7 - əl-Əraf ()

|

(1) (Əlif. Ləm. Mim. Sad). əl-Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.

(2) Ey Peyğəmbər! Qurani Kərim Allahın sənə nazil etdiyi bir kitabdır. Elə isə ona görə qəl­bində heç bir sıxıntı və səkk-şübhən ol­ma­sın. Allah bu kitabı sənə insanları qorxutmaq, onlar üzərində hüccət qaldırmaq və mö­minlərə öyüd-nəsihət ver­mək üçün nazil etmişdir. Çünki öyüd-nəsihətdən faydalanan kimsələr məhz onlardır.

(3) Ey İnsanlar! Rəbbinizin sizə nazil etdiyi Kitaba və peyğəmbərinizin sünnəsinə ta­be olun. Şeytanlardan olan dostlara, yaxud rahiblərə tabe olub, Allahın sizə nazil etdiyini tərk edərək nəfslərinizin istəklərinə meyl edib, onları özünüzə dost tutmayın. Həqiqətən, siz necə də az öyüd-nəsi­hət din­ləyir­si­niz. Əgər siz öyüd-nəsi­hət din­ləsəydiz, o zaman haqqı hər bir şeydən üstün tutardınız, peyğəmbərinizin yoluna tabe olub, ona əməl edib və ondan başqa olan şeyləri tərk edərdiz.

(4) Küfr və azğınlıqında israr etdiklərinə görə əzabımızla həlak etdiyimiz çoxlu sayda kəndlər vardır. Şiddətli əzabımız onlara gecə ikən yaxud gü­nor­­ta çağı, qəfil gəl­diyi zaman, onlar nə özlərini əzabdan müdafiə etməyi bacardılar, nə də ki, iddia etdikləri bütləri onları əzabdan müdafiə etdi.

(5) Əzab gəldikdən sonra onların halı, Allaha küfr etdiklərinə görə, öz nəfislərinə zülm etdiklərini iqrar etməkdən başqa bir şey olmamışdır.

(6) Biz, Qiyamət günü elçilərimizi göndərdiyimiz üm­mə­tləri, elçilərə nə cavab verdikləri barədə və el­çiləri əmr olunduqları təbliğ barədə mütləq sor­ğu-suala tutacağıq.

(7) Biz bütün məxluqata dünyada etdikləri əməllər ba­­rədə Öz elmimizlə xəbər verəcəyik. Artıq Biz onların bütün etdiklərini bilirik, çünki heç bir əməl Bizə gizli qalmaz və Biz heç vaxt onlardan qaib olmadıq.

(8) Qiyamət günü əməllərin tərəzidə çə­kilməsi heç bir zülmə yol verilmədən ədalətli şəkildə olacaqdır. Tərə­zi­də yaxşı əməlləri pis əməllərindən ağır gələnlər - məhz onlar Cənnətə nail olub, Cəhənnəmdən xilas olan kimsələrdir.

(9) Tərəzidə pis əməlləri yaxşı əməllərindən ağır gələn­lər isə Allahın ayə­lərini inkar etdiklərinə və nəfslərini həlaka sürüklədiklərinə görə özlərini ziyana uğradan kimsələrdir.

(10) Ey Adəm övladı! Biz sizi yer üzündə yer­ləşdirdik və orada sizin üçün do­la­nı­şıq səbəbləri yaratdıq. Bunun müqabilində siz Allaha şükür etməli idiniz, lakin Allaha şükür etməniz ne­cə də azdır!

(11) Ey İnsanlar! Biz, atanız Adəmi xəlq etdik, sonra ona ən gözəl bir surət verib, onu ən gözəl bir biçimdə yaratdıq, sonra da mə­lək­lərə Adəmə hörmət əlaməti olaraq səc­də etmələrini əmr etdik. İb­lisdən başqa ha­mı­sı Allahın əmrinə boyun əyərək Adəmə səcdə etdi. Amma İb­lis təkəbbürluk və inadkarlıq edərək səcdə etməkdən qoyun qaçırdı.

(12) Uca Allah İblisə, onu məzəmmət edərək dedi: "Mən sənə Adəmə səcdə etmək əmrini verdik­də sənə Mənim əmrimə tabe olmağa nə ma­ne oldu?" İblis Rəbbinə cavab olaraq dedi: "Mənim ondan əfzəl olmağım, məni ona səcdə etməyə mane oldu. Çünki Sən mə­ni oddan, onu isə pal­çıq­dan yaratmısan, od isə palçıqdan daha üstündür!

(13) Allah ona dedi: "Cənnətdən aşa­ğı en! Sənin orada təkəbbür­lük gös­tər­məyə heç bir haqqın yoxdur. Çünki Cənnət pakların və yaxşıların yeridir, orada olmaq sənə caiz deyildir. Sən özünü Adəmdən üstün görsən də, həqiqətdə sən zəlil və alçaqlardansan".

(14) İblis dedi: "Ey Rəbb! İnsanlardan bacardığım qədərini azdırmaq üçün mənə qəbirlərdən di­rildiləcəkləri günə qə­dər mə­nə möhlət ver".

(15) Allah ona dedi: "Ey İblis! Sura ilk dəfə üfürüləcəyi zaman bütün məxluqatın ölüb yalnız tək Allahın qalacağı gün, sən ölümə məhkum edilmiş kimsələrdən müstəsnasan".

(16) İblis dedi: "Sənin Adəmə səcdə etmək əmrini tərk etdiyimə görə məni azdırdığın üçün, mən də Sə­nin düz yo­lu­nun üstündə oturub onları tov­la­yıb, azdıracaq və mən onların ataları Adəmə səcdə etməyib yolumdan azdığım kimi, onları da düz yoldan azdıracam".

(17) Sonra onları axirətdən uzaqlaşdırıb, dünya həyatını sevdirmək, qəlblərinə şübhə salmaq və şəhvətləri gözəl göstərmək üçün mən onların yanına hər bir tərəfdən gələcə­m. Ey Rəbb! Sən onların ək­sə­riy­yə­ti­ni, küfrə meyil etdirdiyim üçün, Sənə şükür edən görməyə­cək­sən".

(18) Allah ona dedi: "Ey İblis! Cənnətdən mənfur və Allahın rəhmətindən qovulmuş halda çıx! Mən Qiyamət günü Cəhənnəmi səninlə və sənin ardınca gedib, sənə itaət edən və öz Rəbbinə asi olan hər bir kəslə doldu­raca­ğam".

(19) Allah Adəmə dedi: "Ey Adəm, sən zövcən Həvva ilə Cənnətdə qal və hər ikiniz oradakı pak meyvələrdən, istədiyiniz qədər, bol-bol yeyin, yalnız bu (qadağan etdiyim) ağacdan yeməyin! Əgər siz Mənim bu qadağamdan sonra həmin ağacdan yesəniz, Allahın hüdudlarını aşanlardan olarsınız".

(20) İblis onların bir-birin­dən gizli qalan övrət yerlərini öz­lə­ri­nə göstərmək üçün on­lara gizlincə pıçıldayıb dedi: "Rəbbi­niz sizə bu ağacdan yeməyi qadağan etməsi yalnız sizin mələk olmağınızı yaxud da sizin Cənnətdə əbədi qalmağınızı istəməməsinə görədir".

(21) Üstəlik onların hər ikisi üçün: "Ey Adəm və Həvva! Şübhə­siz ki, mən sizə dediyim bu işdə sizin nəsihətçi­ləri­niz­də­nəm" – deyə Allaha and içdi.

(22) Beləliklə, şeytan onları tov­layıb aldataraq Cənnətdə olduqları yerdən aşağı en­dirdi. Hər ikisi də qadağan olunduqları ağac­dan yedikdə, övrət yerləri özlərinə gö­ründü və on­lar Cənnət yarpaq­ların­dan ayıb yer­lərinin üstünə yapışdırmağa baş­la­dılar. Rəbbi onlara be­lə xitab etdi: "Mən sizə bu ağacdan yeməyi qa­­da­ğan etmədimmi və hər ikinizi şeytanın şərindən çəkindirərək o, si­zin açıq-aş­kar düşməniniz­dir, de­mə­dimmi?".

(23) Adəm və Həvva: "Ey Rəbbi­miz! Sənin qadağan etdiyin ağacın meyvəsindən yeməklə biz öz nəfsimizə zülm etdik. Əgər günahımızı ba­ğış­la­ma­san və bizə Öz rəhmətinlə rəhm etməsən, əlbəttə, dünya və axirət payımızı itirməklə zi­yana uğ­ra­yan­lar­dan olarıq"– dedilər.

(24) Allah Adəmə, Həvvaya və İblisə dedi: "Cənnətdən yer üzünə enin! Sizdən bir qisminiz digərinizin düşməni olacaq. Yer­də si­zin üçün müəyyən vaxta qədər qə­rar tutacağınız məs­kən və müəyyən olunmuş əcəl gəlib çatana qədər fay­da­lanmaq üçün isti­fadə edəcə­yiniz şeylər vardır".

(25) Allah Adəmə, Həvvaya və onların nəslinə müraciət edərək dedi: "Siz bu yer üzündə Allahın müəyyən etdiyi əcəliniz gəlib çatana qədər ya­şayacaq, orada öləcək, dəfn olunacaq və Qiyamət günü sorgu-sual edilmək üçün ora­da qəbirlərinizdən çı­xa­rıla­caq­sı­nız".

(26) Ey Adəm övladları! Biz övrət yer­lə­rinizi örtəsiniz deyə, sizin üçün zəruru libas və bir də insanlar arasınada bəzənmək üçün bəzəkli libas nazil etdik. Təqva - bu, Allahın əmrlərini yerinə yetirib qadağalarından cəkinməkdir - libası isə hissi libasdan daha xeyir­li­dir. Sizə deyilən bu libas, Allahın qüdrətinə dəlalət edən ayələrindəndir ki, bəlkə, Allahın sizə olan nemətlərini düşünüb və bu nemətlərə görə Ona şükür edəsiniz.

(27) Ey Adəm övladları! Şey­tan, sizə günah işləri gözəl göstərib, övrət yerini örtən, hissi libası, yaxud təqva libasını soyunduraraq sizi azdırmasın. Çünki şeytan, ata-ananızı aldatıb onların hər ikisinə Cənnətdəki ağacın meyvəsindən yeməyi gözəl göstərib, övrət yerlərinin özlərinə gö­stərməyə və sonda onların Cənnətdən qovulmasına səbəb olmuşdur. Şübhəsiz ki, şeytan və onun nəs­li, siz onları görüb müşahidə edə bilməsəniz də, onlar sizi görüb müşahidə edə bilirlər. Hə­qi­­qə­tən, Biz, şeytanları Allaha iman gətirməyən­lə­rin dostları etdik. Amma xeyirxah işlər görən möminlərə gəldikdə isə, şeytan onlara heç bir zərər yetirə bilməz.

(28) Müşriklər Allaha şərik qoşmaq, Kəbənin ətrafında çılpaq tavaf etmək və s. buna bənzər olduqca çirkin işlər gördükləri zaman ata-babalarından be­lə gör­düklərini və bunu Allahın onlara əmr et­diyini bəhanə gətirirlər. Ey Muhəmməd, onlara cavab olaraq de: "Allah günah əməlləri əmr et­məz. Əksinə, qadağan edər. Axı siz bunu yalandan necə iddia edirsiniz?! Ey Müşriklər! Yoxsa Allaha qarşı bil­mədiyiniz şeylər yalandan və Allaha iftira yaxaraq deyirsiniz?!"

(29) Ey Muhəmməd! Müşriklərə de: "Həqiqətən Allah ədalətli ol­mağı əmr etmişdir. O heç vaxt çirkin və pis əməlləri əmr etməmişdir. Allah, ümumiyyətlə, xüsusən də, məscidlərdə ixlasla Ona ibadət etmənizi və Allaha itaəti məhz Ona məxsus edə­rək, tək Ona dua etməyinizi əmr etmişdir. Allah sizi ilk dəfə yoxdan var etdiyi kimi, öldükdən sonra yenidən dirildəcəkdir. Sizi ilk dəfə yaratmağa qadir olan, sizi yenidən yaratmağa və qəbirlərdən dirildib çıxarmağa da qadirdir.

(30) Allah insanları iki qisimə bölmüşdür: Sizdən bir qisiminiz doğru yola yönəltdiyi, doğru yola aparan vasitələri ona asalnaşdırdığı və bu yolda olan maneələri ondan uzaqlaşdırdığı kimsələrdir. Di­gər­ bir qisiminiz isə haqq yoldan azmağa layiq görülən kimsələr. Çünki on­lar Alla­hı qo­yub şeytanları özlərinə dost tutdular, cahillikləri üzündən ona tabe oldular və bununla belə elə güman edirlər ki, onlar doğru yoldadırlar.

(31) Ey Adəm övladları! Övrət yerinizi örtən libasınızı, namaz qılarkən və təvaf edərkən təmiz və gözəl geyim­lə­rinizi ge­yin. Allahın sizə halal etdiyi pak ruzilərdən istədiyiniz qədər yeyin-için, lakin həddi aşaraq is­rafa yol verməyin və halalı tərk edib harama keçməyin. Şübhəsiz ki, Allah həddi aşaraq israf edənləri sevməz!

(32) Ey Peyğəmbər! Allahın, libas, pak ruzi və s. bu kimi halal etdiyi şeyləri haram edən müşriklərə cavab olaraq de: "Zinət əşyası olan libasınızı və Allahın sizə ruzi olaraq bəxş etdiyi pak yeməkləri və içkiləri sizə kim haram etmişdir?! Ey Peyğəmbər! De: "Bu pak ruzilərə dünya həya­tında bütün insanlar - möminlər və kafirlər şərik olsalar da, Qiyamət günü isə bunlar yalnız mömin­lərə məxsus­ olacaq və heç bir kafirin bu ruzilərdən payı olmayacaq. Çünki Cənnət kafirlərə haramdır". Biz ayələri dərk edən adamlar üçün belə bir təfsilatla izah edirik. Çünki bu ayələrdən ibrət alan elə məhz onlardır.

(33) Ey Peyğəmbər! Allahın halal etdiyi şeyləri haram edən müşriklərə de: "Həqiqətən Allah qullarına həm aşkar, həm də gizli edilən çirkin, nalayiq əməl­ləri, bütün günahı, insanların canlarına, mallarına və namuslarına haq­sız­casına toxunaraq insalara zülm etməyi, heç bir dəlilliniz olmadan başqasını Allaha şərik qoş­mağınızı və Allahın adları, sifətləri, feilləri və şərəti barədə elmsiz danışmağı haram bu­yur­muşdur".

(34) Hər bir nəslin və əsrin əcəli qabaqcadan müəyyə edilmiş məhdud bir müddəti var­dır. On­ların qabaqcadan müəyyən edilmiş əcəli gəldiyi za­man bir­cə an nə yuba­nar, nə də qabağa keçə bi­lərlər.

(35) Ey Adəm övladları! Əgər sizə öz qövmünüzdən olan Mənim elçilərim gəlib Mənim kitablarımdan onlara nazil edilən ayələ­ri­ sizə oxuduqda onlara itaət edin və onların gətirdiklərinə tabe olun. Allahın əmrlərinə tabe olub və qadağalarından çəkinərək Allahdan qorxub və öz əməllərini islah edən şəxs­lə­rin Qiyamət günü heç bir qorxusu yox­dur və onlar dünyada ikən əldə edə bilmədikləri dünya nemətlərinə görə kədərlənməyə­cəklər.

(36) Amma ayələrimizi təkzib edib bu ayələrə iman etməyən və elçiləri onlara gətirdiklərinə təkəbbürlük yanaşıb əməl etməyən kafirlərə gəldikdə isə onlar odda əbədi qalacaq cəhənnəm sakinləridirlər.

(37) Allahın şəriki olduğunu iddia edən və ya Onu naqislikdə itiham edən, yaxud Allahın demədiyi bir şeyi Onun adından deyib Allaha qarşı yalan uy­du­ran, yaxud da Allahın doğru yoluna aparan açıq-aydın ayələrini ya­lan hesab edən kim­sədən daha zalım heç kəs ola bilməz. Bu sifətləri özündə cəm edən kimsələr Lövhi-Məh­fuzda yazılmış xeyir və şər nə­siblərini alacaqlar. Nəhayət, ölüm mələyi və onun mələklərdən olan köməkçiləri onla­rın canını al­maq üçün yan­la­rı­na gəldiyi zaman onlara məzəmmət edərək: "Allah­­dan savayı ibadət etdiyiniz ilahlar ha­rada­dır?! Elə isə onları çağırın sizin imdadınıza yetişsinlər" – dedikdə. Müşriklər mələklərə: "İbadət etdiyimiz bütlər bizi qoyub getdilər, yox oldular və biz onların harada olduqlarını bilmirik!"– deyəcəklər. Beləliklə də, onlar özlərinin ka­fir ol­duqlarını təsdiq edəcək, lakin onların o vaxt təsqiq etmələri onlara heç bir fayda verməyəcəkdir.

(38) Mələklər onlara deyəcəklər: "Ey Müşriklər! Sizdən əvvəl küfr və zəlalət üzərində gə­lib-getmiş cin və in­san tay­fa­la­rı ilə bir­likdə oda girin!" Hər hansı bir tay­fa oda gir­dikcə ondan qabaq oda girən di­gər tayfaları lə­nətlə­yə­cək­dir. Nə­hayət, hamısı orada bir-biriləri ilə qarşılaşıb, top­lan­dığı zaman ora sonda girən səfeh başçılarının ardınca gedənlər onlardan əv­vəl girən başçıları barə­sində deyə­cəklər: "Ey Rəbbimiz! Bun­lar­­ bizim başçılarımızdır, bizi haqq yolundan azdıran məhz elə bunlardır! Onlar bizə zəlaləti gözəl göstərdikləri üçün on­la­ra iki­qat əzab ver!" Allah onlara cavab olaraq deyə­cəkdir: "Sizdən hər bir tayfanı ikiqat əzab gözləyir, lakin siz bundan cahilsiz və bunu dərk etmirsiniz!"

(39) Tabe olunan başçılar onların ardınca gələnlərə de­­yə­cək­lər: "Ey Bizim ardımızca gələn kimsələr! Əzabı sizdən yüngülləşdirmək üçün sizin bizim üzə­ri­miz­də heç bir üs­tün­lüyünüz olma­yıb. Əsas sizin etdiyiniz əməllərdir. Öz istəyinizə tabe olduğunuza görə sizin bu gün üzür gətirmək üçün heç bir haqqınız yoxdur. Ey bizə tabe olanlar! Elə isə qazandığınız küfr və günah əməllərə görə bizim daddığımız əzabı siz də da­dın!"

(40) Şübhəsiz ki, aşıq-aydın ayələrimizi yalan sa­yanlara, onlara boyun əyməkdən tə­kəb­bür­lüklə ya­na­şan və hər bir xeyirdən ümüdlərini kəsən kimsələrə öldükləri zaman küfürləri səbəbindən həm əməlləri üçün həm də ki, ruhlarının səmaya qalxması üçün gö­yün qapı­ları açılmayacaq və dəvə - o, ən böyük heyvanlardan biridir - əşyaların ən darı həcmlisi olan iynənin dəliyindən keçməyincə on­lar heç vaxt Cən­nətə girməyəcəklər. Bu, qeyri-mümkün olan bir işdir, çünki onların Cənnətə girmələri üçün qoyulan şərt, həyata keçməsi mümkün deyildir. Allah günah­ları çox olan kimsəni belə bir cəza ilə cəzalan­dıracaqdır.

(41) Yalan sayan və təkəbbürlük edən kimsələrə Cəhənnəm odun­­dan üzərində oturmaları üçün yataq və üstlərinə örtmək üçün atəşdən yorğan ola­caq­dır. Biz, küfr və üz çevirərək Allahın hüdudlarını aşan kimsələri belə bir cəza ilə cəza­lan­dı­rırıq.

(42) Rəbbinə iman gətirib, bacardığı qədər yaxşı əməl edənlər isə Cənnət sa­kinləri­dir. On­lar ora daxil olub, orada əbədi qalacaqlar. Biz hər kəsi onun bacardığından artıq qədər yükləmərik.

(43) Allah onların qəlblərindəki kin-kü­durəti çıxardıb, qəlblərini bu kimi şeylərdən təmizləməsi, Allahın Cənnət sakinlərinə olan nemətlərini tamamlamasıdır. On­ların ayaqları al­tından çay­lar axacaqdır. Onlar isə Allahın onlara bəxş etdiyi nemətləri etiraf edərək deyəcəklər: "Bi­zi bu dərəcəyə nail olmaq üçün saleh əmələ müvəffəq edən Allaha həmd olsun! Əgər Allah bizi buna müvəffəq etməsəydi, biz özümüz bu dərəcəyə müvəffəq ola bilməzdik. Əlbəttə, bizə Rəbbi­mizin el­çi­ləri heç bir şəkk-şübhə olmayan, Cənnət və Cəhənnəm barədə düzgün olan haq­qı gətirmişdi­lər". Onlara belə xitab ediləcək­dir: "Bu, elçilərimin dünyada ikən sizə xəbər verdiyi Cənnətdir, Allah bunu, ixlasla etdiyiniz saleh əməllərinizə görə sizin üçün hazırlamışdlr!"

(44) Cənnət və Cəhənnəm əhlindən hər iki dəstə, onlar üçün hazırlanmış yerlərinə daxil olduqdan sonra Cənnətin əbədi sakinləri, Cəhənnəmin əbədi sakin­lə­rini səs­lə­yib deyəcəklər: "Biz Rəb­bi­mi­zin bizə Cənnətdə vəd etdiyinin doğru olduğunu gördük və Rəbbimiz bizi ora daxil olmağa müvəffəq etdi. Ey kafirlər! Siz də Rəb­bi­ni­zin sizə Cəhənnəmdə vəd etdiyinin doğru olduğunu gördünüz­mü?" Kafirlər: "Rəbbimizin bizə Cəhənnəmdə vəd etdiyini doğru olduğunu gördük!"– deyə­cəklər. Bu zaman bir car­çı: "Allah zalımləri Öz rəhmətindən məhrum etməsi!" – deyərək dua edəcəkdir. Artıq Allah onlara dünya həyatında Öz rəhmə qapılıranı açmış, amma onlar isə bundan üz çevirmişdilər.

(45) Məhz o zalım kəslərə ki, şəxsən özləri insanları Allah yo­lundan sapdırır, başqalarını da buna sövq etdirir, insanların haqq yolunun tutmaması üçün daima bu yolu onlara əyri gös­tərməyə çalışır, axi­rəti inkar edir və ona hazırlıq da görmürlər.

(46) Bu iki tərəfin - Cənnət və Cəhənnəm əhli arasında "əl-Əraf" yəni, sədd deyilən hündür bir maneə vardır və bu hündür maneənin üzərində isə yaxşı əməlləri ilə pis əməlləri eyni səviyyədə olan insanlar vardır. Onlardan Cənnət əhlinin üzlərinin ağlığı və Cəhənnəm əhlinində üzlərinin qaralığı kimi əlamətləri ilə ta­nıyan insan­lar ola­caqdır ki, onlar Cən­nət əhlini səs­lə­yib hörmət əlaməti olaraq: "Sizə salam ol­sun!"–deyə­cəklər. əl-Əraf əhli, Allahın rəhməti ilə ora daxil olmağı ümid etdikləri halda hələ Cənnətə daxil olmayan kimsələrdir.

(47) Sədd əhlinin gözləri Cəhənnəm əhlinə tərəf çevrildikdə və onların çəkdikləri şiddətli əzaba şahid olduqları zaman Allaha dua edərək deyə­cək­lər: "Ey Rəbbimiz, bizi küfr edərək və Sənə şərik qoşaraq öz nəfsinə zülüm edən zalım­lara tay tutma!"

(48) Sədd əhli onları üzlərinin qaralığı və gözlərinin göylüyü kimi əlamət­lərin­dən ta­nı­dıq­la­rı Cəhənnəm əhlindən olan kafirlərə səsləyib de­yə­cək­lər: "Sizə nə yığdığınız mal-dövlət, oğul-uşaq, nə də ki, təkəbbür­lük gös­tər­ərək haqqdan üz çevirməyiniz fayda vermədi".

(49) Allaha kafirlərə məzəmmət edərək deyəcəkdir: "Allah onlara mərhəmət nəsib et­məyəcək"– deyə ba­rə­sin­də and içdi­yiniz kəslər bun­lar­dırmı?" Allah möminlərə deyəcək: "Ey Möminlər! Cən­nə­tə girin! Sizi qarşıda gözləyən şeylərə görə, sizə heç bir qorxu yoxdur və Cənnətdə sizə bəxş edilən əbədi nemətləri gördükdə isə dünyada ikən əldə edə bilmədiyiniz dünya nemətlərinə görə siz kədərlən­məyəcək­si­niz".

(50) Cəhənnəm əhli Cənnət əh­lini səs­lə­yib onlardan özlərinə bir çıxış yolu axtararaq deyəcəklər: "Ey Cənnət əhli! Üs­tü­müzə bir az su tökün və ya Allahın sizə ruzi olaraq verdiyi təamdan bizə də bir qədər verin!" Cənnət əhli onlara deyəcək: "Allah bu nemətləri kafirlərin etdikləri günahlar ucbatından onlara haram etmişdir. Biz isə Allahın sizə haram etdiyi bir şeyi sizə yardım edə bilmərik".

(51) Məhz o kafirlər, dinlərini məsxərə və əy­­lən­cə etmişdilər və dünya hə­yatı onları öz bər-bəzəyi ilə aldat­mış­dı. Onlar Allahın ayə­lə­ri­ni və dəlillərini haqq olduğunu yəqin bildiklərindən sonra in­kar etdikləri, bu gün üçün saleh əməl edib hazırlıq görmədikləri və bu günləri ilə qarşı­laş­mağı unut­duq­ları kimi, qiyamət günü Allah da onları əzad içərisində tərk edib unu­dacaqdır.

(52) Biz onlara bu Quranı göndərdik. O, Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil edilən bir kitabdır. Biz o kitabda bəyan etdiyimizi elmlə izah etmişik. O kitab, möminləri haqq yoluna yönəldəndir, dünya və axirət xeyirlərinə dəlalət etdiyinə görə onlar üçün rəhmətdir.

(53) Kafirlər yalnız axirətdə onlara ağrılı-acılı əzabın baş veriləcəyi xəbər­inin baş verməsini göz­lə­yir­lər. Onlara xəbər verilən ağrılı-acılı əzabın baş verməsi və möminlərə vəd edilən savabın gəlib yetişdiyi gün, dünya həyatında Quranı unu­dub, ona əməl etməyən kəslər de­yə­­cəklər: "Hə­qi­qətən də, Rəbbi­mizin el­çiləri heç bir şəkk-şübhə olmayan haqqı gətir­miş­dilər və onun Allahdan olması barədə heç bir şübhə yoxdur. Kaş, bizi əzabdan xilas etmək üçün Allah yanında bizim tərəfimizi sax­layan vasitəçilərimiz olaydı. Yaxud dünya həyatına geri qay­ta­rı­lıb etdiyimiz pis əməllərin əvəzinə saleh əməllər edib əzabdan canımızı qurtarardıq". Kafirlər etdikləri günahlar üzündən özlərini həlaka sürükləyərək ziyana uğradı­lar. Allahdan başqa ibadət etdikləri isə onlardan geyb oldu və onlara heç bir fayda verə bilmədilər.

(54) Ey İnsanlar! Doğrudan da, sizin Rəbbiniz göyləri və yeri altı gündə misilsiz yara­dan, son­ra da sizim dərk edə bilməyəcəyimiz tərzdə, Öz Cəlalına layiq bir şəkildə ərşə ucalan Allah­dır. O, gecənin zülmətini gündüzün nuru ilə, gündüzün nurunu isə gecənin zülməti ilə aparır. Onlardan hər biri, bir-birini sür­ətlə təqib edər və bir anda olsun belə o birindən gecikməz, belə ki, biri getdikdə dər hal o birisi onu əvəz edər. Gü­nəşi, ayı və ulduzları Öz əmrinə ta­be edərək xəlq edəndə də Pak olan Allahdır. Bilin ki, xəlq etmək bütünlüklə Allaha məxsusdur. Axı Ondan başqa xəlq edən kimdir? Hökm verməkdə yalnız Ona məxsusdur! Onun xeyiri, bərəkəti və lütfü boldur. Cəlal və kamillik sifətləri ilə vəsf olunan da yalnız aləm­lərin Rəbbi olan Allahdır.

(55) Ey Möminlər! Rəbbinizə dua edərkən riyakarlığa yol vermədən, Allaha şərik qoşmadan, Onun qarşısında tam zəlil və acizanə bir halda giz­li­cə dua edin! Şübhəsiz ki, O, dua edərkən həddi aşan­ları sevməz. Dua etdikdə ən böyük həddi aşan kimsələr, müşriklərin etdiyi kimi Allahdan başqasına dua edən kimsələrdir.

(56) Allah yer üzünə peyğəmbərlər göndərərək oranı tək Ona itaət etməklə islah etdikdən sonra, orada günahlar edərək yenidən fəsad törət­mə­yin. Alla­hın əzabının qorxusunu hiss edərək və Onun savabına ümid bəsləyərək Ona səmimi qəlbdən dua edin. Həqiqətən, Allahın rə­hməti yaxşılıq edənlərə yaxındır və sizdə o kimsələrdən olun!

(57) Küləkləri yağışın gəlişi ilə müj­dəçi ola­raq göndərən pak olan Allahdır. Nə­ha­yət, o küləklər su ilə dolu ağır bulud­ları daşıyar­kən, Biz o buludları qurumuş bir diyara tərəf gətirir, Biz onunla yağmur en­di­­rir və bu­ yağmurun vasi­təsi ilə bütün növ meyvə yetişdi­ri­rik. Biz meyvələri belə bir şəkildə çıxartdığımız kimi ölüləri də qəbirlərindən diri olaraq belə çıxartacağıq. Ey İnsanlar! Biz bunları, Allahın qüdrətini, misilsiz yaraqa olduğunu və Onun ölüləri diriltməyə qadir olduğunu xatırlamanız üçün etdik!

(58) Yaxşı yerdə bitkilər Allahın izni ilə çox yaxşı, tam bir şəkildə yetişər. Mömin kimsə də belədir, öyüd-nəsihət eşidəndə ondan ibrət alar, yaxşı işlər görüb bundan faydalanar. Şoran yerdə olan bitkilər çox çətinliklə, kasad bir şəkildə yetişər. Kafir kimsə də belədir, öyüd-nəsihət eşidəndə ondan ibrət almaz, yaxşı işlər görməz və bundan heç bir fayda əldə etməz. Biz Allahın nemətlərinə küfr etməyən, əksinə, şükür edib və Rəbbinə tabe olan bir qövmə haqqı isbat etmək üçün dəlil və sübutları beləcə, növbənöv edirik.

(59) Biz Nuhu öz qövmünə, onları tək Allaha ibadətə və Ondan başqasına ibadət etdiklərini tərk etməyə çağırmaq üçün elçi olaraq gön­dər­dik. Nuh onlara dedi: "Ey qöv­müm! Tək olan Alla­ha iba­dət edin. Si­zin Ondan başqa haqq məbudu­nuz yox­dur. Ey Qövmüm! Mən sizin, küfr əməllərə davam edəcəyiniz təqdirdə si­zə üz verəcək bö­yük gü­nün əzabın­dan qor­xuram!"

(60) Qövmünün hakim və kübar təbəqəsində olanları de­di­lər: "Ey Nuh! Doğrudan da, biz sənin həqiqətdən açıq-ay­dın uzaq olduğunu gö­rürük!".

(61) Nuh qövmünün hakim və kübar təbəqəsində olan insanlarına dedi: "Mən heç də sizin iddia etdiyiniz kimi haqq yoldan azan bir kimsə deyiləm. Mən Rəbbimin haqq yolundayam. Mən, mənim, sizin və bütün aləmlərin Rəb­bi olan Allah tə­rə­fin­dən sizə gön­dərilmiş bir elçi­yəm".

(62) Mən, Allahın mənə vəhy edərək sizə göndərdiyi dini sizə təbliğ edir, sizi Allahın əmrlərini yerinə yetirib, savab qazanmanıza təşviq etdirib və Onun əmrlərinə müxalif olub, günah qazanmaqdan çəkindirərək sizə xeyir istəyirəm. Allahdan mənə gələn vəhy sayəsində sizin bil­mə­dik­lərinizi bili­rəm.

(63) Yoxsa öz ara­nızdan olan, tanıdığınız və sizin dilinizdə danışan bir kişiyə Rəbbinizdən vəhy və öyüd-nə­si­hət gəlməsi təəccübünüzü artırdı?! O, sizin aranızda böyüyüb boya-başa çatmışdır, heç vaxt yalançı, azğın və qeyri adi bir məxluq da olmamışdır. Siz onu yalançı hesab etsəniz də, ona asi olsanız da, o, sizin Allahın əmrlərinə tabe olub, qadağalarından çəkinərək Onun əzabından qoxrmanız və Ona iman etdiyiniz təqdirdə Allahın rəhmətinə nail olmanız üçün gəlmişdir.

(64) Qövmü Nuhu yalançı he­sab etdi və ona iman gətirmədi, əksinə, hələ bu azmış kimi, olduqları küfürlərində də davam etdilər. Belə olduqda Nuh Allaha onları həlak etməsi üçün dua etdi. Biz onu və onunla birlik­də gəmidə olan­ möminləri suda qərq olmaqdan xilas etdik. Ayələrimizi yalan hesab edib, yalan samaqda davam edən kimsələri onlara əzab olaraq göndərilən tufanla suda qərq edərək məhv etdik. Doğrudan da, onların qəlbləri haqqı görməkdən kor idi.

(65) Biz Ad qəbiləsinə də özlərindən elçi göndərdik. O, Hu­d - aleyhissəlam - peyğəmbərdir. O dedi: "Ey qöv­müm! Yalnız Allaha ibadət edin. Si­zin Ondan başqa haqq məbudu­nuz yox­dur. Onun əzabından xilas olmaq üçün Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qorxmursu­nuz?!"

(66) Qövmünün Allaha küfr edən və Onun elçisini yalan sayan hakim və kübar təbəqəsindən olan insanları ona dedilər: "Ey Hud, Biz səni yalnız Allaha ibadət etməyə çağırdığın və bütlərə sitayiş etməkdən çıkindirdiyin vaxtdan bəri ağlının zəyif və özünün də təlaş içində olduğunu bilirik. Çünki biz sənin Allah tərəfindən göndərilən bir elçi olduğun iddianda yalan danışdığını hesab edi­rik!"

(67) Hud öz qövmünə cavab olaraq belə dedi: "Ey Qövmüm, ağlımda heç bir zəyiflik yoxdur və özündə təlaş içində deyiləm, əksinə, mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!"

(68) Mən sizə, Allahın sizə çatdırmağı mənə əmr etdiyi tək İlah oduğunu və Onun şəriətini təbliğ edi­rəm. Mən sizə təbliğ etməklə əmr olunduğum işdə sizin ən eti­barlı nəsi­hət­çinizəm. Bu işdə nöqsana və ya ziyadəyə yol vermərəm.

(69) Yoxsa sizi qorxutmaq üçün mələk və cinlərdən olmayan, əksinə, öz ara­nızdan olan və sizin dildə danışan bir ki­şi­nin va­si­təsi ilə Rəb­binizdən si­zə öyüd-nəsihət gəlməsi hey­­rətinizi artırdı?! Rəbbinizə həmd-səna edin, Allahın yer üzündə sizə bəxş etdiyi nemətlərə, Nuh qövmünü küfür əməlləri üzündən həlak etdiyindən sonra sizi yer üzünə xə­ləf­lər tə­yin etdiyinə və sizi xilqətcə daha cüssəli, qüv­vətli və şiddətli etdiyinə görə Ona şükür edin və Cənnətə daxil olub və Cəhənnəmdən nicat tapmanız üçün Allahın sizə verdiyi böyük nemətlərini daima xa­tır­la­yın!

(70) Qövmü ona dedi: "Ey Hud! Yanı­mı­za ata-babalarımızın iba­dət et­diklərini tərk edib tək Alla­ha iba­dət etməyimizi əmr etməyəmi gəldin? Əgər iddianda doğrusansa, elə isə bizə vəd et­diyin əzabı gətir".

(71) Hud onlara cavab olaraq dedi: "Pis əməllərinizlə özünüzə Allahın əzabını və qəzəbini vacib etdiniz. Bu sizə mütləq baş verəcəkdir. Sizin və ata-babaları­nızın özlərindən uydurub ilah adlandırdıqları batil bütlər ba­­­rə­sində mə­nim­lə mübahi­səmi edir­si­niz? Halbuki Allah onların ilah olduğu iddianız barədə sübut etməyiniz üçün heç bir də­lil nazil et­məmişdir. Elə isə sizə tez gəlməsini istədiyiniz əzabın gəlişini gözləyin! Şüb­hə­siz ki, mən də sizinlə bir­likdə göz­ləyənlər­də­nəm. O əzab mütləq gələcəkdir".

(72) Biz Hudu və onunla bir­ğə olan­ möminləri Öz mərhəməti­miz­lə əzabdan salamat etdik. Ayə­lərimizi ya­lan hesab edənləri isə məhv edərək kö­kü­nü kəsdik. On­lar iman gə­tirənlər de­yil, əksinə, Allahın ayələrini yalan hesab edən­lərdən idilər, elə buna görə də onlar əzaba layiq görüldülər.

(73) Biz Səmud qəbiləsinə də qar­daşları Sa­lehi onları yalnız Allaha ibadət etməyə çağırmaq üçün peyğəmbər göndərdik. Saleh onlara de­di: "Ey qöv­müm! Tək Allaha iba­dət edin! Sizin Ondan başqa ibadətə layiq olan mə­budunuz yox­dur. Artıq Allahdan sizə gətirdiyimin doğru olduğunu təsdiq edən açıq-aydın dəlillər gəldi. Buna misal qaya­dan çı­xan bu dişi dəvəni misal göstərmək olar. Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. Onu Alla­hın tor­pa­ğında otlasına mane olmayın. Onun ruzisi Bizə aiddir, bu işdə sizə aid olan bir şey yoxdur. Ona heç bir əziyyət verməyin, əgər ona əziyyət vermiş olsanız sizi ağ­rı­lı-acılı bir əzab yaxalayacaqdır!".

(74) Ad qöv­mü elçiləri yalan sayıb, küfr əməllərində davam etdiklərinə görə onları həlak etdikdən sonra Allahın sizi onların ardından yer üzündə xələflər təyin etdiyini və sizi yer üzündə yerləşdirib, orada istədiyinizi edib faydalanmanız üçün bütün vasitələri sizə asanlaşdırdığını və yer üzünün düzən­lik­lə­rin­də qəsr­lər bina edib, dağ­ları da yonub özünüzə evlər inşa etdiyiniz nemətini xatırlayın. Allaha şükür etməyiniz üçün Onun sizə bəxş etdiyi nemətlərini ya­da salın, yer üzün­də Allaha küfr və asiliklər etməkdən əl çəkib orada fəsad törətməyin.

(75) Onun qövmünün təkəb­bür­lük edən başçıları öz araların­dan iman gətirmiş zəif möminlərə de­dilər: "Ey Möminlər! Siz Sale­hin həqiqətən də, Allah tə­rəfindən gön­dərilən bir elçi olduğunu bilir­si­nizmi?" Bu zaman zəif möminlər onlar belə cavab verdilər: "Həqi­qətən, biz Salehlə gön­­dərilən­ hər şeyə inanır, təsdiq edir, boyun əyir və onun gətirdiyi şəriətə əməl edirik".

(76) Qövmünün təkəbbürlük edən baş­çı­lar de­di­lər: "Ey Möminlər! Həqiqətən, biz si­zin inan­dığı­nıza inanmırıq, bundan sonra da inanmayacaq və gətirdiyin şəriətə əməl etməyəcəyik".

(77) Onlar, Allahın onlara pislik etməsini qadağan etdiyi dişi dəvəni kəs­dilər və beləlik­lə də, Allahın əm­rin­ə tabe olmayarağı özlərinə sığışdırmayıb, Salehə istehza edərək və onları təhdid etdiyi əzabın gəlişinə inanmayaraq: "Ey Saleh! Əgər sən həqiqətən də Allahın göndə­rdiyi el­çilərdən­sən­sə, elə isə bizə vəd etdiyin ağrılı-əza­bı gətir"– dedilər.

(78) Əzabın tez bir zamanda gəlməsini istəyən kafirlər şiddətli bir zəlzələ yaxa­ladıqda, onlar üzüqoylu və diz üstə yerə sərilib bayıldılar və onlardan kimsə həlakdan xilas ola bilmədi.

(79) Saleh - aleyhissəlam - qövmünün onun dəvətinə cavab verəcəklərindən ümidini kəsdikdən sonra onlardan üz çe­vi­rib dedi: "Ey qövmüm! Atrıq mən, Allahın mənə sizə çatdırmağı əmr etdiyi hök­münü sizə çatdırdım və sizi həvəsləndirərək və qorxudaraq sizə öyüd-nə­si­hət verdim. La­kin siz, sizi xeyirə yönəldən və şər əməllərdən çəkindirən nə­sihət verənləri sev­mirsiniz".

(80) Bir zaman Lut öz qövmünə inkar edərək: "Siz­ kişilərlə cinsi əlaqədə olub bu çirkin və murdar əmə­limi edə­cəksiniz? Etdiyiniz bu çirkin və murdar əməl, sizdən öncə kiminsə etmədiyi iyrənc bir əmə­ldir" – dediyini xatırla.

(81) Siz şəhvəti ödəmək üçün xəlq edilmiş qadınları qoyub şəhvətlə ki­şi­lərə yaxınlaşırsınız. Sizin bu əməliniz nə ağıla, nə Allahın dininə, nə də ki, fitrətə müvafiq deyildir. Əksin, siz bu əməlinizə sağlam bəşər düşüncəli ağla və fitrətə müxalif əməl etməklə həddi aş­mış adam­larsınız.

(82) Lut qövmündən bu çirkin işi edənlərə inkar etdikdə, onların haqqı inkar edərək Lut haqqında ca­va­bı belə olmuşdur: "Lutu və oun əhl-əyalını yurdunuzdan çıxa­rın. On­lar bizim etdiyimiz bu əməldən uzaq olmağa can atan adam­lardır, elə buna görə də onların bizim arasında qalması yol verilməzdir".

(83) Qövmünə Allahın əzabı gəlməzdən öncə Biz ona gecə vaxtı yaşadığı yurdundan çıxmağı əmr edərək onu və əhl-əyalını əzabdan xilas etdik. Yal­nız arvadından baş­qa. O, qövmü ilə birgə qalan­lardan ol­du və onlara baş verən müsibət onada baş verdi.

(84) Biz onun qövmünün üstünə çoxlu sayda palçıqdan olan daş­larla­­ ya­ğış yağdırdıq və həmin kəndin altını üstünə çevirdik. Ey Peyğəmbər! Bir düşün Lut peyğəmbərin gü­nah­kar­ qövmünün aqi­bəti necə oldu. Onların aqibəti həlak və daimi rəzillik oldu.

(85) Biz Mədyən qəbiləsinə də qar­daşları Şueybi - aleyhissəlam - peyğəmbər göndərdik. Şueyb - aleyhissəlam - onlara de­di: "Ey qövmüm! Tək Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan haqq məbudunuz yox­dur. Artıq Allahdan sizə açıq-aydın bir dəlil və Rəbbimdən sizə gətirdiyimin doğru olduğunu təsdiq edən sübut gəldi. Elə isə ölçüdə və çəkidə naqislik etmədən insanların haqqını verin. Malın eybinə görə insanların haqqını kəsməyin və ya buna görə mal sahibini aldatmayın. Bundan öncə peyğəmbərlərin gəlişi ilə yer üzü islah olunduqdan sonra bir daha orada günahlar edərək fəsad törət­mə­yin. Əgər mö­min­si­nizsə, bu deyilənlər sizin üçün daha xeyir­li və daha faydalıdır. Çünki bu, sizi Allahın qadağan etdiyi günahları tərk etməyə və Onun əmrini yerinə yetirərək Allaha yaxınlaşdırmağa sövq edər".

(86) Hər yolun başında otu­rub, yoldan ötən insanları hədələyib mallarını mənimsəməyin. İnsanların Allahın yoluna gəlməməsi üçün bu yolu onlara əyri göstərərək, Allahın dinini qəbul etmək istəyənləri dinindən sap­dır­mayın. Allaha şükür etməniz üçün Onun sizə bəxş etdiyi nemətlərini xatırlayın. Sayınız az idi­niz, O sizi çoxaltdı. Yer üzündə sizdən öncə fəsad tö­rə­dən­lərin aqi­bətlərinin necə olduğunu bir düşünün. Onların aqibəti, özlərinin məhv olması ilə sona çatdı.

(87) Əgər aranızdan olan bir camaat Rəbbimdən təbliğ etdiyimə inan­­mış, bir camaatınız isə buna inanma­mışsa, elə isə ey yalan hesab edən kimsələr! Allah aramızda hökm verə­nə­dək gözləyin. Çünki O, hökm verənlərin ən yaxşı­sı və ən ədalətlisidir.

(88) Şueyb - Aleyhissəlam - qövmünün təkəb­bür­lü başçıları ona dedilər: "Ey Şu­eyb! Ya biz səni və səninlə birlikdə sənə iman gə­tirən­lə­­ri mütləq bu yurdumuzdan çıxaracaq, ya da sən bizim dinimizə qayıdacaqsan". Şu­eyb onların bu sözünə təəccüb edərək və onlara inkar edərək dedi: "Biz sizin getdiyiniz yolun batil olduğunu bildiyimiz halda, hətta nifrət etmiş olsaq belə, sizin dininizə və yolunuza tabe olacağıq?"

(89) Allah bizi Öz lütfü sayəsinsdə sizin etdiyiniz şirk və küfr əməllərdən xilas et­dikdən sonra biz sizin doğru yolda olduğunuzu etiqad etmiş olsaq, Allaha qar­şı yalan uydurmuş olarıq. Bütün bəşəriyyət Onun istəyinə boyun əydiyi üçün Rəb­bi­miz Allah is­təməyincə bizim sizin batil dininizə dönməyi­miz heç vaxt baş tutacaq bir şey deyildir. Rəb­­bi­miz hər şeyi elmini əhatə et­miş­dir və bundan Ona heç bir şey gizli qalmaz. Allah bizi doğru yolda sabitqədəm etməsi və bizi Cəhənnəmə aparan yoldan qoruması üçün biz yalnız tək Allaha arxalanmışıq. Ey Rəb­bi­miz! Bizimlə kafir qövmümüz arasında haqqla hökm ver! Məzlum haqq sahibinə haqqsız zalıma qarşı kömək ol! Ey Rəb­bi­miz! Sən hökm ve­rən­lərin ən yax­şı­sısan!"

(90) Şueyb qövmündən tövhid dəvətini inkar edib, insanları Sueybdən - aleyhissəlam - və onun dinindən çəkindirən təkəb­bür­lü başçıları dedilər: "Ey camaatımız! Əgər Şu­ey­bin dinini qəbul edib, özünüzün və ata-dabalarınızın dinini tərk etsəniz siz müt­ləq zi­yana uğrayanlardan olar­sı­nız".

(91) Buna görə də onları dəhşətli bir zəlzələ bürüdü və beləliklə də onlar öz yurdlarında dizləri və üzləri üstə düşüb həlak oldular.

(92) Şueybi yalançı sayanların hamısı həlak oldu, san­ki onlar öz yurdlarında yaşamamış və orada əylənməmişdilər. Çünki onlar öz canlarını və sahib olduqları mal-dövlətilərini ziyana uğratdılar və Şueybin iman edən qövmündən olmadılar. Haqqı yalan sayan o kafirlərin iddia etdikləri kimi elə özləri ziyana uğrayan kimsələr oldular.

(93) Onlar həlak olduqdan peyğəmbərləri Şueyb - aleyhissəlam - onlardan üz çevi­rib onlara xitabən belə dedi: "Ey qövmüm! Mən Rəb­bi­­min mənə sizə çatdırmağı əmr etdiyi hökm­lərini sizə çatdırdım və sizə öyüd-nə­si­hət verdim, lakin siz mənim öyüd-nəsihətimi dinləyib, mənə tabe olmadınız. Elə isə Allaha küfr edib, günahlar etməkdə davam edən bir qövümdən ötrü mən necə qəm-qüssə edə bilə­rəm?"

(94) Biz hər hansı bir diyara Allahın peyğəmbərlərindən bir pey­­ğəmbər göndərdikdə, onlar ona inanmayıb, onu yalançı hesab etdikləri zaman, Biz həmin diyarın əha­li­sini sı­xın­tı, yoxsulluq və xəstəlik və s. buna oxşar bəlalara düçar edirik ki, bəlkə onlar Allaha qarşı təkəbbürlük və küfür etməkdən əl çəkib, Ona acizanə halda dua etsinlər!

(95) Biz onları sı­xın­tını və xəstəliyə düçar etdikdən sonra onlara bol-bol ruzi və əmin-amanlıq bəxş etdik. Nəhayət onların sayı çoxalıb və mal-dövlətləri artdıqda: "Başmıza gələn xeyir və şər, eyni qayda da bizdən əvvəlki ata­-babalarımızın da başına gələmişdir" – dedilər. Amma onlar başlarına gələn əzabın onların başa düşüb öyüd-nəsihət almaları və onlara baş verən nemətlərin isə onlara qəfildən bəla göndərməsi üçün olduğunu dərk etmədilər. Biz də on­ları heç özləri də hiss et­mədikləri və əzabı gözləmədikləri bir halda onları qəf­lə­tən əzabla ya­xaladıq.

(96) Əgər elçilər göndərdiyimiz diyarın əhalisi elçilərin onlara gətirdiklərini təsdiq edərək, günah əməlləri tərk edib, Allahın əmrlərinə tabe olsaydılar, əl­bət­tə, Biz onlara hər bir tərəfdən xeyir qapılarını açar­dıq. Lakin onlar pey­ğəm­bər­ləri təsdiq etmədilər və onların dəvətindən üz çevirdilər. Elə bu azlıq edirmiş kimi, onları yalançı da hesab etdilər. Belə olduğu təqdirdə Biz də on­ların qa­zandıq­ları gü­nahlara görə onları qəflətən əzab­la yaxa­ladıq.

(97) Məgər peyğəmbərləri yalan hesab edən o diyarın əha­li­si, əza­bı­mı­zın onlara gecə vaxtı, on­lar yuxuya daldıqları və dincəlib rahatlandıqları bir vaxta da gəl­məyəcə­yin­dən əmin idilər?!

(98) Yaxud onlar əzabımızın onlara dündüzün ilk çağında, onların başı dünya işləri ilə qarışdığı bir vaxta gəlməyəcəyindən əmin idilər?!

(99) Allahın onlara verdiyi möhlətə fikir ver. Allah onları qəfil yaxalamaq üçün onlara güc-qüvvət və bol-bol ruzi vermişdir. Məgər elçiləri yalah hesab edən o diyarın əhalisi Allahın gizli məkrindən və hiy­­lə­sindən əmin idilər?! Alla­hın məkrindən yalnız həlaka məruz qalan kimələr əmin olar. Amma müvəffəq olan kimsələr Onun məkrindən qorxar, onlara verilən nemətlərə görə qürurlanmazlar, əksinə, o nemətlərin onlara Allah bəxş etdiyini etiraf edib, daima Ona şükür edərlər.

(100) Məgər keçmiş ümmətlərin günahları səbəbindən həlak olduğundan sonra yer üzünə sakin olanlara, keçmişdəkilərin həlak olma səbəbi bəyan olmadımı və onlara baş verən müsibətdən ibrət almadılarmı? Əksinə, onlar, özlərindən əvvəlkilərin etdikləri əməlləri etdilər. Lakin onlar bilmirdilər ki, əgər Allah istəstəydi, əvvəlkiləri etdiyi kimi, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardı və heç bir öyüd-nəsihət eşitməz və heç bir xatırlatma fayda verməzdi.

(101) Ey Peyğəmbər! Misal çəkdiyimiz diyar, Nuh, Hud, Saleh, Lut və Şueyb qövmünün diyarıdır ki, Biz on­ların xəbərlərindən - elçiləri yalan hesab edib, onlara qarşı inadkarlıq etmələrindən və bu üzdən onları həlaka düçar etdiyimizin bəzisini sənə söy­ləyirik ki, qoy başqaları üçün bir ibrət və öyüd-nəsihət olsun. Artıq o diyarın əhlinə elçiləri onlara özlərinin həqiqətən də Allah tərəfindən göndərilən elçilər olduğuna dəlalət edən açıq-aydın dəlillər gə­tir­dilər. Amma elçilər onlara gəldikdə isə iman gə­tir­mədilər. Halbuki Allah onların iman gətirməyəcəyini əzəldən bilirdi. Allah elçiləri yalan hesab edən o diyar əhlinin qəlblərini möhürlədiyi kimi, Muhəmmədə - sallallahu aleyhi və səlləm - iman gətirməyənlərin də gəlblərini eləcə möhürləyər və onlar əsla imana yönələ bilməzlər.

(102) Biz özlərinə elçilər göndərilən ümmətlərin əksəriyyətini Allahın onlara nəsihət etdiyinə vəfalı olan və Onun əmrlərini yerinə yetirən görmədik. On­ların ço­xu­­nu Allahın itaətindən uzaq olan kimsələr gördük.

(103) Biz o elçilərdən sonra Musa­nın - aleyhissəlam - həqiqətən də, Allah tərəfindən göndərilən elçi olduğuna dəlalət edən açıq-aşkar dəlillərimiz və möcü­zələrimizlə onu Firon və onun qövmünə elçi göndər­dik. Amma on­lar bu dəlillərdən üz çevirib, küfr et­di­lər. Ey Peyğəmbər! Sən, Firon və onun qövmünün aqibətinin necə olduğuna fikir ver. Allah onları suda qərq etdi, onları dünya və axirətdə lənətə düçar etdi.

(104) Allah Musanı - aleyhissəlam - Firon yanına göndərdiyi zaman o, Firona gələrək dedi: "Ey Firon! Həqi­qə­tən, mən bütün məxluqatın Xaliqinin, onların Hökmdarının və işlərini idarə edənin tə­rə­findən göndərilmiş bir el­çi­yəm".

(105) Musa - aleyhissəlam - dedi: "Allah məni sizə elçi göndərdiyi təqdirdə mənim üzərimə düşən borcum, sizə Onun ba­rəsində yalnız həqi­qə­ti de­məkdir. Mən si­zə, mənim doğru olduğuma və mənim həqiqətən də, Rəb­bim tərəfindən göndərilən bir elçi olduğuma dəlalət edən açıq-aydın dəlillər gə­tir­mi­şəm. Elə isə əsarətdə saxladığın İsrail oğullarını mə­­nim­lə getməsinə izin ver".

(106) Firon Musaya - aleyhissəlam - dedi: "Əgər iddia etdiyin kimi bir mö­cü­zə gətir­misənsə və iddianda da doğrusansa elə isə iddia etdiyin möcüzəni gətir göstər!".

(107) Musa əlindəki əsasını atdı və o, dərhal insanların gözü önündə hərəkətə gələrək əzəmətli bir ilana çevrildi.

(108) Musa - aleyhissəlam - əlini paltarının boyun keçən hissəsindən yaxud qoltuğunun altından çı­xart­dı və onu ba­xan insanlara heç bir ləkəsiz, ağap­paq par­laq bir halda göstərdi.

(109) Təkəb­bür­lü başçılar və əyan­lar, Musanın - aleyhissəlam - əsasının gözləri önündə ilana çevrilməsini və əlinin də heç bir ləkə olmadan, ağap­paq par­laq bir halda olmasını gördükdə dedilər: "Musa, sehri dərindən bilən, bilikli bir sehr­baz­dan başqa bir şey deyil".

(110) Musa - aleyhissəlam - etdiyi bu əməllər ilə sizi öz diyarınız, Misirdən çı­xartmaq istəyir. Bunda sonra Firon Musa - aleyhissəlam - barədə əyanları ilə məsləhətləşərək onlara dedi: "Sizin mənə təkli­finiz nə­dir?"

(111) Onlar Firona dedilər: "Musanı və onun qar­da­şı­ Harunu gözlət və Misirin şəhərlərinə oradan sehr­baz­ları top­la­yan adamlar göndər ki,

(112) Misirin şəhərlərindən sehribazları toplamaq üçün göndərdiyin kimsələr bütüb bilikli və sehirdə mahir olan sehrbazların ha­mı­­sını sənin yanına gətir­sin­lər".

(113) Beləliklə də Firon sehrbazları toplamaq üçün Misirin şəhərlərinə adamlar göndərdi. Nəhayət, onlar Fironun ya­nına gəldikdə, ona belə dedilər: "Əgər biz öz sehiimizlə Musanı məğlub edib, ona qalib gəl­sək bizim üçün bir mükafat olacaqmı?"

(114) Firon onlara belə cavab verdi: "Bəli, siz üçün əcr və mükafat vardır və siz vəzifə etibarı ilə mənə ən yaxın olan adamlardan olacaq­­sı­nız".

(115) Sehrbazlar Musaya - aleyhissəlam - qələbə çalacaqlarından özlərindən əmin olaraq təkəbbürlük və lovğalıq edərək dedilər: "Ey Musa! Seçim sənindir, ya sən atmaq istədiyini birinci at, ya da ki, biz birinci ataraq başlayaq!"

(116) Musa heç onlara fikir vermədən və Rəbbinin ona yardım edəcəyinə inanaraq dedi: "Əllərinizdəki əsalarınızı və iplərinizi birinci siz atın!" On­lar əllərindəkiləri at­dıq­da, in­san­ların göz­lərini sehr­ləyib canlarına qorxu saldılar və insanların gözündə güclü bir sehr göstərdilər.

(117) Allah, peyğəmbəri və heç bir vasitəçiz danışdığı Musaya - aleyhissəlam - ey Musaya!: "Əsanı ye­rə at!"– deyə vəhy etdi. Musa - aleyhissəlam - əlindəki əsasını yerə atan kimi o, dərhal bir ilan olub insanların gözü qarşısında sürətlə sürünüb, sehribazların camaatı qorxudub aldatmaq üçün yerə atdıqları ipləri və əsaları udmağa başladı.

(118) Artıq haqq üzə çıxdı, Musanın - aleyhissəlam - doğru yolda olduğu bəyan oldu və sehribazların etdikləri sehir isə batil oldu.

(119) Sehrbazlar rüsvay və məğ­lub oldular. Musa - aleyhissəlam - isə camaatın qarşısında onlara qalib gəldi. Sehrbazlar oradan zəlil olaraq və həqir bir halda geri dön­dülər.

(120) Sehrbazlar Allahın qüdrətinin əzəmətinə şahid olub və Onun açıq-aydın ayələrini öz gözləri ilə gördükləri an pak və uca olan Allaha səcdə etmək üçün yerə qa­pan­dılar.

(121) Sehrbazlar dedilər: "Biz bütün məxluqatın Rəb­binə iman gətirdik –

(122) Musa və Harunun - aleyhiməssalam - Rəb­binə! O, batil ilahlardan başqa ibadətə layiq olan yalnız Odur.

(123) Onlar tək Allaha iman gətirdikdən sonra Firon onları hədələyərək dedi: "Mən sizə izin ver­mə­zdən əvvəl siz Musaya iman gətir­di­niz? Şübhəsiz ki, sizin Musaya iman gətirib onu təsdiqləməniz, şə­hər sakinlərini oradan çıxarmaq üçün, sizin və Musanın qur­du­ğu­ bir hiy­lə və məkirdir. Ey sehribazlar! Tez­liklə başınıza gələn əzabı biləcəksi­niz.

(124) Sizin hər birinizin sağ əli ilə sol ayağını və sol əli ilə də sağ ayağını kəsəcək, həm sizə əzab vermək, həm də ki, sizi bu halda görənləri qorxutmaq üçün ha­mı­nı­zı xurma ağaclarının kötüklərindən asacağam.

(125) Sehrbazlar Fironun təhdidlərinə cavab olaraq belə dedilər: "Şübhə­siz ki, biz tək olan Rəbbimizin hüzuruna qayıda­cağıq. Elə buna görə də sənin bizə hədə-qorxu gəlməyinin heç bir mənası yoxdur".

(126) Ey Firon! Sən bizdən sadəcə, Musanın - aleyhissəlam - vasitəsi ilə Rəb­bimi­zin ayələri bizə gəldikdə on­la­ra iman gətir­məyimizə görə intiqam alırsan. Əgər bu eyib edilən bir günahdırsa, bu sənin deyil, bizim günahımızdır. Sonra onlar: Ey Rəb­bimiz! Bi­zə haqq üzərində sabitqədəm qalmağımız üçün bizə çoxlu səbir ver və bi­zi mü­səlman, əmrlərinə müti və elçinə tabe olaraq öldür" – deyib Allaha yalvararaq dua etdilər.

(127) Firon qövmünün hakim və kübar təbəqəsindən olan insanları, Fironu, Musaya - aleyhissəlam - və onunla birgə olan möminlərə qarşı qaldıraraq dedilər: "Ey Firon! Sən Musanı və onun qöv­mü­nü yer üzün­də fəsad yaymaq, həm səni, həm də sənin ilahlarını bir kənara atıb və tək Allah ibadət etməyə çağırmaları üçün başlı-başına bu­ra­xırsanmı?". Firon de­di: "Biz hök­mən İsrail oğul­larının oğlan uşaq­larını öl­dürəcək, qa­dın­la­rını isə bizə xidmət etmək üçün sağ bura­xa­cağıq. Şüb­həsiz ki, onların üzə­rində sar­sıl­maz hökm­ranlığa va güc-qüvvətə ma­lik olan bizik".

(128) Musa - aleyhissəlam - öz qövmünə nəsihət edərək de­di: "Ey Qövmüm! Zərəri sizdən sovuşdurmaq və sizə xeyir bəxş etmək üçün tək Allah­dan yardım diləyin və sizə baş vermiş bu müsibətə görə səbir edin. Şüb­həsiz ki, yer üzü tək Alla­hındır. Bu yer üzü heç də Fironun və ya başqasının deyil ki, orada kimsə istədiy hökümü versin. Allah yer üzündə qalibiyyəti və məğlubiyyəti insanlar arasında istədiyi kimi növbə ilə dəyişər. Lakin yer üzündə gözəl aqibət isə Rəbbinin əmrlərini yerinə yetirib, Onun qadağalarından çəkinən möminlər üçündür. Onlar bu dünya da çətin imtahanlarla üzləşsələrdə bilin ki, gözəl aqibət onlarındır".

(129) Musanın - aleyhissəlam - İsrail oğul­larından olan qövmü Musaya - aleyhissəlam - dedilər: "Ey Musa! Sən bi­zim yanımıza gəlməzdən əvvəl də, sə­nin gəli­şin­dən son­ra da Firon tətəfdən oğlan övladlarımızı öldurməklə, qadınlarımızı sağ buraxmağla bizə əziyyət verildi". Musa - aleyhissəlam - onlara müjdə verərək de­di: "Ola bil­sin ki, Rəbbiniz düş­mə­ni­niz Fironu və onun əyanlarını məhv edib sizi onlardan sonra yer üzünün varis­ləri tə­yin etsin, sonra da sizin orada Allaha şükür yoxsa küfür edə­cə­yi­ni­zə baxsın".

(130) Biz Firon xalqını quraqlığa, yağışın yağmamasına, meyvələrin və məhsulun qıt­lığına məruz qoyaraq imtahana çəkdik ki, bəlkə onlar başlarına gələn müsibətlərin etdikləri küfürlər səbəbindən olduğunu dü­şü­nüb ibrət alsınlar və beləliklə də, günahlardan tövbə edib Allaha qayıtsınlar.

(131) Firon xalqına bolluq, gözəl meyvələr və ucuzluq və s. bu kimi xoşladıqları şeylər verildikdə: "Bu nemətlər bizə, biz buna layiq olduğumuz və bunların yalnız bizə aid olduğu üçün verilmişdir!"– de­yərdilər. On­lara quraqlığ, yağışın yağmaması və xəstəliklər və s. bu kimi pisliklər üz verdikdə isə, Musa - aleyhissəlam - və onunla bir­likdə olan İsrail oğullarını uğur­suzluq əla­məti sayardılar. Əs­lində isə onla­rın uğur­suzluğu pak və uca olan Allahın qədəri ilədir, bu işdə Musanın - aleyhissəlam - onlara bəd dua etməsindən başqa, Musanın və ona iman gətirənlərin heç bir aidiyyatı yoxdur. La­kin onla­rın çoxu bunu bilmədikləri üçün bunu Allahdan başqalarının etdiyini zənn edirlər.

(132) Firon xalqı Musaynın - aleyhissəlam - gətirdiyi haqqı qəbul etməkdən inadkarlıq edərək dedilər: "Sən bi­zə hər hansı bir ayəni, hər hansı bir dəlili gətirsən də, bizi yolumuzdan döndərmək məqsədi ilə dəlillərimizi batil edib, sənin həqiqətən də Allahın elçisi olduğunu sübut etmək üçün bizə hansı möcüzəni gətirsəndə belə, yenə də biz sənə inanan de­yilik!".

(133) Biz də onların Allahın ayələrini yalan hesab edib və bu ayələrə inadkarlıq etdiklərinə görə, üzərinə leysan yağış göndərib, onların tarlalarını və meyvələrini suda qərq etdik. Biz onların üzərinə çə­yirt­kələr göndərdik və bu çəyirtkələr də onların məhsullarını talan etdilər. Biz onların üzərinə əkin sahələrini məhv edən və insanın saçına düşüb, insana əziyyət verən bit­lər göndərdik. Biz onların üzərinə qurba­ğalar göndərdik və beləliklə də, bu qurbağalar onların qab-qacağlarına doluşub, yemək-içməklərini məhv etdi, yuxularına da haram qatdı. Biz onların üzərinə qan göndərdik. Onların su quyuları və çayları qanla doldu. Biz onlara bu açıq-aydın möcüzələri ayrı-ayrılıqda, bir-birinin ardınca göndərdik. On­lara hər bir müsibət üz verdikdə, onlar Allaha iman gətirməkdən və Musanın - aleyhissəlam - gətirdiyini təsdiq etməkdən təkəb­bür­lük göstərdilər, bununla da gü­nahkar, batildən əl çəkməyən və haqqa yönəlməyən bir tayfa oldular.

(134) Bu əzab onları bürü­dük­də Musanın - aleyhissəlam - yanına gələrək belə dedilər: "Ey Musa! Allah aramızdan səni peyğəmbər seçdiyinə görə və tövbə edəcəyimiz təqdirdə bizə üz verən bu əzabı bizdən so­vuşdur­ması üçün, sənə verdiyi əhd ilə bizim üçün Rəb­binə dua et! Əgər sən əzabı biz­dən so­vuşdur­san, o zaman biz mütləq sənə iman gəti­rəcək və İsrail oğul­larını müt­ləq sə­ninlə birlikdə göndərib, onları azad edəcəyik".

(135) Biz onları suda qərq etməzdən əvvəl müəy­yən vaxta qədər əzabı onlardan so­vuş­durduqda, özlərindən peyğəmbərə iman gətirmələri və İsrail oğullarını Musa - aleyhissəlam - ilə göndərmələri üçün aldığımız əhdi dərhal poz­dular. Beləliklə də, öz küfrlərində əvəllki kimi davam etdərək, İsrail oğullarını Musa - aleyhissəlam - ilə birgə göndərməkdən imtina etdilər.

(136) Nəhayət onları həlak etməmiz üçün onlara verilən müəyyən vaxt gəlib yetişdikdə, ayələrimizi yalan hesab edib, heç bir şəkk və şübhə olmayan haqqı inkar edib, ondan üz çevirdiklərinə görə əzabımızı göndərərək onları dənizdə qərq et­dik.

(137) Firon və əyanlarının alçatdıqları İsrail oğullarını yer üzünün şərq və qərb böl­gələrinə varislər təyin etdik. Şərq və qərb bölgələri dedikdə burada qəsd olunan, Şam diyarıdır. Allah bu diyarın torpağından çıxan bitkisinə və meyvəsinə bol-bol bərəkət vermişdir. Ey Peyğəmbər! Beləliklə də, Rəbbinin İs­rail oğul­ları barə­sin­dəki: ﴾Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək﴿ [Qasas: 5] – dediyi gözəl sözü tam ye­rinə yet­di və nəhayət, Allah onları, Firon və onun qövmünün əziyyətlərinə səbir etdikləri üçün yer üzündə bərqərar etdi, Fironun qur­duğu yurd-yuvanı, əkin sahələrini və onların tikib ucaltdıq­la­rı qəsirləri darma­da­ğın etdi.

(138) Musa əsasını dənizə vuran kimi o dərhal yarıldı, Biz İsrail oğullarını də­nizdən ke­­çirtdik və onlar Allahdan başqa öz büt­lə­ri­nə tapınan bir qövmə rast gəl­dilər. Bu zaman İsrail oğulları Musaya - aleyhissəlam - dedilər: "Ey Musa! On­la­rın Allahdan başqa ibadət etdikləri məbudları ol­duğu ki­mi, bi­zim də ibadət etməyimiz üçün bizə bir məbud düzəlt". Mu­­sa - aleyhissəlam - onlara de­di: "Ey Qövmümü! Hə­qi­qətən, siz, Allahı təzim etməkdən, ibadətdə Onu təkləşdirməkdən və Ona layiq olmayan şərikləri Ona qoşmaqdan cahil bir tayfasınız".

(139) Şübhəsiz ki, bütlərinə ibadət edən bu kimsələr Allahdan başqasına ibadət etdikləri üçün məhvə məh­kum­ olan kimsələrdir. İbadətdə Allahdan başqasını Ona şərik qoşduqları üçün etdikləri bütün itaət əməlləri isə ba­tildir".

(140) Mu­sa - aleyhissəlam - qövmünə dedi: "Ey qövmüm! Pak və uca olan Allah sizi zamanınızdakı bütün insanlardan üstün edərək, düşməninizi məhv etməklə sizə nemət bəxş edib, sizi yer üzərində xəlifələr təyin etməklə sizi orada bərqərar etdikdən sonra özünüz də Allahın mövüzələrinə öz gözlərinizlə şahid olduğunuz bir halda, mən si­zin Allah­dan qeyrisinə ibadət etməniz üçün sizə Onda baş­q bir məbud necə axtara bilərəm?!".

(141) Ey İsrail oğulları! Sizi Firon və onun qövmünün əzabından xilas etdiyimizi yadınıza salın. Belə ki, onlar, sizin oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə özlərinə xidmət etmələri üçün sağ buraxaraq sizə müxtəlif növ əzablar verirdilər. Allahın sizi Firon və onun qövmünün əzabından xilas etməsi, sizdən ötrü Rəbbiniz tərəfindən Ona şükürü tələb edən böyük bir imtahan var idi.

(142) Allah, elçisi Musa - aleyhissəlam - ilə otuz gecə­ danışması üçün ona vədə ver­di, sonra da Allah buna on ge­cə də əla­və etdi və beləliklə də, bu gecələrin sayı qırx gecə oldu. Mu­sa - aleyhissəlam - Rəbbi ilə danışmağa getmək istədikdə, qardaşı Ha­runa - aleyhissəlam - belə dedi: "Ey Harun! Qövmüm içə­ri­sin­də mənim xəlifəm ol, on­la­rı gözəl bir şəkildə, onlara yaxşı münasibət bəsləyərək on­la­rı idarə et, günahlar edərək fəsad törədən­lərin yoluna uyma və günahkarlara da yardımçı olma!"

(143) Musa - aleyhissəlam, qırx gecənin tamamında, onun üçün təyin etdiyimiz vaxtda Rəbbi ilə da­nış­mağa gəldikdə, Rəbbi onu bəzi əmrlər, qadağalar və s. işlər barədə danışdırdı. Bu zaman Musa - aleyhissəlam - Rəbbini görmək arzusuna düşdü və Allahdan Onu görməsini istədi. Pak və uca olan Allah ona belə cavab verdi: "Sənin buna taqətin çatmadığın üçün sən dünya həyatında heç vaxt məni görə bilməzsən. Lakin Mən bu dağa baxdığım zaman səndə həmin dağa bax. Əgər o, öz ye­rin­də dəyişməyib sabit qalarsa, sən Məni gö­rə bilərsən. Əgər dağ yerlə bərabər olarsa, demək sən Məni dünyada heç vaxt görə bilməzsən". Allah dağa baxdıqda bu zaman dağ yerlə bərabər oldu və Musa - aleyhissəlam - bayı­la­raq yerə yıxıldı. Musa - aleyhissəlam - özünə gəl­dik­də isə dedi: "Ey Rəbb! Mən Səni, Sənə layiq olmayan bütün eyib və nöqsanlardan uzaq tuturam. Mən Səni dünyada ikən görmək üçün soruşduğumu bir daha Səndən soruşmağa tövbə edirəm və mən qövmümdən iman gətirənlərin bi­rin­ci­si­yəm!"

(144) Allah Musaya - aleyhissəlam - dedi: "Ey Musa! Mən səni qövmünə peyğəmbər göndərdiyim zaman Öz vəhyimlə və səninlə heç bir vasirəsiz danışmağımla sə­ni insanlardan se­çib üstün et­dim. Elə isə sə­nə verdiyim bu şərəfli işi: nemətləri, əmr və qadağaları gö­tür və bu əzəmətli bəxşişə görə Allaha şükür edənlərdən ol!"

(145) Biz Musa üçün taxta və ya başqa bir şeydən olan lövhə­lərdə İsrail oğullarının dünya və axirətdə ehtiyac duyduqları hər şeydən, onlardan düşünüb ibrət alan kimsələr üçün öyüd-nəsihət və təfsilata ehtiyac olan hər bir hökmlərin təf­si­latını yazdıq və dedik: "Ey Musa! Bu Tövratı möhkəm və əzmlə tut, qövmün İsrail oğullarına da Tövratın əmr etdiyi: səbir və əfv etmək kimi hökmlərini kamil şəkildə yerinə yetirib, əcri böyük olan ən yax­şı­ hökmlərindən tutmağı əmr et! Mən sizə, Mənim əmrimə müxalif olub, itaətimdən çıxan kimsənin aqibətini və onun necə həlak və məhv olmasını göstə­rəcəyəm".

(146) Haqsız olaraq haqqa və Allahın qullarına tə­kəb­bürlük göstərən kimsələri, kainatdakı, öz nəfislərindəki ayələrimi və Kitabımda olan ayələri anlamaqdan uzaq­laş­dıracağam. On­lar bütün möcüzələri gör­­sələr də, bu möcüzələrdən üz çevirdiklərinə, Allaha və Onun elçisinə düşmənçilik etdiklərinə görə bunları inanmazlar. Onlar Allahın razılığına yönəldən haqq yolu görsələr, ora yö­nəl­məz, bu yola rəğbət bəsləməz, Allahın qəzəbinə sürükləyən, zəlalət və az­ğın­lıq yolunu görsələr, o yola yönələrlər. Onlara üz verən bu müsibət, onların, peyğəmbərlərin gətirdikləri vəhyin doğru olduğuna dəlalət edən Allahın əzəmətli ayələrini yalan hesab etdiklərinə və onlara məhəl qoy­madıqlarına görədir.

(147) Elçilərimizin doğru olduğuna dəlalət edən ayələrimizi və Qiyamət günü Allahla qarşılaşmağı yalan sayanların etdikləri saleh əməl­lə­r puç ol­du. Onlar Allaha iman gətirmədikləri üçün dünyada ikən etdikləri əməllərə görə heç bir savab qazanmadılar. Onlar Qiyamət günü yalnız etdikləri küfr və şirk əməllərə görə cəzalandıralacaqlar. Bu cəza, Cəhənnəmdə əbədi qalmaq cəzasıdır.

(148) Musa - aleyhissəlam - Rəbbi ilə danışmağa getdikdən sonra Musanın - aleyhissəlam - qöv­mü öz zinət əşyalarından canı olmayan, bö­yü­rən bir buzov hey­kə­li düzəltdilər. Məgər bu buzovun on­larla da­nışmadı­ğı­nı, onlara hissi və mənəvi haqq yolunu gös­tər­mə­di­yini, nə bir xeyir, nə də bir zərər vermədiyini görmür­dü­lərmi?! Buna bax­ma­ya­raq o buzovu özlərinə mə­bud qəbul etdilər və buna görə özlərinə zülm edənlərdən ol­dular.

(149) Onlar tutduqları işdən peş­man olub, çaşqınlıq içəində qaldıqları zaman, buzovu Allahla yanaşı özlərinə məbuq qəbul etdiklər üçün özlərinin doğru yol­dan azdıqlarını bildikdə, Allaha yalvararaq: "Əgər Rəb­bi­miz bizi, Ona itaət etməyə müvəffəq edib bizə rəhm etməsə və buzova ibadət ediyimizə görə bizi bağışlamasa, əlbəttə, dünya və axirətlərini ziya­na uğra­yan­lar­dan olarıq!"– de­dilər.

(150) Musa Rəbbi ilə danışdıqdan sonra qövmünün buzova ibadət etdiklərinə görə qəzəbli və kədər­li halda öz qövmünün yanına qa­yıt­dığı zaman onlara dedi: "Ey Qövmüm! Sizi qoyub getdikdən son­ra məni gözləməkdən bezib, buzovu özünüzə məbud qəbul etməklə, sizi həlaka və bədbəxtçiliyə sürükləyən işlər görüb necə də pis bir hala düşdünüz?!" Musa ona üz vermiş qəzəb və hüznündən dolayı əlindəki löv­hə­ləri yerə atdı və qardaşı Harunun - aleyhissəlam -, onlarla birlikdə olarkən, onları buzova ibadət etdiklərinə mane olmadığı üçün onun ba­şın­dan və saqqalından yapışıb özünə tə­rəf çəkdi. Harun - aleyhissəlam - Musaya - aleyhissəlam - üzürxahlıq edib, könlünü almaq üçün ona dedi: "Ey ana­mın oğlu! Həqiqətən, camaat məni zəif hesab edib, məni rəzil etdilər və az qala ki, onlar məni öldürsünlər. Məni rüsvay et­məklə düşmən­lərimi sevindirmə. Mənə qəzəbləndiyinə görə məni Allahdan başqasına ibadət etməklə özlərinə zülüm edən za­lım­ qövümlə tay tut­ma".

(151) Musa - aleyhissəlam - Rəbbinə dua edərək dedi: "Ey Rəb­bim! Məni və mənim qardaşımı ba­ğış­la, bizi Öz mərhəmətinə qo­vuşdur və o mərhəmət bizi hər bir tərəfdən bürüsün. Ey Rəbbimiz! Sən bizə rəhm edənlərin ən rəhm­li­sisən!"

(152) Həqiqətən, buzovu özlərinə ilah qəbul edib, ona ibadət edənlər Rəbbini qəzəbləndirdiklərinə və Onu lazımınca qiymətləndirmədiklərinə görə onlara Rəbbindən şiddətli bir qə­zəb və dünya həyatında alçalmaq üz verəcəkdir. Biz Allaha qarşı yalan iftira yaxan­ları be­lə bir cəza ilə cəzalandırırıq.

(153) Allaha şərik qoşaraq və günah əməllər edərək pis işlər görüb sonra bu­nun ardından Allaha iman gətirib Ona tövbə edərək, etdikləri günahlardan əl çəkən kimsələrə gəlincə, Ey Peyğəmbər! şübhəsiz ki, Rəbbin, Ona tövbə etdikdən sonra şirkdən imana, günahdanda da itaətə qayıdan kimsələrin günahlarının üstün örtün, onları bağış­la­­yar və onlara rəhm edər.

(154) Musanın - aleyhissəlam - qəzəbi sakit­lə­şdikdə, qəzəbləndiyinə görə əlindən yerə atdığı löv­hələri yerdən götürdü. Bu lövhələrdə, hidayət yolunu zəlalətdən ayırd edən, haqqa yönəldən doğru yol və Rəbbinin əzabından qorxub, çəkinənlər üçün mər­həmət var idi.

(155) Musa, onlardan buzova ibadət edən səfehlərin etdiyi əmələ görə Rəbbindən bağışlanma diləmək üçün qövmündən yetmiş hörmətli ki­şi seçdi. Allah onların gəlişi üçün müəyyən vaxt təyin etdi. On­lar təyin edilmiş vaxtda gəldikdə, Allaha qarşı özlərində cürət tapıb, Musadan - aleyhissəlam - Allahın onlara gözlə görünməsini tələb etdilər. Elə bu zaman onları zəl­zə­lə yaxala­dı və zəlzələnin dəhşətindən bayılmaqlar və beləliklə də onlar məhv oldular. Musa - aleyhissəlam - bunu gördükdə, Rəbbinə yalvararaq dedi: "Ey Rəb­bim! Əgər is­tə­səydin, bura gəlməzdən əvvəl on­ları da və məni də onlarla birgə məhv edərdin. Özü­müz­dən olan ağıldan kəmlərin etdik­lərinə görə bizi həlakmı edəcək­sən? Qövmümün buzova ibadət etməsi, yalnız Sə­nin istədiyin kimsəni azdırmaq və istədiyinidə doğru yola yönəltmək üçün olan sınağdan başqa bir şey deyildi. Sən bizim himayə­çi­mizsən! Bi­zim günahlarımızı bağışla və bizə Öz geniş rəhmətinlə rəhm et! Axı Sən günahı ba­ğış­la­yanla­rın və əfv edənlərin ən yax­şısı­san!

(156) Bizi bu həyat­da nemətlərlə, sağlamlıqla ikram etdiyin, saleh əməllərə müvəffəq etdib və saleh qulların üçün Axirətdə cənnət hazırladığın qullarından et, Həqi­qə­tən, biz, Sənə üz tut­duq və etdiyimiz günahlarımızı boynumuza aldıq! Uca Allah dedi: "Bədbəxtçilik səbəblərindən yapışan kimsələri istədi­yi­m əza­bı­ma düçar edi­rəm. Bu dünyada isə rəhmətim hər şeyi əhatə etmişdir. Yer üzündə elə bir canlı yoxdur ki, rəhmətim ona toxunmasın, lütfüm və yaxşılığım onu bürüməsin. Mən rəhmətimi Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qor­xan, mallarının zə­katını fəqirlərə verən və ayələrimizə iman gətirənlər üçün yaza­ca­ğam.

(157) O kəslər ki, oxuyub yazmağı bil­mə­yən, ona yalnız Rəbbi tərəfindən vəhy edilən, onun adını və əlamətlərini Musaya - Aleyhissəlam - nazil edilmiş Tövratda və İsaya - Aleyhissəlam - nazil edilmiş İncildə yazıl­mış olduğunu gördükləri peyğəmbər Muhəmmədin - sallallahu aleyhi və səlləm - ardın­ca ge­dərlər. O pey­ğəmbər onlara yax­şı işlər gör­mə­yi əmr edər, sağlam ağıl və fitrətin pis gördüyü əməl­ləri isə qadağan edər, on­lara pak və halal olan yemək-içməyi və nikahları halal, bunlardan mur­dar şey­ləri isə haram edər. On­ların özlərindən əvvəlki ümmətlərin yükləndiyi, məsələn: qatilin qəsdən və ya xətadan öldürməsindən aslı olmayaraq onu öldürməyin vacib olduğu kimi ağır yüklərini yüngül­ləş­di­rər. İsrail oğullarından və onlardan başqalarından ona iman gətirən, ona hörmət, ehtiram və sayğı edən, ona, onunla düşmənçilik edən kafir qövmə qarşı kömək edən və onun­la gön­dərilmiş nur kimi doğru yol göstərən Quranın ardınca ge­­dənlər, məhz bu kimsələr dilədikləri Cənnətə daxil olub, qorxduqları Cəhənnəmdən xilas olaraq ni­cat tapan­ kimsələrdir.

(158) Ey Peyğəmbər! De: "Ey insanlar! Şüb­hə­siz ki, sizin ərəb və ya əcəm olmanızdan aslı olmayaraq, mən sizin hamınıza göndərilmiş Alla­hın elçi­si­yəm. Göy­lərin və yerin mülkü yalnız Onun əlindədir, Ondan başqa iba­də­tə layiq olan haqq məbud yoxdur. O, ölüləri diril­dir, diriləri də öl­dü­rür. Ey İnsanlar! Elə isə Allaha və Onun yazıb-oxu­maq bil­mə­yən, sizə yalnız Rəbbinin ona vəhy etdiyindən xəbər verən, həm Allaha, həm də ona nazil edilən Allahın kəlmələri­nə və özündən əvvəl göndərilən peyğəmbərlərə, onlar arasında fərq qoymadan hamısına iman gətirmiş elçisi Muhəmməd peyğəm­bərə - sallallahu aleyhi və səlləm - iman gətirin. Onun Rəbbindən sizə gətirdiyinin ardın­ca gedin ki, bəlkə dünyada və axirətdə sizə faydalı olan şeylərə yö­nə­lə­si­niz".

(159) Musanın - aleyhissəlam - İsrail oğullarından olan qövmü içərisində düzgün dində sabit qalan, isanları haqqa yönəldən və insanlar arasında ədalətlə hökm verib, zülm etməyən bir camaat da vardır.

(160) Biz İsrail oğulların on iki qəbiləyə böldük. Qövmü Mu­sadan - aleyhissəlam - Allahın onlara yağış yağdırması üçün Ona dua etməsini tələb etdiyi zaman, Biz ona: "Ey Musa! Əsanla daşa vur!" – deyə vəhy etdik. Musa - aleyhissəlam - da əsası ilə daşa vurdu, elə bu zaman onların on iki qəbilələrinin sayı qədər daşdan on iki bulaq qay­nayıb çıxdı. Hər qəbilə özü­nün ona xas olan su içəcəyi ye­ri bildi. Həmən bulaqdan başqa qəbilədən olan kimsə su içə bilməzdi. Biz on­la­rın üstünə buludla kölgə sal­dıq, onlar yer üzündə seyr edikdə o buludlarda onların üzərində onlarla birgə seyr edər, dayandıqları zaman üzərindəki o buludlarda dayanardı. Biz onlara bal kimi şirin olan şərab və bil­dirçinə oxşar, əti dadlı kiçik quş nemətlərimizdən ruzi endir­dik, özlərinə də: "Sizə ruzi olaraq ver­di­yi­miz pak şey­lər­­dən yeyin!"– de­dik. On­lar etdikləri günahlarla, nemətlərə küfür etməklə və onlara verilən nemətlərə layiqincə şükür etmədiklərinə görə bizə qarşı deyil, lakin Allahın əmrlərinə müxalif olub, Onun nemətlərinə nankorluq etdikləri üçün özlərini həlaka sürüklədiklərinə görə yalnız özləri öz­lə­ri­nə zülm etdilər.

(161) Ey Peyğəmbər! Bir zaman Allahın İsrail oğullarına: "Beytülmüqəddəsə daxil olun, ora­da olan meyvələrdən, istədiyiniz yerlərdə və istədiyiniz qədər ye­yin, "Ey Rəbbimiz! Xətalarımızı bağış­la!" – deyin və qapıdan Rəbbinizə rüku və səcdə edə­rək daxil olun, əgər belə etsəniz gü­nah­larınızdan keçərik" – dediyini xatırla. Biz yaxşı işlər görən­lərin dünya və axirət mükafat­larını ar­tı­ra­rıq.

(162) Onlardan özlərinə zülm edənlər onlara əmr olunan sözü dəyişib, Allahdan bağışlanma istəmək əvəzinə: "Sünbülün üstündəki buğda"– dedilər. Onlara əmr olunan əməli də başqa bir əməllə dəyişib, (şəhərə) Allaha təslim olub, boyunlarını əyərək daxil olmaq əvəzinə, əksinə, yanları üstə sürünə-sürünə daxil oldular. Biz də onların etdikləri zülmə görə onların üzərinə göydən şiddətli əzab göndərdik.

(163) Ey Peyğəmbər! Yəhudilərədən dənizə yaxın kəntdə yaşayan ata-babaları barədə Allahın onlara necə əzab verdiyini onlara xatıriatmaq üçün xə­bər al! O vaxt on­lar şənbə gü­nü ov etmək üçün qoyulmuş qadağanı po­zub, Allahın hüdudlarını aşaraq o günü ov edirdilər. Belə ki, Allah onları, şən­bə günü balıq­ları dənizin üzə çıxararaq onla­rın ya­nı­na axışıb gəlməsi, şən­bədən başqa gün­lərdə isə onlara tə­rəf gəl­məməsi ilə imtahana çəkdi. Allah onların etdikləri günahlara və Onun itaətində çıxdıqlarına görə belə bir imtahana çəkmişdi. Onlar balıq ovlamaq üçün torlarını qoyub, quyularını qazıyaraq hiyləgərliyə əl atdılar. Beləliklə də, altıncı gün balıqlar tora düşürdü, bazar günü isə o balıqları tordan çıxarıb yeyirdilər.

(164) Ey Peyğəmbər! O zaman onlardan bir dəstə onları pis işlərdən çəkindirib, qadağan etdiyini yadına sal. Bu vaxt başqa bir dəstə onlara de­di: "Etdikləri əməllərə görə Allahın onları dünyada məhv edə­cəyi və ya Qiyamət günü şid­dət­li əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nə­si­hət verirsiniz?" Öyüd-nəsihət edən kimsələr on­lar belə de­dilər: "Bizim onlara verdiyimiz öyüd-nəsihət, Allahın bizə əmr etdiyi yaxşılığı əmr edib, pislikdən çəkindirməyi yerinə yetirərək bizə əzab verməməsinə görə Allah ya­nında üzrxah­lıq et­mək üçün­dür. Bəlkə, onlar bu öyüd-nəsihətdən ibrət alıb, etdikləri pis əməl­lər­dən çəkinələr!"

(165) Günahkarlar onlara nəsihət edənlərin öyüd-nəsihərindən üz çevirib, altıncı gün balıq ovlamaqdan əl çəkmədikləri zaman Biz pis əməl­ləri qadağan edən kimsələri əzabdan xilas etdik, altıncı gün balıq ovlamaqla özlərinə zülüm edənləri isə Allahın itaətdən çıxdıq­la­rına və günahlar etməkdə davam etdiklərinə görə dəhşətli bir əzabla yaxa­ladıq.

(166) Onlar Allaha qarşı təkəbbürlük və inadkarlıq edərək özlərinə qoyulan həddi poz­ub, öyüd-nəsihətdən üz çevirdikdə, Biz onlara: "Ey günahkar insanlar! Zəlil mey­munlar olun! – dedik, onlarda dediyimiz kimi oldular. Biz bir şeyin olmasını istədiyimiz zaman ona ancaq: "Ol!" – deyərik. O da dərhal olar.

(167) Ey Peyğəmbər! O zaman Allahın yəhudilərə dünya həyatından ta Qi­ya­mət gününədək onları alçaldacaq və rəzil edəcək kim­sələr göndə­rəcəyini açıq-aşkar olaraq bildirdiyini yadına sal. Ey Peyğəmbər! Doğ­rudan da, sənin Rəb­bin Ona asi olanlara tez cəza ve­rən­dir. Bəzən də Allah, onların əzabını axirətə saxlamaz elə dünyada ikən əzabını tezləşdirər. Hə­qiqətən də, O, Ona tövbə edən qulların günahını bağışla­yan­dır və onlara qarşı rəhmli­dir.

(168) Biz onları, yer üzündə bir camaat halında olduqdan sonra üm­mət­lə­rə və tayfalara böldük. Onlar arasında həm əmə­lisaleh olub, Allahın və insanların haqqlarını verən, həm mötədil olub, islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini etiraf edən bir camaat, həm də günah qazanmaqla öz nəfslərinə zülüm edən kimsələrdə vardır. Biz onları asanlıq və çətinliklə imtahan etdik ki, bəlkə günahlardan əl çəkib doğru yola qayıtsınlar.

(169) Onlardan sonra onlara xələflər olan pis insanlar gəldi. Ata-babalarından Tövrata varis olub onu oxudular, lakin ona əməl etmədilər. Allahın kitabını təhrif etmək və orada olandan başqa bir hökm vermək üçün çirkin dünya malını rüşvət olaraq qəbul etdilər. On­lar, Allah onların günahlarını bağışlayacağını özlərinə təsəlli verirdilər. Əgər on­la­ra buna bənzər dəyərsiz dünya malı gəlsəydi, tərəddüd etmədən onu da alardılar. Mə­gər Allah onlardan Onun barə­sin­də təhrif etmədən, haqdan başqa bir şey söylə­məyəcəklərinə dair əhd-peyman alın­ma­mış­dı­mı? Onların kitaba əməl etməmələri cahilliklərinə görə deyil, əksinə, özləri bilərəkdən ona əməl etmirdilər. Halbuki on­lar o kitabı oxuyub, orada olanları öy­rən­miş­di­lər. Bundan sonra onların haqqdan üz çevirmələri daha şiddətlidir. Amma Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinən kimsələr üçün axirət həyatı və orada olan daimi nemətlər fani dünya mənfəətindən daha xeyirlidir. Məgər Allahın kəlamlarını fani dünya malına dəyişən kimsələr, Allahın axirətdə müttə­qi­lər üçün hazırladığı nemətlərin daha xeyirli olduğunu an­la­mır­larmı?!

(170) Kitabdan möhkəm ya­pı­şıb, orada olanlara əməl edib, namazın vaxtlarına, şərtlərinə, vaciblərinə və sünnələrinə əməl edərək qılanlara gə­lincə, Allah onların etdikləri əməllərin mükafatını verəcəkdir. Allah saleh əməl edənlərin əcrini heç vaxt zay etməz.

(171) Ey Muhəmməd! İsrail oğulları Tövratda olan hökmlərə əməl etməkdən imtina etdikləri zaman, dağı yerindən qoparıb başları üstünə qaldırdıqda, sanki dağ onların başılarının üstü­nə bu­lud kimi kölgələndirdiyini və onlar da dağın on­la­rın üstünə düşə­cəyini zənn etdiklərini, onlara: "Sizə verdiyimiz­dən möhkəm, əzm və qətiyyətlə ya­pı­şın, Allahın sizin üçün qoyduğu hökmləri xatırlayın, unutmayın ki, bəlkə, onları yerinə yetirdikdə Allahdan qorxasınız!"– dediyini yadına sal.

(172) Ey Muhəmməd! Yadına sal ki, bir zaman Rəbbin Adəm oğul­la­rı­nın bellərindən onların züriyyətini çı­xarmış və: "Mən sizin Rəbbiniz de­yi­ləm­mi?"– de­yə, on­ların fitrətlərində qoyduğu imanla Özünün Rəbb olduğunu onlara isbat etdirməklə, onların Xaliqi və Rəbbi olduğunu onlara etiraf etdirmiş, onların hamısı: "Bəli, Sən bizim Rəbbimizsən!"– demişdilər. Onda Allah buyurmuşdur: "Biz, Qiyamət günü bunu inkar etməklə Allah yanında üzür gətirməməniz üçün sizi imtahan edib, sizdən əhd-peyman aldıq ki, sizin bun­dan xəbəriniz yox idi – deməyə­siniz.

(173) Yaxud: "Ata-babalarınız siz­dən əvvəl onlardan alınan əhd-peymanı pozub, Allaha şərik qoşmuş və siz də onlardan sonra gələn bir nəsil olub, onları Allaha şərik qoşduqlarını görüb, onların ardınca getmisiniz deyə özünüzə bəhanə axtararaq: "Ey Rəbbimiz! Məgər Sən bizi, bizdən əvvəl olub keçmiş, Allaha şərik qoşaraq öz əməllərini batil etmiş ata-babalarımızın etdikləri əməl­lə­rə görə əzabmı verəcəksən?! Bizim günahmız yoxdur, biz cahilliyimiz üzündən onların ardınca getdik"– demə­yə­si­niz.

(174) Biz yalan hesab edən ümmətlərin aqibəti barədə olan ayələri izah ediyimiz kimi ayələri bunlara da beləcə izah edirik ki, bəlkə Allahın onlardan aldığı əhd-peymana əsasən, Allaha şərik qoşmaqdan tövbə edib, Onu tək İlah qəbul edib, yalnızOna ibadət edələr!

(175) Ey Peyğəmbər! İsrail oğullarına, özünə ayələrimizi ver­di­­yimiz, bu ayələri bilib, haqqı başa düşdükdən sonra əməl etməyən, əksinə haqqa arxa çevirib, şeytanın təqibinə məruz qalıb, onu özünə dost tutan və beləliklə də nicat tapıb, doğru yolda olduqdan sonra zəlalətə düşərək həlak olan bir kişinin əhvalatını oxu.

(176) Əgər Biz bu ayələrlə ona fayda vermək istəsəydik, bu ayə­lə­rin sayə­sində onu ucaldar və bu ayələrə əməl etməyə müvəffəq edib, onu dünya və axirətdə yüksək dərəcələrə ucalardıq. La­kin o, dünyanı axirətdən üstün tutaraq dünya­ şəhvətlərinə meyl salıb özünə rəzaləti seçdi və öz nəfsinin batil istəyinə uydu. Onun dünyaya həddən artıq hərisliyinin misalı hər zaman ləhləyən itin misalına bən­­zə­yir; onu dayansa da dilini çı­xardıb ləh­lə­yər, qovulsa da. Bu deyilən məsəl, ayələri­mizi ya­lan he­sab edən­, azğın qövmün məsəlidir. Ey Peyğəmbər! Bu əhva­lat­la­rı onlara da­nış ki, bəlkə onlar fikirləşib Allahın ayələrini yalan saymaqa son qoyub bu azğınlıqdan əl çəksinlər.

(177) Dəlillərimizi və sübutlarımızı təsdiq etməyib, yalan sa­yan kimsələrdən də daha pis kimsə yoxdur! Məhz elə bu kimsələr, özlərini həlaka sürükləməklə nəfislərinə zülm edən kimsələrdir.

(178) Allah kimi doğru yola müvəffəq edərsə, həqiqətən də o, doğ­ru yoldadır. Allah kim­i də doğru yoldan uzaqlaşdırarsa, həqiqətən də, onlar öz axirət paylarını naqis edən kimsələrdir. Şübhəsiz ki, ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!

(179) Biz əzəli elmimizə əsasən kimin nə əməl sahibi olacağını bildiyimiz üçün, Cəhənnəm üçün bir çox cin­lər və bir çox insanlar yaratdıq. On­ların qəlb­lə­ri var, onunla özlərinə fayda və zərər verən şeyləri dərk etməzlər; gözləri var, onunla özlərində və kainatda olan Allahın ayələrini gör­üb ibrət almazlar; qulaqları var, onun­la Allahın ayələrini eşidib düşünməzlər. Belə bir sifətlərə sahib olan kimsələr ağıllarını itirdikləri üçün heyvan ki­mi­dirlər, əksinə, onlar hət­ta heyvandan da daha çox az­ğın­lıq­dadırlar. Allahın ayələrindən və axirət günündən qafil olanlar da məhz onlardır.

(180) Pak olan Allahın cəlalına və kamalına dəlalət edən ən gözəl adlar Onundur. İstədiyinizə nail olmaq üçün Allaha bu adlar vasitəsi ilə dua edin, Ona bu adlarla həmd-səna edin, Onun adlarını başqasına verənləri, bu adları inkar və ya təhrif edənləri yaxud da başqalarını bu ad və sifətlərə oxşadadaraq haqdan sapanları tərk edin. Haqdan sapanların et­dik­ləri əməllərin cəzası ağrılı-acılı əzab alacaqdır.

(181) Yaratdıqlarımız içərisində özlərini haqq yola sövq edən və başqalarını da bu yola dəvət edən, insanlar arasında haqqla hökm verib, zülm etməyən bir camaatda də vardır.

(182) Ayələrimizi yalan sa­yıb, onlara iman etməyib, əksinə, inkar edənlərə öz azğınlıqlarında davam etmələri üçün ruzi qapılarını onların üzünə açacağıq, sonra heç öz­lərinin də bilməyə­cəkləri bir yerdən əzabımız qəflətən onları yaxalayacaqdır.

(183) Mən onlara şiddətli əzab vermək üçün Allahın ayələrini yalan hesab edib, küfr etdiklərdə davam etsinlər deyə, ta özlərinə əzab olunmayacaqlarını zənn edənə qədər azabı onlara gecikdirirəm. Şübhəsiz ki, Mənim hiyləm qüvvətlidir. Onlara zahirən yaxşılıq etdiyimi göstərir amma həqiqətdə isə bununla onları rüsvay etmək istəyirəm.

(184) Məgər Allahın ayələrini və Onun elçisini yalan hesab edən kimsələr fikirləşib, öz ağıllarını işlədərək başa düşmürlərmi ki, Muhəmməddə - sallallahu aleyhi və səlləm - heç bir də­lilik yox­dur? O ancaq Allahın əzabından açıq-aşkar qorxu­dan, Allahın onu insanlara göndərdiyi bir elçisidir!

(185) Məgər onlar göylərdə və yerdə Allahın səl­tənətinə baxıb ibrət almırlarmı, Allahın orada ya­rat­­dı­ğı heyvan, bitkilər və s. bunlardan başqa yaratdığı hər şeyə fikir vermirlərmi, əcəllərinin ya­xın­­laşa biləcəyinə diqqət ye­tirib, bəlkə də bu onların sonu olacağını düşünüb, ölüm onlara gəlməzdən əvvəl Allaha tövbə etməyəcəklərmi? Əgər onlar Qurana, orada olan Cənnət və Cəhənnəm xəbərlərinə inanmayacaqlarsa, bundan sonra daha hansı kitaba inana­caqlar?!

(186) Allah kimi haqq yoldan sapdırıb, ona doğru yolu göstərməzsə, kimsə onu haqqa yönəldə bilməz. Bundan sonra Allah on­ları öz az­ğınlıqları və küfrləri içə­risində çaşqın dolaşan və­ziy­yətdə tərk edər.

(187) Qiyamət gününü yalan hesab edib buna inadkarlıq edənlər, səndən o saatın nə zaman qopacağını və onların da buna nə vaxt yəqin olacaqları barəsin­də soru­şurlar? Ey Muhəmməd! De: "Qiyamətin qopma saatı barədə nə mən, nə də ki, başqa bir kimsə bilər. Bu saatın qopacağı vaxtı yalnız tək Allah bilir. Onun qopaca­ğı üçün müəyyən edilmiş vaxtı yalnız Allah, aşkara çıxara bilər. Onun qopacağı vaxt göylər və yer əhlinə gizlin qalmışdır. O si­zə gözlənmədən gələ­cək­dir". Sanki onu bilir­mişsən ki­mi səndən Qiyamət saatı barədə soru­şur­lar. Lakin onlar bilmirlər ki, sən Rəbbini kamil bir şəkildə tanıdığın üçün bu barədə soruşmursan. Ey Muhəmməd! Onlara de: "Qiyamətin qopma saatının bilgisi ancaq Allaha aid­dir. Lakin insanların ço­xu bu­nu bilməzlər".

(188) Ey Muhamməd! De: "Mən Allahın istə­di­yindən başqa özümə nə bir fayda verməyə, nə də bir zə­rəri özümdən uzaqlaşdırmağa qadirəm. Bu, yalnız Allahın ixtiyarında olan bir işdir. Allahın mənə öyrətdiyindən başqa bir şey bilmirəm. Mən qeybi bilmirəm. Əgər qey­bi bilsəydim, əvvəlcədən hər şeyi bilib, sonunun necə qurtaracağını bildiyimə görə, əl­bət­tə, özüm üçün xeyir artıraran səbəblərdən yapışardım və özümü pis­liklərdən qoruyardım. Mən sadəcə, Allah tərəfindən göndərilən bir elçiyəm. Mən, mənim uca və pak olan Allahın elçisi olduğuma iman gətirib, mənim gətirdiyimə inanan bir qövm üçün Onun ağrılı-acılı əzabı ilə qorxu­dan, Allah qatında böyük savabla müjdə­lə­yənəm".

(189) Ey kişi və qadınlar! Sizi tək bir candan, Adəmdən - aleyhissəlam -, Adəmdən də - aleyhissəlam - onun zöv­cəs Həvvanı yaradan Odur. Allah Həvvanı Adəm onunla ünsiyyət bağlayıb, rahatlıq tapsın deyə onun qabırğasından yaratdı. Adəm zöv­cəsinə yaxınlıq etdikdə, zövcəsi yün­gül bir yüklə yükləndib ha­milə qal­dı. Hamiləliyin ilkin vaxtı olduğu üçün heç özüdə bunu hiss etmədi. Həvva bir müddət ağırlıq hiss etmədən onu bətnində gəzdir­di. Bətnindəki körpəsi böyüyüb, ağır­laşdığı za­man hər ikisidə: "Ey Rəbbimiz! Əgər Sən bizə bütün əzaları sağlam bir övlad ver­sən, əlbəttə, Sənin nemətlərinə şükür edən­lərdən ola­rıq" – deyə Allaha dua etdilər.

(190) Allah onların hər ikisinin duasına cavab verib, onlara, dua edib istədikləri kimi onlara sağlam bir öv­lad ver­dikdə isə özlərinə ver­di­yi övladda Allaha şəriklər qoşaraq, onu Allahdan başqasının qul edib, uşağa Abdul haris (Əkinçinin qulu) adı verdilər. Allah isə hər bir şə­rikdən ucadır. Rəbbliyə və ilahlığa layiq olan yalnız Odur.

(191) Məgər onlar bu bütləri və başqalarını ibadətdə Allaha şəriklərmi qoşurlar? Axi onlar o bütlərin heç bir şey yaratmadığlarını və ibadətə layiq olmadığlarını bilirlər. Əksinə, onlar özləri məxluqdurlar. Elə isə o bütləri necə Allaha şərik qoşurlar?!

(192) Bu ibadət olunanlar, nə onlara ibadət edənlərə, nə də ki, özlərinə yardım etmək iqtidarında deyillər. Axi belə bir halda necə onlara ibadət edirlər?!

(193) Ey Müşriklər! Siz Allahdan başqa özünüzə ilah qəbul etdiyniz bütləri doğru yola ça­ğır­sa­nız, onlar sizin çağırışınızı qəbul edib, sizin ardınızca gəl­məz­lər. Onları ça­ğırsanız da, sussanız da onlar üçün fərqi yoxdur. Çünki onlar anlamayan, eşitməyən və danışa bilməyən sadəcə cansız bir əşyadırlar.

(194) Ey Müşriklər! Sizin Allahdan qeyri ibadət etdikləriniz Allahın yaratdığı məxluqlardır. Onlarda Allahın qullarıdır və sizin kimi məxluqdurlar. Bununla belə siz onlardan daha üstünsünüz, çünki siz dirisiniz, danışırsınız, gəzirsiniz, eşidib və görürsünüz. Amma ibadət ediyiniz bütlər isə heç də belə deyillər. Əgər iddainızda doğru de­yirsinizsə, elə isə onları çağırın, qoy sizə cavab ver­sinlər.

(195) Məgər özünüzə ilah qəbul etdiyiniz bu bütlərin öz ehtiyaclarını ödəmək üçün gəzib-dolaşan ayaqla­rı­mı vardır? Yoxsa sizi müdafiə edən qüvvətli əlləri vardır?! Yoxsa onla­rın sizin görmədiyiniz şeyləri görüb o haqqda sizə xəbər göz­ləri vardır?! Yoxsa onların sizin eşidib bilmədiyiniz şeyləri eşidib sizə bildirən qulaqla­rı vardır?! Əgər o bütləriniz bütün bu şeylərdən məhrumdurlarsa o zaman onlardan mənfəət umub, zərərdən qorunmaq üçün necə onlara ibadət edirsiniz?! Ey Peyğəmbər! O müşriklərə de: "Çağırın Allahla bərabər tutduğunuz ilahlarınızı, son­ra mənim əzabıma qarşı hiylə qurun və mənə heç möh­lət də verməyin!".

(196) Həqiqətən, mənim hi­ma­yəda­rım, mənə yardım edən və məni qoruyan Allahdır. Mən Ondan başqasına üz tutmaram və sizin bütlərinizdən də qorxub çəkinmərəm. İnsanlara doğru yolu göstərən Quranı mənə nazil edən Odur. Qullarından əmə­li­sa­lehlərə hi­mayəçilik edən, onları qoruyan və onlara kömək olan da Odur!

(197) Ey Müşriklər! Dua edib çağırdığınız bu bütlər nə sizə, nə də ki, özlərinə yardım etməyə qadirdilər. Onlar aciz bir məxluqdurlar. Axı belə olan təqdirdə siz Allahı qoyub necə onlara dua edirsiniz?!

(198) Ey Müşriklər! Allahdan başqa ibadət etiyiniz bütlərinizi doğru yola ça­ğır­sa­nız, onlar sizin çağırışınızı eşitməzlər. Sən onları gözlərini dikib sənə ba­xan gö­rürsən, halbuki o gözlərlə görməzlər. Müşriklər insanlar və heyvanlar şəkilində, əlləri, ayağları və gözləri olan bütlər düzəldirdilər, lakin onlar cansızdırlar, diri deyillər və heç bir hərəkət etməyə də belə qadir deyillər.

(199) Ey Peyğımbər! İnsanlardan gözəl əməl və gözəl əxlaqları qəbul et, bacarmadıqları işlərlə onları mükəlləf etmə, çünki bu onlarda niftər hissi oyadar. Onlara hər bir yaxşı söz deməyi və hər bir yaxşı əməl etməyi əmr et və cahil­lər­dən üz döndər. Sənə cahillik edənə, cahilliklə qarşılıq vermə. Sənə əziyyət verənə, sən əziyyət vermə. Sənə haqqını verməyənə sən haqqını kəsmə.

(200) Ey Peyğəmbər! Əgər şeytanın sənə bir vəsvəsə yaxud sənə hər hansı bir xeyir əməl etməyə mane olduğunu hiss etsən, bu zaman onun şərindən Allaha sığın. Çün­ki Allah, dediyin sözü eşidəndir, Ona sığındığını biləndir və O, səni şeytanın şərindən qoruyacaqdır.

(201) Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxanlara şey­tandan özlərinə bir vəsvəsə toxun­ub günah etdikləri za­man Allahın əzəmətini, günahkarlara verəcəyi əzabı və itaətkarlara üçün hazırladığı savabı xa­tırlayıb, dər­hal günahlardan tövbə edib öz Rəbbinə tərəf dönər, haqqa qayıdıb, qəflətdən ayılarlar.

(202) Şeytanların günahkarlardan və kafirlərdən olan qardaşları öz qardaşla­rın­a günah etdikdən sonra yenə də günah etməyi gözəl göstərərək onların az­ğın­lığını artırarlar. Sonra da nə şeytanlar onları azdırmaqdan, nə də ki, günahkar insanlar onlara tabe olub şər əməllər etməkdən əl çəkməzlər.

(203) Ey Peyğəmbər! Əgər sən onlara bir möcüzə gə­tir­sən səni yalançı hesab edib, ondan üz çevirərlər, onlara möcüzə gətirmədikdə isə: "Nə olardı ki, özündən bir möcüzə ixtira edib, uyduray­dın?"– deyərlər. Ey Peyğəmbər! Onlara de: "Mən özümdən bir möcüzə gətirə bilmərəm. Mən yal­­­nız Allahın mənə vəhy etdiyinə tabeyəm. Sizə oxuduğum bu Quran sizin Xaliqiniz və işlərinizi idarə edən Allahdan gə­lən açıq-aşkar də­lil­lər, mömin qullarına doğru yolu gös­tə­rən rəh­bərdir. Amma möminlərdən qeyriləri isə zəlalət və bədbəxtçilik içərisindədirlər".

(204) Quran oxunduğu za­man Allahın sizə rəhm etməsi üçün onu din­ləyin, danışmayın və Quranı dinləməkdən başqa bir şeylə məşğul olmayın!

(205) Ey Peyğəmbər! Rəbbin Allahı, zəlil, təvazökar halda və qorxaraq yad et. Gündüzün əvvəl və axşam saatlarında, bu iki fəzilətli vaxtlarda, səsini nə çox yuxarı qaldırmadan, nə də ki, çox aşağı salmadan orta bir qaydada dua et və Uca Allahı yad etməkdən qafil­ olanlardan olma.

(206) Ey Peyğəmbər! Rəbbinin hüzurunda olan mə­ləklər pak olan Allaha ibadət et­məkdə tə­­kəbbürlük etməzlər, əksinə, Ona tabe olub, boyun əyərlər və bundan yorulmazlar. Onlar Allahı gecə-gündüz Ona layiq olmayan şeylərdən uca tutarlar və yalnız Ona səcdə edir­lər.