(1) Ey insanlar! Sizi tək bir candan, atanız Adəmdən xəlq edən, Adəmdən zövcəsini, sizin ananız Həvvanı yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən: "Səndən Allah üçün bu işi etməyini istəyirəm"- deyərək müxtəlif şeylər istədiyiniz Allahdan və aranızı birləşdirən qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. Əməllərinizdən Allaha heç bir şey gizli qalmaz, əksinə Allah əməllərinizi sayıb, müqabilini verəcəkdir.
(2) Ey yetimlərə himayəçilik edən kimsələr! Yetimlərin (yetim: həddi-büluğa çatmazdan öncə atasını itirmiş kimsədir) mallarını həddi-büluğa çatdıqda, mallaranında düzgün istifadə etməyə qadirdirlərsə, kamil şəkildə özlərinə verin və yetimlərin malından yaxşısını götürüb onun əvəzinə malınızın pisini verərək haramı halal ilə dəyişməyin. Onların mallarını öz mallarınıza qataraq mənimsəməyin. Şübhəsiz ki, bu, Allah qatında böyük günahdır.
(3) Əgər himayənizdə olan yetim qızlarla evlənəyəcəyiniz təqdirdə mehrlərini naqis verməkdən və ya onlarla pis ünsiyyətdə olmaqdan qorxaraq ədalətlə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn sizə halal olan başqa qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o qadınlar arasında ədalətlə dolanmayacağınızdan qorxarsınızsa, onda onlardan biri ilə evlənin və ya sahib olduğunuz cariyələrlə kifayətlənin. Çünki azad qadınlar üçün kişi üzərində vacib olan haqqlar, cariyələr üçün vacib olan haqqlar kimi deyildir. Ayədə, yetimlər barədə, bir azad qadınla evlənmək, azad qadınla evlənməyə imkan olmadığı təqdirdə cariyələrlə kifayətlənmək, qadınlar arasında haqsızlıq etməməyiniz və onlar arasında bəzisinə diğərlərindən daha çox meyl etməməyiniz üçün ən uyğun olanıdır.
(4) Qadınların vacib mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar heç bir təzyiqlərə məruz qalmadan, öz xoşları ilə onun bir qismini sizə bağışlasalar, onu nuşcanlıqla və halallıqla yeyin!
(5) Ey himayəçilik edən kimsələr! Mallarınızı, maldan düzgün istifadə etməyə qadir olamayanlara verməyin, çünki Allah bu malı insanların xeyirli işlər və sizin üçün dolanışıq vasitəsi etmişdir. Maldan düzgün istifadə edə bilməyən kimsələr isə malı qorumaqa qadir deyildir. Onları həmin maldan xərcləyib geyindirin və onlara gözəl söz söyləyin, onlar həddi-buluğa çatdıqda maldan düzgün istifadə etməyi baçarsalar, mallarını özlərinə verəcəyinizə dair onlara yaxşı vəd verin.
(6) Ey himayəçilik edən kimsələr! Yetimləri yetkinlik yaşına çatana qədə xərcləmələri üçün mallarından müəyyən miqdar özlərinə verib onları sınayın. Əgər mallarından düzgün istifadə etdiklərini və onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə naqis edilmədən kamil olaraq qaytarın. Ehtiyac üzündən o malları Allahın sizə izin verdiyi həddi aşaraq yeməyin. Onlar böyüyüb mallarını alacaqlar deyə o malı yeməyə tələsməyin. Sizdən ehtiyacını ödəyəcək qədər mal-dövlətə sahib olan kimsə nəfsini yetim malına toxunmaqdan saxlasın, mal-dövlətə sahib olmayan yoxsul isə o maldan ehtiyacı olduğu qədər yesin. Yetimlər həddi-büluğa çatıb, mallarından düzgün istifadə etdikləri sizə bəlli olduqdan sonra mallarını özlərinə qaytardığınız zaman haqqların qorunması və gələcəkdə mübahisəyə yol verilməsi üçün yanlarında şahid tutun. Allah buna şahid olaraq və qulları əməllərinə görə haqq-hesab çəkməyə yetər.
(7) Ata, ana, qardaş və əmilər kimi yaxın qohumların qoyub getdikləri malın az və ya çox olmasından aslı olmayaraq kişilərə pay vardır, cahiliyyə dövründə qadın və uşaqları mirasdan məhrum etdiklərinin əksi olaraq bu kimsələrin qoyub getdikləri maldan qadınlara da pay vardır. Bu pay, Uca Allah tərəfindən miqdarı bəyan edilmiş vacib bir haqqdır.
(8) Əgər miras bölgüsü vaxtı orada, mirasdan payı olmayan qohumlar, yetimlər və fəqirlər iştirak edərlərsə, miras bölünməzdən əvvəl könülünüzü xoş edəcək qədər o maldan onlara da bir şey verin. Bu mal sizə heç bir məşəqqətsiz gəldiyi bir halda, onların həmin malda nəfsi qalmışdır. Miras malından onlara verdiyiniz zaman özlərinə onları sevindirəcək xoş söz söyləyin.
(9) Özləri öldükdən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onların yetim qalmasından qorxan kəslər, Allah onlara öz övladlarına necə qayğı göstərirdilərsə, ölümündən sonra da övladlarına elə bir qayğı göstərən hami müvəffəq edənə qədər, qoy himayəsi altında olan yetimlərə zülüm etməkdən qorxsunlar və vəsiyyətində iştirak etdiyi kimsənin övladlarına yaxşı rəftarda olub, döğru söz söyləyərək vəsiyyətində özündən sonra miras sahiblərinə zülüm etməkdən çəkinsin və vəsiyyət etməkdən də vaz keçərək özünü xeyirdən məhrum etməsin.
(10) Şübhəsiz ki, yetimlərin mallarını onlara zülm və düşmənçilik edərək mənimsəyənlər öz qarınlarına ancaq atəş dolu od doldururlar və beləcə, Qiyamət günü Cəhənnəm alovu onları yandırıb-yaxacaqdır.
(11) Allah sizdən övladlarınızın miras payı barədə sizdən əhd alaraq əmr edir ki, miras onların arasında bir kişiyə iki qadının payı qədər pay verilərək bölünməlidir. Əgər ölən şəxsin oğlu yoxdursa və övladlar iki və ya ikidən artıq sayda qadındırsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Ölənin istər kişi istər qadın övladı olduğu təqdirdə, onun ata-anasının hər birinə, qoyub getdiyi malın altıda bir hissəsi çatır. Əgər onun istər kişi istər qadın övladı yoxdursa, varisi də ancaq ata-anasıdırsa, onun anasına mirasının üçdə bir hissəsi, mirasın qalan hissəsi isə atasına çatır. Əgər ölənin iki və ya daha çox, doğma və ya ögey qardaşları və ya bacıları varsa, onun anasına fərz olaraq mirasın altıda bir hissəsi, mirasın qalan bütün hissəsi isə atanın payına çatır. Bu zaman qardaşların mirasdan payı yoxdur. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır. Lakin bu vəsiyyətə, malın üçdə birinidən artıq olmaması şərti ilə əməl olunur. Valideynlərinizdən və övladlarınızdan hansının dünya və axirətdə fayda baxımından sizə daha yaxın olduğunu bilmədiyiniz üçün uca Allah miras bölgüsünü bu qayda üzərində etmişdir. Bəzən ölən şəxs varislərdən bəzisinin ona daha yaxın olduğunu zənn edib, malının hamısın ona bağışlayır yaxud başqa bir varisinin ona uzaq olduğunu zənn edib, onu miras payından məhrum edir, amma hal-vəziyyət həqiqətdə isə tam əksinədir. Bunların hanısından xəbəri olan, Ona heç bir şeyi gizli qalmayan yalnız tək Allahdır. Elə məhz bu baxımdan da Allah mirası varislər arasında yuxarıda qeyd edildiyi qayda üzrə Özü bölmüş və bu bölgünü qullarına fərz buyurmuş. Həqiqətən, Allah hər şeyi biləndir, qullarının əməllərindən Ona heç bir şey gizli qalmaz, şəri hökmlərində və idarə etməsində hikmət sahibidir.
(12) Ey kişilər! Əgər vəfat etmiş zövcələrinizin - oğlan və ya qız, sizdən və ya qeyrisindən olmasından aslı olmayaraq - övladı yoxdursa, qoyub getdikləri malın yarısı sizindir. Onların - oğlan və ya qız olmasından aslı olmayaraq - övladı olduğu təqdirdə isə qoyub getdiklərinin dörddə bir hissəsi sizə çatır. Bu bölgü, onların vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra bölünməlidir. Ey kişilər! Əgər sizin -zövcələrinizdən, oğlan və ya qız, sizdən və ya qeyrisindən olmasından aslı olmayaraq- övladınız yoxdursa, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizindir. Övladınız - oğlan və ya qız olmasından aslı olmayaraq - olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdə bir hissəsi zövcələrinizə çatır. Bu bölgü, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra bölünməlidir. Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı olmadığı halda malı varislərə qalarsa və eyni anadan bir qardaşı yaxud bir bacısı varsa, onda eyni anadan bir qardaş və bacının hər birinə fərz olaraq mirasın altıda bir hissəsi düşür. Əgər eyni anadan olan qardaş və bacılar sayca bundan artıq olsalar, bu zaman onların hamısına, fərz olaraq mirasın üçdə biri düşür və onların kişi və qadın alması arasında heç bir fərq qoyulmadan onlar bu üçdə birinə şərikdirlər. Onlar bu bölgüdən olan miras paylarını, varislərə zərər yetirməmək üçün, vəsiyyəti malın üçdə birindən çox etməmək şərti ilə, vəsiyyətin yerinə yetirilməsindən və borcun ödənilməsindən sonra götürməlidirlər. Ayənin əhatə etdiyi bu hökm, Allah tərəfindən sizə vacib edilən bir buyruqdur. Allah qulları üçün dünya və axirətdə nəyin xeyirli olduğunu daha yaxşı biləndir, həlimdir günahkar isana əzab verməyə tələsməz.
(13) Yetimlər və onlardan başqaları baradə deyilən bu əhkamlar Allahın şəriətidir. Allah bu əhkamları qullarının əməl etməsi üçün qanun etmişdir. Kim Allahın əmrlərinə tabe olub, qadağanlardan çəkinməklə Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - itaət edərsə, Allah onu ağacları və qəsrləri altından çaylar axan, heç vaxt yox olmayan, içində əbədi qalacağı Cənnətlərə daxil edər. Bu İlahi mükafat, ona oxşar heç bir uğur olmayan, böyük bir uğurdur.
(14) Kim Allahın əhkamlarından üz çevirib, onlara əməl etməzsə, yaxud bu əhkamlara şəkk-şübhə edərək Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna daxil edər. Onun üçün orada zəlil edici bir əzab vardır.
(15) Evli və ya subay qadınlarınızdan zina edənlərə qarşı aranızdan dörd adil müsəlman şahid gətirin! Əgər onlar qadınlarınızın zina etdiklərinə şahidlik etsələr, cəza olaraq o qadınları, həyatları ta ölüm ilə bitənədək, yaxud Allah onlar üçün həbsdən qeyri bir yol açanadək evlərdə həbs edin. Allah bundan sonra onlar üçün hansı yolun açdıqını bəyan etdi. Zina edən bakirə qadındırsa, yüz qamçı vurulduqdan sonra yaşadığı diyardan bir il müddətində sürgün edilməli, əgər zina edən evli qadındırsa, daşqalaq edilərək öldürülməsini qanun etdi.
(16) Aranızda zina edən kişilərin evli və ya subay olmasından aslı olayaraq onların hər ikisinə əziyyət verin. Onların hər ikisini bu çirkin əməldən çəkindirəcək dərəcədə dil və əl ilə əzab verin. Əgər hər ikisi də tutduqları bu işdən əl çəkib əməllərini islah etsələr, onlara əziyyət verməkdən vaz keçin. Çünki günahdan tövbə edən günah etməmiş kimidir. Həqiqətən, Allah qullarından tövbə edənin tövbəsini qəbul edəndir və onlara qarşı rəhmlidir. Zina edən kişi və qadına bu cür əzab vermək İslam dininin ilkin çağlarında idi. Bunda sonra hökm, zina edən subaydırsa yüz qamçı vurub, yaşadığı diyardan bir il müddətində sürgün etmək, əgər evlidirsə, daşqalaq edilərək öldürülməsi hökmü ilə nəsx edildi.
(17) Allah ancaq o kəslərin tövbəsini qəbul edər ki, onlar cahillik, günahların pis aqibətindən və uğursuzluğundan xəbərsiz olduqlar üzündən itaətsizlik və ya pis iş gördükdən - bu, qəsdən və ya xətadan günah edən hər bir insana aiddir - sonra onlara ölüm gəlməzdən əvvəl tövbə edib Rəbbinə qayıdarlar. Allah onların tövbəsini qəbul edər və günahlarını bağışlar. Həqiqətən, Allah qullarının hər bir halından xəbərdardır, insanlar üçün yazdığı qədərində və şəri hökmlərində hikmət sahibidir.
(18) Allah, asi işlər görməkdə davam edib, özlərinə olüm gələnədək tövbə etməyən və nəhayət, can boğaza yetişdikdə tövbə edərək: "Mən etdiyim günahlardan indi tövbə etdim!"– deyənlərlə, həmçinin küfürlərində israr edərək ölənlərin tövbəsi qəbul etməz. Bu kimsələr, günahlarda israrlı olan asi kimsələrdir. Biz, günah işlər görməkdə israrlı olan asilər və kafir olaraq ölənlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
(19) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Mal-dövlətə varis olunduğu kimi, atalarınızın və qohumlarınızın qadınlarına varis çıxaraq onlarla evlənmək, yaxud onları istədiyiniz kimsələrə ərə vermək, yaxud da onların ərə getməsinə mane olmaq sizə caiz deyildir. Həmçinin, xoşunuza gəlməyən qadınlarınız, zina kimi açıq-aşkar murdar bir iş görməyincə, onlara verdikləriniz mehri və ya hər hansı başqa bir şeyi geri almaq üçün onlara əziyyət verərək saxlamaq sizə caiz deyildir. Əgər onlar zina kimi açıq-aşkar murdar bir iş tutsalar, o zaman onlara verdikləriniz mehri və ya hər hansı başqa bir şeyi geri almaq üçün onlara təzyiq edərək yanınızda saxlamaq sizə caizdir. Qadınlarınıza əziyyət vermədən, onlara yaxşılıq edərək xoş rəftar edin. Əgər qadınlarınız dünya işlərinə görə xoşunuza gəlmirsə, onlarala səbirlə davranın, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə dünya və axirət həyatında çoxlu xeyir nəsib etsin.
(20) Ey kişilər! Əgər öz arvadınızı boşayıb yerinə başqa bir arvad almaq istəsəniz, bu işdə sizə günah yoxdur, əgər boşamaq istədiyinizə yığın-yığın mal mehr vermiş olsanız belə, o maldan bir şey geri almaq sizə caiz deyil. Çünki verdiyinizi onlardan geri almaq, Allah qatında açıq-aşkar böhtan atmaq və günah işlətməklə hesab olunur.
(21) Siz bir-birinizlə mehriban ünsiyyət qurub, bir-birinizlə yaxınlıq edib və bir-birinizin sirlərini bildikdən sonra qadınlarınıza verdiyiniz mehri onlardan necə geri ala bilərsiniz?! Çünki bu işdən sonra onların əlində olan mala tamah salmaq çirkin və pis əməldir. Halbuki qadınlarınız, Uca Allah kəlməsi və şəriəti ilə onları özünüzə halal edərək sizdən şiddətli əhd-peyman almışdılar.
(22) Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız İslamdan öncə olub-keçənlər müstəsnadır, keçmişdə etdiyiniz bu işə görə sizə əzab olunmaz. Çünki oğulun atanın arvadı ilə evlənməsi, çox iyrənc, Allahın qəzəbinə səbəb olan bir əməl və murdar bir yoldur!
(23) Allah sizə şəcərə üzrə yuxarı qalxaraq analarınız, yəni: ananın anası və ananın ata yaxud ana tərəfdən olan nənəsi, şəcərə üzrə aşağı düşərək qızlarınız, yəni: qızınızın qızı və qızınızın qızının qızı və həmçinin şəcərə üzrə aşağı düşərək qardaşınızın və bacınızın qızları, doğma yaxud ögey bacılarınız, bibiləriniz və həmçinin şəcərə üzrə yuxarı qalxaraq ata-analarınızın bibiləri, xalalarınız və həmçinin şəcərə üzrə yuxarı qalxaraq ata-analarınızın xalaları, qardaş və bacının qızları və şəcərə üzrə aşağı düşərək onların övladlarının qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınıza yaxınlıq edib etməmənizdən aslı olmayaraq onların anaları, yaxınlıq etdiyiniz arvadlarınızın adətən evinizdə tərbiyə alıb, orada boya-başa çatmasından yaxud başqa bir evdə yaşamasından aslı olmayaraq ögey qızlarınız ilə evlənmək haram edildi. Amma o arvadlarla yaxınlıq etməmişsinizsə, onda bu ögey qızlarınızla evlənməyiniz sizə günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək hətta oğullarınız onlara yaxınlıq etməsədə belə və həmçinin süd oğullarınızın arvadları, nəsəb yaxud süd əmizdirmək baxımından olan iki bacını birlikdə almaq haram edildi. Yalnız cahiliyyət dövründə olub-keçənlər isə müstəsnadır, artıq Allah o günahları bağışlamışdır. Həqiqətən, Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir. Həmçinin bu ayəyə əlavə olaraq Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsində də qadınla onun bilisi və ya xalasını birlikdə almaqın haram olması sabit olmuşdur.
(24) Allah yolunda cihad edərkən əsir götürüb sahib olduğunuz cariyələr istisna olmaqla, evli qadınlarla nikah bağlamaq sizə haram edildi. Sizə, bu cariyələrə, bətlərinin hamiləlikdən təmiz olduğunu bilmək üçün bir heyz müddəti gözlədikdən sonra yaxınlıq etmək halaldır. Allah bu gözləmə müddətini sizə fərz olaraq buyurmuşdur. Allah, bu qadınlardan başqası ilə, zinakarlıq etmədən, mallarınızı sərf edərək nəfsinizi haramdan qoruyub halal ilə kifayətlənib evlənməyiniz qadınlar sizə halal etdi. Nikah bağlayaraq evləndiyiniz qadınlardan zövq aldığınıza görə, onlara, Allahın sizə vacib fərz buyurmuş mehrlərini verin. Bu vacib mehri müəyyən edildikdən sonra öz aranızda mehrin bir az çox və ya bir az az olması barədə razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah məxluqtından hər şeyi biləndir, Ona heç bir şey qizli qalmaz, işlərində və şəri hökmlərində hikmət sahibidir!
(25) Ey kişilər! Sizlərdən kim maddi imkanı olmadığına görə azad qadınlarla evlənə bilmirsə, o zaman, ona başqasının sahib olduğu cariyələr ilə evlənməsi caizdir. Əgər onlar mömindirlərsə, onlar ilə imanlarına görə evlənin. Allah imanınızın həqiqətini və qəlblərinizdə qizli qalanı daha yaxşı bilir. Siz və onlar dində və insanpərvərlikdə eyni dərəcədəsiniz. Bu cariyələrlə evlənməyi özünüzə ar bilməyin. Əgər onlar namusunu qoruyan, aşkarda zinakarlıq etməyən və gizlində onlarla zina etmək üçün aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə və mehrlərini naqis etmədən yaxud gecikdirmədən verərək evlənin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilib, əlli qamçı vurulmalıdır. Cariyə zina etdikdə isə daşqalaq edilmir. Azad qadınlarla evlənməyə maddi imkanları olmayan kimsələrə iffətli, mömin cariyələrlə evlənmək icazəsi zinaya düşməkdən qorxanlar üçün bir rüxsətdir. Amma cəmiyyətdə kölə uşqaların artmaması üçün, cariyələrlə evlənməyib, səbirli olmaq daha əfzəldir. Allah, Ona tövbvə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir. Azad qadınlarla evlənməyə aciz olduqda, zinaya düşmək təhlükəsi olarsa, cariyələrlə evlənməyə icazə verilməsi Allahın qullarına olan rəhmətindəndir.
(26) Pak olan Allah bu hökmləri sizin üçün qanuniləşdirməklə sizə dünya və axirət mənfəətlərini, üstəlik, Öz şəriətinin və dininin nişanələrini bəyan etmək, halallıq və haramlıq baxımından sizi əvvəlki peyğəmbərlərin yollarına tabe olub, onların sahib olduqları gözəl əxlaqa və tutduqları nümunəvi həyat tərziə yönəltmək və sizi Allaha asiliyi tərk edib Ona itaət etməyə qaydmağınızı istəyir. Allah nəyin qulları üçün daha mənfəətli olduğunu bilib, onu qulları üçün qanun edər. Allah qulları üçün qoyduğu qanunlarda və işlərdə hikmət sahibidir.
(27) Allah sizin tövbələrinizi qəbul etmək və günahlarınızı əfv etmək istəyir. Şəhvətlərinə uyanlar isə sizin haqq yoldan tamamilə çıxıb azmanızı istəyirlər.
(28) Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istər və taqətiniz çatmayan işlərlə sizi mükəlləf etməz, çünki Allah, insanın yaradılışında və təbiətində olan zəyifliyi biləndir.
(29) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qəsbkarlıq, oğruluq, rüşvət və s. bu kimi haqsız yerə bir-birinizin mallarını batil yollarla mənimsəməyin. Bundan yalnız, iki tərəf arasında qarşılıqlı razılıqla aparılan ticarət malları müstəsnadır, sizə ancaq bu halda başqasının malından yeyə və istifadə etmək halaldır. Bir-birinizi və ya özünüzü öldürməyin, öz nəfsinizi təhlükəyə atmayın! Həqiqətən, Allah sizə qarşı rəhmlidir. Qanlarınızı, mallarınızı və namuslarınızı bir-birinizə haram etməsidə Onun sizə qarşı olan rəhmətindəndir.
(30) Kim bu qadağaları bilməyərəkdən yaxud unutqanlıq üzündən deyil, əskinə, bilərəkdən düşmənçilik və zülm etməklə başqasının malını mənimsəyib, canına qəsd edərsə, Allah Qiyamət günü onu hərarəti yandıran, əzabı isə məhv edən böyük bir Cəhənnəm atəşinə salar. Bu, Allah üçün çox asandır, çünki O, qadirdir və heç bir şey Onu aciz edə bilməz!
(31) Ey Möminlər! Əgər sizə Allaha şərik qoşmaq, valideyinlərə ağ olmaq, qətlə yetirmək və sələm yemək kimi böyük günahlar etməkdən uzaq dursanız, Biz sizin etdiyiniz kiçik günahlarınızdan keçər və sizi Allah qatında şərəfli bir yerə – Cənnətə daxil edərik.
(32) Ey Möminlər! Qəzəb və həsəd etməməniz üçün Allahın sizi, bir-birinizdən üstün etdiyi şeylərə tamah salmayın. Allahın kişilərə xas etdiyi şeylərə qadınların tamah salması yalnışdır, çünki hər bir kişi və qadının özünə görə öz nəsibi vardır. Allahdan, Onun sizə olan lütfünü artırmasını diləyin. Həqiqətən, Allah hər şeyi bilir və elə bu baxımdan hər bir kəsə ona münasib olanı bəxş etmişdir.
(33) Biz sizdən hər biriniz üçün valideynlərin və yaxın qohumların tərk etdikləri maldan öz paylarını alacaq əsabə - mirasdan heç bir müəyyən payları olmadan, təqdirsiz miras payı alan qohumlar- varislər təyin etdik. Bir-birinizə yardım etməniz üçün ağır andlar içib, əhd bağladığınız kəslərə də mirasdan onların öz paylarını verin. Həqiqətən, Allah hər şeyə şahiddir. Bu şahidlikdən biridə, Allahın sizin andlarınıza və əhdlərinizə şahid olmasıdır. Qəbilələr arasında bağlanan ittifaq səbəbi ilə bir-birinə varis olaq İslamın ilkin çağında mövcud idi, miras ayələri nazil edildikdən sonra isə bu hökm ləğv edildi.
(34) Kişilər qadınlara hamilik edib, onlarnı ehtiyaclarını ödəyirlər. Bu, Allahın kişiləri qadınlardan üstün etməsi, kişilərə qadınlar üçün öz mallarından xərcləməyin vacib olması və kişilərin qadınlara himayəçilik etməsi səbəbindəndir. Əməlisaleh qadınlar həm Rəbbinə həm də ərlərinə itaət edərlər və ərləri onlardan uzaqda olduqda onların qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyanlardır. Ey kişilər! Sözdə və əməldə ərlərinə asilik etmələrindən qorxduğunuz qadınlara Allahı xatırlataraq, Ondan qorxmağı nəsihət edin. Bunun faydası olmadığı təqdirdə, onlarla əlaqədə olmağı tərk edərək arxanızı onlara təfəf çevirib onlardan yatağınızı ayırın, bu da fayda verməzsə, onları yüngülvari vurun! Əgər sizə itaət etsələr, onlara zülm edib, əziyyət verərək başqa yollara əl atmayın. Həqiqətən, Allah hər bir şeydən ucadır, O, zatında və sifətlərində böyükdür. Elə isə siz Ondan qorxun.
(35) Ey ər-arvadın yaxınları! Əgər ər-arvad arasında olan ixtilafın düşmənçiliyə və bir-birinə arxa çevirməyə gətirib çıxaracağından qorxsanız, bu zaman onların arasını ya ayırmaq, ya da ki barışdırmaqın hansının daha xeyirli olduğunu hökm vermək üçün, kişinin ailəsindən adil bir hakim və qadının ailəsindən adil bir hakim göndərin. Əgər hakimlər gözəl bir tərzdə, ər-arvadın arasını islah etmək istəsələr, Allah da onların arasını barışdırar və ixtilafı onlardan qaldırar. Həqiqətən, Allaha, qullarından heç bir şey gizli qalmaz və O, insanların qəblərində gizli saxladıqları incəlikləri biləndir.
(36) Allaha boyun əyərək yalnız Ona ibadət edin, Onunla yanaşı heç bir şeyə ibadət etməyin! Valideynlərə hörmət edərək və qeydlərinə qalaraq onlara yaxşılıq edin! Qohum-əqrəbaya, yetimlərə və ehtiyac sahiblərinə yaxşılıq edin! Qohumluq əlaqəniz olan qonşuya və qohumluq əlaqəniz olmayan qonşuya da yaxşılıq edin! Habelə, yol yoldaşınıza və yolda qalmış qərib müsafirə yaxşılıq edin! Kölə və cariyələrinizə də yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, Allahın qullarına təkəbbürlük göstərənləri və özünü insanlardan üstün tutub fəxr edərək öz nəfsini öyənləri sevməz!
(37) Allah özlərinə ruzi olaraq bəxş etdiyindən Allahın onlara vacib buyurduqlarını xərcləməyə mane olan kimsələri və bu xəsisliyi başqalarına da söz və əməlləri ilə əmr edənləri, Allahın Öz lütfündən onlara bəxş etdiyi ruzini, elmi və s. bu kimi nemətləri insanlardan gizlədib, onlara haqqı bəyan etməyib, əksinə haqqı qizlədib batili yayanları sevməz. Çünki bu xislətlər, küfür xislətləridir. Biz artıq kafirlər üçün rəzil edici bir əzab hazırlamışıq.
(38) Biz həmçinin, öz mallarını Allaha və axirət gününə inanmadıqları bir halda insanlara göstərmək və insanlar onları tərif etmək məqsədilə xərcləyən kimsələr üçün əzab hazırlamışıq. Biz, belə kimsələr üçün rüsvay edici bir əzab hazırlamışıq. Onları yalnız şeytana uymaq azdırdı. Şeytan kimin ayrılmaz dostu olarsa, o, necə də pis dostdur!
(39) Əgər onlar həqiqi mənada Allaha və axirət gününə iman gətirib, mallarını Allahın sevib və razı qaldığı işlərə xərcləsəydilər bu onlara nə zərər verərdi ki?! Əksinə, bütün xeyir elə bundadır. Allah onların hər bir işini biləndir. Onların əməlləri Allahdan gizli qalmaz və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir.
(40) Şübhəsiz ki, Uca Allah ədalətlidir, qullarına haqsızlıq etməz, onların gördüyü yaxşı əməllərindən kiçik qarışqa miqdarı qədər də olsa belə savablarını naqis etməz, günahlarının üstünə qünah artırmaz, əgər onların zərrə qədər yaxşı əməlləri olarsa, Allah Öz lütfü ilə onun savabını qat-qat artırar və bununla yanaşı bu əməl sahibinə Öz tərəfindən böyük mükafat verər.
(41) Ey Peyğəmbər! Qiyamət günü biz hər ümmətin peyğəmbərini onların etdikləri əməllərə şahid gətirdikdə, səni də, öz ümmətinə şahid gətirdikdə insanların halı necə olacaq?!
(42) Allaha küfr edib Onun peyğəmbərinə - səllallahu aleyhi və səlləm - asi olanlar o əzəmətli gündə torpaq olub, yerlə bərabər olmalarını təmənna edər və etdikləri əməllərdən heç bir şeyi Allahdan gizlədə bilməzələr. Çünki Allah, o gün onların ağızlarına möhürləyər, danışa bilməzlər və Allah onların əzalarına izin verər, əzaları onların etdikləri əməllərə şahidlik edərlər.
(43) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Sərxoş halda ikən, sərxoşluqdan ayılıb nə dediyinizi anlayana qədər - bu hökm, şərab haram edilməzdən əvvəl idi -, eləcə də, cunub olduğunuz halda namaza yaxın durmayın. Məsciddə oturmadan oradan keçmək müstəsna olmaqla qüsl edənədək cunub olduğunuz halda məscidlərə daxil olmayın. Əgər xəstə olduğunuza görə sudan istifadə edə bilməsəniz və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmişsinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah bacarmadığınız şeyləri əfv edəndir, sizə qarşı bağışlayandır.
(44) Ey Peyğəmbər! Məgər Allahın Tövrat vasitəsi ilə özlərinə elmdən pay verilmiş yəhudilərin haqqı azğınlıqla dəyişdiklərini bilmirsənmi?! Ey Möminlər! Onlar sizi, Peyğəmbərin gətirdiyi düzgün yoldan azdırıb, öz əyri yolları ilə getmənizə hərisdirlər!
(45) Ey Möminlər! İzzət və Cəlal sahib olan Allah sizin düşmənlərinizi sizdən daha yaxşı tanıyır, Allah sizə onlar barədə xəbər vermiş və onların sizə qarşı bəslədikləri düşmənçiliyi bəyan etmişdir. Himayədar olaraq Allah yetər və sizi onların şərindən hifz edər! Yardımçı olaraq Allah yetər, sizi onların hiylələrindən və əziyyətlərindən qoruyar və onlara qarşı sizə kömək edər!
(46) Yəhudilərdən Allahın nazil etdiyi kəlamı dəyişən, üstəlik, bu kəlamı, Allahın nazil etdiyindən başqa mənaya yozan, Peyğəmbər - sallallahu aleyhi və səlləm - onlara bir iş əmr etdikdə: "Sözünü eşitdik və əmrinə asi olduq" və istehza edərək: "Sözümüzü eşit, eşitməz olasan", dillərini əyərək, Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bəd dua etmək və onun dininə tənə etmək məqsədi ilə: "Raina!" yəni: "Bizi eşit" – sözünü deməklə, "ər-Ruunəh" yəni: "Axmaq, səfeh, ağılsız" sözünə eyham edən pis bir tayfa da vardır. Əgər onlar: "Sözünü eşitdik və əmrinə asi olduq" deməyin əvəzinə "Sözünü eşitdik və əmrinə itaət etdik!" və "Eşit, eşitməz olasan" deməyin əvəzinə "Eşit" və "Raina!" yəni: "Bizi eşit" deməyin əvəzinə "Dediyini anlamaq üçün bizə nəzər yetir"– desəydilər, Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - ona layiq gözəl ədəb-ərkanla rəftar etmə baxımından əlbəttə, onlar üçün birinci dediklərindən daha xeyirli və daha ədalətli olardı. Lakin Allah onları küfrlərinə görə lənətlədi və onları Öz rəhmətindən qovdu. Yəhudilər, özlərinə fayda verəcək dərəcədə iman gətirməzlər.
(47) Ey Yəhidlərdən və nəsranilərdən özlərinə kitab verilmiş kimsələr! Biz, üzlərdə olan hissiyatı silib, üzlərini arxalarına tərəf çevirməmişdən, yaxud şənbə günü, onlara ov etmək qadağan edildikdən sonra həddi aşıb, ov edən və bu əməllərinə görə Allah onları meymuna döndərən şənbə əhlini Allahın rəhmətindən qovduqumuz kimi onları da rəhmətimizdən qovmazdan əvvəl yanınızda olan Tövratı və İncili təsdiqləyən olaraq gələn, Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil etdiyimizə iman gətirin! Uca Allahın əmri və yazdığı qədəri mütləq yerinə yetəcəkdir və buna heç bir şübhə ola bilməz.
(48) Allah hansısa bir məxluqu Özünə şərik qoşulmasını əsla bağışlamaz, şirk və küfürdən başqa olan günahları isə Öz lütfü ilə istədiyi kimsəyə bağışlayar yaxud ədaləti ilə istədiyi kimsəyə etdiyi günahı qədər əzab verər. Allahla yanaşı Allaha şərik qoşan kəs böyük bir günah etməklə iftira atmış olur və kim bu halda ölərsə, bağışlanmaz.
(49) Ey Peyğəmbər! Özlərini və əməllərini təmizə çıxarıb, özlərini tərif edənləri görmürsənmi?! Xeyr! Tək Allahdır qullarından istədiyini təmizə çıxaran, tərifləyən. Çünki qəlblərdə qizli qalanı bilən Odur. Onlara xurma çərdəyindəki lif qədər də olsa belə əməllərinin savabları naqis edilərək haqsızlıq edilməz.
(50) Ey Peyğəmbər! Bax, necə də onlar özlərini tərif edərək Allaha qarşı yalan uydururlar. Bu, onların zəlalətinə açıq-aşkar günah olaraq kifayət edər!
(51) Ey Peyğəmbər! Allah özlərinə elmdən pay verilmiş yəhudiləri görüb, onların bu halından təəccüb etmirsənmi?! Onlar Allahdan başqa ibadət etdiklərinə inanmaqla yanaşı, hələ bir müşriklər üçün də yalandan: "Onlar Muhəmmədin - sallallahu aleyhi və səlləm - səhabələrindən daha doğru yoldadırlar"– deyirlər.
(52) Məhz bu cür batil əqidə sahibləri, Allahın rəhmətindən qovulmuş kimsələrdir. Allah kimi rəhmətindən qovarsa, ona kömək edən heç bir yardımçı tapmazsan.
(53) Onların mülkdən bir payı yoxdur. Əgər belə olsaydı, onlar insanlara heç bir şey, hətta xurma çərdəyindəki oyuq qədər bir şey verməzdilər.
(54) Əksinə, onlar Allahın Öz lütfündən Muhəmmədə - sallallahu aleyhi və səlləm - peyğəmbərlik, səhabələrinə də iman bəxş etməsinə,üstəlik, onları yer üzərində bərqərar etdiyinə görə həsəd aparırlar. Onlara nə üçün həsəd aparırlar, axı biz İbrahim nəslinə nazil edilən kitab bəxş etmiş və onlara kitabdan başaq heç bir şey vəhv etməmişdik, biz insanlardan savayı onlara böyük bir səltənət vermişdik!
(55) Kitab əhlindən kimisi Allahın İbrahimə - aleyhissəlam - və onun nəslindən olan peyğəmbərlərə nazil etdiyinə iman gətirdi, kimisi də ona iman etməkdən üz çevirdi. Bu onların Muhəmməd peyğəmbərə - sallallahu aleyhi və səlləm - nazil edilənə münasibətləridir. Cəhənnəm odu onlardan küfür edənlərə layiqli əzabdır.
(56) Şübhəsiz ki, ayələrimizi inkar edənləri Qiyamət günü, onları əhatə edən oda daxil edəcəyik. Hər dəfə onların dəriləri yandıqca, əzabı onlara daimi olsun deyə, Biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, heç kimsə Onu məğlub edə bilməz, gördüyü işlərində və yerdiyi hökmlərində hikmət sahibidir.
(57) Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olub saleh əməllər edənləri isə Qiyamət günü qəsrləri altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Bu cənnətlərdən, onlar üçün hər bir pislikdən pak zövcələr vardır. Biz onları nə isti, nə də ki, soyuq olmayan daima sıx kölgəlikdə yerləşdirəcəyik.
(58) Həqiqətən, Allah sizə əmanət edilən hər bir şeyi sahiblərinə qaytarmanızı əmr edir. İnsanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi və kiməsə meyil edib, verdiyiniz hökmdə zülüm etməmənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət və sizə göstərdiyi bu yol necə də gözəldir! Şübhəsiz ki, Allah sözlərinizi eşidəndir, əməllərinizi görəndir.
(59) Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Allaha itaət edin, Peyğəmbərə - səllallahu aleyhi və səlləm -, əmr etdiklərini yerinə yetirərək və qadağalardan çəkinərək itaət edin və özünüzdən olan rəhbərlərə də Allaha asi olan işləri sizə əmr etmədikcə itaət edin. Əgər bir şey haqqında ixtilaf etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allahın kitabına və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsinə qaytarın. Çünki, Kitab və sünnəyə qayıtmaq, ixtilaf etməkdən və ağıla əsaslanaraq danışmaqdansa daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.
(60) Ey Peyğəmbər! Sənə nazil edilənə və səndən əvvəl göndərilən rəsullara nazil edilənlərə iman gətirdiklərini yalandan iddia edən yəhudilərdən olan münafiqlərin bir-birinə zidd əməllərini görmürsənmi?! Onlar mübahisə etdikdə mühakimə olunmaları üçün Allahın şəriətinə deyil, insanların qoyduğu qanunlarla müraciət etmək istəyirlər. Halbuki onlara buna inanmamaları əmr olunmuşdur. Şeytan isə onların güzgün yolu tutmamaları üçün onları haqqdan çox uzaqlaşdırmaq istəyir.
(61) Ey Peyğəmbər! Bu münafiqlərə: "Mübahisə etdiyiniz işlərdə aranızda hökm vermək üçün, Allah Öz kitabında nazil etdiyi hökmə və Rəsuluna tərəf gəlin!"– deyildikdə, onların səndən tamamilə üz çevirib, öz aralarında səndən başqasını hakim təyin etdiklərini görərsən.
(62) Ey Peyğəmbər! Etdikləri günahlar səbəbindən onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: "Biz öz aramızda səndən başqasını hakim təyin etməklə ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaqı qəsd etdik"– deyə Allaha and içib, səndən üzürxahlıq etdikdə, münafiqlərin halı necə olacaq?! Onlar yalan danışırlar, çünki yaxşılıq etmək, insanlar arasında Allahın şəriəti ilə hökm verməkdədir.
(63) Onlar o kəslərdir ki, Allah onların qəlblərində gizlətdikləri nifaqı və pis niyyətləri bilir. Ey Peyğəmbər! Sən onları tərk et və onlardan üz döndər, onlara ümüd verərək və qorxudaraq Allahın hökmünü bəyan et və onlara özləri barəsində çox təsirli söz söylə.
(64) Biz hər bir elçini, Allahın istəyi və təqdiri ilə, məhz onun əmr etdiyinə itaət edilsin deyə göndərdik. Ey Peyğəmbər! Əgər onlar günahlar etməklə özlərinə zülm etdikləri zaman, sən həyatda ikən, sənin yanına gəlib, günahlarını etiraf edib, peşmançılıq keçirib, tövbə edərək Allahdan bağışlanma diləsəydilər və sən də onlar üçün bağışlanma diləsəydin, əlbəttə ki, Allahın onların tövbələrini qəbul edən və onlara qarşı rəhmli olduğunu görərdilər.
(65) Xeyr! Bu iş, heç də, bu münafiqlərin idda etdikləri kimi deyildir. Sonra izzət və cəlal sahibi olan Allah Öz zatına and içir ki, onlar öz aralarında baş verən hər bir çəkişmələrdə, peyğəmbər - səllallahu aleyhi və səlləm - həyatda ikən peyğəmbəri - səllallahu aleyhi və səlləm -, o vəfat etdikdən sonra isə onun şəriətini hakim hesab etməyincə, sonra da peyğəmbərin - səllallahu aleyhi və səlləm - verdiyin hökmlərə razı olub və buna görə qəlblərində bir sıxıntı duymadan, şəkk-şübhə etmədən, zahirən və batinən tam təslim olub, boyun əyməyincə iman gətirmiş sayılmazlar.
(66) 66 - 68- Əgər Biz onlara bir-birinlərini öldürməyi, yaxud yurdlarından çıxmağı fərz etsəydik, onlardan az bir qismi istisna olmaqla, əmrimizi yerinə yetirməzdilər. Qoy onlar, Allah onları qüvvəsi çatmadığı işlə mükəlləf etmədiyinə görə Allaha həmd etsinlər. Əgər onlar Allaha itaət etmək üçün özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, bu, onlar üçün müxalif olmalarından daha xeyirli və imanlarında sabitqədəmlik baxımından daha güclü olardı və Biz onlara Öz dərgahımızdan böyük savab bəxş edərdik və həmçinin onları Allaha və Onun cənnətinə aparan yola müvəffəq edərdik.
(67) 66 - 68- Əgər Biz onlara bir-birinlərini öldürməyi, yaxud yurdlarından çıxmağı fərz etsəydik, onlardan az bir qismi istisna olmaqla, əmrimizi yerinə yetirməzdilər. Qoy onlar, Allah onları qüvvəsi çatmadığı işlə mükəlləf etmədiyinə görə Allaha həmd etsinlər. Əgər onlar Allaha itaət etmək üçün özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, bu, onlar üçün müxalif olmalarından daha xeyirli və imanlarında sabitqədəmlik baxımından daha güclü olardı və Biz onlara Öz dərgahımızdan böyük savab bəxş edərdik və həmçinin onları Allaha və Onun cənnətinə aparan yola müvəffəq edərdik.
(68) 66 - 68. Əgər Biz onlara bir-birinlərini öldürməyi, yaxud yurdlarından çıxmağı fərz etsəydik, onlardan az bir qismi istisna olmaqla, əmrimizi yerinə yetirməzdilər. Qoy onlar, Allah onları qüvvəsi çatmadığı işlə mükəlləf etmədiyinə görə Allaha həmd etsinlər. Əgər onlar Allaha itaət etmək üçün özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, bu, onlar üçün müxalif olmalarından daha xeyirli və imanlarında sabitqədəmlik baxımından daha güclü olardı və Biz onlara Öz dərgahımızdan böyük savab bəxş edərdik və həmçinin onları Allaha və Onun cənnətinə aparan yola müvəffəq edərdik.
(69) Allaha və Peyğəmbərə - səllallahu aleyhi və səlləm - itaət edən kəs Allahın cənnətə daxil olma nemətini bəxş etdiyi peyğəmbərlər, peyğəmbərlərin gətirdikləri təsdiqləməkdə və bu təsdiqə əməl etməkdə kamil həddə çatmış siddiqlər, Allah yolunda öldürülən şəhidlər və zahirən və batinən saleh olub saleh işlər görən əməlisalehlərlə birlikdə olar. Onlar cənnətdə necə də gözəl dostlardır!
(70) Deyilən bu savab, Allahın qullarına olan lütfü sayəsindədir. Onların hər bir halını bilən olaraq Allah yetər və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir.
(71) Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Düşmənlərinizlə döyüşmək üçün sizə yardım edən səbəblərdən yapışmaqla ehtiyatınızı əldən verməyin və düşmənə qarşı ya cammat-cammat halında, ya da hamınız birgə çıxın, bunlar hamısı sizin mənfəətiniz və düşməninizə sarsıdıcı əzab verməniz üçündür!
(72) Ey Müsəlmanlar! İçərinizdə elələri də var ki, düşməninizə qarşı döyüşə çıxdıqda qorxularından ləng tərpənər həm də başqalarını ləngidərlər. Onlar münafiqlər və imanı zəyif kimsələrdir. Əgər döyüşdə sizdən kimsə qətlə yetirilərsə və ya sizə bir müsibət üz verərsə, onlardan bəziləri salamat qaldığına sevinərək: "Allah mənə lütf etdi, onlarla birlikdə döyüşə getmədim, yoxsa onların başına gələn bəlaya məndə düçar olmadım"– deyər.
(73) Ey Müsəlmanlar! Əgər Allahdan sizə yardım yaxud qənimət əldə etmək kimi bir lütf yetişərsə, cihaddan qeri qalan kimsə sanki o, sizdən deyil və sizinlə onun arasında heç bir məhəbbət, dostluq yoxmuş kimi: "Kaş, mən də bu döyüşdə onlarla birlikdə olub onların qazandığı kimi məndə qənimətdən böyük bir pay qazanaydım!"– deyər.
(74) Qoy dünya həyatınıdan üz çevirib axirəti istəyərək satın alan sadiq möminlər Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşsunlar. Kim Allah yolunda, Allahın kəlməsini ucaltmaq üçün vuruşub şəhid olaraq öldürülərsə və ya düşmənlə qarşı-qarşıya gəlib düşmən üzərində qələbə çalarsa, Allah ona böyük bir mükafat verər bu mükafat isə cənnət və Allahın razılığıdır.
(75) Ey Möminlər! Sizə, Allah kəlməsini uca tutmaq üçün Allah yolunda və Allaha: "Ey Rəbbimiz! Bizi əhalisi Allaha şərik qoşan və Allahın qullarına qarşı həddi aşaraq zülüm edən Məkkədən çıxart, bizə Öz tərəfindən bizi qoruyan, qayğımıza qalan bir himayəçi və bizi zərərdən müdafiə edəb bir yardımçı göndər!"– dua deyərək deyən zəif kişiləri, qadınları və uşaqları xilas ermək üçün cihad etməkdən mane olan nədir?!
(76) Sadiq mömünlər Allah kəlməsini uca tutmaq üçün Allah yolunda, kafirlər isə öz ilahları yolunda döyüşürlər. Elə isə siz şeytanın köməkçiləri ilə döyüşün! Əgər siz onlarla döyüşsəniz, onları məğlub edəcəksiniz. Çünki şeytanın hiyləsi zəifdir, onun hiyləsi Uca Allaha təvəkkül edənlərə zərər yetirə bilməz.
(77) Ey Peyğəmbər! Məgər sən, özlərinə cihadın fərz edilməsini istəyən bəzi əshabını görmədinmi? Onlara: "Müharibədən əl çəkin, namaz qılın və zəkat verin - bu, cihad fərz edilməzdən əvvəl idi"– deyilmişdi. Elə ki, Mədinəyə hicrət etdilər, İslam qüvvətləndi və onlara döyüşmək fərz buyrulduqda, bu onlardan bəzilərinə ağır gəldi və onlar Allahdan qorxduqları kimi, hətta daha artıq qorxu ilə insanlardan qorxdular və: "Ey Rəbbimiz! Nə üçün döyüşməyi bizə fərz buyurdun? Nə olardı ki, dünyadan ləzzət almaq üçün bizə yaxın vaxtadək möhlət verəydin!"– dedilər. Ey Peyğəmbər! De: "Dünyanın ləzzəti nə qədər çox olsada az və müvəqqətidir, Uca Allahdan qorxanlar üçün, nemətləri daimi olduğuna görə axirət daha xeyirlidir. Sizin xurma çərdəyindəki lif qədər belə saleh əməllərinizdən heç bir azaldılmaz".
(78) Harada olursunuzsa olun, hətta döyüş meydanından uzaq bir yerdə, möhkəm qəsirlər içərisində olsanız belə əcəliniz gəldikdə ölüm sizi haqlayacaqdır. Bu münafiqlərə, övlad və ya bol ruzi kimi sevdikləri bir yaxşılıq üz verdikdə: "Bu, Allahdandır!" – deyər, övlad və ruzilərində xoşlamadıqları bir pislik üz verdikdə isə Peyğəmbərə - sallallahu aleyhi və səlləm - qarşı bədbinlik edərək: "Bu pislik, sənin səbəbindəndir!"– deyərlər. Ey Peyğəmbər! Onlara cavab olaraq de: "Xoşladığınız və xoşlamadığınızın hamısı Allahın qəza və qədəri ilədir!". Bu söz deyən adamlara nə olub ki, az qala sənin onlara dediyin kəlamı də anlamırlar?!
(79) Ey adəm övladı! Sənə gələn övlad və ya ruzi kimi xoşladığın bir yaxşılıq Allahdandır və bu, Allahın sənə olan lütfü sayəsinədir. Sənə övladında və ya ruzində xoşlamadığın üz vermiş bəla isə etdiyin günahlar səbəbindən sənin özündəndir. Ey Peyğəmbər! Biz səni, Rəbbinin risaləsini Allahdan insanlara çatdırmaq üçün bütün bəşəriyyətə elçi göndərdik. Allahın sənə verdiyi dəlillərlə, Allahdan insanlara çatdırdığının doğru olduğuna şahid olaraq Allah yetər.
(80) Kim ona əmr olunana tabe olub, qadağalardan çəkinərək Peyğəmbərə itaət edərsə, artıq Allahın əmrinə cavab vermiş olar. Ey Peyğəmbər! Kim Sənə itaətdən üz çevirərsə, onlardan ötrü kədərlənmə, Biz səni onun üzərində əməlini mühafizə edən onlar gözətçi göndərməmişik. Onun əməlini yazıb, mühasibə etmək yalnız Biziə aiddir.
(81) (Ya Rəsulum!) Münafiqlər dilləri ilə sənə: "Əmrinə itaət edib, ona yerinə yetiririk!”– deyirlər. Amma sənin yanından çıxıb getdikdə isə, onların bir qismi gizlində səniə dediklərinin əksinə tədbir görər. Allah onların nə tədbir gördüklərini bilir və bu hiylələrinə görə onları cəzalandıracaqdır. Sən onlara fikir vermə, çünki onlar sənə heç bir zərər yetirə bilməzlər, sən işini Allaha həvalə et, Ona arxalan, Ona arxalanmaqın üçün vəkil olaraq Allah yetər!
(82) Onlar sənin gətirdiyin Quranın Allah tərəfinfən olduğunu və həmçinin Quranda heç bir ixtilafa və ya ziddiyyəta yol verilmədiyini bilmək üçün onlar nəyə görə Quranı düşünüb, onu öyrənmirlər?! Əgər o, uca Allahdan başqası tərəfindən olsaydı, əlbəttə ki, onda Quranın əhkamlarında və mənalarında həddən çoxlu ixtilaf və ziddiyyat tapardılar.
(83) Bu münafiqlərə müsəlmanların əmin-amanlıq, sevinc dolu və ya qorxu, kədər xəbəri gəldikdə, dərhal onu aşkara çıxarıb yayarlar. Halbuki səbirli olub, bunu Peyğəmbərə - sallallahu aleyhi və səlləm -, habelə, özlərindən olan ixtiyar, elm və məsləhət sahiblərinə çatdırsaydılar, ixtiyar və rəy sahibləri o xəbərin yayılmasının, yoxsa xalqdan gizlədilməsinin - hansı birinin daha düzgün olduğunu bilərdilər. Ey Möminlər! Əgər sizə İslam dini və Quran sayəsində Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, bu münafiqlərin başlarına gələn sizin də başınıza gələr və az bir qisminiz müstəsna olmaqla, şeytanın vəsvəsəsinə uyardınız.
(84) Ey Peyğəmbər! Sən Allah kəlməsini uca tutmaq üçün Allah yolunda vuruş! Sən başqasına görə sorumlu deyilsən və başqasının əməlinə görə də cavabdehlik daşımırsan. Sən döyüşdə yalnız özünə cavabdehlik daşıyırsan. Möminləri də döyüşə təşviq et, həvəsləndir! Ola bilsin ki, Allah sizin döyüşməyinizin səbəbi ilə kafirlərin qüvvəsinin qarşısını alsın. Allahın qüvvəsi daha çox, cəzası daha şiddətlidir.
(85) Kim başqasına yaxşı bir işə vasitəçilik etmək üçün səy edərsə, ona onun savabından bir pay düşər, kim də başqasına pis bir işə vasitəçilik etmək üçün səy edərsə, ona da onun günahından bir pay düşər. Allah insanın etdiyi hər bir şeyə şahiddir və etdiyi əməlinin əvəzini verəcəkdir. Sizdən kim xeyir işə səbəb olarsa onada xeyirdən payı vardır, kim də şər işə səbəb olarsa onada şərdən payı vardır.
(86) Sizə bir kəs salam verildiyi zaman onun salamını sizə verdiyi salamdan daha gözəl şəkildə ona qaytarın və ya verilən salamı olduğu kimi qaytarın! Salamı, veriləndən daha yaxşı şəkildə qaytarmaq daha əfzəldir. Həqiqətən, Allah əməlləriniz üzərində gözətçidir və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir.
(87) Allahdan başqa haqq məbud yoxdur. O, baş verəcəyinə şübhə edilməyən Qiyamət günü əməllərinizin əvəzini vermək üçün əvvəlincinizi və axırıncınızı mütləq bir yerə toplayacaqdır. Allahdan daha doğru danışan heç kim ola bilməz.
(88) Ey Möminlər! Sizə nə oldu ki, münafiqlərlə rəftar etmək barəsində bir dəstə, münafiqlərin etdikləri küfrlərə görə onlarla döyüşməyi, başqa bir dəstə isə qəlblərindəki imana görə onlarla döyüşməməyi deyərək iki müxtəlif dəstəyə ayrıldınız?! Amma onlar barədə ixtiyafa düşməniz əbəs yerə idi. Halbuki Allah onları etdikləri əməllərə görə küfrə və zəlalətə qaytarmışdır. Siz Allahın haqqa müvəffəq etmədiyi bir kimsəni doğru yola gətirməkmi istəyirsiniz?! Allahın azdırdığı kimsə üçün əsla doğru yol tapa bilməzsən.
(89) Münafiqlər sizə nazil edilənə özləri küfr etdikləri kimi, sizin də küfr edib özlərilə küfrdə eyni səviyyədə olmanızı təmənna edərlər. Onlar, imanlarının əlaməti olaraq, şirk diyarından İslam diyarına Allah yolunda hicrət etməyincə, etdikləri düşmənçiliyə görə onlardan heç birini özünüzə dost tutmayın. Əgər üz çevirib, elə bu hal üzrə davam edərlərsə, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə sirrinizi verəcək nə bir dost, düşməninizə qarşı sizə yardım edəcək nə də bir köməkçi tutun.
(90) Ancaq sizinlə aralarında atəşkəs elan etmək haqqında əhd bağladığınız bir camaata sığınanlar, yaxud sizinlə və ya öz camaatı ilə vuruşmaq istəmədikləri üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onlara sizə qarşı döyüşməyə imkan verər və onlar da sizinlə döyüşərdilər. Allahdan olan bu afiyəti qəbul edin və onları qətlə yetirərəkdən və ya əsir götürməkdən əl çəkin. Əgər onlar sizdən aralansalar, sizinlə vuruşmasalar, atəşkəs elan edib və sülhə əməl etsələr, Allah sizə onları qətlə yetirməyə yaxud əsir götürməyə yol verməz.
(91) Ey Möminlər! Siz münafiqlərdən öz canlarına arxayın olmaq üçün sizə özlərinin iman etmiş kimi göstərən və öz kafir camaatının yanına qayıtdıqda isə onları arxayın etmək üçün özlərinin kafir olduqlarını büruzə verərən başqa bir kimsələrə də rast gələcəksiniz. Onlar hər dəfə Allaha küfür etməyə və şərik qoşmağa çağırıldıqda canla başla bu işi yerinə yetirərlər. Əgər onlar sizinlə döyüşdən geri çəkilməsələr, sülhə əməl etməsələr və əllərini sizdən çəkməsələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz bu cür kimsələrin hiylə və məkirləri üzündən onları tutub öldürmək üçün sizə açıq-aydın dəlil verdik.
(92) Səhvən baş verməsi istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Kim səhvən bir mömini öldürərsə, o zaman o, əməlininin kəffarəsi olaraq mömin bir kölə azad etməli və qatilin yaxınları ölənin malına varis olan yaxın qohum-əqrəbasına qanbahası verməlidir. Ölənin qohum-əqrəbası qanbahasını bağışlaması isə müstəsnadır. Əgər ölən adam mömin olduğu halda, sizlə onlar arasında düşmənçilik olan bir qövmdəndirsə, o zaman qatil yalnız mömin bir kölə azad etməlidir və qanbahası isə vermir. Əgər ölən adam mömin deyil, lakin sizinlə onlar arasında zimmət əhli kimi müqavilə olan bir qövmdəndirsə, qatilin yaxınları ölənin malına varis olan yaxın qohum-əqrəbasına qanbahası verməli və o, əməlininin kəffarəsi olaraq mömin bir kölə azad etməlidir. Əgər azad etməyə mömin bir kölə tapa bilməzsə yaxud mömin bir kölə azad etməyə maddi imkanı olmazsa, Allah etdiyi günahdan tövbəsinin qəbul etməsi üçün, o, iki ay iftar etmədən, ardıcıl oruc tutmalıdır. Allah qullarının əməllərini və niyyətlərini biləndir və O, işlərində və şəri hökmlərində hikmət sahibidir!
(93) Kim bir mömini qəsdən, haqsız yerə öldürərsə, əgər bunu özünə halal görərsə, yaxud bu günahdan tövbə etməzsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmə daxil olmaqdır. Allah ona qəzəblənər, onu Öz rəhmətindən qovar və o, böyük bir günah etdiyinə görə onun üçün böyük bir əzab hazırlayar.
(94) Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Allah yolunda cihad etmək üçün çıxdığınız zaman kimə qarşı döyüşəcəyinizi diqqət edin və sizə özünün İslamda olduğuna dəlalət edən əlamət göstərdiyi bir halda, onu öldürüb və bununla ondan qənimət əldə etmək kimi, fani dünya mənfəətinə can ataraq: "Sən mömin deyilsən, sən yalnız canına və malına görə qorxaraq özünü İslamda olduğunu göstərirsən!"– deməyin. Allah yanında çox qənimətlər vardır, bu, ondan daha xeyirli və daha böyükdür. Əvvəllər siz də öz qövmündən imanını gizlədən kimsə kimi idiniz, Allah sizə İslam dini ilə mərhəmət göstərdi və qanınızı qorudu. Odur ki, kimə qarşı vuruşacağınıza diqqət edin! Şübhəsiz ki, etdiyiniz əməllərdən, hətta kiçik bir şey də olsa belə, Allaha heç nə gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.
(95) Möminlərdən, xəstələr, korlar və s. bu kimi üzrlü olanlar müstəsna olmaqla, Allah yolunda cihad etməyib evində oturan möminlərlə Allah yolunda öz mallarını və canlarını sərf edrək cihad edən mücahidlər eyni olmazlar. Allah, öz mallarını və canlarını sərf edrək cihad edənləri evində oturub cihada getməyənlərdən dərəcə etibarilə üstün etmişdir. Cihada gedənlərində üzürlü səbəbdən cihada gedə bilməyib evində oturanlarada hər birinin əməlinə layiq əcri vardır. Allah mücahidləri evdə oturanlardan Öz tərəfindən böyük bir savab bəxş etməklə üstün etmişdir.
(96) Bu savab, onlar üçün bir-birindən yüksək dərəcələr olmas ilə yanaşı, Allah, qullarının günahlarını bağışlaması və onlara rəhmət etməsidir. Allah Öz qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.
(97) Mələklər, küfr diyarından İslam diyarına hicrət etməyi tərk edərək özlərinə zülm edənlərin canını alarkən onları qınayaraq: "Siz nə halda idiniz, müşriklər ilə sizin aranızda nə fərq oldu?"– deyəcəklər. Onlar üzrxahlıq edərək: "Biz yer üzündə özümüzü müdafiə etməyə güc qüvvəmiz olmayan zəif insanlar idik!"– deyə cavab verəcəklər. Mələklər də onlara məzəmmət edilərək: "Məgər Allahın yeri geniş deyildimi ki, zülümdən və zəlillikdən canınızı və dininizi qurtarmaq üçün siz də ora hicrət edəydiniz?"– deyəcəklər. Hicrət etməyən kimsələrin qərar tutub, sığınacaqları yer Oddur. Ora necə də pis qayıdış və siğınacaq yerdir.
(98) 98 - 99. Bu əzabdan yalnız, özlərini zülmdən və haqsızlıqdan müdafiə etməyə qadir olmayan və öz canlarını haqsızlıqdan qutarmaq üçün yol tapa bilməyən və üzürlü səbəbdən hicrət edə bilməyən zəif kişilər, qadınlar və uşaqlar istisnadır. Ola bilsin ki, Allah Öz rəhməti və lütfü ilə onları əfv etsin. Şübhəsiz ki, Allah qullarını əfv edəndir, onlardan tövbə edəni isə bağışlayandır.
(99) 98 - 99. Bu əzabdan yalnız, özlərini zülmdən və haqsızlıqdan müdafiə etməyə qadir olmayan və öz canlarını haqsızlıqdan qutarmaq üçün yol tapa bilməyən və üzürlü səbəbdən hicrət edə bilməyən zəif kişilər, qadınlar və uşaqlar istisnadır. Ola bilsin ki, Allah Öz rəhməti və lütfü ilə onları əfv etsin. Şübhəsiz ki, Allah qullarını əfv edəndir, onlardan tövbə edəni isə bağışlayandır.
(100) Kim Allah rizası üçün küfr diyarından İslam diyarına hicrət edərsə, hicrət etdiyi yeri, tərk etdiyi yerdən daha gözəl yer olduğunu görər və orada izzətə və bol ruziyə nail olar. Kim Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - hicrət edərək evindən çıxdıqdan sonra hicrət etdiyi yerə yetişməzdən əvvəl ölüm onu haqlayarsa, onun mükafatını Allah verər və hicrət etdiyi yerə yetişməməsi ona heç bir zərər verməz. Allah qullarından ona tövbə edəni bağışlayandır və onlara qarşı rəhmlidir.
(101) Yer üzündə səfərə çıxdığınız zaman, kafirlər tərəfindən xoşagəlməz bir şeyə məruz qalacağınıdan qorxduğunuz zaman dörd rükətli namazları iki rükət qılmaqda sizin üçün heç bir günah yoxdur. Beləki, kafirlərin sizə qarşı olan ədavəti aşkar və aydındır. Səhih hədislərdə də, səfər əsnasında əmin-amanlıq halı olsa belə, namazların qısaldılmasına rüsxət verən hədislər varid olmuşdur.
(102) Ey Peyğəmbər! Düşmənlə döyüş vaxtı ordunun içərisində olub onlara namaz qıldırmaq istədikdə, ordunu iki qisimə böl: onlardan bir dəstəsəninlə birlikdə namaz qılsın, namazda silahlarını da özləri ilə götürsünlər. İkinci dəstə isə sizin müdafiənizdə dursun. Birinci dəstə imamla birgə bir rükət qıldıqdan sonra, namazın qalan rükərlərini özləri ayrıca tamamlasınlar. Bunlar namaz qıldıqları zaman o biri dəstə düşmən tərəfdə arxanızda olsun. Sonra müdafiədə duran, namazını qılmamış digər dəstə gəlib imamla birlikdə bir rükət namaz qılsın, imam salam verdikdən sonra isə namazlarının qalan hissəsini özləri tamamlasınlar, düşmənlərindən ehtiyatlarını tutsunlar və silahlarını da özləri ilə götürsünlər. Kafirlər istərlər ki, siz namaz qıldığınız zaman silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə həmlə etsinlər və siz xəbərsiz ikən sizi məğlub etsinlər. Yağış, xəstəlik və s. bu kimi səbəblərdən əziyyət çəkdiyiniz zaman silahlarınızı özünüzlə götürməyib yerə qoymaqda sizə günah yoxdur. Bacardığınız qədər düşməninizdən ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün onları alçaldan bir əzab hazırlamışdır.
(103) Ey Möminlər! Namaz qılıb qurtardıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda və hər bir halınızda da, Allahın şəninə Sübhanallah, Əlhəmdulləh və Lə iləhə illə Allah deyərək Allahı yad edin. Qorxu sovuşduqda və arxayın olduqda isə, namazı sizə əmr edildiyi qaydada rükunlarını, vaciblərini və müstəhəblərini yerinə yetirərək tam şəkildə qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda fərz edilmişdir. Yerli olduqda namazları üzürsüz olaraq vaxtından gec qılmaq caiz deyildir. Səfərdə olduqda isə namazları cəm edib, qısa qılmaq icazəlidir.
(104) Ey Möminlər! Kafirlərdən olan düşməninizi təqib etməkdə tənbəllik edib zəiflik göstərməyin. Əgər siz döyüşdə ölüm və ya yaraya görə ağrı-acı çəkirsinizsə, onlar da sizin ağrı-acı çəkdiyiniz kimi ağrı-acı çəkir və sizə baş verən müsibət onlarada baş verir. Elə isə onların səbri sizin səbrinizdən böyük olmasın. Çünki siz Allahdan, onların nail olmadıqları savaba, köməyə və yardıma nail olursunuz. Allah Öz qullarının halınıdan xəbərdardır və O, işlərində və şəri hökmlərində hikmət sahibidir!
(105) Ey Peyğəmbər! Həqiqətən, Biz sənə Quranı haqqı özündə cəm etmiş bir halda nazil etdik ki, insanlar arasında şəxsi rəyin və ya öz istəyinlə deyil, Allahın sənə öyrətdiyi və sənə ilham etdiyi kimi hökm verəsən. Odur ki, özlərinə və onlara verilən əmanətlərə xəyanət edən xainləri, onlardan haqqını tələb edənlərdən müdafiə edərək, tərəfini tutma.
(106) Allahdan məğfirət və əfv istəyin! Şübhəsiz ki, Allah, Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.
(107) Xəyanət edən, sonra da etdiyi xəyanəti gizlətməyə çalışan kimsənin tərəfini saxlamaq üçün mücadələ etmə. Allah, çoxlu xəyant edən və günah işlər görən kimsələri sevməz.
(108) Onlar günah işlətdikdə insanlardan qorxub utanaraq onu gizlədir, Allahdan isə gizlətmirlər. Halbuki, Allah onları əhatə etməklə onların yanındadır. Günahkarı müdafiə edib, günahsızı ittiham etmək kimi, Allahın razı qalmadığı sözləri xəlvətdə söyləyib, tədbir görməkləri, Allahdan gizli qalmaz. Allah onların gizlində və aşkarda nə etdiklərini əhatə edir, Ona heç bir şey gizli qalmır və Allah onlara etdikləri əməllərin əvəzini verəcəkdir.
(109) Bax, - ey günahkarların qayğısını çəkən kimsələr! - siz o kəslərsiniz ki, dünya həyatında onlara bəraət qazandırmaq üçün onlardan ötrü mübahisə edib, onların cəzalandırılmasının qarşısını almaq istəyirsiniz. Bəs Allah həqiqəti bildiyi bir halda, Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, o gün onlara kim vəkil duracaq?! Şübhə yoxdur ki, bunu heç kəs bacarmayacaqdır.
(110) Kim pis bir iş görər, yaxud günah edərək öz nəfsinə zülm edər, sonra günahı tərk edib, etdiyi əmələ peşmançılıq çəkib və günahını etiraf edib Allahdan bağışlanma diləyərsə, Allahın daima günahını bağışlayan və ona qarşı rəhmli olduğunu görər.
(111) Kim kiçik və ya böyük günah iş edərsə, o günahın cəzası başqasına deyil, yalnız özünə olar. Allah qulların etdiyi əməlləri biləndir, işlərində və şəri hökmlərində hikmət sahibidir.
(112) Kim qəsd etmədən xəta edərək, yaxud qəsdən günah qazanar, sonra da onu, o günahdan xəbəri olmayan bir insanı boynuna atarsa, o bu əməli ilə öz üzərinə böyük yalan və açıq aydın günah götürmüş olar.
(113) Ey Peyğəmbər! Əgər Allah səni qorumaqla sənə lütf göstərməsəydi, əlbəttə, öz nəfslərinə xəyanət edənlərdən bir camaat səni haqq yoldan azdırıb, batillə hökm verməyini istəyəcəkdi. Halbuki əslində onlar yalnız özlərini aldadırlar. Belə ki, haqq yoldan azdırmaq üçün etdikləri günahın əzabı onların özlərinə qayıdacaqdır. Allah səni qoruduğu üçün onlar sənə bir zərər toxundura bilməzlər. Allah sənə Quranı və sünnəni nazil etdi və sənə bundan əvvəl bilmədiyin doğru yolu və nuru öyrətdi. Allahın sənə peyğəmbərlik bəxş etməsi və səni qoruması kimi sənə olan lütfü böyükdür.
(114) İnsanların gizli saxladıqları söhbətlərinin çoxunda xeyir, mənfəət yoxdur. Xeyir yalnız söhbəti, sədəqə verməyi və ya şəriətin gətirdiyi həmçinin ağlın yaxşı gördüyü yaxşılıqı etməyi yaxud da mübahisə edənlər arasında sülhə çağırmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük savab verəcəyik.
(115) Hər kəs özünə haqq bəlli olduqdan sonra Peyğəmbərin - səllallahu aleyhi və səlləm - gətirdiyinə qarşı inadkarlıq edib, ona müxalif olarsa və möminlərin tutduğu yoldan başqa bir yolla gedərsə, Biz onu, öz üçün seçdiyi yola yönəldər, bilərəkdən üz çevirdiyi üçün haqqa müvəffəq etmərik və onu, hərarətindən əzab çəkəcəyi Cəhənnəm atəçinə daxil edərik. Cəhənnəm əhli üçün ora nə pis dönüş yeridir.
(116) Şübhəsiz ki, Allah Ona şərik qoşmağı əfv etməz, əksinə Ona şərik qoşan kimsəni Cəhənnəmdə əbədi edər. Amma istədiyi şəxsin şirkdən başqa olan günahlarını isə Öz rəhməti və lütfü ilə bağışlar. Başqasını Allaha şərik qoşan şəxs, haqq yoldan azmış və bu yoldan çox uzaqlaşmışdır, çünki o, Xaliq ilə məxluqu eyni dərəcədə tutmuşdur.
(117) Bu müşriklər Allahla yanaşı faydası və zərəri olayan yalnız Lat, Uzza kimi qadın adlarını daşıyan bütlərə ibadət və dua edirlər. Amma həqiqətdə onlar xeyirsiz, Allahın itaətindən çıxmış şeytana ibadət edirlər. Çünki bütlərə ibadət etməyi onlara elə şeytan əmr etmişdir.
(118) Elə buna görə də Allah onu rəhmətindən qovdu. Şeytan isə Rəbbinə and içərək dedi: "Mən Sənin qullarından müəyyən bir qismini özün üçün ayırıb, onları haqq yoldan mütləq azdıracağam".
(119) Onları mütləq Sənin doğru yoldan azdıracaq və onlara zəlaləti xoş göstərən yalan vədlər verərək xəyalara salacaq, Allahın halal etdiyi heyvanları haram etmək üçün onlara heyvanların qulaqlarını kəsməyi buyuracaq və Allahın xəlq etdiyi fitrəti və Onun yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm. Şeytanı özünə dost tutub, ona itaət edən kəs, lənətlənmiş şeytanı dost tutduğuna görə açıq-aşkar ziyana uğramışdır.
(120) Şeytan onlara yalan vədlər verir və onları batil xəyallara salır. Halbuki şeytanın onlara verdiyi vədlər, həqiqəti olmayan, batil vədlərdən başqa bir şey deyildir.
(121) Şeytanın addım izləri ilə gedib, ona tabe olanların qərar tutacaqları yer, qaçıb oradan xilas olmağa sığınacaq tapa bilmədikləri Cəhənnəm atəşidir.
(122) Allaha iman gətirib Ona yaxınlaşdıran saleh əməllər edənləri isə qəsirləri altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. Bu, Allahın vədi sayəsində olacaqdır. Uca Allahın vədi haqqdır. Allaha vədinə əsla xilaf çıxmaz. Sözündə Allahdan daha doğru danışan kimsə ola bilməz.
(123) Ey Müsəlmanlar! Nicat tapmaq, uğura nail olmaq nə sizin arzunuzla nə də Kitab əhlinin arzusu ilədir. Əksinə, bu, əmələ bağlı olan bir işdir. Sizdən kim bir pis iş tutarsa, Qiyamət günü onun cəzasını alacaq və o, Allahdan başqa özünə fayda verən nə bir dost, nə də onu zərərdən qoruyan bir yardımçı tapar.
(124) Uca Allaha haqqı ilə iman gətirib saleh işlər görən kişilər və ya qadınlar, məhz onlardır imanla əməli bir araya cəm edib, Cənnətə daxil olan kimsələr. Onların etdikləri əməllərin savabından heç bir şey, hətta xurma çərdəyinin üzərindəki oyuq qədər kiçik bir şeydə olsa belə naqis edilməz.
(125) Niyyətini yalnız Allah üçün edib, aşkarda və gizlində özünü Allaha təslim edən, şəriətə gözəl bir şəkildə tade olan və əslən Muhəmmədin - səllallahu aleyhi və səlləmin - dini olan, şirkdən və küfrdən tövhidə və imana meyil edib İbrahimin - aleyhissəlam - dininə tabe olan şəxsdən din baxımından daha gözəl kimsə yoxdur. Allah İbrahim - aleyhissəlam - peyğəmbəri insanlar içərisindən kamil bir məhəbbətlə dost seçmişdir.
(126) Göylərdə və yerdə nə mülk varsa, hamısı tək Allaha məxsusdur. Allah məxluqatından elm, qüdrət və idarə etmə baxımdan hər şeyi əhatə etmişdir.
(127) Ey Peyğəmbər! Səndən qadınlar və onların leyhinə və əleyhinə olan haqqları barədə soruşanlar. De: "Allah sizə soruşduğunuz və həmçinin Quranda sizə oxunan ayələrdə mal-dövlətinə tamah salaraq evlənməyə izin vermədiyiniz qadınlar, Allahın onlar üçün fərz buyurduğu mehr və mirasdan paylarını verməyərək evlənmək istədiyiniz himayənizdəki yetim qızlar və zəif uşaqlara haqsızlıq edib əllərindək mala sahib çıxaraq miras paylarını mənimsəməməyinizi və yetimlərə dünyada və axirətdə onlara fayda verən işlərə yönəldərək ədalətlə rəftar etmənizin vacib olmasını bəyan edir". Siz yetimlərə və onlardan qeyrilərinə nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir və sizə bunun əvəzini verəcəkdir.
(128) Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ona qarşı rəğbət göstərməməsindən qorxarsa, öz aralarında kişinin mal xərcləmək və gecələmək kimi qadının bəzi vacib haqlarından keçməsi ilə anlaşmasında onlara günah gəlməz. Bir-biri ilə anlaşmaq onlar üçün talaqdan daha xeyirlidir. Nəfslər hərisliyə və paxıllıqa meyilli xəlq edilmişdir, elə buna görə də heç bir nəfs öz haqqından keçmək istəməz. Gərək ər-arvad öz nəfislərini bir-biri bağışlamaq və yaxşılıq etməklə tərbiyə edərək bu xoşa gəlməz əxlaqdan müalicə etsinlər. Əgər hər bir işinizdə yaxşılıq etsəniz və Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinməklə Ondan qorxsanız, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır, Ona heç bir şey gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.
(129) Ey kişilər! Siz nə qədər çalışsanız da, bəzən də iradənizdən xaric səbəblər üzündən, qəlbin meyil etməsində qadınlarla tam ədalətlə davrana bilməzsiniz. Sevmədiyiniz qadınadan tamamilə üz çevirib, onu, nə ərli kimi ərli deyil ki, əri onun haqqlarını versin, nə də boşanmış kimi boşanmış deyil ki, başqasına ərə getsin, belə bir asılı vəziyyətdə qalmış kimi buraxmayın. Əgər öz aranızı zövcənin haqqlarını verib nəfsinizin havasına müxalif olaraq düzəldib və qadınlara görə Allahdan qorxsanız, şübhəsiz ki, Allah sizə qarşı bağışlayandır, rəhmlidir.
(130) Əgər ər-arvad talaq və ya xulə (qadının boşanma tələb etməsi) ilə ayrılsalar, Allah onların hər birinə Öz geniş lütfündən bəxş edər. Allahın lütfü və rəhməti genişdir, O, verdiyi qərarlar və əzəldən müəyyən etdiyi hökmlər xüsusunda müdrikdir.
(131) Göylərdə, yerdə və onların arasında nə mülk varsa, hamısı tək Allaha məxsusdur. Biz yəhudi və nasranilərdən olan Kitab əhlinə də, sizə də Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyi əhd almışdıq. Əgər siz bu əhdə küfr etsəniz, yalnız özünüzə zərər vermiş olarsız, çünki Allah sizin Ona itaət etmənizdən ehtiyacsızdır. Bilin ki, göylərdə və yerdə nə mülk varsa, hamısı Ona məxsusdur. Allahın heç bir məxluquna ehtiyacı yoxdur, O, bütün sifət və feillərində tərifəlayiqdir.
(132) Göylərdə və yerdə nə mülk varsa, hamısı tək Allaha məxsusdur. Allah itaət olunmaqa layiqdir. Yaratdıqlarının bütün işlərini idarə edənin Allah olması yetər.
(133) Ey insanlar! Əgər Allah istəsə, sizi məhv edib, yerinizə Allaha itaət edib, Ona asi olmayan, sizdən başqalarını gətirər. Allah buna qadirdir.
(134) Ey insanlar! Sizdən kim əməli ilə yalnız dünya mükafatını istərsə, qoy o, bilsin ki, həqiqətən, dünyanın da, axirətin də mükafatı Allah yanındadır. Elə isə o, dünya və axirət mükafatını Allahdan diləsin. Allah sizin dediyiniz sözləri eşidəndir, əməllərinizi görəndir və O, əməllərinizin əvəzini sizə verəcəkdir.
(135) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Şahidliyiniz özünüzün, valideynlərinizin, yaxın qohumlarınızın əleyhinə olanı tələb etsə də, hər bir kəsə həqiqətə uyğun olaraq şahidlik edərək və bütün halınızda ədaləti qoruyan şahidlər olun. Kimin zəngin, kiminsə kasıb olması, sizi onun əleyhinə yaxud leyhinə şahidlik etməyə və ya etməməyə sövq etməsin. Allah sizə kasib və zəngin insandan daha yaxındır və onların mənfəətlərini daha yaxşı bilir. Şahidliyiniz də haqqdan meyil etmək üçün nəfsinizin istədiklərinə tabe olmayın! Əgər şahidliyi təhrif edib, həqiqətə uyğun olmadan şahidlik etsəniz, yaxud ümumən şahidlikdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.
(136) Ey iman gətirənlər! Allaha, Onun elçisinə, elçisinə nazil etdiyi Qurana və ondan əvvəl elçilərə nazil etdiyi kitablara imanınızda sabit qalın! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Qiyamət gününü inkar edən kəs, şübhəsiz ki, doğru yoldan çox uzaq düşmüşdür.
(137) İman gətirdikdən sonra təkrarən küfrə qayıdanlar, belə ki, iman edib sonra mürtəd olanlar, sonra yenə iman gətirib, sonra mürtəd olanlar, sonra da küfrlərində israr edib və elə o halda ölənlərin Allah günahlarını bağışlamayacaq və onları Uca Allaha aparan doğru yola yönəlməyə müvəffəq etməyəcəkdir.
(138) Ey Peyğəmbər! İmanı büruzə verib, küfrü gizlədən münafiqlərə müjdə ver ki, Qiyamət günü Allah yanında onlar üçün ağrılı-acılı bir əzab vardır.
(139) Bu əzab, onların möminləri qoyub kafirləri özlərinə köməkçi və himayədar tutduqlarına görədir. Həqiqətən onları özlərinə dost tutmaları çox təəcüblüdür. Onlar dünyada ucalmaq üçün kafirlərin yanında qüvvət və izzətmi axtarırlar? Halbuki qüvvət və izzət bütünlüklə Allaha məxsusdur.
(140) Ey Möminlər! Qurani Kərimdə sizə nazil etmişdir ki, əgər bir məclisdə əyləşdiyiniz zaman orada kiminsə Allahın ayələrini inkar yaxud istehza etdiyini eşitsəniz, Allahın ayələrini inkar yaxud istehza söhbətindən başqa bir söhbətə keçməyincə, sizə onlarla bir yerdə oturmamaq və onları tərk etmək vacib edilmişdir. Allahın ayələrini inkar yaxud istehza etdiklərini eşidib, sonra da onlarla oturmaqa davam etsəniz, Allahın əmrinə müxalif olmaqda siz də onların tayı olarsınız. Çünki onlar küfür etməklə Allaha asi olduqları kimi, sizdə onlarla bir yerdə oturmaqla Allaha asi oldunuz. Şübhəsiz ki, Allah qiyamət günü özlərinin zahirən İslamda olduğunu göstərib, qəlblərində isə küfürü gizlədən münafiqləri Cəhənnəm odunda kafirlərlə birgə cəm edəcəkdir.
(141) Sizə xeyir və şərin toxunmasını gözləyən münafiqlər, Allahdan sizə bir zəfər gəldikdə və ya siz qənimət əldə etdikdə, o qənimətdən əldə etmək üçün sizə: "Məgər biz sizinlə deyildikmi, sizin şahid olduğunuza bizdə şahid olmadıqmı?"– deyər, kafirlər qalib gəldikdə isə onlara: "Məgər biz sizə yardım etmədikmi, sizi möminlərdən qoruyub, qeydinizə qalmadıqmı?”– söyləyərlər. Allah Qiyamət günü sizin hamınızın arasında hökm verəcəkdir. Möminləri Cənnətə daxil etməklə mükafatlandıracaq, münafiqləri isə Cəhənnəmin ən aşağı təbəqəsinə giriftar etməklə cəzalandıracaqdır. Allah Qiyamət günü Öz lütfü ilə kafirlərə möminlərin əleyhinə əsla bir dəlil verməyəcək, əksinə, möminlər imanlarına sadiq qalaraq şəriətə əməl etdikcə, Uca Allah gözəl aqibəti möminlər üçün edəcəkdir.
(142) Həqiqətən, münafiqlər İslamda olduqlarını göstərib, qəlblərindəki küfrü gizlədərək Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Çünki Allah onların küfrlərini bildiyi halda canlarını qorumuş və axirətdə onlar üçün şiddətli əzab hazırlamışdır. Onlar namaza durarkən, namaza nifrət edərək, tənbəl halda və namazı xalisla Allah üçün deyil, yalnız özlərini möminlərə göstərmək üçün qalxarlar, möminləri gördükdə isə Allahı olduqca az yad edərlər.
(143) Bu münafiqlər çaşqınlıq içərisində tərəddüd edirlər, onlar nə zahirdə və nə batində möminlərlə birgədirlər, nə də ki, kafirlərlə. Əksinə, zahirləri möminlərlə birgə olsada, qəlbləri isə kafirlərlə birgədir. Ey Peyğəmbər! Allahın azdırdığı kəs üçün zəlalətdən hidayətə heç bir yol tapa bilməzsən.
(144) Ey Allaha iman gətirib Onun Rəsuluna tabe olan kimsələr! Möminləri qoyub kafirləri özünüzə yaxın dost tutmayın. Yoxsa siz bu əməlinizlə əzaba layiq olduğunuza dair, Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz?
(145) Şübhəsiz ki, Allah, münafiqləri Qiyamət günü Cəhənnəmin ən alt təbəqəsində edəcəkdir. Sən onlar üçün onları əzabdan qoruyan heç bir yardımçı tapa bilməzsən.
(146) Münafiqlikdən tövbə edib Allaha qayıdanlar, qəlblərini islah edənlər, Allahın əhdindən yapışanlar və öz əməlini riyakarlıq etmədən yalnız Allah üçün edənlər istisnadır. Məhz bu sifətlərə sahib olan kisələr dünyada və axirətdə möminlərlə bərabərdirlər. Allah möminlərə böyük savab verəcəkdir.
(147) Əgər Allaha şükür edib Ona iman gətirsəniz, Allahın sizə əzab versinə heç bir ehtiyacı yoxdur, O, yaxşılıq edəndir, rəhmlidir! Allah sizə yalnız günahlarınız üzündən əzab verər. Əgər əməlinizi düzəltsəniz, sizə bəxş etdiyi nemətlərinə şükür edib, Allaha aşkarda və gizlində iman etsəniz O, sizə heç vaxt əzab verməz. Allah, Onun nemətlərini etiraf edən kimsəyə çoxlu savab bəxş edər və ona şükrün əvəzini verər. Allah məxluqatın imanını biləndir və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir
(148) Allah pis sözün açıq deyilməsini sevməz. Əksinə buna qəzəblənər və onu deyən kimsəyə əzab verər. Lakin zülmə məruz qalmış kimsələrin, ona zülm edəndən şikayətini bildirməsi, ona bəd dua etməsi və ona deyilən pis sözün eyni ilə deyənə qaytarması kimi pis sözü açıq deməsi müstəsnadır. Amma məzlumun səbir etməsi pis söz deməsindən daha əfzəldir. Allah sizin dediyiniz sözləri eşidəndir, niyyətlərinizi biləndir, elə isə pis söz söyləməkdən yaxud bu niyyətdə olmaqdan çəkinin.
(149) Əgər söz və əməl ilə olan hər hansı bir xeyri aşkara çıxarsanız və ya onu gizlində saxlasanız, yaxud sizə qarşı edilən bir pisliyi bağışlasanız, bilin ki, Allah əfv edəndir, O, hər şeyə qadirdir. Elə buna görə də insanları əfv etmək əxlaqınız olsun ki, bəlkə Allah, sizi əfv etsin.
(150) Allaha və Onun elçilərinə küfr edənlər, belə ki, Allaha iman edib, elçilərini yalançı sayaraq, Allahla elçilərini bir-birindən ayırmaq istəyib: "Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!"– deyənlər və bunu, onları Allahın əzabından xilas edəcəyini güman edib, imanla küfr arasında bir yol tutmaq istəyərlər.
(151) Özlərinə bu yolu tutan kimsələr məhz onlar əsl kafirlərdir. Çünki kim elçiləri hamısını yaxud bəzisini inkar edərsə, artıq Allahı və Onun elçilərini inkar etmişdir. Biz kafirlərin Allaha və Onun elçilərinə inam etməkdən təkəbbürlük etdiklərinə görə, qiyamət günü onlar üçün zəlil edici bir əzab hazırlamışıq.
(152) Allaha iman gətirib, yalnız Ona ibadət edənlər, Ona heç bir şeyi şərik qoşmayanlar, Onun elçilərinə iman gətirənlər və kafirlərin etdikləri kimi onlardan heç birini digərindən ayırmayıb, əksinə, onların hamısına iman edən kimsələrə gəlincə, Allah onlara imanlarının və saleh əməllərinin əvəzi olaraq böyük mükafat verəcəkdir. Allah qullarından Ona tövbə edən kimsələri bağışlayandır, onlara rəhm edəndir.
(153) Ey Peyğəmbər! Yəhudilər səndən, sənin sadiqliyinin əlaməti olaraq, Musaya nazil edildiyi kimi onlara bir dəfədə göydən bir kitab endirməyini istəyirlər. Sən buna təəccüb etmə, çünki onların ata-babaları Musadan, səndən istədiklərindən də daha böyüyünü tələb edərək, onlara Allahı açıq-aşkar göstərməsini istəmişdilər. Etdikləri günahın cəzası olaraq onları ildırım vurmuşdu. Sonra Allah onları diriltdi. Sonra da onlara Allahın təkliyinə, rübubiyyətin və üluhiyyətin yalnız Allaha aid olduğuna dəlalət edən açıq-aydın dəlillər gəldikdən sonra Allahı qoyub özlərinə buzovu məbud qəbul etdilər. Biz onların bu günahını da əfv etdik və Musaya qövmünə qarşı açıq-aşkar dəlil verdik.
(154) Biz onlardan aldığımız möhkəm əhdə əməl etmələri üçün qorxsunlar deyə, dağı oların başı üzərinə qaldırdıq və qağı qaldırdıqdan sonra onlara: "Beytülməqdis qapısından başınızı əyilmiş halda səcdə edərək daxil olun!"– dedik. Onlar isə oraya yanları üstə sürünə-sürünə daxil oldular. Biz onlara: "Şənbə günü ov edərək sizə qoyulmuş qadağanı pozmayın!"– dedik. Onlar isə buna məhəl qoymadan bu qadağanı pozub şənbə günü ov etdilər. Bizdə buna görə onlardan möhkəm bir əhd adıq. Amma onlar isə yenə də bu əhdi pozdular.
(155) Onlardan aldığımız möhkəm əhdi pozduqları, Allahın ayələrinə küfr etmələri, peyğəmbərləri haqsız yerə öldürməyə cürət etmələri və Muhəmmədə - sallallahu aleyhi və səlləm: "Qəlblərimiz qapalıdır, sənin dediyinə anlamırıq!"– demələri səbəbindən onları rəhmərimizdən qovduq. Amma həqiqət heç də onların dediyi kimi deyildir, əksinə, Allah onların qəlblərinə möhür vurmuş və o qəlblərə xeyir yetişməz. Elə buna görə də onların az bir qismi onlara fayda verməyəcək dərəcədə olduqca az inanırlar.
(156) Onlar həm də küfr etdikləri və Məryəmə - aleyhəssəlam - qarşı yalandan zina böhtanı atdıqları səbəbindən onları rəhmərimizdən qovduq.
(157) Biz bir də onların fəxr edərək yalandan: "Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar etdik. Halbuki onu, idda etdikləri kimi nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlar, Allah İsanın - aleyhissəlam - oxşarlığını verdiyi bir kişini öldürüb, çarmıxa çəkdilər və beləliklə də öldürülənin İsa - aleyhissəlam - olduğunu zənn etdilər. İsanı öldürdüklərini iddia edən yəhudilərin və İsanı onlara təslim edən nəsranilərin hər ikisi də onun ölmü barəsində çaşqınlıq və şəkk-şübhə içindədirlər. Bu haqda onların heç bir bilgisi yoxdur. Onlar yalnız zənnə qapanırlar. Zənn isə əsla həqiqət ola bilməz. Onlar əsla İsanı öldürdürmədilər və onu asmadılar.
(158) Əksinə, Allah İsanı onların hiyləsindən qorumuş və onu cismi və ruhu ilə Özünə tərəf qaldırmışdır. Allah Öz mülkündə qüdrətlidir, heç kimsə Onu məğlub edə bilməz, Allah gördüyü işində, verdiyi hökmündə və şəri əhkamlarında hikmət sahibidir.
(159) Kitab əhlindən elə kimsə yoxdur ki, öz ölümündən əvvəl dünyanın axırı İsanın - aleyhissəlam - səmadan yerə yendiyi vaxt ona iman gətirməsin. Qiyamət günü isə İsa - aleyhissəlam - onların əməllərinin hansının şəriətə müvafiq, hansının da müxalif olduğuna şahidlik edəcəkdir.
(160) Yəhudilərin etdikləri zülm səbəbindən, özlərini və başqalarını Allahın yolundan döndərdiklərinə görə onlara daha öncə halal edilmiş bəzi pak təamları və dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərindəki yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Beləliklə də insanları xeyirdən döndərmək onların təbiətinə çevdildi.
(161) Allah onlara sələmi qadağan etdikdən sonra yenə də sələm aldıqlarına və şəri haqqı olmadan insanların mallarını mənimsədiklərinə görə belə etdik. Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
(162) Ey Peyğəmbər! Lakin yəhudilərdən elmdə sabit və qüvvətli olanlar və möminlər Allahın Qurandan sənə nazil etdiyinə və səndən öncə olan elçilərə, Tövrat və İncil kimi nazil edilən kitablara iman gətirir, namaz qılır, mallarının zəkat verir, Allahın tək İlah olduğunu, Onun heç bir şəriki olmadığını və Axirət gününə inanırlar. Biz, bu sifətlərə sahib olan kimsələrə böyük savab verəcəyik.
(163) ُEy Peyğəmbər! Səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Sən peyğəmbərlərin birincisi deyilsən. Biz Nuha və ondan sonra gələn peyğəmbərlərə, İbrahimə, onun iki oğlu: İsmailə və İshaqa, İshaqın oğlu Yəquba və əsbata (yəni Yəqubun - aleyhissəlam - nəslindən gələn, on iki bənu-İsrail qəbilələrindən olan peyğəmbərlərə) da vəhy etdik. Biz İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Kitabı - Zəburu verdik.
(164) Biz elçilər göndərdik onların bir qisimi barəsində Quranda sənə xəbər verdik, göndərdiyimiz elə elçilər də var ki, Biz Quranda onlar barəsində isə sənə heç nə söyləmədik. Biz onların zikrini hikmət üçün tərk etdik. Allah Musaya hörmət əlaməti olaraq, onunla peyğəmbərlik haqqında həqiqi sözlə, vasitəsiz, pak və uca olan Allaha layiq şəkildə danışdı.
(165) Biz onları Allaha iman gətirənlərə böyük savabla müjdə verən və Allahı inkar edənləri isə ağrıdıcı əzabla qorxudan elçilər göndərdik ki, insanların elçilər göndərildikdən sonra üzür gətirmək üçün Allaha qarşı bir bəhanəsi olmasın. Allah mülkündə qüdrətlidir, hökmündə isə hikmət sahibidir.
(166) Ey Peyğəmbər! Əgər yəhudilər səni inkar edirlərsə, amma Allah, Qurandan sənə nazil etdilənin doğru olduğunu təsdiqləyir. Allah Quranı, Onun sevib razı qaldığı və sevməyib xoşlamadığı əməlləri qullarına bildirmək üçün Öz elmi ilə nazil etdi. Mələklər də Allahın şahidliyi ilə birgə sənin gətirdiyin Quranın doğruluğuna şahidlik edərlər. Şahid olaraq Allah yetər. Onun şahid olması, başqasının şahid olmasından kifayətdir.
(167) Sənin peyğəmbərliyini inkar edən və insanları İslamdan sapdıran kimsələr haqq yoldan olduqca uzaq düşmüşlər.
(168) Allaha və Onun rəsullarına küfr edən və küfrdə qalaraq öz nəfislərinə zülm edənlərı, küfrdə israr etdikləri müddətcə Allah onları əsla bağışlamaz və onları Allahın əzabından xilas edən doğru yola yönəltməz.
(169) İçərisində əbədi qalacaqları Cəhənnəmə daxil olmağa aparan yoldan başqa. Bu isə Allah üçün çox asandır. Onu heç bir şey aciz edə bilməz.
(170) Ey insanlar! Artıq Muhəmməd peyğəmbər - sallallahu aleyhi və səlləm - sizə Uca Allahdan doğru yol və haqq din gətirdi. Elə isə ona gətirdiyinə iman edin, əgər belə etsəniz bu sizin üçün dünya və axirətdə daha xeyirli olar! Əgər Allaha küfr etsəniz, bilin ki, Allahın sizin iman etmənizə ehtiyacı yoxdur və küfür etməniz Allaha heç bir zərərdə verməz. Göylərdə, yerdə və onların arasında nə mülk varsa, hamısı Allaha məxsusdur. Allah kimin hidayətə layiq olduğunu bilib, onu hidayət yoluna müyəssər edər, hidayətə layiq olmayan kimsəni isə o yoldan uzaqlaşdırar. Allah, sözlərində, fellərində, şəri hökmlərində də və insanlar üçün təyin etdiyi qədərin də hikmət sahibidir.
(171) Ey Peyğəmbər! İncil əhli nəsranilərə de: "Dininizdə ifrata varmayın və İsaya - aleyhissəlam - görə Allah barəsində həqiqətdən başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın haqqla göndərdiyi elçisidir. Allah onu, Cəbrailin - aleyhissəlam - Məryəmə göndərdiyi kəlməsindən xəlq etdi, bu Allahın "Ol!" kəlməsi idi, oda oldu. Bu kəlmə, Allahın əmri ilə Cəbrailin Allah tərəfindən üfürdüyü bir ruhdur. Allaha və Onun bütün elçilərinə və onlar arasında heç bir fərq qoymadan iman gətirin və: "İlahlar üçdür!" deməyin. Bu yalan və batil sözünüzə son qoyun! Bu sözə son qoymanız, dünyada və axirətdə sizin üçün daha xeyirlidir. Həqiqətən, Allah Tək İlahdır, O, şəriki və övladı olmaqdan uzaqdır, O, zəngindir! Göylərin, yerin və onların arasında olan mülk yalnız Ona məxsusdur. Onlara göylərin və yerin idarə edəni Allah olması, qoruyan olaraq yetər.
(172) Nə Məryəm oğlu İsa Allaha qulu olmaqdan imtina edə bilər, nə də Allahın Özünə yaxınlaşdırdığı və Allaha saleh qullar olmaq üçün dərəcələrini yüksəltdiyi mələklər. Axı belə olduğu bir halda, siz, İsanı necə İlah edə bilərsiz və müşriklər, mələkləri necə İlah edə bilərlər?! Allaha Ona ibadət etməkdən imtina edənlərin və təkəbbürlük göstərənlərin hamısını qiyamət günü Öz hüzuruna toplayacaqdır və hər kəsə layiq olduğunu verəcəkdir.
(173) Allaha iman gətirib, rəsullarını təsdiqləyın, Allahın şəriə müvafiq, yalnız Allah üçün xeyirxah işlər görənlərə gəlincə, Allah onların etdikləri əməllərin mükafatlarını heç bir naqislik edilmədən tam olaraq verəcək və Öz lütfündən və ehsanından onlar üçün bunun üzərinə bir qədər də artıracaqdır. Amma Allaha ibadət və itaət etməyi özlərinə sığışdırmayıb və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar özlərinə Allahdan başqa onlara fayda verən nə bir dost, nə də onları zərərdən qoruyan bir yardımçı tapa bilərlər.
(174) Ey insanlar! Rəbbinizdən sizə, şək-şübhəni aparan və üzürü aradan qaldıran açıq-aydın bir dəlil - Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Biz sizə aydın bir nur nazil etdik. Bu, Qurani Kərimdir.
(175) Allaha iman gətirən və peyğəmbərlərinə nazil edilən Qurandan yapışan şəxslərə gəlincə, Allah onları cənnətə daxil etməklə mərhəmət edəcək, onların savab və dərəcələrini qaldıracaq və onları heç bir əyrilik olmayan doğru yola yönəlməyə müvəffəq edəcəkdir. Bu yol, ədn cənnətlərinə aparan yoldur.
(176) Ey Peyğəmbər! Səndən atası və övladı olmayıb vəfat etmiş kimsənin mirası barəsində soruşurlar. De: "Allah bunun hökmünü sizə bəyan edəcəkdir. Atası və övladı olmayan şəxs öldükdə onun doğma yaxud atabir bacısı varsa, qoyub getdiyi malın yarısı fərz olaraq bacıya çatır. Əgər onunla birgə mirasdan, Allahın fərz etdiyi müəyyən miras payı alan adam yoxdursa, doğma yaxud atabir qardaşı tasiblə (yəni: mirasdan müəyyən payları olmayıb, mirasdan təqdirsiz mala) varis olurlar. Əgər onunla birgə Allahın fərz etdiyi müəyyən miras payı alan adam varsa, o, mirasdan payını aldıqdan sonra, yerdə qalan mal ona çatır. Əgər doğma yaxud atabir bacıların sayı iki və ya ikidən çox olarsa, iki bacı yaxud ikidən çox olan bacıların hamısına, qoyub getdiyi malın fərz olaraq üçdə iki hissəsi onlara çatır. Əgər varislər kişi və qadın olmaqla, doğma yaxud atabir qardaş və bacılardırsa, "Kişiyə iki qadının payı qədər pay düşür" qaydasına əsasən onların hamısı mala tasiblə, belə ki, kişinin payı, qadının payından bir dəfə çox olmaqla varis olurlar. Allah, atası və övladı olmayıb vəfat etmiş kimsənin miras hökmünü və bunda başqa miras barəsində olan hökmləri sizə bəyan edir ki, haqq yoldan sapmayasınız. Allah hər şeyi bilir və Ona heç bir şey gizlin qalmaz.