(1) {Əlif, Ləm, Mim!} Bu heca hərflərinin oxşarı, Bəqərə surəsinin əvvəlində keçmişdir. Uca Allah Qurani-Kərimdə bəzi surələrini əvvəl ayələrini, ərəblərin danışdığı həriflər ilə başlaması, ərəblərin Qurana oxşar bir ayə gətirmələrinin acizliyinə işarədir.
(2) Allahdan başqa ibadətə layiq olan heç bir ilah yoxdur, O, Diridir. Ölüm və naqislik olmayan kamil həyata sahibdir. O, Özünü idarə edən, heç bir məxluqata ehtiyacı olmayan əksinə bütün məxluqat, hər bir işində Ona möhtac olan Qəyyumudur.
(3) Ey Peyğəmbər! Allah Quranı sənə, xəbərlərində sadiq hökmlərində ədalətli, özündən əvvəlki ilahi kitablara müvafiq və aralarında heç bir ziddiyat olmadan nazil etdi. O, Quranı sənə nazil etməzdən öncə Tövratı Musaya, İncili isə İsaya - aleyhiməssəlam - nazil etdi. Bu ilahi kitabların hamısı, insanların dini və dünyavi işlərində onları xeyirə yönəldən, hidayət və doğru yoldur. Allah, həmçinin, haqqı batildən və doğru yolu zəlalətdən ayırd edən furqanı nazil etdi. Allahın sənə nazil etdiyi ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah yenilməz qüvvət sahibidir, heç kimsə Onu məğlub edə bilməz. Allah Onun elçilərini yalan sayıb və onların əmrlərinə müxalif olan kimsələrdən də intiqam almağa qadirdir.
(4) Ey Peyğəmbər! Allah Quranı sənə, xəbərlərində sadiq hökmlərində ədalətli, özündən əvvəlki ilahi kitablara müvafiq və aralarında heç bir ziddiyat olmadan nazil etdi. O, Quranı sənə nazil etməzdən öncə Tövratı Musaya, İncili isə İsaya - aleyhiməssəlam - nazil etdi. Bu ilahi kitabların hamısı, insanların dini və dünyavi işlərində onları xeyirə yönəldən, hidayət və doğru yoldur. Allah, həmçinin, haqqı batildən və doğru yolu zəlalətdən ayırd edən furqanı nazil etdi. Allahın sənə nazil etdiyi ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah yenilməz qüvvət sahibidir, heç kimsə Onu məğlub edə bilməz. Allah Onun elçilərini yalan sayıb və onların əmrlərinə müxalif olan kimsələrdən də intiqam almağa qadirdir.
(5) Sözsüz ki, nə yerdə, nə də göydə, heç bir şey Allahdan gizli qalmaz. Artıq Allahın elmi bütün əşyaların zahirini və batinini əhatə etmişdir.
(6) Analarınzın bətnində sizi istədiyi kimi oğlan yaxud qız, gözəl yaxud eybəcər, ağ yaxud da qara müxtəlif surətlərdə yaradan Odur! Ondan başqa haqq məbud yoxdur, O qüdrətlidir, heç vaxt məğlub olunmaz və xəlq etməyində, işlərində və şəriətində hikmətlidir.
(7) Ey Peyğəmbər! Quranı sənə nazil edən Odur. Onun bir qisimi, mənası açıq-aydın bilinən və heç bir anlaşılmamazlıq olmayan ayələrdir ki, bunlar da, Kitabın əsası və əksər qisimidir. Bu ayələr, ixtilaf edildikdə qayıdış yeridir. Onun digər bir qisimi isə, bir və daha çox mənalara ehtimal edilən və mənası insanların çoxuna aydın olmayan, çətin anlaşılan ayələrdir. Amma qəlblərində əyrilik olanlar şübhə salımaq, insanları azdırmaq və həmçinin belə ayələri istədikləri kimi öz batil məzhəblərinə uyğun yozmaq məqsəd ilə, muhkəm ayələri tərk edib, bir neçə mənalara yozulması mümkün olan mutəşabih ayələrin ardınca gedərlər. Halbuki bu ayələrin həqiqi mənalarını və yozumunu Allahdan başqa heç kəs bilməz. Dərin biliyə malik olub elmdə qüvvətli olanlar isə deyərlər: "Biz Quranın hamısına iman gətirdik, çünki onun hamısı Rəbbimiz tərəfindəndir". Belə kimsələr mutəşabih ayələri muhkəm ayələrlə təfsir edirlər. Bunlardan yalnız sağlam ağıl sahibləri öyüd-nəsihət və ibrət alar.
(8) Dərin biliyə malik olan kimsələr belə deyirlər: "Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi haqdan sapdırma, bizi haqdan sapıb, azan kimsələrdən olmaqdan salamat et. Bizə Öz tərəfindən qəlblərimizi hidayətə yönəldən geniş bir mərhəmət bəxş et və onunla bizi zəlalətdən qoru. Ey Rəbbimiz! Həqiqətən, Sən bol-bol nemətlər bəxş edənsən!"
(9) Ey Rəbbimiz! Həqiqətən, Sən, gerçəkləşəcəyinə şübhə edilməyən bir gündə, insanları hesaba çəkmək üçün onları bir yerə cəm edəcəksən. O gün mütləq gələcəkdir bu barədə şəkk-şübhə ola bilməz. Ey Rəbbimiz! Həqiqətən, Sən, vədinə əsla xilaf çıxmazsan!
(10) Allaha və Onun rəsuluna küfr edənlərin nə mal-dövləti, nə də oğul-uşaqları onları dünyada və axirətdə Allahın əzabından xilas edə bilməz. Belə kimsələr, Qiyamət günü Cəhənnəm onlar ilə alovlandırılan, cəhənnəm odunlarıdır.
(11) Bu kafirlərin halı, Allaha küfür edib və Onun ayələrini yalan sayan Firon ailəsinin və onlardan əvvəlkilərin halına bənzəyir. Allah onlara günahlarının səbəbindən əzab verdi. Onların mal-dövləti və oğul-uşaqları onlara heç bir fayda vermədi. Allahın, Ona küfür edib və Onun ayələrini yalan sayan kimsəyə əzabı şiddətlidir.
(12) Ey Peyğəmbər! Müxtəlif dinlərdə olan kafirlərə de: "Möminlər sizi məğlub edəcək və siz kafir olaraq öləcəksiniz. Allah da sizi cəhənnəm odunda bir yerə toplayacaq. Ora sizin üçün nə pis yataqdır!"
(13) Bədr günü döyüşmək üçün qarşı-qarşıya gələn iki dəstədə, sizin üçün ibrət və açıq-aydın dəlil var idi. İki dəstədən biri, kafirlərin kəlməsini alçatmaq, Allahin kəlməsin isə hər şeydən uca etmək üçün Allah yolunda vuruşurdu. İkinci dəstə isə fəxr, riyakarlıq və təəssübkeşlik edərək döyüşə gələn Məkkə kafirləri idi. Möminlər kafirlərin sayca həqiqətən onlardan iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün ibrət və öyüd-nəsihət vardır.
(14) Uca Allah bu ayədə qadınlar, uşaqlar, qızıl-gümüşdən toplanılan çoxlu mal-dövlət, öyrədilmiş yaxşı cins atlar, dəvə, inək, qoyun və əkin yeri kimi dünyavi şəhvətlərin sevğisi insanlara -onları imtahan etmək üçün- yaxşı göstərdiyini xəbər verir. Bütün bunlar, dünya həyatında az bir müddət həzz alıb sonra yox olan keçici zövqüdür. Mömin kimsəyə isə bunlara bağlanması yaraşmaz Halbuki gözəl qayıdış yeri Allah yanındadır. Bu da genişliyi göylər və yer qədər olan Cənnətdir.
(15) Ey Peyğımbər! De: "Sizə bu ləzzətlərdən də daha xeyirlisini xəbər verimmi? Yaxşı əməl edib, günahdan çəkinərək Allahdan qorxanlar üçün Rəbbi yanında, qəsirləri və ağacları altından çaylar axan, ölmək və fəna bilmədikləri halda içində əbədi qalacaqları cənnətlər, onlar üçün yaradılışında və əxlaqında hər cür qüsurdan uzaq pak olan zövcələr və bununla yanaşı Allahın rizası vardır və Allah heç vaxt onlara qəzəblənməz". Allah qullarını hər bir halını görəndir, onların əməlləri Allahdan gizlin qalmaz və Allah onların əməllərinin əvəzini verəcəkdir.
(16) Cənnət əhli Rəbblərinə dua edərək deyirlər: "Ey Rəbbimiz! Həqiqətən, biz Sənə və rəsuluna nazil etdiyinə iman gətirdik və göndərdiyin şəriətə tabe olduq, etdiyimiz günahları bağışla və bizi Od əzabından qoru!"
(17) Onlar saleh əməllər edib, pis əməllərdən çəkinməkdə və başlarına gələn müsibətdə səbir edən, sözlərində və əməllərində dürüst olan, Allaha itaətdə tam müti olan, mallarından Allah yolunda xərcləyən və gecənin sonunda Allahdan bağışlanma diləyən kimsələrdir. Çünki gecənin sonunda edilən dua, qəbul olmaqa daha yaxındır və qəlb isə onu yayındıran şeylərdən uzaqdır.
(18) Allah Özündən başqa ibadətə layiq olan heç bir ilah olmadığına şahiddir. Bu da, Onun Tək ilah oludğuna dəlalət edən şəri və kovni ayələrə əsasəndir. Mələklər və insanlara tövhidi bəyan edib və ona dəvət edən elm sahibləri də şahidlik edirlər. Onlar ən əzəmətli şahid olunana, Allahın təkliyinə və Onun məxluqatında və şəriətində ədalətli olmasına şahidlik edirlər. Ondan başqa ilah yoxdur. O, qüdrətlidir, kimsə Onu məğlub edə bilməz və xəlq etməyində, işlərində və şəriətində hikmət sahibidir.
(19) Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! İslam: "Tək Allaha itaətlə boyun əymək, yalnız Ona ibadət edərək təslim olmaq, bütün elçilərə və Allah onun şəriətindən başqa heç bir şəriət qəbul etmədiyi və onunla bütün dinlərə son qoyduğu, peyğəmbərlərin sonuncusu olan Muhəmmədə (sallallahu aleyhi və səlləm) iman etməkdir". Yəhudilər və nəsranilər özlərinə elm gəldikdən sonra aralarındakı həsəd və dinə hərislik üzündən dinlərində dəstələrə bölünüb ixtilafa düşdülər. Kim Allahın rəsuluna nazil etdiyi ayələrinə küfr edərsə, bilsin ki, Allah Ona küfür edib, rəsulunu yalan sayan kimsəni tez haqq-hesab çəkəndir.
(20) Ey Peyğəmbər! Əgər onlar səninlə, sənə nazil edilən haqq barədə mübahisə etələr, onlara cavab olaraq de: "Mən və mənə tabe olan möminlər də Uca Allaha təslim olduq". Ey Peyğəmbər! Kitab əhlinə və müşriklərə de: "Siz də, Uca Allaha ixlasla təslim olub mənim gətirdiyim dinə tabe oldunuzmu?" Əgər onlar Allaha təslim olub, sənin gətirdiyin şəriətə tabe olsalar, bu zaman onlar doğru yola yönəlmiş olarlar. Yox əgər İslamdan üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq sənə göndərdiyim haqqı onlara təbliğ etməkdir və onların işi isə Allaha aiddir. Uca Allah qullarını görəndir və hər bir əməl edənin əməlinin əvəzini verəcəkdir.
(21) Allahın onlara nazil etdiyi dəlillərinə küfr edənləri, Onun peyğəmbərlərinə haqsız yerə zülm və düşmənçilik edərək öldürənləri və ədalətə çağıran, yaxşılığı əmr edib, pislikdən çəkindirən insanları qətlə yetirən bu qatilı kafirləri ağrılı-acılı bir əzabla müjdələ!
(22) Belə kimsələr Allaha iman etmədikləri üçün əməlləri artıq batil olmuş və etdikləri əməllər onlara nə dünyada da, nədə ki axirətdə fayda verməz və Onları Allahın əzabından qoruyan yardımçıları da olmaz.
(23) Ey Peyğəmbər! Məğər Allahın, Tövratdan özlərinə sənin peyğəmbər olduğuna dəlalət edən elmdən pay verilmiş yəhudilərin halını görmədinmi? Onlar, aralarında ixtilafda olduqları şeylər barədə hökm verməsi üçün Allahın Kitabı - Tövrata qayıtmağa dəvət olunurlar. Sonra Tövratın hökmləri nəfslərinin istəklərinə müvafiq olmadıqda, onların alimlərindən və başçılarından bir dəstə onun hökmündən üz çevirib geri dönür. Özlərinin Tövrata tabe olduqlarını idda etdikləri üçün - lakin onlar Tövranın hökümlərini qəbul etməyə insanlar içərsində ən həris insan olmalı idilər.
(24) Bu haqqdan üz çevirib geriyə dönmələri, onların: "Qiyamət günü od onlara ancaq bir neçə gün toxunar, bundan sonra isə cənnətə daxil olacaqlar!"– iddalarına görədir. Onların yalan və batildən uydurduqları bu zənni, onları aldadıb yoldan çıxartmış, Allah və Onun dini barədə yalan deməyə cürətli etdirmişdir.
(25) Onların halı və peşmançılıqı necə olacaq?! Baş verəcəyinə şübhə edilməyən bir gündə - Qiyamət günündə, onları haqq-hesab üçün topladığımız zaman onların halı çox pis olacaqdır. Məhz o gün, hər kəsə qazandığının əvəzi, yaxşı əməllərin savabını azaldıb, yaxud günahlarını çoxaldıb zülm edilmədən layiqincə ödəniləcəkdir.
(26) Ey Peyğəmbər! Rəbbinə tərif edib Onu öyərək de: "Ey Allahım Sən, dünyada və axirətdə bütün mülkün sahibisən! Sən mülkü qullarından istədiyin kəsə verir, istədiyindən də, onu geri alırsan, onlardan istədiyin kimsəni ucaldır, istədiyini də, alçaldırsan. Bunların hamısı Sənin hikmətin və ədalətlədir. Bütün xeyirlər tək Sənin əlindədir və həqiqətən, Sən hər şeyə qadirsən".
(27) Gecəni gündüzə qatıb, gündüz vaxtını uzanması, gündüzüdə gecəyə qatıb, gecə vaxtının uzanmasıda Sənin qüdrətinin görünən bir hissəsidir. Sən, kafiridən mömin və toxumdan əkin çıxması kimi ölüdən diri, mömindən kafir, toyuqdan da yumurta çıxması kimi diridən isə ölü çıxarırsan. Sən istədiyin kimsəyə saysız-hesabsız bol-bol ruzi verirsən.
(28) Ey Möminlər! Möminləri qoyub kafirləri dost tutub, onları sevib və onlara kömək etməyin! Bunu edən kəs bilsin ki, artıq o, Allahdan, Allah da ondan uzaqdır. Yalnız siz, kafirlərin hökmü altında olub, onlardan sizə gələ biləcək təhlükədən qorxmağınız istisnadır. Bu zaman onların əziyyətindən özünüzü müdafə etmək üçün qəlbinizdə onlara qarşı düşmənçilyi gizlətdiyiniz halda, onlarla sözdə və əməlkdə mülayim rəftar etmənizdə günah yoxdur. Allah sizi Özündən çəkindirir, Ondan qorxun. Günahlar etməklə özünüzü Onun qəzəbinə məruz qoymayın. İnsanların etdikləri əməllərin müqabilini vermək üçün qiyamət günü onların dönüşü ancaq tək Allahadır.
(29) Ey Peyğəmbər! De: "Kafirləri dost tutmaq kimi Allahın sizə qadağan etdiyi şeyləri qəlbinizdə gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir və bundan Ona heç nə gizli qalmaz. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir və Onu heç bir şey aciz edə bilməz".
(30) Qiyamət günü hər kəs etdiyi yaxşı əməllərini naqis olmadan öz qarşısına gətiriləcəyini görəcək və pis əməllər edən kimsə isə onunla əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Lakin bu arzunun ona nə faydası! Allah sizi Özündən çəkindirir. Günahlar etməklə özünüzü Onun qəzəbinə məruz qoymayın. Allah qullarına qarşı çox şəfqətlidir. Elə buna görə də Allah onları, Öz əzabından çəkindirir və qorxudur.
(31) Ey Peyğəmbər! De: "Əgər siz həqiqətən Allahı sevirsinizsə, zahirdə və batində mənim gətirdiyim şəriətə tabe olun. Belə etsəniz, Allahın məhəbbətinə nail olarsız və O, sizin günahlarınız bağışlayar. Allah qullarından tövbə edənləri bağışlayandır və onlara qarşı rəhmlidir".
(32) Ey Peyğəmbər! De: "Əmrləri yerinə yetirməklə və qadağanlardan çəkinməklə, Allaha və Onun Rəsuluna itaət edin!" Əgər onlar bundan üz döndərsələr, bilsinlər ki, Allah, həqiqətən də, Onun və rəsulunun əmrinə müxalif olan kafirləri sevməz.
(33) Allah Adəmi - aleyhissəlam - seçib, mələkləri ona səcdə etdirdi. Nuhu seçib, onu yer əhlinə ən birinci elçi olaraq göndərdi. İbrahim nəslini seçib, son peyğəmbərliyi onun züriyyətindən etdi və həmçinin İmran ailəsini seçdi. Allah bunların hamısını seçib, öz zamanlarında yaşayan insanlardan üstün etdi.
(34) Adları çəkilən bu peyğəmbərlər və onların yolu ilə gedən züriyyətləri, tək Allaha ibadət etməkdə və saleh əməllər görməkdə və biri-birilərinə gözəl əxlaq və fəzilətli əməllər miras qoyan, biri digərinin ardınca gələn nəsil idi. Allah qullarının sözlərini eşidəndir, əməllərini biləndir və elə buna görə də onlardan istədiyini seçir və istədiyini digərindən üstün edir.
(35) Ey Peyğəmbər! Bir zaman Məryəmin - aleyhəssəlam - anası, İmranın zövcəsi (Hənnanın): "Ey Rəbbim! Mən bətnimdəki uşaqı xalis Sənin razılığını diləyərək, Sənə və Sənin evinə xidmət etmək üçün xidmətçi bir qul olmasını özümə vacib etdim. Bu nəziri məndən qəbul et! Həqiqətən, Sən, dualarımı eşidənsən və niyyətimi bilənsən" – dediyini xatırla!
(36) Nəhayət, hamiləlik müddəti başa çatıb bətnindəkini yerə qoyduğu zaman üzürxaxlıq edərək - o, bətnindəkini oğlan doğacağına ümüd bəsləyirdi - dedi: "Ey Rəbbim! Mən qız doğdum". Halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi. Axı onun ümüdlə gözlədiyi oğlan qüvvət və yaradılış baxımından heç də ona bəxş edilən qız kimi deyildir. "Mən onun adını Məryəm qoydum, onu və onun nəslini rəhmətindən qovulmuş şeytandan Sənə həvalə etdim".
(37) Allah onun nəzrini gözəl tərzdə qəbul etdi, onu gözəl bir şəkildə boya-başa çatdırdı, qullarından salehlərin qəlbini ona qarşı şəfqətli etdi və ona baxmağı Zəkəriyyanın - aleyhissəlam - öhdəsinə buraxdı. Zəkəriyya hər dəfə Məryəmin yanına, ibadət etdyi yerə daxil olduqda, onun yanında yaxşı ruzi olduğunu görərdi. Nəhayət, o: "Ey Məryəm! Bu ruzi sənin üçün haradandır?"– deyə soruşduqda, Məryəm ona cavab verərək dedi: "Bu ruzi Allah tərəfindəndir! Şübhəsiz ki, Allah istədiyi kimsəyə bol-bol, hesabsız ruzi verir".
(38) Zəkəriyya, uca Allahın adətən ruzi verməkdə görünməmiş bir şəkildə, İmranın qızı Məryəm yanında Allahın ruzisini gördükdə, o, qocalmasına və zövcəsinin sonsuz olmasına rəğmən, Allahdan onu Məryəm kimi saleh bir övladla ruziləndirməsini istəyərək dedi: "Ey Rəbbim! Mənə pak bir övlad bəxş et! Şübhəsiz ki, Sən, Sənə dua edənin duasını eşidib, ona cavab verənsən".
(39) Zəkəriyya ibadətgahında namaz qılmaq üçün ayaq üstə durduqu zaman, mələklər ona belə xitab etdilər: "Allah səni, Yəhya adlı bir oğlan övladının dünyaya gəlməsi ilə müjdələyir. Onun vəsflərindən biri, Allah tərəfindən olan Kəlməni təsdiq etməkdir. Bu kəlmə, Məryəm oğlu İsadır. Çünki o, Allahdan olan kəlməi ilə, xüsusi bir yaradılışla xəlq edilmişdir. Bu oğlan, elmdə və ibadətdə öz qövmünün ağası olacaq, nəfsini şəhvətlərdən və qadınlara yaxınlıq etməkdən qoruyacaq, yalnız Rəbbinə ibadət etməklə məşğul olacaq, üstəlik, əməlisaleh peyğəmbərlərdən biri olacaqdır".
(40) Mələklər Zəkəriyyanı Yəhyənin dünyaya gəlməsi ilə müjdəlikdə O dedi: "Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də, uşaq doğmayan sonsuz ikən mənim necə oğlum ola bilər?" Allah onun bu sözünə cavab olaraq belə buyurdu: "Sənin qocalıq və zövcənin də isə sonsuz olduğu bir vaxtda Yəhyanı yaratmaqın misalı, Allahın adətdənxaric istədiyi qulu yaratmasının misal kimidir. Çünki Allah hər şeyə qadirdir və O, Öz hikməti və elmi ilə istədiyini edir".
(41) Zəkəriyya dedi: "Ey Rəbbim! zövcəmin məndən hamilə olduğunu bilməkdən ötrü mənim üçün bir əlamət təyin et". Allah buyurdu: "Sənin tələb etdiyin əlamətin, üç gün gecələri ilə barəbər, işarə ilə danışmaq istisna olmaqla, insanlarla danışna bilməməyindir. Gündüzün sonunda və əvvəlində Rəbbini yad edib və Onun şəninə təriflər deməyi çoxalt!"
(42) Ey Peyğəmbər! Mələklərin Məryəmə - aleyhəssəlam - bir zaman: "Həqiqətən, Allah sənə tərifəlayiq sifətlər bəxş etməklə seçdi, səni pisliklərdən pak etdi və zamanında olan aləmlərin qadınlarından üstün etdi" –dediyini xatırla.
(43) Ey Məryəm! Namaz qıldıqda qıyamı uzat, Rəbbin üçün səcdə et və Allahın Ona rüku edən saleh qulları ilə birgə Sən də rüku et!"
(44) Ey Peyğəmbər! Bu deyilənlər, Zəkəriyya və Məryəmin - aleyhiməssəlam - xəbəri, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. O alimlərin və salehlərin hansı birinin Məryəmi himayə etməyə haqqlı olduğu barədə bir-birilərilə mübahisə etdikdə, hətta qələmlərini püşk üçün atdıqları və Zəkəriyyənin qələmi çıxdıqı zaman sən onların yanında deyildin.
(45) Ey Peyğəmbər! Bir zaman mələklərin: "Ey Məryəm, həqiqətən, Allah səni, dünyaya atası olmadan gələcək bir oğlan övladı ilə müjdələyir. Bu, Allah tərəfindən bir kəlmə ilə ona (Ol) – dedikdə, oda Allahın izni ilə bir oğlan olacaqdır. Onun adı Məryəm oğlu İsa Məsihdir. O, həm bu dünyada, həm də axirətdə şan-şöhrətli və Uca Allaha yaxın olanlardandır"– dediyini xatırla.
(46) O, həm danışmazdan əvvəl, balaca uşaq ikən, həm də yetkin çağına çatıb böyüdükdən sonra insanlarla danışacaq, onların dinlərə və dünyalarına xeyirli olan şeyləri onlara xəbər verəcək və o, sözün də və əməlin də salehlərdən olacaqdır.
(47) Məryəm, əri olmadığı halda dünyaya övlad gətirəcəyinə təəccüb edərək dedi: "İstər halal, istərsə də haram yolla mənə bir bəşər toxunmadığı halda necə övladım ola bilər?" Mələk ona dedi: "Allahın sənin üçün atasız uşaq yaratmağın misalı, Onun fövqəladə istədiyi qulu yaratmasının misalı kimidir. O, bir işin olmasını istədikdə, ona yalnız: “Ol!”– deyər, o da olar və heç bir şey Onu aciz edə bilməz".
(48) Allah İsaya yazmağı, söz də və əməl də düzgünə müvəffəq olmaqı, Musaya - aleyissəlam - nazil etydiyi Tövratı və özünə nazil edəcək İncili öyrədəcəkdir.
(49) Allah onu İsrail oğullarına bir elçi edəcəkdir və o, onlara deyəcək: "Mən Allahın sizə göndərdiyi elçisiyəm. Mən artıq sizə, mənim həqiqi peyğəmbər olduğuma dəlalət edən əlamət gətirmişəm. Gətirdiyim əlamət budur ki, mən sizin üçün palçıqdan quşa oxşar bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə diri quş olar. Allahın izni ilə anadangəlmə kora şəfa verirəm və onun gözləri açılır, cüzam xəstəliyinə tutulanı sağaldıram və ona yeni sağlam dəri qayıdır və həmçinin ölmüş kimsələri də dirildərəm. Bunların hamısı Allahın izni ilə olur. Evlərinizdə yediyiniz və yığıb saxladıqınız, gizlətdiyiniz şeyləri sizə xəbər verərəm. Əgər siz iman gətirmək və dəlilləri təsdiqləmək istəyirsinizsə, sizə söyədiyim, insanın bacarmadığı bu əzəmətli işlərin hamısı, mənin sizə Allah tərəfindən göndərilən elçi olduğuma açıq-aydın bir dəlildir".
(50) Sizə, həmçinin, məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyəni gətirdim. Sizə asanlıq və rahatlıq üçün bundan əvvəl sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Sizə dediyimin doğru olduğunu təsdiq edən açıq-aydın bir dəlil gətirdim. Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməklə Allahdan qorxun və sizi dəvət ediyim şeyədə mənə itaət edin.
(51) Çünki bu, Allahın, həm mənim, həm də sizin Rəbbiniz olduğu üçündür. İtaət olunmağa və qorxmağa yalnız tək O, layiqdir. Elə isə siz, tək Ona ibadət edin! Sizə əmr etdiyim Allaha ibadət etmək və Ondan qorxmaq yolu, əyrilik olmayan düzgün yoldur.
(52) İsa - aleyhissəlam - onların (yəhudilərin) küfrdə israrlı olduqlarını bildikdə, İsrail oğullarına müraciət edərək, dedi: "Allaha dəvətdə kim mənə yardımçı olacaq?" Bu zaman ona tabe olanlar içərisində seçilmiş kimsələr dedilər: "Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik və sənə tabe olduq. Sən də, ey İsa, şahid ol ki, biz Allahın tövhidinə və Ona itaət ilə boyun əyənlərdənik!"
(53) Həvarilər həmçinin dedilər: "Ey Rəbbimiz! İncil də bizə nazil etdiyinə iman gətirdik və İsaya - aleyhissəlam - tabe olduq. Bizi də, Sənə və Sənin elçilərinə iman edən haqqa şahid olanlarla bir yerdə et!"
(54) İsrail oğullarından bir dəstə hiylə işlətib, İsanı - aleyhissəlam - öldürmək üçün səy göstərdilər. Allah da onlara qarşı hiylə işlədib onları zəlalətdə tərk etdi və İsanın - aleyhissəlam - surətini başqa bir kişiyə verdi. Allah hiylə işlədənlərin ən xeyirlisidir. Çünki Uca Allahın düşmənlərinə Onun hiyləsindən də daha şiddətli bir hiylə yoxdur.
(55) Allah, İsaya - aleyhissəlam - müraciət etdiyi zaman onlara qarşı - bir daha - hiylə işlədib dedi: "Ey İsa, həqiqətən, Mən səni öldürmədən həyatına son qoyub, sənin bədənini və ruhunu Özümə tərəf qaldıracam, səni, sənə küfr edənlərin pisliyindən pak edəcəm və səni onlardan uzaqlaşdıracam və sənə tabe olub, haqq din üzərində ardınca gedənləri, həmçinin, Muhəmmədə (sallallahu aleyhi və səlləm) iman gətirənləri - Qiyamət günü açıq-aydın dəlil və izzətli olmaqla sənə kafir olanlardan üstün edəcəm. Sonra Qiyamət günü sizin dönüşünüz tək Mənə olacaq. Mən də, ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda haqqla hökm verəcəm.
(56) Sənə və sənin onlara gətirdiyin haqqa küfür edənlərə isə bu dünyada öldürmək, əsir etmək və zəlil etməklə, axirətdə isə cəhənnəm əzabı ilə şiddətli əzab verəcəyəm. Onları əzabdan qoruyan köməkçiləri də olmayacaqdır.
(57) Sənə və sənin onlara gətirdiyin haqqa iman gətirib, namaz qılıb, zəkat verib, oruc tutub, qohumluq əlaqələrini birləşdirib və s. bu kimin saleh əməllər edənlərə gəldikdə isə, Allah onlara əməllərinin savabını azaltmadan tam verəcəkdir. Bu, Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) göndərilməzdən əvvəl, İsa Məsihin şəxsən müjdələdiyi, ona tabe olanlar barəsindədir. Allah zalımları sevməz. Ən böyük zülüm də uca Allaha şərik qoşmaq və Onun elçisini yalan saymaqdır.
(58) (Ey Peyğəmbər) İsanın - aleyhissəlam - xəbərlərindən sənə oxuduğumuz bu ayələrdə, sənə nazil edilənin doğru olduğuna dəlalət edən açıq-aydın əlamətlər vardır. Bu, müttəqilər üçün zikrdəndir. Bunlar muhkəm ayələrdir və batil bu ayələrə yol tapa bilməz.
(59) Həqiqətən, Allah yanında İsanın - aleyhissəlam - yaradılışının misalı Adəmin atasız və anasız, torpaqdan yaradılışının misalına bənzəyir. Allah sadəcə olaraq ona "Bəşər ol!"– dedi, o da uca Allahın istədiyi kimi oldu. İndi siz necə ola bilər ki, İsanın atasız dünyaya gəldiyinə əsasən onun ilah olduğunu idda edirsiz?! Halbuki, siz, Adəmin bəşər və atası olmadan, torpaqdan dünyaya gəldiyini təsdiqləyirsiz.
(60) (Ey Peyğəmbər) İsa - aleyhissəlam - barədə, Rəbbindən sənə nazil edilənlər, şəkk olmayan haqqdır. Sən buna heç vaxt şübhə və tərəddüd edənlərdən olma. Əksinə olduğun haqq üzərində sabit qal!
(61) Ey Peyğəmbər! Sənə İsa - aleyhissəlam - barəsində səhih elm gəldikdən sonra, İsanın Allahın qulu olmadığını idda edib, səninlə mücadələ edən Nəcran nəsranilərinə, de: "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq və bir yerdə yığışaq sonra isə Allah Öz lənətini bizdən və sizdən yalan danışanlara endirməsi üçün Allah dua edib yalvaraq".
(62) İsa - aleyhissəlam - barədə sənə bildirdiyimiz bu xəbər, həqiqətən, yalan və şəkk olmayan gerçək bir xəbərdır. Tək Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Şübhəsiz ki, Allah mülkündə qüdrətlidir. İdarə etməyində, işlərində və xəlq etməyində hikmət sahibidir.
(63) Əgər onlar sənin gətirdiyin şəriətdən üz çevirib, sənə tabe olmasalar, bu onların fitnə-fəsadı səbəbindəndir. Şübhəsiz ki, Allah yer üzündə fitnə-fəsad törədənləri tanıyır və onların etiyi əməllərin əvəzini verəcəkdir.
(64) Ey Peyğəmbər! De: "Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Gəlin hamımız bir olub, ədalət kəlməsinin ətrafında birləşək ki, Allahı ibadətdə təkləşdirək, kim və nə olmasından aslı olmayaraq, Allahdan başqasına ibadət etməyək və Allahı qoyub bir-birimizi ibadət və itaət edilən ilahlar etməyək". Əgər onlar, sənin onları dəvət etdiyin haqq və ədalətdən yenə üz çevirsələr, bu zaman, - ey möminlər! - onlara deyin: "Şahid olun ki, biz Uca Allaha ibadət və itaətlə təslim olan müsəlmanlarıq!"
(65) Ey Kitab əhli! Nə üçün İbrahimin - aleyhissəlam - milliyyəti barəsində mübahisə edirsiz? Yəhudilər İbrahimin yəhudi olduğunu, nəsranilər isə Onun, nəsrani olduğunu idda edirlər. Halbuki siz, yəhudi və nəsraniliyin İbrahimin - aleyhissəlam - vəfatından uzun müddət sonra meydana gəldiyini bilirsiniz. Məgər siz, ağılınızla, bu sözünüzün batil və iddanızın da yalnış olduğunu dərk etmirsinizmi?!
(66) Baxın, ey kitab əhli! Siz həm öz dininiz, həm də sizə nazil edilənlərdən bildiyiniz şeylər barədə Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) mücadələ edirsiniz. Bəs nə üçün kitablarınızda olmayan və peyğəmbərlərinizin də sizə xəbər vermədiyi məsələlər bardədə - İbrahim və onun dini barədə bilmədiyiniz şeylər haqqında mübahisə edirsiniz?! Allah işlərin həqiqətini də bilir batini də, siz isə bilməzsiniz!
(67) İbrahim - aleyhissəlam - nə yəhudi millətindən idi, nə də nəsrani idi. O, ancaq, batil dinlərdən haqqa meyil edən, tək Allaha təslim olan müsəlman idi və heç də ərəb müşriklərinin, İbrahimin onların dinində olduğunu idda etdikləri kimi, Allaha şərik qoşanlardan deyildi.
(68) Həqiqətən, insanlardan İbrahimə - aleyhissəlam - nisbət olmaqa ən haqqlı olanı, İbrahimin - aleyhissəlam - zamanında onun gətirdiyinə tabe olanlar, həmçinin, bu Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) və bu ümmətdən ona iman gətirənlərdir. Allah möminlərin yardımçısıdır və onları qoruyandır.
(69) Ey Möminlər! Kitab əhlindən olan yəhudi və nəsrani alimləri, Allahın sizi yönəltdiyi doğru yoldan azdırmağı təmənna edərlər. Halbuki, onlar, yalnız özlərini azdırırlar. Onlar möminləri azdırmaq üçün səy göstərdiklərinə görə, sonda özləri azdılar. Onlar öz əməllərinin aqibətini anlamırlar.
(70) Ey yəhudi və nəsranilərdən olan Kitab əhli, Allahın sizə nazil edilən ayələrinə və bu ayələrdə Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbərliyinə dəlalət edən dəlillərin olduğu halda nə üçün küfr edirsiniz?! Halbuki siz Muhəmmədin (sallallahu aleyhi və səlləm) haqq olduğuna şahidsiniz, üstəlik, kitablarınızda da bu barədə dəlillər vardır!
(71) Ey Kitab əhli, kitablarınızda nazil edilən haqqı, nə üçün özünüzdən uydurduqunuz, batilə qarışdırıb, orada olan haqqı, doğru yolu və Muhəmmədin (sallallahu aleyhi və səlləm) həqiqi peyğəmbər olduğunu gizlədirsiniz, axı siz, haqqı batildən və zəlalətidə doğru yoldan ayırd edə bilirsiniz?!
(72) Yəhudi alimlərindən bir camaat dedi: "Möminlərə nazil edilənə Qurana günün əvvəlində, insanlar arasında iman gətirin, günün sonunda isə onu inkar edin ki, bəlkə sizin iman etdikdən sonra inkar etdiyinizə görə onlar öz dinlərində şəkk-şübhə edib: "Yəhudilər bizdən daha çox bilirlər, onlar artıq bu dindən döndülər" - deyə öz dinlərindən geri dönələr.
(73) Yəhudilər dedilər: "Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!" Ey Peyğəmbər, de: "Şübhəsiz ki, haqqa aparan doğru yol, Uca Allahın yoludur. Bu yol, heç də, sizə verilən lütfün mislini başqa bir kimsəyə veriləcəyindən, yaxud müsəlmanlara nazil ediləni təsdiqləsəniz, Rəbbiniz yaında onların sizə dəlil gətirəcəyinə qorxaraq, yalan və inadkarlıq yolu deyildir." Ey Peyğəmbər, de: "Şübhəsiz ki, lütf Allahın əlindədir və onu istədiyi quluna bəxş edir. Allah Öz lütfünü bir ümmətə verib başqa bir ümməti ondan məhrum etməz. Allahın lütfü genişdir və O, kimin, Allahın lütfünə layiq olduğunu daha yaxşı biləndir!"
(74) Allah Öz mərhəmətini istədiyi quluna məxsus edər. Ona doğru yol, peyğəmbərlik və bol-bol nemətlər əta edər. Allah, həddi-hüdudu olmayan böyük lütf sahibidir.
(75) Kitab əhlindən eləsi var ki, onlara çoxlu mal əmanət etsən, ona əmanət verdiyini sənə tam qaytarar. Onlardan eləsi də var ki, ona az mal versən belə, əmanət verdiyini, başının üstündə durub, israrla tələb etməyincə və ya qazıya şikayət etmədikcə, onu sənə geri qaytarmaz. Bu, onların: "Ərəblərə və həmçinin onların mallarını mənimsəməkdən ötrü bizə günah olmaz, çünki Allah onların mallarını bizə hallal etmişdir!"– dedikləri sözə və pis zənnlərinə görə idi. Onlar bu sözü deyirlər və özlərinin, Allaha qarşı iftira yaxdıqlarını yaxşı bilirlər.
(76) Xeyr! Bu heç də sizin idda etdiyiniz kimi deyil. Əksinə, onlar günah qazanır. Lakin kim Allaha və Onun elçisinə iman edərək Allahla olan əhdini yerinə yetirsə, ona verilən əmanəti sahibinə qaytararaq insanlıarla olan əhdinə vəfalı olarsa və Allahın əmrlərinə tabe olub, qadağanlarından çəkinərək Allahdan qorxarsa, şübhəsiz ki, Allah müttəqiləri sevər və bu görə onlara gözəl mükafat verəcəkdir.
(77) Allahın onlara Öz kitabında nazil etdiyinə və elçiləri ilə göndərdiyinə tabe olmaq vəsiyyətini, üstəlik, Allaha verdikləri əhdə vəfalı qalacaqlarına dair andlarını kiçik bir dünya malına dəyişdirən kimsələrin axirət savabından heç bir payı yoxdur. Allah Qiyamət günü onları xoş tərzdə danışdırmayacaq, onlara mərhəmət baxışı ilə baxmayacaqdır, onları etdikləri günahlardan və küfürlərdən təmizə çıxarmayacaq. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
(78) Yəhudilərdən elə bir dəstə də vardır ki, Allahdan nazil edilən Tövratda olmayan bir zikri, siz onların oxuduqlarını Tövratdan olduğunu zənn edəsiniz deyə, kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki, bu, Tövratdan deyildir. Əksinə, bu, onların, Allaha qarşı uydurduğu yalan və iftiralarıdır. Onlar: "Oxuduqumuz hər bir şey Allah tərəfindəndir!"– deyirlər. Halbuki bu, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar və özləri də Allah və Onun elçisi adından yalan danışdıqlarını bilirlər.
(79) Heç bir insana, Allah ona Öz tərəfindən kitab nazil etdikdən, onu elm və fəhmlə ruziləndirib və onu peyğəmbərlik üçün seçdikdən sonra insanlara: "Allaha yox, mənə qul olun!"– deməsi mümkün deyil. Əksinə, o, belə deyər: "İnsanlara nazil edilmiş kitabı öyrətdiyiniz, əzbər və ya fəhmlə öyrəndiyiniz şeyin sayəsində həm özünüz bildiyinizə əməl edən həm də ki, bildiyinizi insanlara öyrədib, onların işlərini yaxşılaşdıran və onlara gözəl tərbiyə verən alimlərdən olun!"
(80) O sizə, həmçinin, mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul edib Allahdan başqasına ibadət etməyinizi əmr etməz. Məgər onun sizə, siz müsəlman olub, Ona itaət etdikdən sonra Allaha küfr etməyi əmr etməsi caizdirmi?!
(81) Ey Peyğəmbər! Bir zaman Allah peyğəmbərlərdən möhkəm əhd alaraq onlara: "Mən nə qədər sizə kitab nazil etsəmdə, nə qədər sizə hikmət bəxş etsəm də və sizdən birinin elmi və Allah yanında dərəcəsi nə qədər çox olsa da və bundan sonra sizə Mənim tərəfimdən -Muhəmməd (sallallahu aleyhi və səlləm) - özünüzdə olan kitab və hikməti təsdiqləyən bir elçi gəldikdə, onun dininə mütləq iman gətirib, ona tabe olub və ona yardım edəcəksiniz. Siz, ey Peyğəmbərlər! Bunu iqrar etdinizmi, bu ağır əhdimi öhdənizə götürdünüzmü?"– dediyimi xatırla. Onlar: "Biz bunu iqrar etdik!"– deyə cavab vermişdilər. Bu zaman Allah da belə buyurmuşdu: "Elə isə özünüzə və öz ümmətinizə şahid olun, Mən də sizinlə bərabər sizə və onlara şahid olanlardanam".
(82) Kim Allah və Onun rəsulunun şahidliyi ilə olan bu möhkəm əhdən sonra üz döndərərsə, artıq onlar Allahın dinindən və Ona taətdən xaric olmuş kimsəklərdir.
(83) Yoxsa Allahın dinindən və Ona olan itaətdən xaric olan bu kimsələr, Allah, Öz qulları üçün bəyənib seçdiyi İslam dinindən başqasınımı axtarırlar? Halbuki, göylərdə və yerdə olan məxluqlar, möminlər kimi istəyərək, kafirlər kimi isə istəməyərək Ona təslim olmuş və Qiyamət günü haqq-hesab olunmaq və əməllərinin müqabilini almaq üçün Uca Allaha qayıtacaqdır.
(84) Ey Peyğəmbər! De: "Biz Allahın haqq İlah olduğuna iman etdik, Onun bizə əmr etdiyinə tabe olduq, bizə nazil etdiyi vəhyə, İbrahimə, İsmailə, İshaqa, Yəquba və Yəqubun övladlarından olan peyğəmbərlərə nazil edilənlərə, Musaya, İsaya və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilən kitablara və möcüzələrə inandıq. Onların bəzilərinə iman edib, bəzilərini isə inkar edərək onlardan heç birini digərindən ayırmırıq. Biz yalnız tək Uca Allaha tabe olub, Ona boyun əyən müsəlmanlarıq!"
(85) Kim Allahın razı olduğu İslam dinindən başqa bir din arayarsa, Allah, o dini ondan əsla qəbul etməz və o, axirətdə Cəhənnəmə varid olmaqla özünü ziyana uğradanlardan olar.
(86) İman gətirdikdən, Allahın göndərdiyi Muhəmməd peyğəmbərin - sallallahu aleyhi və səlləm - gətirdiyi dinin haqq olduğuna şahidlik etdikdən və bunun səhihliyinə özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan kimsələri Allah, Allaha və Onun elçisinə iman etməyə necə müvəffəq edər?! Allah, doğru yol əvəzinə zəlaləti seçən zalım bir qövmü Allaha iman etməyə müvəffəq etməz.
(87) Haqqın əvəzinə batili seçən zalımların cəzası, Allahın, mələklərin və bütün insanların lənətinə uğramaqdır. Məhz belə kimsələr, Allahın rəhmətindən uzaqlaşdırılmış və qovulmuş kimsələrdir.
(88) Onlar Cəhənnəm odunda həmişəlik olaraq qalacaqlar və oradan heç vaxt çıxa bilməyəcəklər. Cəhənnəm əzabları onlardan əskidilməyəcək, tövbə etmələri və üzür gətirmələri üçün onlara möhlət də verilməyəcəkdir.
(89) Yalnız küfr və zülm etdikdən sonra Allaha tərəf dönüb, öz əməllərini islah edənlər istisnadır. Şübhəsiz ki, Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.
(90) Sözsüz ki, iman gətirdikdən sonra kafir olub hətta ölüm gələnədək öz küfrlərində davam edən kimsələrin ölüm ayağında olan tövbəsi, tövbənin vaxtı bitdiyi üçün əsla onlardan qəbul edilməyəcək. Məhz onlar Uca Allaha aparan doğru, düzgün yoldan azanlardır.
(91) Həqiqətən, kafir olub kafir kimi ölənlər, Cəhənnəm əzabından xilas olmaq üçün dünya ağırlığında qızıl versələr belə, bu, onların heç birindən qəbul edilməyəcək. Onlar üçün ağrılı-acılı əzab vardır. Qiyamət günü onları əzabdan qorumaq üçün onların heç bir köməkçiləri də yoxdur.
(92) Ey Möminlər! Sevdiyiniz mallarınızdan Allah yolunda xərcləməyincə, xeyirxah insanların savabına və onların dərəcələrinə nail ola bilməzsiniz. Xərclədiyiniz hər bir şeyin az və ya çox olasından aslı olmayaraq, əlbəttə ki, Allah sizin niyyətlərinizi və əməllərinizi bilir və hər bir kəsin əməlinin əvəzini verəcəkdir.
(93) Bütün pak təamlar İsrail övladına halal idi. Tövrat nazil edilməmişdən əvvəl yalnız Yəqubun öz nəfsinə haram etdiyi təamlardan başqa heç bir təam onlara haram edilməmişdir. Yəhudilərin haram edilmiş bu təamların tövratda olduğunu idda etmələri isə heç də həqiqəti əks etdirmir. Ey Peyğəmbər! Onlara de: "Əgər sizin bu iddanız doğrudursa,o zaman Tövratı gətirin və onu oxuyun". Bu zaman onlar donub qaldılar və heç bir şey gətirə bilmədilər. Bu hələ, yəhudilərin Tövrata iftira yaxmalarına və Onun məzmununu təhrif etdiklərinə dəlalət edən tək bir misaldır.
(94) Yəqubun - aleyhissəlam - öz nəfsinə haram etdiyi təamların həqiqət də heç də Allahın Ona haram etmədiyi bəyan olduqdan sonra, Allaha qarşı yalan uyduran kimsələr, haqq onlara aydın olduqdan sonra haqqı tərk etdiklərinə görə özlərinə zülüm edən kimsələrdir.
(95) Ey Peyğəmbər! De: "Allah, Yəqub - aleyhissəlam - barədə verdiyi xəbərdə, hər bir nazil etdiyi ayələrdə və şəri qanunlarında doğru söyləmişdir. Çünki İbrahim - aleyhissəlam - bütün dinlərdən yalnız İslam dininə meyl edən bir kimsə idi və heç vaxt o, başqasını Allaha şərik qoşmamışdır".
(96) Həqiqətən, yer üzərində bütün insanlar üçün Allaha ibadət etmək məqsədi ilə ən birinci bina olunan ev Məkkədəki Allahın toxunulmaz evdir. O, bərəkətli, dini və dünyavi mənfəətləri bol olan bir evdir və orada bütün aləmlər üçün doğru yol vardır.
(97) O evdə, dini ayinlərin icrası kimi bu evin şərəfli və fəzilətli olmasına dəlalət edən açıq-aydln nişanələr vardır. Bu nişanələrdən biri də, İbrahim, Kəbənin divarını qaldırmaq istədikdə ayağının altına qoyub üzərində durduğu daşın olması. Ora daxil olan kimsənin qəlbindən qorxunun getməsi və həmçinin ona heç bir zərərin toxunmamasıdır. Ora daxil olan kəs əmin-amanlıqda olar. İnsanlardan Kəbəyə getməyə qadir olan kimsənin, həcc ayinlərini yerinə yetirmək üçün bu evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim həccin vacibliyini inkar edərsə, bilsin ki, Allahın o kafirə və bütün aləmlərə heç bir ehtiyacı yoxdur.
(98) Ey Peyğəmbər! De: "Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Peyğəmbərin - sallallahu aleyhi və səlləm - doğruluğuna dəlalət edən dəlilləri və bu dəlillərdən biri də Tövratda və İncildə bu barədə nazil edilən ayələri nə üçün inkar edirsiniz?! Allah sizin bu əməlinizdən xəbərdardır, sizə şahiddir və etdiyiniz əməllərin əvəzini verəcəkdir".
(99) Ey Peyğəmbər! De: "Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Siz bu dinin haqq olduğuna, həmçinin, əlinizdəki kitablarınızı təsdiq etdiyinə şahid olduğunuz halda, Allahın haqq dinindən batilə meyil edib və müsəlmanları doğru yoldan sapdırmaq üçün insanları Allahın dininə iman etməyə nə üçün mane olursunuz?! Axı Allah sizin Ona qarşı küfr etmənizdən və Allah yolunu insanların üzünə qapamanızdan heç də qafil deyildir və etdiyiniz əməllərin müqabilini verəcəkdir".
(100) Ey Allaha iman gətirib, Onun rəsuluna tabe olan kimsələr! Əgər siz kitab verilən yəhudi və nəsranilərdən olan bir dəstənin dediklərinə itaət edib və onların iddia etdikləri rəyi qəbul etsəniz, bu zaman qəlblərindəki həsəd və doğru yoldan azdıqları üçün onlar sizi iman etdikdən sonra küfür etməyə döndərərlər.
(101) İmanınızda sabit qalmanız üçün sizdə ən böyük səbəbin olduğu, sizə Allahın ayələri oxunduğu və bu ayələri Allahın elçisi Muhəmməd - sallallahu aleyhi və səlləm - tərəfindən sizə bəyan edildiyi bir halda siz Allaha iman etdikdən sonra necə Ona küfr edə bilərsiniz?! Kim Allahın Kitabına və Onun elçisinin - sallallahu aleyhi və səlləm - sünnəsinə möhkəm bağlanarsa, Allah onu heç bir əyrilik olmayan doğru yola müvəffəq edər.
(102) Ey Allaha iman gətirib, Onun rəsuluna tabe olan kimsələr! Allahın əmrlərinə tabe olaraq, qadağanlarından çəkinərək və Onun nemətlərinə şükür edərək, Rəbbinizdən Ona layiq olan tərzdə qorxun. Sizi ölüm gələnə qədər dininizdən yapışın və elə o halda da ölün!
(103) Ey Möminlər! Kitab və sünnədən möhkəm yapışın və sizi parçalayan işlər ardınca getməyin! Allahın sizə bəxş etdiyi nemətlərini xatırlayın ki, siz İslamdan qabaq hər hansı kiçik bir səbəb üzündən bir-birinizlə döyüşürdünüz. O, sizin qəlbinizi düzəltdi, İslam dini ilə bir-birinə birləşdirdi və bu dinin lütfü sayəsində sizi bir-birinizlə dində bir-birinə rəhim və nəsihət edən qardaşlar etdi. Halbuki, bundan əvvəl siz etdiyiniz küfrlərə görə Cəhənnəmə daxil olmağınıza az qalmış ikən Allah sizi ondan İslama və imana yönəltməklə xilas etdi. Allah bunu sizə bəyan etdiyi kimi, sizə dünya və axirətdə fayda verən şeyləridə beləcə bəyan edir ki, bəlkə doğru yola yönəlib və bu yoldan möhkəm yapışasınız.
(104) Ey Möminlər! Qoy sizdən Allahın sevdiyi bütün xeyirli əməllərə çağıran, şəriətin dəlalət etdiyi və ağlın yaxşı bildiyi yaxşı əməllər etməyi buyuran və şəriətin dəlalət etdiyi və ağlın pis bildiyi pis əməlləri qadağan edən bir camaat olsun. Məhz bu sifətlərə sahib olan kisələr dünyada və axirətdə tam qurtuluşa nail olan kimsələrdir.
(105) Ey Möminlər! Özlərinə Uca Allahdan açıq-aydın ayələr gəldikdən sonra dinlərində firqə və dəstələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Belə kimsələr üçün Allahdan böyük bir əzab vardır.
(106) Bu böyük əzab, iman əhlinin üzləri sevinc və fərəhdən ağaracaqı, kafirlərin üzləri isə hüzün və qəm-qüssədən qaralacaqı qiyamət günü baş verəcəkdir. O dəhşətli gündə üzləri qaralan kəslərə tənə olaraq: "Təsdiq və iqrar etdikdən və sizdən Allaha heç bir şeyi şərik qoşmayacağınıza dair əhd aldıqdan sonra Allahın tövhidini inkarmı etdiniz?! Elə isə, küfr etdiyinizə görə Allahın sizin üçün hazırladığı əzabı dadın"– deyiləcəkdir.
(107) Üzləri ağ olan kəslərin isə məqamı, heç vaxt yox olmayan nemətlər içərisində və içində əbədi qalacaqları Nim cənnətlərində olacaqlar.
(108) Ey Peyğəmbər! Bunlar Allahın Cənnət və Cəhənnəmindən xəbər verən ayələridir. Biz onları sənə haqq və hökmlərdə ədalətli olaraq oxuyuruq. Allah aləmlərədə heç bir kimsəyə zülm etmək istəməz. Əksinə, hər bir kimsəyə yalnız etdiyi əməlin cəzasını verərər.
(109) Göylərdə və yerdə nə mülk varsa, yaratmağıda və əmr etməyidə bütünlüklə hamısı tək uca Allaha məxsusdur. Məxluqatın hər bir işi sonda uca Allaha qayıdır və O, hər bir kimsənin layiq olduğu mükafatını verəcəkdir.
(110) Ey Muhəmməd - sallallahu aleyhi və səlləm - ümməti! Siz Allahın insanlar arasında üzə çıxardığı həm imanınızda və əməlinizdə həm də ki, insanlar üçün ən faydalı insanlar olmağınız üçün ən xeyirli ümmətsiniz. Siz şəriətin dəlalət etdiyi və ağlın yaxşı bildiyi yaxşı işlər görməyi əmr edir və şəriətin dəlalət etdiyi və ağlın pis bildiyi pis əməlləri qadağan edir və bunu öz əməlinizlə təsdiq edərək, Allaha yəqin iman gətirirsiniz. Əgər Kitab əhlindən olan yəhudi və nəsranilər Muhəmmədə - sallallahu aleyhi və səlləm - iman gətirsəydilər, bu onlar üçün dünya və axirətdə əlbəttə ki, daha yaxşı olardı. Kitab əhli arasında iman gətirən az bir qisim olsada, onların əksəriyyəti isə Allahın dinindən və şəriətindən çıxmış insanlardır.
(111) Ey möminlər! Onlar sizə nə qədər düşmənçilik etsələr belə, yalnız dilləri ilə əziyyət vermək müstəsna olmaqla dinə tənə, sizə isə istehza etməkdən başqa dininizə və canınıza heç bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, qabağınızdan məğlub olaraq arxa çevirib qaçarlar. Sonra isə onlara, sizə qarşı kömək də edilməz.
(112) Yəhudilər harada olmalarından aslı olmayaraq, onları rəzalət və alçaqlıq hər bir tərəfdən əhatə etmişdir. Onlar bu rəzalətdən yalnız Uca Allahdan yaxud insanlardan olan əhd və ya əmin-amanlıq səbəbi ilə əmin ola bilərlər. Onlar Allahın qəzəbinə uğramış, onlara yoxsulluq və ehtiyac üz vermişdir. Bu cəza onların, həm Allahın ayələrinə küfr edib, peyğəmbərlərini zülm edərək öldürdüklərinə görə, həm də asilik edib Allahın qoyduğu həddləri aşdıqlarına görə idi.
(113) Kitab əhlinin hamısı eyni halda deyildir. Onlardan Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinən, gecə saatlarında Allah üçün namaz qılıb və Onun ayələrini oxuyan və Allahın dinində sabitqədəm olan bir toplum insanlarda vardır. Bu toplum insanlar, Muhəmmədin - sallallahu aleyhi və səlləm - peyğəmbər göndərilməzdən qabaq olan insanlar idi. Bu kəslərdən Peyğəmbərin - sallallahu aleyhi və səlləm - peyğəmbər olaraq göndərildiyi vaxta təsadüf edənlər, İslamı qəbul etmişdilər.
(114) Belələri, Allaha, axirət gününə yəqin iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsir və itaət mövsümündə saleh əməlləri çoxaltarlar. Allahın məhz bu sifətlərə sahib olan qulları, həm niyyətləri həm də ki, əməlləri saleh olan qullarıdır.
(115) Bu kimsələrin etdiyi yaxşılıqların az və ya çox olmasından asli olmayaraq, etdikləri əməllər heç vaxt əvəzsiz qalmayacaq və savabları azalmayacaqdır. Allah, Onun əmrlərini yerinə yetirən və qadağanlarından çəkinən müttəqiləri tanıyır. Onların əməllərindən Allaha heç bir şey gizli qalnmaz və onların etdikləri əməllərinin müqabilinidə verəcəkdir.
(116) Allaha və Rəsuluna - səllallahu aleyhi və səlləm - kafir olan kimsələrin mal-dövləti və oğul-uşaqı onlara Allah qatında fayda verə bilməz, onları Allahın əzabından qoruya bilməz və onlara Allahın rəhmətini cəlb ede bilməz, əksinə cəm etdikləri bu mal-dövlət və oğul-uşaq, onların əzabını və həsrətin artıracaqdır. Onlar Cəhənnəm əhlidir və orada əbədi qalacaqlar.
(117) Mallarını xeyirxah işlər üçün sərf edib və sonra bu işlərin savabını gözləyən kafirlərin misalı, özlərinə asiliklər və başqa günah əməllər etməklə zülm edən adamların tarlasından bol-bol məhsul əldə edəcəklərini ümüd etdikləri halda ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bənzəyir. Bu küləyin tarlanı məhv edib yararsız bir hala saldığı kimi, Allaha küfr etmək də, onların ümid etdikləri savabı beləcə məhv edər. Allah onlara zülm etmədi - Allah belə şeydən ucadır-, lakin onlar Allaha küfr etdiklərinə və Onun elçisini yalan saydıqlarına görə, özləri özlərinə zülm edirdirlər.
(118) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Möminlərdən başqalarını, sirrinizi onlara bildirərək özünüzə sirdaş, dost tutmayın. Çünki onlar sizə zərər yetirməkdən, sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, əksinə sizə zərər verməyi və sizi sıxıntıya salmaqı təmənna edərlər. Artıq onların sizə qarşı bəslədikləri düşmənçilik və nifrət hissiləri, həm dininizə tənə edib, arxanızca danışmaqla həm də ki, sirrlərinizi ifşa etməklə dillərindən çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə bundan daha böyükdür. Ey Möminlər! Əgər Rəbbinizdən sizə nazil edilən ayələri anlayırsınızsa, artıq Biz, dünya və axirətdə sizə faydalı olan şeyləri açıq-aydın bəyan etdik.
(119) Ey Möminlər! Baxın, siz onları sevib onlara xeyir istədiyiniz bir halda onlar əksinə sizə nifrət edər, sizi sevməz və sizə xeyir arzu etməzlər. Siz onların kitablarına iman etməklə yanaşı nazil olmuş kitabların hamısına inanırsınız. Amma onlar isə Allahın sizin peyğəmbərinizə nazil etdiyi kitaba inanmırlar. Onlar sizinlə rastlaşdıqda dilləri ilə: "Biz də, təsdik etdik!"– deyir, bir-birləri ilə təklikdə qalanda isə özlərinin zəllətdə sizin isə vəhdətdə olduğunuza və İslamın izzətli olmasına görə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. Ey Peyğəmbər! Onlara de: "Qəzəbinizdən ölənə qədər bu halınızda qalın!" Şübhəsiz ki, Allah kökslərdə olanlar imanı, küfürü, xeyri və şəri biləndir.
(120) Ey Möminlər! Düşmən üzərində qələbə çalmaq və ya mal-dövlətin, oğul-uşağın artması kimi sizə bir nemət nəsib olduqda, bu onları kədərləndirər, düşməninizə məğlub olmaq və ya mal-dövlətin, oğul-uşağın azalması kimi sizə bir fəlakət üz verdikdə isə, ona sevinər və sizi təhqir edərlər. Əgər siz Allahın əmrlərinə və yazdığı qədərə səbir edib, Allahın qəzəbinə düçar olmaqdan qorxsanız, onların hiylə və cəfası sizə heç bir zərər verməz. Sözsüz ki, Allah onların etdikləri hiyləni əhatəyə almış və onları məyus halda geri qaytaracaqdır.
(121) Ey Peyğəmbər! Bir zaman sən Uhudda müşriklərlə döyüşdən ötrü, möminləri mövqelərə yerləşdirmək və döyüşdə hər bir kəsin vəzifəsini bildirmək üçün səhər tezdən Mədinədən çıxıb getdiyini xatırla. Allah sizin hər bir sözünüzü eşidəndir, hər bir əməlinizi biləndir!
(122) Ey Peyğəmbər! Sələmə və Harisə oğullarından ibarət iki dəstə, münafiqlərin geri döndükləri zaman ruhdan düşüb geri dönmək istədiklərini yadına sal. Allah onları döyüşdə sabitqədəm edib və döyüşdən geri dönmək fikirindən yayındıraraq onlara yardımçı oldu. Qoy möminlər bütün işlərində yalnız tək olan Allaha etimad etsinlər.
(123) Sayınız və qüvvəniz az olduğu üçün zəif olduğunuz bir halda, Allah Bədr döyüşündə sizə müşrikləri məğlub etməyə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə sizə bəxş etdiyi nemətlərə görə Allaha şükür edəsiniz.
(124) Ey Peyğəmbər! Bədr döyüşündə müşriklərə yardım gələcəyini eşitdikdən sonra sənin möminləri sabitqədəm edərək: "Məgər Allahın sizə döyüşdə yardın etmək üçün Özü tərəfindən üç min mələk endirərək köməyinizə çatması, sizə yetməzmi?!"- dediyini yadına sal
(125) Əlbəttə ki, bu sizə kifayət edər. Hələ Allahdan sizə daha başqa bir yardım müjdəsi də vardır. Əgər döyüşdə səbirli olub, Allahdan qorxsanız, düşmənləriniz üstünüzə gəldikləri zaman, Allah sizə dərhal yardım edər. Əgər bu baş verərsə, Rəbbiniz, həm özləri, həm də atları açıq-aydın əlamətlə nişanlanmış beş min mələklə sizə yardım edər.
(126) Allah mələklər vasirəsi ilə bu köməyi və imdadı sizə sevinc dolu bir xəbər olmaq üçün və bunun sayəsində qəlbləriniz rahatlansın deyə etdi. Şübhəsiz ki, zəfər sadəcə bu zahiri səbəblərlə olmur, həqiqi zəfər yalnız heç bir kimsə Onu məğlub edə bilməyən qüdrətli, işlərində və şəriətində müdrik olan Allahdandır.
(127) Allah sizin Bədr döyüşündə əldə etdiyiniz zəfəri, döyüş səbəbi ilə kafir olanların bir qismini məhv etmək, başda bir qismini isə alçaldıb, məğlub olduqlarına görə qəzəblənmələri, məyus və zəlil halda geri dönmələri, üçün belə etdi.
(128) Allahın rəsulu - sallallahu aleyhi və səlləm - Uhud döyüşündə müşriklərin başçılarına, etdikləri zülmə görə onlara qarşı Allaha dua etdikdə, Allah ona belə buyurdu: "Bu işin sənə aidiyyəti yoxdur, əksinə, bütün işlər Allaha məxsusdur, Allah sizin aranızda hökm verənə qədər və ya İslama daxil olub tövbə edənə qədər yaxud küfrlərində davam edib Allah onlara əzab verənə qədər səbir et". Çünki onlar əzaba layiq görülən zalımdırlar.
(129) Göylərdə və yerdə nə varsa, - yaratmaq və idarə etmək - hamısı Allaha məxsusdur. Allah istədiyi qulu rəhməti ilə bağışlayar, istədiyinə də ədaləti ilə əzab verər. Allah, Öz qullarından tövbə edən kəsləri bağışlayandır və onlara qarşı rəhmlidir.
(130) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Cəhalət əhlinin etdikləri kimi borc verdikdə mayanızdan qat-qat artırılmış sələmi almaqdan çəkinin! Allahın əmrlərinə tabe olub, qadağanlarından çəkinməklə Ondan qorxun ki, bəlkə, dünya və axirətdə istədiyiniz xeyirə nail olasız.
(131) Allahın kafirlər üçün hazırladığı odla özünüz arasında, saleh əməllər edib haramları isə tərk etməklə bir maneə edin.
(132) Əmrləri yerinə yetirib qadağanlardan çəkinməklə Allaha və Onun Rəsuluna itaət edin ki, bəlkə, dünyada və axirətdə Allahın rəhmətinə nail olasınız.
(133) Saleh əməllərlə və başqa cür xeyirli xeyirli əməllər edərək Allaha yaxınlaşmaqa tələsin. Əgər belə etsəniz Allahdan böyük məğfirətə nail olub, Allahın müttəqi qulları üçün hazırladığı, genişliyi göylər və yer qədər olan Cənnətə daxil olarsınız.
(134) Müttəqilər, mallarını həm rahatlıq, həm də ki, çətinlik vaxtında Allah yolunda xərcləyən, intiqam almağa qadir olduqları halda isə qəzəblərini boğan və onlara zülüm edənləri bağışlayan kimsələrdir. Allah, bu sifətlərə sahib olan yaxşı iş görənləri sevər.
(135) Müttəqilər o kimsələrdir ki, böyük bir günah etdikdə, yaxud özlərinə zülm etdərək kiçik günahlar etdikdə, uca Allahın, asilər üçün hazırladığı əzabı və müttəqilərə vəd verdiyi cənnətləri xatırlayıb, Allahdan günahlarını örtməsini və günahlarına görə ona əzab vermənməsini diləyərlər. Çünki günahları tək Allahdan başqa bağışlaya bilən yoxdur. Bir də onlar günah etdiklərini bildikdə, günah etməkdə israr etməzlər. Şübhəsiz ki, Allah, bütün günahları bağışlayandır.
(136) Belə gözəl və xoş sifətlərə sahib olan kimsələrin mükafatı, Allah onların günahlarını örtməsi, günahlarına görə onlara əzab verməməsi və onlar üçün axirətdə qəsirləri altından çaylar axan və orada ədəbi qalacaqları cənnətlərdir. Allaha itaət edən kimsələr üçün bu necə də gözəl bir mükafatdır!
(137) Möminlər Uhud döyüşündə başlarına gələn müsibətlə imtahan edildikdə, Allaha onlara təsəlli olaraq dedi: "Sizdən öncə də, kafirlərin həlak olması və möminləri imtahan etdikdən sonra gözəl sonluğu məhz onlar üçün edərək bir çox belə İlahi hadisələr olub keçmişdir. Elə isə yer üzünü gəzib, Allah və rəsulunu yalan sayanların aqibətini ibrət alaraq baxın, artıq onların yurdları boş qalmış və mal-dövlətləri də məhv olmuşdur".
(138) Bu Quran Kərim, bütün insanlar üçün haqqı açıqlayan, batildən çəkindirən, doğru yolu göstərən və müttəqiləri Allahın əzabından qoruyandır. Çünki məhz müttəqilər, Quranda olan doğru yoldan faydalanan kimsələrdir.
(139) Ey Möminlər! Uhud döyüşündə sizə baş vermiş bəzi hadisələrə görə zəiflik göstərməyin və kədərlənməyin, sizə belə şey əsla yaraşmaz. Əgər siz Allaha və Onun Öz müttəqi qullarına verdiyi vədə iman etmisinizsə, bilin ki, qəlbinizdəki imanınız və Allahın sizə olan köməyi və yardımı ilə üstün olan kəslər sizsiniz.
(140) Ey Möminlər! Əgər sizdən Uhud döyüşündə bəziləriniz yaralanıb bəziləriniz öldüsə, əlbəttə, sizə baş verən bu müsibət düşməniniz olan o kafir qövmə də (Bədr döyüşündə) eyni ilə baş vermişdir. Allah bu günləri istədiyi qalibiyyəti və məğlubiyyəti, mömin və kafir insanlar arasında böyük bir hikmətlər görə və bu hikmətlərdən biri də, möminləri münafiqlərdən ayırd etmək və həmçinin qullarından istədiyinə Allaha yolunda şəhidlik məqamına çatdırmaq üçün növbə ilə dəyişər. Allah, Onun yolunda cihad etməyi tərk edərək özlərinə zülm edən zalımları sevməz.
(141) Bu hikmətlərdən biri də, möminləri günahlardan təmizə çıxarmaq, sıralarını münafiqlərdən təmizləmək və kafirləri məhv etməkdir.
(142) Ey Möninlər! Yoxsa həqiqətən də siz, Allah yolunda cihad edərkən müsibətə dözməyib və səbirsizlik nümayiş etdirən mücahidləri, cihadda onlara baş verən müsibətlərə səbirlə yanaşan mücahidlərdən ayır etmədən Cənnətə daxil olacaqınızımı güman edirsiniz?!
(143) Ey möminlər! Siz ölüm məşəqqətini görməzdən öncə Bədr döyüşündə qardaşlarınız şəhid olduğu kimi, siz də Allah yolunda şəhid olmaq üçün kafirlərlə qarşılaşmaqı arzu edirdiniz. Budur, indi siz arzuladığınızı Uhud döyüşündə öz gözləriniz ilə gördüyünüz halda baxıb durursunuz.
(144) Muhəmməd - sallallahu aleyhi və səlləm - ondan öncə gəlib-getmiş, ölmüş, yaxud öldürülmüş Allahın elçilərindən olan bir elçidir. Məgər o, ölərsə və ya öldürülərsə, siz dininizdən geri dönüb və cihadı tərkmi edəcəksiniz?! Sizdən kim dinindən geri dönərsə, Allaha heç bir şeylə zərər verməz. Çünki Allah yenilməz qüvvət və izzət sahibidir. Allahın dinini tərk edən kimsə, nəfsini dünya və axirət ziyanına məruz qoyaraq, yalnız öz nəfsinə zərər vermişdir. Allah Ona şükür edən kimsələri dinlərində sabitqədəm etməklə və Allah yolunda cihad etdikləri üçün ən yaxşı mükafatla mükafatlandıracaqdır.
(145) Allahın qədəri olmadan heç kəs ölümü dadmaz. Allahın insan üçün əcəl olaraq yazdığı müddət başa çatdıqdan sonra, insan bu əcəldən nə az nə də ki, çox yaşaya bilməz. Kim əməli ilə dünya mükafatını istəsə, bu mükafatdan ona, yalnız qismətində olan qədər verərik. Axirətdə isə onun heç bir payı olmaz. Kim də əməli ilə axirətdə Allahın savabını istəsə, ona da axirət savabından verərik. Biz Rəbbinə şükür edənləri mütləq böyük bir mükafatla mükafatlandıracağıq.
(146) Allahın peyğəmbərlərindən neçə-neçə peyğəmbər çoxlu sayda ona tabe olan dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələn ölüm və ya yaralanmağa görə nə zəifləmiş, nə düşmənlə döyüşməkdən acizlik göstərmiş, nə də düşmənə tabe olmuşlar. Əksinə, səbir edib sabitqədəm olmuşdular. Allah Onun yolunda çətinliklərə və məşəqqətlərə səbir edənləri sevər!
(147) Bu müsibət onlara baş verən zaman, Allah üçün səbir edən kimsələrin sözü ancaq: "Ey Rəbbimiz, günahlarımızda və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, düşmənimizlə qarşılaşdıqda qədəmlərimizi sabit et və Sənə kafir olan qövmə qələbə çalmaqda bizə yardım et!"– olmuşdur.
(148) Beləcə, Allah onlara yardım etməklə və yer üzərində onları bərqərar etməklə dünya mükafatını, axirətdə isə onlardan razı qalma və nəim cənnətlərində əbədi nemətlər içərisində olmaqla ən gözəl mükafat bəxş etdi. Allah, ibadətlərində və insanlarla ünsiyyətdə yaxşılıq edənləri sevər.
(149) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Əgər yəhudiləri, nəsraniləri və müşriklərdən olan kafirlərin sizə əmr etdiklərinə itaət etsəniz, onlar sizi iman etdikdən sonra cahillik dövründə olduğunuz kimi sizi dininizdən küfrə geri döndərər və beləliklə də, siz dünya və axirətdə ziyana uğramış halda geri dönərsiniz.
(150) Əgər bu kafirlərə itaət etdib onlardan yardım diləsəniz onlar sizə heç vaxt yardım etməzlər. Əksinə düşməninizə qarşı yardımçiniz, Allahdır. Elə isə Ona itaət edin. Çünki pak olan Allah, kömək edənlərin ən yaxşısıdır və elə buna görə də sizin Onun yardımından başqa heç kimsənin yardımına ehtiyacınız yoxdur.
(151) Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə elə bir şiddətli qorxu salarıq ki, onlar haqqında özlərinə heç bir dəlil nazil edilməyən, özlərindən ilahlar uydurub onlara ibadət edərək Allaha şərik qoşduqları səbəbindən sizinlə döyüşməyə tab gətirə bilməzlər. Axirətdə onların qərar tutacaqları qayıdış yeri Oddur. Zalımların qərar tutacaqları od nə pisdir!
(152) Uca Allahın izni ilə Uhud döyüşündə kafirləri amansızlıqla öldürdüyünüz zaman, Allah sizə düşmənləriniz üzərində qələbə çalmağı nəsib edərək sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, Allah sizə, arzuladığınız şeyi, düşmən üzərində qələbəni göstərdikdə, siz, Peyğəmbərin - səllallahu aleyhi və səlləm - sizə əmr etdiyini yerinə yetirməkdən qorxub, zəyiflik göstərib, döyüş yerinizdə qalmaq yoxsa oranı tərk edib qənimət toplamaq barəsində bir-birinizlə ixtilaf etdiniz və Peyğəmbərin - səllallahu aleyhi və səlləm - hər bir halda döyüş yerinizdə qalıb oranı tərk etməmək əmrinə asi oldunuz. İçərinizdən kimisi dünya qənimətlərini istəyirdi. Onlar döyüş yerlərini tərk edən kimsələrdir. Kimisi də axirət savabını istəyirdi. Onlar isə Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə tabe olub döyüş yerlərini tərk etməyən kimsələrdir. Sonra Allah üzünüzü onlardan döndərib, müsibətə səbir edən mömini, müsibətə səbir etməyib, zəyiflik göstərən möminlərdən ayırd etmək üçün düşmənlərinizi sizin üzərinizə saldırdı. Allah, artıq sizin Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə müxalif olaraq qazandığınız günahı əfv etdi. Allah möminləri imana yönəldib, günahlarını əfv etdiyi və onlara baş verən müsibətlərə görə onlara mükafat bəxş etdiyi üçün möminlərə qarşı böyük lütf sahididir.
(153) Ey Möminlər! Uhud döyüşü günü Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə müxalif olduğunuz üçün başnıza gələn müsibətə görə döyüş meydanından qaçdığınızı yadınıza salın. O zaman Peyğəmbər - səllallahu aleyhi və səlləm - arxanızdan sizi: "Ey Allahın qulları mənə tərəf gəlin! Ey Allahın qulları mənə tərəf gəlin!" -deyərək çağırdığı halda, siz heç kimə məhəl qoymadan düşməndən qaçırdınız. Allah da bu əməlinizə görə sizi məğlubiyyət, qənimətdən məhrum olma və nəhayət aranızda Peyğəmbərin - səllallahu aleyhi və səlləm - qətl edilməsi barəsindəki yayılan xəbərlə qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan, Allah yardımına, əldə edə bilmədiyiniz qənimətə və başınıza gələn ölüm və yaralanma müsibətin görə kədərlənməyəsiniz. Elə ki siz, Peyğəmbərin ölüm xəbərinin yanlış olduğunu bildikdə, bütün müsibətlər, agrı və acılar sizə rahat gəldi. Allah nə etdiklərinizdən xəbərdardır. Qəlblərinizdə olanlar və ya əzalarınızla etdiyiniz əməllər Allaha gizli qalmaz.
(154) Sonra bu iztirab və kədərin ardınca Allah sizə bir rahatlıq və inam nazil etdi. Sizdən bir qisminizi – bunlar Allahın vədinə yəqin olan kimsələrdir – qəlblərindəki arxayınlıq və sükunətə görə mürgü bürüdü. O biri qisminiz isə yalnız öz canlarının salamat qalmasından başqa heç bir istəyi olmayan, qəlbləri isə arxayınlıq və sükunətdən məhrum olmuş, narahatçılıq və qorxu içərisində olan münafiqlərdir. Bu münafiqlər, cəhalət əhlinin zənn etdiyi kimi Allahı layiqincə qiymətləndirməyərək, Allahın Öz peyğəmbərinə və qullarına heç bir yardımın etməyəcəyini düşünüb, Allah barəsində pis zənnə qapılaraq cahililkləri üzündən belə dedilər: "Döyüşə çıxmaq işində bizim heç bir rəyimiz yoxdur, əgər bir rəyimiz olsayı çıxmazdıq". Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Sözsüz ki, bütün işlər Allaha aiddir, Allah istədiyini edər və istədiyi hökmü verər və elə sizi döyüşə çıxaranda Allahdır". Bu münafiqlər qəlblərindəki şəkk-şübhəni və pis zənni gizlədib, sənə bildirmək istəmədən: "Əgər döyüşə çıxmaqda bizim bir rəyimiz olsaydı, elə bu yerdə öldürülməzdik"– deyirlər. Ey Peyğəmbər! Onlara belə cavab ver: "Əgər siz döyüş və ölüm meydanından uzaq bir yerdə, evlərinizdə olsaydınız, sizlərdən öldürülməsi əzəldən yazılmış kəslər, yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin qəlblərinizdə olan niyyət və məqsədlərinizi sınamaq və qəlblərinizdəki imanı nifaqdan ayırd etmək üçün belə etdi. Allah qullarının qəlblərində olanı biləndir və bundan Allaha heç bir şey qizli qalmaz".
(155) Ey Muhammədin - sallallahu aleyhi və səlləm - səhabələri! Uhudda müşriklərin qoşunu ilə müsəlmanların qoşunu qarşılaşdığı gün sizdən məğlub olanları şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə sövq etdi. Buna baxmayaraq Allah onları, Öz lütfü və rəhməti sayəsində bağışlayıb, əzab vermədi. Həqiqətən, Allah tövbə edənləri bağışlayandır, həlimdir, onlara əzab verməyə tələsməz.
(156) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Siz, ruzi qazanmaq üçün səfərə çıxıb və ya döyüşə gedib orada vəfat etmiş və ya öldürülmüş yaxın qohum-əqrəbaları barəsində: "Əgər onlar səfərə çıxmayıb və ya döyüşə getməyib bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər"– deyən münafiqlərdən olan kafirlər kimi olmayın! Allah bu qənaəti onların qəlblərində onlar üçün bir hüzün və həsrət olsun deyə belə etdi. Halbuki, Öz istəyi ilə dirildən də, öldürən də, tək Allahdır. Allahın yazdığı qədərə, nə evdə qalıb səfərə və ya dövüşə çıxmamaq mane olar, nə də ki, səfərə və ya dövüşə çıxmaq tezləşdirər. Allah nə etdiklərinizi görür. Etdiyiniz əməllər əsla Ona gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.
(157) Ey möminlər! Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, bilin ki, Allah sizi mütləq böyük bir məğfirəti ilə bağışlayıb, sizə Öz rəhməti ilə rəhm edəcəkdir. Bu, bu dünyadan və onların topladıqları müvəqqəti dünya nemətlərindən daha xeyirlidir.
(158) Ölmənizdən və ya öldürülmənizdən aslı olmayaraq, əməllərinizin müqabilini almaq üçün hamınız tək olan Allahın hüzuruna qayıdacaqsınız.
(159) Ey Peyğəmbər! Allahın mərhəməti sayəsində sən səhabələrinə gözəl əxlaqla rəftar etdin. Əgər sən söz və əməlində kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər. Elə isə onların sənə qarşı haqsızlıq etdiklərini əfv et, onlar üçün Allahdan bağışlanma dilə və görəcəyin işlər barədə ehtiyac olarsa, onlarla məsləhətləş, məsləhətləşdikdən sonra qəti qərara gəldikdə isə o işi edib Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər, işlərində müvəffəq edər və onlara yardımçı olar.
(160) Əgər Allah sizə Öz köməyi və yardımı ilə dayaq olarsa, hətta bütün insanlar sizə qarşı qalxsalar, yenə də sizə heç kəs qalib gələ bilməz. Yox, əgər Allah sizi köməksiz tərk edib, öz nəfsinizə buraxarsa, Ondan sonra kimsə sizə yardım edən tapılmaz. Bilin ki, kömək yalnız tək Allahın əlindədir. Elə isə, Qoy möminlər başqasına deyil, təkcə Allaha arxalansınlar!
(161) Peyğəmbərlərdən kiməsə qənimətdən Allahın ona aid etmədiyi bir şeyi xəyanət edərək götürməsi yaraşmaz. Sizlərdən kim qənimətdən bir şey götürərək xəyanət edərsə, xəyanət etdiyi şeylə qiyamət günü insanlar qarşısına boynuna yüklənmiş halda gələrək rüsvayçılıqla əzab olunar. Sonra isə hər kəsə əməllərinin əvəzi naqis edilmədən tam verilər və onlara günahları artırılaraq və ya savabları azaldılaraq əsla zülm edilməz.
(162) İman gətirib, saleh əməllər edərək Allahın rizasını qazanmağa can atan kəs, Allaha küfr edib, günah əməllər edən və Allahın qəzəbinə gələn və gedəcəyi yer Cəhənnəm olan kəs kimi ola bilərmi?! Ora nə pis qayıdış və məskunlaşan yeridir!
(163) Onlar Allah dərgahında dünya və axirət dərəcələrində müxtəlifdirlər. Allah onların nə etdiklərini görür, Ona heç bir şey əsla gizli qalmaz və O, hər bir kəsin əməlinə görə əvəzini verəcəkdir.
(164) Artıq Allah möminlərə, onların öz işərisindən, özlərinə Quran ayələrini oxuyan, onları Allaha şərik qoşma və rəzil əxlaq günahlardan təmizləyən, onlara Quranı və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnətini öyrədən bir elçi göndərməklə lütf göstərdi. Halbuki, bu elçi göndərilməzdən öncə onlar doğru-düzdün yoldan açıq-aydın azğınlıq içərisində idilər.
(165) Ey Möminlər! Bədr döyüşündə düşmənlərinizdən bir qisimini öldürüb diğər bir qisimini isə əsir alaraq onları ikiqat müsibətə məruz qoyduqunuz halda, Uhud döyüşündə sizdən bəziləri şəhid olub məğlubiyyətə uğrayaraq başınıza bir müsibət gəldiyi zaman: "Biz Allaha iman etdiyimiz və Allahın elçisi - səllallahu aleyhi və səlləm - də aramızda olduğu bir halda, bu müsibət bizə haradan gəldi?"– söylədiniz. Ey Peyğəmbər! De: "Başınıza gələn bu müsibət, bir-biriniz ilə mübahisə edib, Peyğəmbərə - səllallahu aleyhi və səlləm - asi olmaqınızın ucbatındandır!" Həqiqətən, Allah hər şeyə qadirdir. Allah istədiyinə kömək edir və istədiyinidə rəzil edər.
(166) Uhud döyündə sizin qoşununuz müşriklərin qoşunu ilə üz-üzə gəldiyi gün, sizə üz vermiş məğlubiyyət, yaralanma və ölüm müsibəti Allahın izni və yazdığı qədər ilə oldu ki, hətta sadiq möminləri böyük bir hikmət üçün aşkara çıxartsın.
(167) Və münafiqləri bəlli etsin deyə, onlara: "Allah yolunda döyüşün, yaxud heç olmasa sayınızın çoxluqu ilə müsəlmanların müdafiəsində durun!– deyildi zaman, onlar: "Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik. Lakin biz sizinlə o qövm arasında döyüş olacağını güman etmirik"– dedilər. Onların o günkü halı, iman halından çox küfr halına daha yaxın idi. Onlar qəlblərində olmayanı dilləri ilə deyirlər. Halbuki, Allah onların qəlblərində gizlətdiklərini çox yaxşı bilir və elə buna görə də onların cəzasını verəcəkdir.
(168) Döyüşdən arxada qalan kimsələr, Uhud döyüşündə öldürülmüş qohum-əqrəbaları barəsində: "Əgər onlar bizə itaət edib döyüşə çıxmasaydılar, öldürülməzdilər"– söyləyənlərə, - ey Peyğəmbər - cavab olaraq de: "Əgər onlar sizə itaət etsəydilər, öldürülməzdilər və sizin ölümdən canınızı qurtarmanızın səbəbi, evlərinizdə oturub Allah yolunda cihada çıxmamanızın olması iddanızda doğrusunuzsa, elə isə ölüm sizə gəldiyi zaman özünüzü ölümdən qoruyun!"
(169) Ey Peyğəmbər! Allah yolunda cihadda öldürülənləri əsla ölü zənn etmə. Əksinə, onlar diridirlər, Onlar üçün cənnət evində Rəbbi yanında xüsusi bir həyat vardır və onlara Allahdan başqa heç kimsənin bilmədiyi müxtəlif növ ruzilər verilər.
(170) Allah onlara Öz lütfündən bəxş etdiyi nemətə görə onları səadət və fərəh bürümüşdür və dünyada qalan qardaşlarınında arxalarınca gəlib onlara çatmasını təmənna edib gözləyirlər. Çünki, əgər onlar cihadda öldürülsələr, özləri kimi qardaşlarıda Allahın lütfünə nail olacaq, axirətdə onların heç bir qorxusu olmayacaq və dünyada ikən əldə edə bilmədikləri dünya nemətlərinə görə kədərlənməyəcəklər.
(171) Onlar özlərinə veriləcək böyük mükafatdan əlavə, həm Allah tərəfindən onları gözləyən daha başqa böyük bir mükafata görə, həm də Allah möminlərin mükafatını heçə çıxarmayacağına, əksinə, onların mükafatlarını kamil verib, daha da artıracağın görə sevinirlər.
(172) Uhud döyüşündə yaralandıqdan sonra "Həmra əl-Əsəd" adlı döyüşdə müşriklərlə döyüşmək üçün Allah yolunda döyüşə çağırıldıqları zaman, Allahın və rəsulunun - səllallahu aleyhi və səlləm - əmrini qəbul etmiş, yaraları onları Allahın və rəsulunun - səllallahu aleyhi və səlləm - çağırışına mane olmayan kimsələrdən yaxşı işlər görüb və Allahdan qorxaraq Onun əmrlərinə tabe olub qadağanlardan çəkinənlər üçün Allah yanında böyük bir mükafat vardır. Bu, cənnət mükafatıdır!
(173) O kəslər ki, müşriklərdən bəziləri onlara: "Qureyş Əbu Süfyanın başçılığı altında, sizinlə döyüşüb, sizi məhv etmək üçün böyük bir ordu toplayıbdır, onlardan özünüzü qoruyun, onlarla qarşı-qarşıya gəlməkdən qorxun!"– dedikdə, bu söz və hədə onların Allahın vədinə inamını daha da artırdı və onlar: "Uca Allah bizə kifayət edər. Allah, işlərimizi Ona həvalə edilənlərin nə gözəlidir" – deyərək, döyüşə çıxdılar.
(174) Beləcə onlar "Həmra əl-Əsəd" adlı döyüşdən, Allah yanında böyük bir savaba, yüksək dərəcələrə nail omaqla, ölmədən, yara almadan və düşmənlərindən özlərinə heç bir pislik toxunmadan geri döndülər. Beləliklə də, Allahın sevdiyi işləri görüb asiliklərdən üzaq durmaqla Allahın rizasına uydular. Allah mömin qullarına qarşı böyük lütf sahibidir.
(175) Şeytan sizi sadəcə qorxudur. Sizi öz dostları və əyanları ilə çəkindirir. Siz onlardan qorxmayın, çünki onlar heç bir güc, qüvvətə sahib deyillər. Əgər siz həqiqi möminsinizsə, elə isə saleh əməllər etməklə tək Allahdan qorxun!
(176) Ey Peyğəmbər! Münafiqlərdən geriyə dönüb mürtəd olaraq küfrə tələsənlər səni heç də kədərləndirməsin. Belə ki, onlar Allaha heç bir zərər verə bilməzlər. Onlar Allaha imandan və xeyirli əməllərdən uzaqlaşaraq yalnız özlərinə zərər verirlər. Allah onları dünyada rəzil etməklə və heç bir xeyirə müvəffəq etməməklə, onların axirət nemətlərindən heç bir paylarının olmamasını istər. Onlar üçün Qiyamət günü Cəhənnəmdə böyük bir əzab vardır.
(177) Doğrudan da, imanı küfrü dəyişənlər, Allaha heç bir zərər yetirə bilməzlər. Onlar yalnız özlərinə zərər yetirirlər. Onlar üçün axirətdə ağrılı-acılı bir əzab vardır.
(178) Rəbbinə küfr edənlər və Onun şəriətinə qarşı inadkarlıq göstərən kimsələr küfr etdikləri bir halda onlara möhlət verməyimiz və ömürlərini uzatmaqımız bunun heç də özləri üçün xeyirli olduğunu zənn etməsinlər. Biz onların etdikləri günahların üzərinə daha çox günah artırmaları üçün möhlət veririk. Onlar üçün zəlil edici bir əzab vardır.
(179) Ey Möminlər! Sizi müxtəlif növ sınaqlara çəkməklə yaxşı möminləri xəbis münafiqlərdən aşkar etməyincə, içərinizdəki münafiqləri həqiqi möminlərdən ayırmayınca, hal-hazırda olduğunuz vəziyyətdə tərk etmək, Allahın hikmətindən deyildir. Sizə möminləri münafiqlərdən ayırd etmək üçün qeybi bildirmək də Allahın hikmətinə müvafiq deyildir. Lakin, Allah elçisi Muhəmmədə - sallallahu aleyhi və səlləm - münafiqləri tanıtdığı kimi, qeybdən bəzi şeyləri Öz elçilərindən istədiyini seçib bildirər. Odur ki, Allaha və Onun elçilərinə həqiqi iman gətirin! Əgər həqiqi iman gətirib, Allahdan Onun əmrlərini yerinə yetirib qadağanlarından çəkinsəniz, sizin üçün Allah yanında böyük bir mükafat vardır.
(180) Allahın Öz lütfündən bəxş etdiyini nemətlərdən xərcləməyə xəsislik edib malından Allahın haqqını verməyən kimsələr heç də bu onların xeyrinə olduğunu zənn etməsinlər. Əksinə, bu, onların zərərinədir. Çünki onların xəsislik etdikləri şey qiyamət günü halqa olub boyunlarına dolanacaq və bununla da onlara əzab verəcəkdir. Göylərin və yerin nə varsa sonda tək Allaha qayıdacaqdır. Bütün bəşəriyyət məhv olduqdan sonda diri qalan Odur. Allah nə etdiklərinizi dəqiqliklə bilindir və O, əməllərinizin müqabilini sizə verəcəkdir.
(181) "Allah kasıbdır, bizdən borc istəyir, biz isə özümüzdə olan var-dövlət ilə varlıyıq!"– deyən yəhudilərin sözünü Allah, əlbəttə ki, eşitdi. Biz onların Allah barədə dedikləri yalan və böhtanı və haqsız olaraq peyğəmbərləri öldürdüklərini yazacaq və onlara: "Dadın cəhənnəmdə yandırıb-yaxan əzabı!" – deyəcəyik.
(182) Ey Yəhudilər! Bu əzab öz əllərinizlə etdiyiniz asiliklərə görədir. Yoxsa Allah qullarından heç kimsəyə zülm edən deyildir.
(183) Onlar yalandan, böhtan ataraq dedilər: "Doğrusu, Allah nazil etdiyi kitablarında və Peyğəmbərlərinin dili ilə bizdən əhd almışdı ki, göydən bir od gəlib Allah üçün olan sədəqəni odun yandıracağı sözünü təsdiqləyən gətirməyincə heç bir peyğəmbərə inanmayaq". Onlar bu əhdi Allaha nisbət edərək həm Allah adından həm də peyğəmbərlərin sadiqiliyinə dəlalət edən dedikləri mövcüzələr barədə yalan danışdılar. Elə buna görə də Allah peyğəmbəri Muhəmmədə - sallallahu aleyhi və səlləm - onlara belə deməyi əmr etdi: "Məndən əvvəl sizə peyğəmbərlər onların sadiqliyinə dəlalət edən açıq-aydın dəlillərlə və göydən bir od gəlib yandıracağı qurbanı gətirmişdilər. Əgər dediklərinizdə doğru danışırsınızsa, onda nə üçün onları yalançı sayıb öldürdünüz?"
(184) Ey Peyğəmbər! Əgər onlar səni yalançı hesab etsələr, buna görə heç hüzünlü olma, bil ki, bu, kafirlərin adətidir. Çünki onlar səndən əvvəl açıq-aydın dəlillər, öyüd-nəsihət və şəri əhkamları əhatə edən kitablar gətirmiş çoxlu sayda peyğəmbərləri də yalançı hesab etmişdilər.
(185) Kimliyindən aslı olmayaraq hər bir canlı ölümü dadacaq. Buna görə də heç kəs bu dünyaya aldanmasın. Qiyamət günü əməllərinizin mükafatı əksildilmədən sizə tam veriləcəkdir. Allah kimi oddan uzaqlaşdırıb, Cənnətə daxil edərsə, o, əlbəttə, istədiyi xeyirə nail olar və qorxduğu şərdən nicat tapar. Dünya həyatı isə müvəqqəti ləzzətdən başqa bir şey deyildir. Bu dünyaya yalnız aldanmış insan bağlanar.
(186) Ey Möminlər! Siz hökmən malınızın vacib haqlarını verməklə, malınızın tələf olması ilə və şəri öhdəlikləri yerinə yetirədikdə canınızla və müxtəlif növ müsibətlərlə sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitablar verilənlərdən və Allaha şərik qoşanlardan sizə və dininizə bir çox əziyyətverici və təhqiramiz sözlər eşidəcəksiniz. Əgər bu müsibətlərə və sinaqlara səbirlə yanaşıb, Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinərək Allahdan qorxsanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir. Elə isə qoy yarışanlar bu işdə yarışsınlar.
(187) Ey Peyğəmbər! Allah yəhudi və nəsranilərdən olan kitab əhlinin alimlərindən: "Allahın kitabını mütləq insanlara açıqlayacaqsınız, orada olan haqqı və Muhəmmədin - sallallahu aleyhi və səlləm - peyğəmbərliyinə dəlalət edən dəlilləri gizlətməyəcəksiniz!"– deyə əhd aldığını yadına sal. Onlar isə bu əhdi qulaqardına vurub əməl etmədilər, əksinə haqqı gizlədib batili yaydılar və Allahın əhdini, əldə etdikləri şan-şöhrət və mal-dövlət kimi dünya malına, çox ucuz bir qiymətə dəyişdilər. Allahın əhdini dəyişdikləri bu qiymət necə də pisdir!
(188) Ey Peyğəmbər! Etdikləri qəbih əməllərə görə sevinən və etmədikləri xeyir işlərə görə insanlar onları tərif etməyi xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla zənn etmə. Onlar üçün Cəhənnəmdə ağrılı-acılı bir əzab vardır.
(189) Göylərin, yerin və onların içində olanların hökmranlığı, onlarda yaradılışında və idarə etmək də başqasına deyil, yalnız tək Allaha məxsusdur. Allah hər şeyə qadirdir.
(190) Həqiqətən, göylərin və yerin misilsiz və yoxdan var edilərək yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində və birinin uzun, digərinin isə qısa olmasında sağlam düşüncəli ağıl sahibləri üçün, yalnız kainatın Xaliqinin ibadətə layiq olduğuna dəlalət edən açıq-aydın dəlillər vardır.
(191) O kəslər ki, Allahı hər bir halda - ayaq üstə olduqda da, oturaq halda da, uzanmış halda da yad edər, göylərin və yerin yaradılışı barədə düşünər və deyərlər: "Ey Rəbbimiz! Sən bu əzəmətli kainatı əbəs yerə yaratmamısan. Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi xeyirli işlərə müvəffəq edib, pis işlərdən çəkindirərək cəhənnəm odundan qoru!
(192) Ey Rəbbimiz! Həqiqətən Sən qullarından Oda saldığın kəsi, əlbəttə, alçatmış və rəzil etmiş olarsan. Qiyamət günü zalımların onları Allahın əzabından və cəzasından müdafiə edən heç bir köməkçisi olmaz.
(193) Ey Rəbbimiz! Həqiqətən, biz: "Tək İlah olan Rəbbiniz Allaha iman gətirin"– deyə imana çağıran rəsulun Muhəmmədin - sallallahu aleyhi və səlləm - çağırışını eşidib ona iman gətirib, dininə tabe olduq. Belə iə günahlarımızın üstünü ört, bizi rüsvay etmə, bizi bağışla, bizə əzab vermə və canımızı, xeyirli işlərə müvəffəq edib, pis işlərdən çəkindirərək yaxşılarla bir yerdə al!
(194) Ey Rəbbimiz! Öz elçilərinin dili ilə: doğru yol və dünyada yardım etmək və s. bu kimi vəd etdiklərini bizə əta et və Qiyamət günü bizi Cəhənnəmə daxil edərək rəzil etmə! Ey Rəbbimiz! Şübhəsiz ki, Sən səxavətlisən, vədindən dönməzsən!"
(195) Rəbbi də onların dualarını qəbul edib cavab verdi: "Mən, sizlərdən yaxşı işlər görən istər kişi, istərsə də qadın olsun, heç bir kəsin əməlini az və ya çox olmasından aslı olmayaraq puç etmərəm. Siz hamınız dində eyni hökmdəsiniz. Kişinin savabı artırılmaz, qadının savabı isə azaldılmaz. Allah yolunda hicrət edənlərin, kafirlər tərəfindən öz yurdlarından çıxarılanların, Rəbbinə itaət etdiyinə görə əziyyətə düçar olanların, Allah yolunda vuruşanların və Allahın - lə ilahə illəlllah - kəliməsi uca olması uğrunda öldürülənlərin, Qiyamət günü əlbəttə, günahlarını bağışlayıb, təqsirlərindən keçəcək və onları ağacları və qəsirləri altından çaylar axan Cənnətlərə daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Misli olmayan gözəl mükafat məhz Allah yanındadır".
(196) Ey Peyğımbər! Kafirlərin əməllərinə kədərlənərək, onların diyarbədiyar gəzib dolaşması, o yerlərdə istədiklərini etməsi, geniş şəkildə ticarətlə məşğul oması və bol ruzi qazanması səni aldatmasın!
(197) Bu dünya, daimi olmayan, müvəqqəti az bir mənfəətdir. Qiyamət günü isə onların gedəcəkləri yer Cəhənnəmdir. Od onlar üçün nə pis yataqdır!
(198) Lakin öz Rəbbindən qorxub Onun əmrlərini yerinə yetirib qadağanlarından çəkinənlər üçün, qəsirləri altından çaylar axan, onlar orada əbədi qalacaqları Cənnətlər vardır. Bu, Uca Allah yanından onlar üçün hazırlanmız bir mükafatdır. Allah saleh qulları üçün hazırladığı nemətlər, kafirlərin dünya naz-nemətləri içərisində xoş güzəran keçirdiklərindən daha xeyirlidir və daha qiymətlidir.
(199) Kitab əhlinin hamısı eyni deyillər. Həqiqətən onlardan elə bir cammat da var ki, onlar Allaha, həm sizə nazil edilən haqqa və doğru yola, həm də öz kitablarında nazil edilənlərə inanır, Allahın elçiləri arasında heç bir fərq qoymadan, Allahın cənnətini istəyərək, Ona müti olaraq iman gətirər, Allahın ayələrini ucuz dünya mənfəətinə dəyişməzlər. Məhz bu sifətlərə sahib olan kimsələr üçün öz Rəbbi yanında böyük mükafatları vardır. Şübhəsiz ki, Allah əməlləri tez haqq-hesab çəkən və əməllərin mükafatınıda tez bir zamanda verəndir.
(200) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Şəri öhdəliklərə və dünyada məruz qaldığınız müsibətlərə səbir edin, səbir etməkdə kafirlərdən daha da üstün olun, onlar sizdən səbirli olmasınlar. Allah yolunda cihadda dözümlü olun. Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkinməklə Ondan qorxun ki, bəlkə Cəhənnəmdən nicat tapıb, Cənnətə daxil olmaqla istəyinizə nail olasınız!