabdır. Biz onsuz da öz Rəbbimizə qayıdacağıq. O, bizi daimi olan rəhmətinə daxil edəcəkdir!"
(51) Biz Musaya ilk iman edən və onu ilk təsdiqlənlərdən olduğumuzdan dolayı uca Allahdan keçmişdə etdiyimiz günahların bağışlanmasını ümid edirik!"
(52) Biz Musaya gecə ikən İsrail oğulları ilə birgə yola çıxmağı əmr etdik və Ona, Firon və onunla bərabər olanlar döndərmək üçün sizi təqib edəcəklərini vəhy etdik.
(53) Firon, İsrail oğullarının Misiri tərk etdiklərini öyrənincə, öz qoşunundan bəzi əskərlərini, onları Misirə geri döndərmək üçün şəhərlərə əsgər toplayanlar göndərdi.
(54) Firon, İsrail oğullarını aşağılayaraq belə dedi: "Bunlar kiçik bir toplumdur.
(55) Artıq onlar qəzəbimizə səbəb olan hərəkətlər etmişlər.
(56) Biz isə onlara qarşı hazırlıqlı və ayıq-sayıq bir toplumuq!"
(57) Nəhayət, Biz Fironu və onun qövmünü zənğin bağ-bağçaları və şırıl-şırıl axan bulaqları olan Misir torpaqlarından çıxartdıq.
(58) Axır ki, Biz, Firon və onun qövmünü xəzinələrdən və gözəl (bərəkət dolu) məskənlərdən çıxartdıq.
(59) Biz, Fironu və onun qövmünü bu nemətlərdən məhrum etdikdən sonra, onlara verdiyimiz nemətlərin eynisini, Şam torpaqlarında olan İsrail oğullarına bəxş etdik.
(60) Firon və onun qövmü günəş döğduğu vaxta İsrail oğullarının ardınca düşdüb, onları təqib etməyə başladılar.
(61) Firon və onun qövmü Musa və onun qövmü ilə qarşı-qarşıya gəlib bir-birilərini görüncə Musanın səhabələri: "Firon və onun adamları bizə catacaqlar. Bizim isə onlara müqavimət göstərməyə gücümüz yoxdur!" – dedilər.
(62) Musa qövmünə dedi: "Xeyr, bu iş heç də sizin təsəvvür etdiyiniz kimi deyildir. Şübhəsiz ki, Rəbbim, Öz yardımı və dəstəyi ilə mənimlə bərabərdir. O, mütləq mənə xilas yolunu göstərəcəkdir!"
(63) Biz Musaya əlindəki, əsası ilə dənizə vurmağı vəhy edərək əmr etdik. Musa əsası ilə dənizə yurunca dəniz dərhal iki yerə yarılıb, İsrail oğullarının qəbilələrinin sayı qədər dənizdə on iki yol açıldı və dənizin bölünmüş hər parçası böyüklüyündə və yerində sabit qalmasında hər biri nəhəng bir dağ kimi olmuşdu və aralarından bir damcı da olsa su axmırdı.
(64) Biz, İsrail oğullarının ardından Firon və onun qövmünü ora yaxınlaşdırdıq və onlarda yolu açıq görüb, oradan keçə biləcəklərini zənn edərək, yolu keçmək üçün dənizə daxil oldular.
(65) Biz, Musa və İsrail oğullarından onunla bərabər olanların hamısını xilas etdik. Onlardan heç kəs dənizdə həlak olmadı.
(66) Firon və onun qövmünü isə dənizdə boğaraq məhv etdik.
(67) Şübhəsiz ki, dənizin Musa üçün iki yerə ayrılmasında, onun və qövmünün oranı salamat keçməsində, Firon və qövmünün isə dənizdə həlak olmasında, Musanın doğruluğuna dəlalət edən bir əlamət vardır. Lakin Fironla birğə onların əksəriyyəti iman gətirmədi.
(68) Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.
(69) Ey Peyğəmbər! Onlara İbrahimin hekayətini söylə!
(70) Bir zaman o, öz atası Azərə və qövmünə belə demişdi: "Siz Allahdan başqa nəyə ibadət edirsiniz?"
(71) Qövmü ona: "Biz bütlərə ibadət edir və bundan sonra da onlara ibadət etməyə davam edəcəyik"- dedilər.
(72) İbrahim onlara belə dedi: "Bu bütlərə dua etdiyin zaman onlar sizin dualarınızı eşidirlərmi?
(73) Yaxud onlara itaət etdiyiniz zaman sizə hər hansı bir fayda verə bilirlərmi və ya onlara qarşı üsyan etdiyinizdə onlar sizə zərər toxundura bilirlərmi?"
(74) Onlar İbrahimə: "Xeyr, onlara dua etdiyimizdə dualarımızı eşitməzlər, itaət etdikdə bizə heç bir fayda verməzlər və həmçinin onlara qarşı üsyan etdikdə də bizə hər hansı bir zərər toxundura bilməzlər. Lakin biz, ata-babalarımızın belə etdiyini gördük və biz bu işdə onlara təqlid edirik"- deyə cavab verdilər.
(75) İbrahim dedi: "Siz Allahı qoyub hansı bütlərə tapındığınız bir düşünürsünüzmü?-
(76) Siz və ölüb getmiş ata-babalarınızın nəyə ibadət etdiklərini?
(77) Sizin ibadət etdiyiniz bütlərin hamısı mənim düşmənimdir. Çünki bütün məxluqatın yaradıcısı olan Uca Allahdan başqa ibadət edilənlərin hamısı batildir.
(78) Məni yaradan, məni dünya və axirət xeyirlərinə yönəldən Odur.
(79) Acıdıqda məni yedirdən, susuzladıqda da məni içirdən tək varlıq olan Odur.
(80) Xəstələndiyim zaman mənə şəfanı yalnız O verir. Ondan başqa mənə şəfa verən yoxdur.
(81) Əcəlim gəldikdə məni öldürən və öldükdən sonra məni yenidən dirildən də yalnız Odur.
(82) Haqq-hesab günü günahlarımın bağışlanmasını ümüd etdiyin tək varlıq da Odur.
(83) İbrahim Rəbbinə dua edib dedi: "Ey Rəbbim! Mənə dini hökmləri dərindən bilməyi bəxş et və məni, məndən öncə gələn saleh peyğəmbərlərlə bərabər Cənnətə daxil olmam üçün onlarla birğə et!
(84) Məndən sonra gələcək nəsillər arasında məni, hörmətlə yad edilənlərdən və xoş bir şəkildə təriflənənlərdən et!
(85) Məni, Cənnətdə yüksən məqamlara varis olub, oradakı nemətlərdən bəhrələnən və orada sakin olan mömin qullarından et!
(86) Atamı da bağışla! Çünki o, şirk səbəbi ilə azğınlıq içində olanlardandır. İbrahimin atası üçün dua etməsi, onun Cəhənnəm əhlindən olduğunu bilməsindən öncə idi. Atasının müşriklərdən olduğu ona bəyan olduqdan sonra ondan uzaq durdu və onun üçün bir daha Allaha dua etmədi.
(87) İnsanların hesab üçün yenidən dirildiləcəyi gün məni əzabla rüsvay etmə!
(88) O gün, insanın dünyada ikən topladığı nə var-dövlət, nə də ki, onlara yardım etdikləri oğul-uşaqları özlərinə bir fayda verər!
(89) Ancaq: şirkdən, nifaqdan, riyadan və kibirdən uzaq olan, sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa. Məhz Qiyamət günü belə kimsələr Allah yolunda xərclədiyi var-dövlətin və onun üçün dua etdiyi oğul-uşağın faydasını görəcəkdir.
(90) O gün Cənnət, Allahın əmrlərini yerinə yetirib və Onun qadağalarından çəkinən müttəqillər üçün yaxınlaşdırılacaqdır.
(91) Haqq dindən azan ağınlara Cəhənnəm elə məhşərdə ikən açıq-aydın göstərilər.
(92) Sonra da onlara məzəmmət edilərək belə deyiləcəkdir: "Allahdan başqa ibadət etdikləriniz bütlər haradadır–
(93) Allahdan başqa ibadət etdikləriniz? Onlar sizi Allahın əzabından qoruyaraq sizə bir kömək edə bilərlərmi yaxud özlərinə köməkləri dəyə bilərmi?"
(94) Onlar (müşriklər) və onları azdıranlarla hamısı bir yerdə, üst-üstə Cəhənnəmə atılarlar.
(95) İblisin şeytanlardan olan bütün yardımçıları da heç bir istisna olmadan hamısı Cəhənnəmə atılarlar.
(96) Allahdan başqasına ibadət edib, bütləri özlərinə ilahlar qərar verən müşriklər, Allahdan başqa ibadət etdikləri bütlərlə Cəhənnəmdə höcətləşərək onlara belə deyərlər:
(97) "Allaha and olsun ki, biz haqq yoldan açıq-aydın azğınlıq içində idik –
(98) Çünki o vaxt biz sizi bütün yaradılmışların Rəbbinə tay tutmuşduq. Ona ibadət etdiyimiz kimi sizə də ibadət edirdik.
(99) Bizi haqq yoldan ancaq, Allahı buraxıb onlara ibadət etməyə çağıran günahkarlar azdırdı.
(100) İndi isə Allah yanında bizi Onun əzabından xilas edəcək şəfaətçilərimiz də yoxdur.
(101) Nə də ki, bizi müdafiə edib, bizə şəfaətçi olan səmimi bir dostumuz yoxdur!
(102) Kaş ki, bizə bir daha dünya həyatına geri dönməyə izin verilsəydi, o zaman biz mütləq Allaha iman edən möminlərdən olardıq!"
(103) Şübhəsiz ki, İbrahimin - aleyhissəlam - bu hekayətində və onu təkzib edənlərin aqibətinin necə olduğunda, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
(104) Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.
(105) Nuhun qövmü, Nuhu - aleyhissəlam - yalan saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular.
(106) Nəsəb baxımından qardaşları olan Nuh peyğəmbər onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına olan ibadəti tərk edib, Allahdan qorxmursunuzmu?!
(107) Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə Uca Allah göndərmişdir. Mən, Allahın mənə vəhy etdiyinə ziyadə və naqislik etməyən əmin bir peyğəmbərəm.
(108) Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin.
(109) Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.
(110) Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin.
(111) Nuhun qövmü ona belə dedi: "Ey Nuh! Sənin ardınca gələnlər, aramızda səfil və aşağı təbəqədən olan adamlardır. Onların arasında şərəfli və yuxarı təbəqədən olan kimsələr yoxdur. Durumun bu halda ikən bizlər sənin gətirdiyinə tabe olub, əməlmi edəcəyik?!"
(112) Nuh - aleyhissəlam - onlara belə dedi: "Axı möminlərin nə etdiklərinə dair mənim nə bilgim ola bilər ki! Mən onların əməllərini haqq-hesab etmək üçün vəkil təyin edilməmişəm!
(113) Onların haqq-hesabı mənə deyil, yalnız gizli və aşkarı bilən Uca Allaha aiddir. Əgər söylədiklərinizi başa düşsəydiniz, bunları bir daha söyləməzdiniz!
(114) Siz iman edəsiniz deyə, sizin istədiklərinizi yetinə yetirib möminləri öz məclisimdən qovan deyiləm!
(115) Mən yalnız Allahın əzabı ilə çəkindirən açıq-aşkar bir xəbərdar edənəm!"
(116) Nuhun qövmü ona belə dedi: "Əgər sən bu dəvətindən vaz keçməsən, mütləq təhqir edilənlərdən və daşqalaq edilərək öldürülənlərdən olacaqsan!"
(117) Nuh Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi. Onlar, Sənin dərgahından gətirdiyim dinə inanmadılar!"
(118) Onların batil üzərində israr etdiklərinə görə mənimlə onlar arasında, onları məhv edəcək qəti bir hökm ver. Qövmümdən kafir olanları həlak etdyin zaman məni və mənimlə birlikdə olan möminləri o əzabdan qurtar!"
(119) Biz Nuhun - aleyhissəlam - duasına cavab verdik. Biz onu və onunla birlikdə olanları, insanlar və heyvanlarla dolu olan bir gəmidə o əzabdan xilas etdik.
(120) Onlardan sonra Nuhun qövmündən geridə qalanları isə suya qərq etdik.
(121) Şübhəsiz ki, Nuh və onun qövmü haqqında, Nuhun və onunla birgə olan möminlərin xilas olub və qövmündən kafir olanların isə həlak olması ilə əlaqəli deyilən bu hekayədə, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
(122) Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.
(123) Ad qövmü də, peyğəmbərləri olan Hudu - aleyhissəlam - yalan saymaqla bütün peyğəmbərləri yalançı saydılar.
(124) Nəsəb baxımından qardaşları olan Hud peyğəmbər onlara: "Məgər Allahdan qorxaraq, Ondan başqasına olan ibadəti tərk edib, Allahdan qorxmursunuzmu?!"- dediyini xatırla.
(125) Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə Uca Allah göndərmişdir. Mən, Allahın mənə təbliğ etməyi əmr etdiyinə ziyadə və naqislik etməyən əmin bir peyğəmbərəm.
(126) Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin.
(127) Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.
(128) Məğər siz hər təpə üstündə yoldan keçən insanları ələ salıb, onları məsxərəyə qoymaq üçün dünyanıza və axirətinizə heç bir faydası olmayan, boş və əbəs yerə hündür binalarmı tikirsiniz?!
(129) Sanki bu dünyada əbədi qalıb və oradan əsla köçməyəcəksiniz kimi möhkəm qalalar və qəsirlər tikirsiniz?
(130) Sizlər öldürmək və ya vurmaq üçün hücum etdiyiniz zaman rəhmət və mərhəmət etmədən, qəddar hökmdarlar kimi zalımcasına hücum edirsiniz. Allahın sizə bəxş etdiyi güc-güvvəti Allaha asilik etməkdə istifadə edirsiniz.
(131) Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin.
(132) Bildiyiniz nemətləri sizə əta edən Allahın qəzəbindən qorxun.
(133) O sizə heyvanlar və övladlar verdi,
(134) Üstəlik, O sizə bağlar və bol-bol axan çeşmələr də bəxş etdi.
(135) Ey Qövmüm! Mən sizin üçün böyük günün əzabından qorxuram. Bu gün, Qiyamət günüdür!"
(136) Qövmü Huda belə dedi: "Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir. Biz onsuz da sənə iman gətirməyəcəyik və sənin dediklərindən dolayı dinimizi əsla tərk etməyəcəyik!"
(137) Bu, keçmişdəkilərin dini, ədət-ənənəsi və əxlaqından başqa bir şeydildir!
(138) Biz əzaba da olunmayacaq!"
(139) Onlar Hud - aleyhissəlam - peyğəmbəri yalançı saymaqda davam etdilər. Onların yalançı sayma səbəbi ilə Biz də onları hər şeyi qurudub məhv edən, xeyirsiz bir külək göndərərək məhv etdik. Hud qövmünün məhv edilməsində düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
(140) Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.
(141) Səmud qövmü də, peyğəmbərləri olan Salehi - aleyhissəlam - yalan saymaqla bütün peyğəmbərləri yalançı saydılar.
(142) Nəsəb baxımından qardaşları olan Saleh peyğəmbər onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına ibadəti tərk edib Allahdan çəkinmirsinizmi?!
(143) Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə Uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allah adında sizə nə artıq, nə də ki, əksik bir şey şöyləmərəm.
(144) Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin.
(145) Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.
(146) Məgər siz, sizə verilən bu gözəl nemətlər və bol-bol xeyirlər içində qorxusuz və əmin-aman yaşayacağınızımı ümid edirsiniz?!
(147) Bağ-bağçalar və bol-bol su axan çeşmələr arasında.
(148) Əkinlər və yumşaq gözəl meyvəli xurmalıqlar içində arxayınlıqla qalırdınız.
(149) Bir də, içində (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) yaşamaq üçün dağları məharətlə yonub özünüzə orada evlər düzəldirdiniz.
(150) Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin.
(151) Günahlar etməklə nəfslərinə zülüm edib, həddi aşanların əmrinə tabe olmayın!
(152) Onlar etdikləri günahlarla yer üzündə fitnə-fəsad törədir və Uca Allaha davamlı itaət etməyərək özlərini günahdan təmizləmirlər".
(153) Qövmü ona belə demişdir: "Sən dəfələrlə sehrlənmiş və sehr ağlını başından çıxarmış kimsələrdənsən".
(154) Sən də bizim kimi adi bir bəşər övladısan, sənin bizdən üstün olacaq bir məziyyətin yoxdur ki, Allahdan bizə elçi olasan. Əgər sən, Allahın elçisi olduğun iddianda doğru danışanlardansansa, elə isə, haydı, bizə Allahın elçisi olduğunu göstərən bir möcüzə gətir!"
(155) Saleh - uca Allah ona bir möcüzə bəxş etmişdir. Bu möcüzə, Uca Allahın qayadan çıxatdığı dişi bir dəvədir - onlara belə dedi: "Bu gözlə görünən və əllə toxunulan dişi bir dəvədir! Onun sudan müəyyən bir payı vardır, sizin də həmən sudan müəyyən bir payınız vardır. O, sizin növbəniz olduğu gündə sudan içməz, sizdə onun növbəsi olduğu gündə o sudan içməzsiniz!"
(156) Ehtiyatlı olun! Onu öldürərək və ya vuraraq əsla ona bir pislik toxundurmayın, yoxsa bu səbəbdən üzərinizə Allahın əzabı enər və əzabın endiyi o böyük bir gündə əzab hamınızı məhv edər".
(157) Onlar öz aralarında dəvəni kəsmək qərarına gəldilər və nəhayət işərilərindən ən bədbəxt olanı qalxıb dəvəni kəsdi, sonra da etdikləri bu əmələ görə mütləq Allah tərəfindən özlərinə bəlanın gələcəyinə əmin olduqları üçün peşman oldular. Lakin əzabın gəldiyi zaman olan peşmanşılıq sahibinə fayda verməz.
(158) Sonda vəd edildikləri əzab onları yaxaladı. O əzab, güclü zəlzələ və tük ürpədici bir səs idi. Hudu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, Saleh və onun qövmünün hekayətində düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
(159) Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.
(160) Lutun qövmü, peyğəmbərləri Lutu - aleyhissəlam - yalan saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular.
(161) Nəsəb baxımından qardaşları olan Lut onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan şərik qoşmağı tərk edib, Ondan qorxmayacaqsınızmı?
(162) Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allah adında sizə nə artıq, nə də ki, əksik bir şey şöyləmərəm.
(163) Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin.
(164) Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.
(165) Doğrudanmı, siz insanlar içində ancaq kişilərə arxalarından yaxınlıq edirsiniz?!
(166) Uca Allahın şəhvətlərinizi ödəyəsiz deyə sizin üçün yaratdığı qadınlarınıza öndən yaxınlaşmağı tərk edirsiniz?! Siz, həqiqətən də, çirkin bu əməli etməklə Allahın qoyduğu həddi aşan adamlarsınız".
(167) Qövmü ona belə dedi: "Ey Nuh! Əgər bu işimizdə bizə mane olmağa çalışsan və bizi bu işdən çəkindirməyə son qoymasan, mütləq sən və səninlə birğə olanlar yurdumuzdan daşqalaq edilərək, qovulub çıxarılanlardan olacaqsınız!"
(168) Lut onlara dedi: "Həqiqətən, mən sizin bu çirkin əməllərinizə nifrət və qəzəb edənlərdənəm!
(169) Lut Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Bunların etdikləri bu çirkin əməllərinə görə başlarına gələcək əzabdan məni və ailəmi xilas et!"
(170) Biz onun duasını qəbul edib, onu və onun bütün ailəsini xilas etdik.
(171) Yalnız Lutun zövcəsindən başqa. Çünki o, kafir idi. Beləliklə də, o, geridə qalıb həlak olanlardan oldu.
(172) Lut və onun ailəsi Sədum diyarından çıxdıqdan sonra Biz Lutun geridə qalan qövmünü ən şiddətli bir şəkildə məhv edik.
(173) Biz onların üstünə yağışın yağdığı kimi göydən daşlar yağdırdıq. Lutun, uca Allahın əzabından xəbərdar edib, çəkindirtdiyi bu yağış necə də pis bir yağışı imiş! Bu əzab onların başına etdikləri çirkin əmələri üzündə gəldi.
(174) Şübhəsiz ki, etdikləri çirkin əməlləri üzündən Lutun qövmünə göndərilən bu əzabda, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
(175) Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.
(176) Mədyən yaxınlığındakı sarmaşıq ağacları olan kəndin əhalisi də peyğəmbərləri Şueybi -Aleyhissəlam- yalançı saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular.
(177) O zaman peyğəmbərləri Şueyb onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına ibadəti tərk edib Allahdan çəkinmirsinizmi?
(178) Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allahın mənə təbliğ etməyi əmr etdiyinə heç bir ziyadə və naqislik etmərəm.
(179) Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mənə itaət edin.
(180) Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.
(181) İnsanlara satdığınız zaman ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın!
(182) Başqası üçün çəkdiyiniz zaman düz tərəzi ilə çəkin!
(183) İnsanların haqqnı əksiltməyin və yer üzündə günahlar etməklə orada fitnə-fəsad törətməyin!
(184) Sizi və sizdən əvvəlki ümmətləri yaradanın, sizə bir əzab göndərməsindən qorxaraq Ondan çəkinin!"
(185) Şueybin qövmü ona belə dedi: "Həqiqətən, sən dəfələrlə sehrlənmiş və sehr ağlını başından alıb aparmış kimsələrdənsən!
(186) Sən də bizim kimi adi bir bəşər övladısan, sənin bizdən üstün olacaq bir məziyyətin yoxdur. Axı belə olduğu təqdirdə sən necə Allahın elçisi ola bilərsən? Biz sənin Allahın elçisi olduğunun iddanda yalançı olduğunu zənn edirik.
(187) Əgər idda etdiyində doğru danışanlardansansa, elə isə göydən üstümüzə bizi məhv edəcək bir azab endir!"
(188) Şueyb onlara belə dedi: "Rəbbim etdiyiniz şirk və asilikləri daha yaxşı bilir, etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz!"
(189) Onlar Şueybi yalançı saymaqda davam etdilər və elə bu səbəbdən də böyük bir əzaba düçar oldular. Belə ki, qızmar günəşdən sonra başlarının üstünü bir bulud aldı və o bulud onların üzərinə onları yandırıb-yaxan od yağdırdı və beləliklə də məhv oldular. Həqiqətən, onların məhv edildikləri gün, çox dəhşətli bir gün idi.
(190) Şübhəsiz ki, Şueyb qövmünün necə məhv edildiyini xatırladan bu hekayədə, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
(191) Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir.
(192) Şübhəsiz ki, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, bütün yaradılmışların Rəbbi olan Allah tərəfindən nazil edilmişdir.
(193) Onu, vəhyə etibar edilən Cəbrail - aleyhissəlam - mələk endirdi –
(194) Ey Peyğəmbər! Cəbrail bu Quranı, insanları xəbərdar edən və onları Allahın əzabı ilə qorxudan peyğəmbərlərdən olman üçün sənin qəlbinə endirdi.
(195) Cəbrail bu Quranı, açıq-aydın bir dilində nazil edildi.
(196) Şübhəsiz ki, bu Quran, əvvəlki ümmətlərin kitablarında da zikir edilmişdir. Öncəki kitablarda Quranın nazil ediləcəyi barədə müjdələr vermişdir.
(197) Məgər səni yalan sayan o kimsələrə Abdullah bin Salam kimi İsrail İsrail oğullarından olan alimlərin sənin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunu bilmələri onlar üçün bir dəlil deyilmi?
(198) Əgər Biz bu Quranı ərəb dilində danışmayan bəzi əcəmlərə nazil etsəydik,
(199) Əgər bu Quranı onlara oxusaydı, yenə də ona iman gətirməyib: "Biz onu anlamırıq!"- deyəcəkdilər. Halbuki, Quran öz dillərində nazil edildiyi üçün onlar Allaha həmd-sənalar etməli idirlər.
(200) Biz, yalanı və küfürü günahkarların qəlblərinə beləcə yeridirik!
(201) Onlar dəhşətli əzabı görənə qədər küfürü tərk edib, iman etməzlər.
(202) O dəhşətli əzab onlara anidən, gözləmədikləri bir halda gələcəkdir və heç özləri də o əzabın gəlişini hiss etməyəcəklər.
(203) Onlara əzab gəldiyi zaman peşman olduqlarından dolayı belə deyəcəklər: "Görəsən Allaha tövbə etməmiz üçün bizə möhlət veriləcəkmi?!"
(204) "İdda etdiyin kimi göydən üstümüzə bizi məhv edəcək bir azab endirməyincə biz sənə əsla iman gətirməyəcəyik!"- deyən bu kafirlər doğurdanmı əzabımızın onlara tezliklə gəlməsinimi istəyirlər?!
(205) Ey Peyğəbmər! Sənin gətirtdiyin dinə iman etməkdən üz çevirən kafirlərə illərcə bol-bol nemətlər və firavanlıq nəsib etsək,
(206) Özlərinə verilən bol-bol nemətlərdən və firavanlıqdan sonra vəd edildikləri əzab onlara yetişsə,
(207) Axı Allahın əzabı onları haqladığı zaman dünya naz-nemətləri onlara nə fayda verəcəkdir?! Artıq o nemətlər onlardan alınmış və o nemətlərdən heç bir əsər-əlamət də qalmamışdır.
(208) Biz heç bir ümməti, elçilər göndərib və kitablar nazil edərək xəbərdarlıq etməzdən öncə məhv etmədik.
(209) Biz bunu, onlara öyüd-nəsihət vermək və xatırlatmaq üçün belə etdik. Biz onlara, elçilər göndərib və kitablar nazil edərək bütün üzürləri aradan qaldırdıqdan sonra əzab verməyimizlə əsla zalımlardan olmadıq!
(210) Bu Quranı Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəlbinə şeytanlar endirməmişdir.
(211) Şeytanlar, Quranı Peyğəmbərin -sallallahu aleyhi və səlləm- qəlbinə endirməyə layiq deyillər və onlar heç bunu bacarmazlar da!
(212) Şeytanlar vəhyin səmadakı mənanından kənar edildikləri üçün onlar vəhyi əsla eşidə bilməzlər. Belə olduğu təqdirdə axı onlar necə vəyhi eşidib, sonra da onu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəlbinə endirə bilərlər?!
(213) Odur ki, Allahla bərabər, Ona şərik qoşaraq, Ondan başqa bir məbuda ibadət etmə, yoxsa bu səbəbdən əzaba düçar edilənlərdən olarsan!
(214) Ey Peyğəmbər! Qövmündən ən yaxın qohum-əqrəbalarını, Allaha şərik qoşacaqları təqdirdə Allahın şiddətli əzabına düçar olacaqları barədə xəbərdar et!
(215) Ey Peyğəmbər! Sənə tabe olan möminlərə sözdə və əməldə, şəfqət və rəhmət göstərərək, yumşaq davran!
(216) Əgər sənə qarşı üsyan edib, tək Allaha ibadət və itaət etməyi əmr etdiyin zaman sənə tabeçilik göstərməsələr bu zaman onlara belə de: "Şübhəsiz ki, mən sizin etdiyiniz şirk və asiliklərinizdən uzağam!"
(217) Ey Peyğəmbər! Sən bütün işlərində, düşmənlərindən intiqam alan yenilməz qüdrət sahibinə və həmçinin qullarından tövbə ediblərə qarşı mərhəmətli olan Allaha təvəkkül et!
(218) O Allah ki, namaza qalxdığın zaman da səni görür,
(219) O Allah ki, səni namaz qılanlar arasında rüku və səcdə etdiyini görür. Etdiyin əməllərdən Allaha heç bir şey gizli qalmadığı kimi, insanların da etdikləri əməllərdən Ona heç bir şey gizli qalmaz.
(220) Şübhəsiz ki, Allah, oxuduğun Quranı, namazda etdiyin zikirləri eşidəndir və qəlbindən keçənləri də biləndir!
(221) (Ey müşriklər!) Bu Quranı endirdiyini iddia etdiyiniz şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
(222) Şeytanlar, günahkar, yalançı və üsyankar kahinlərə nazil olarlar.
(223) Şeytanlar, ali toplumda, mələklərin söhbətlərinə gizli-qizli qulaq asıb oradan oğurladıqları bəzi kəlmələri kahinlərdən olan dostlarının qulağına pıçıldayaraq onlara təlqin edərlər. Halbuki kahinlərin əksəriyyəti yalançıdırlar. Əgər onlar bir kəlməni doğru desələr, onunla bərabər yüz kəlməni yalan deyərlər.
(224) Muhəmmədin (sallallahu aleyhi və səlləm) onlardan olduğunu iddia etdiyiniz şairlərə gəldikdə isə, onlara ancaq haqq yoldan azmışlar və şairlərin söylədikləri şeirləri öz aralarınada biri-birlərinə rəvayət edərlər uyarlar.
(225) Ey Peyğəmbər! Məgər sən onların vadilərdə, birini yalandan onu mədh edib, digərini isə əbəs yerə məzəmmət edib və bəzilərinə də xoşa gəlməz adlar qoşaraq veyl-veyl gəzib dolaşdıqlarını görmürsənmi?
(226) Şübhəsiz ki onlar, yalan söyləyirlər və etmədikləri bir iş barədə: "Biz filan işi belə etdik" deyirlər.
(227) Şairlərdən yalnız iman gətirənlər, saleh əməllər işləyənlər, Allahı çox zikr edənlər və Həssən bin Sabit - Allah ondan razı olsun - kimi zülmə məruz qaldıqdan sonra Allahın düşmənlərindən intiqam alan şairlər müstəsnadır. Allaha şərik qoşmaqla və Allahın qullarına qarşı haqsızlıq etməklə həddlərini aşanlar qiyamət günü qayıdacaqları yeri mütləq biləcəklər. Onlar əzəmətli bir yerə və dəqiq haqq-hesaba dönəcəklər.