(1) Ey Peyğəmbər! Səhabələrin səndən qənimətlərin necə və kimlər arasında bölünməsi barəsində soruşurlar. Ey Peyğəmbər! Onların suallarına cavab olaraq onlara belə de: "Qənimətlər Allah və Onun Rəsulu - sallallahu aleyhi və səlləm - üçündür, qənimətləri bölməyin və paylamağın hökmü Allaha və Rəsuluna - sallallahu aleyhi və səlləm - aiddir, sizin üzərinizə düşən isə Allah və Rəsulunun - sallallahu aleyhi və səlləm - hökmlərinə boyun əyib, tabe olmaqdır". Ey Möminlər! Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allahdan qorxun və aranızdakı düşmənçilik münasibətlərini bir-birinizə qarşı sevği, gözəl əxlaq və əfv etməklə düzəldin. Əgər həqiqətən də möminsinizsə, Allaha və Onun Rəsuluna - sallallahu aleyhi və səlləm - itaət edin. Çünki iman, insanı itaətə əməllərə yönəldər və günah əməllərdən çəkindirər. Səhabələrin Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bu sualı, Bədr döyüşü baş verdikdən sonra olmuşdur.
(2) Həqiqi möminlər ancaq o kəslərdir ki, pak və uca olan Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, qəlbləri və bədənləri itaətə sövq edər, özlərinə Allahın ayələri oxunduqda bu ayələri düşünər və bu onların imanlarının üzərinə imanlarını daha da artar, onlar xeyirlərə nail olub, zərərlərdən qorunmaq üçün yalnız öz Rəbbinə etimad edər.
(3) O kəslər ki, namazı daima vaxtı-vaxtında, kamil şəkildə əda edər və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda vacib və müstəhəb xərcləyəri paylayarlar.
(4) Məhz bu sifətlərə sahib olan kimsələr, özlərində iman və zahiri İslam xislətlərini cəm etdikləri üçün onlar həqiqi möminlərdir. Onların Rəbbi yanındakı mükafatı yüksək dərəcələr, günahlarının bağışlanması və bolluca ruzidir. Bu, Allahın onlar üçün hazırladığı nemətlərdir.
(5) Qənimətlərin bölünməsi barədə öz aranızda ixtilaf etdikdən sonra Uca və Pak olan Allah onun bölgüsünü sizə həvalə etməyib, əksinə, bu işi Allaha və Onun Rəsuluna aid etdiyi kimi. Ey Peyğəmbər! Rəbbin sənə vəhy etdiyi ayələr vasitəsi ilə Mədinədə çıxıb müşriklərlə döyüşə getməyi də əmr etmişdir. Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi.
(6) Ey Peyğəmbər! Möminlərdən həmin dəstə müşriklərlə döyüşmək barədə vəziyyət özlərinə bəlli olduqdan sonra yenə də səninlə mübahisə edirdilər. Sanki onlar öz gözləri ilə baxa-baxa ölümə sürüklənirdilər. Bu onların döyüşə çıxmaq istəmədiklərinə görə idi. Çünki onlar döyüşə çıxmaq üçün özlərinə heç bir hazırlıq görməmişdilər.
(7) Ey Allah yolunda cihad edən möminlər! O vaxt Allah sizə, iki müşrik dəstədən birinin sizin olacağını vəd edirdini yadınıza salın! Bu dəstənin biri, sizin qənimət əldə etmək istədiyiniz müşriklərin mal-dövlətlərini daşıyan karvan, o biri isə onlara qarşı səfərbərlik elan edib, onlarla döyüşüb, onları məğlub edəcəyiniz karvan dəstəsi idi. Siz müşriklərin mal-dövlətlərini daşıyan karvanın döyüşsüz, asan bir şəkildə sizin olmasını arzulayırdınız. Amma Allah sizə döyüşməyi əmr etməklə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək, kafirlərin başçılarının kökünü kəsmək və İslam dininin qüvvəsi zahir olana qədər onlardan çoxlu sayda əsir əldə etmənizi istəyirdi.
(8) Allah müşriklərə bu dinin doğruluğuna dəlalət edən dəlilləri göstərməklə İslamı və müsəlmanları zahir edərək haqqı gerçəkləşdirəcək və batilin də batil olduğuna dəlalət edən dəlilləri göstərməklə batili puç edəcəkdir. Müşriklər bunu istəməsələrdə, Allah bu dini izhar edəcəkdir.
(9) Bədr döyüşü günü düşmənlərinizə qarşı Allahdan yardım dilədiyinizi yadınıza salın. Ey Möminlər! O zaman Allah da sizə bir-birinin ardınca gələn min mələklə yardım edərək duanızı qəbul etmişdi.
(10) Ey Möminlər! Allah sizə mələklər vasitəsi ilə yardımını düşməninizə qarşı sizə yardım edəcəyi üçün sizə bir müjdə və bu qələbə ilə qəlbiniz müvəqqəti rahatlıq tapsın deyə belə etdi. Qələbə heç də sayın və ya döyüş alətlərinin çoxluğu ilə deyil, qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Öz mülkündə yenilməz qüvvət sahibidir, kimsə Onu məğlub edə bilməz. O, insanlar üçün qoyduğu şəri hökmlərdə və işlərində hikmətlidir.
(11) Ey Möminlər! Yadınıza salın ki, o zaman düşməninizdən qorxmamanız üçün sizə bir təskinlik olsun deyə, Allah sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi pisliklərdən təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, düşmənlə qarşılaşdıqda isə bədəninizi sabit etməklə qəlbinizi möhkəmləndirsin və bu yağmur vasitəsi ilə qumsal yeri dərkidib, ayağlarınız quma batmaması üçün ayağlarınızın altın sabit etmişdir.
(12) Ey Peyğəmbər! O zaman Rəbbin Bədrdə möminlərə yardım göndərdiyi mələklərə: "Ey Mələklər! Mən Öz köməyim və yardımımla sizinləyəm! Möminləri düşmənlə döyüşməyə gücləndirin. Mən kafirlərin qəlbinə şiddətli qorxu salacağam. Ey Möminlər! Kafirləri öldürmək üçün onların boyunlarını vurun və sizinlə döyüşə bilməmələri üçün oynaqlarını və əl-ayaqlarını kəsin!" – deyə vəhy etmişdi!
(13) Kafirlərin döyüş zamanı öldürülməsinin, əl-ayaqlarının kəsilməsinin səbəbi, onların Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - müxalif olmalarına, onlara əmr olunana əməl etməmələrinə və qadağan olunduqları əməldən əl çəkinmədiklərinə görədir. Kim bu işdə Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - müxalif olarsa, Allah ona dünyada ölüm və ya əsir düşməklə, axirətdə isə odla şiddətli əzab verər.
(14) Ey Allahın və Onun rəsulunun əmrlərinə müxalif olan kimsələr! Sizə deyilən bu əzabı dünya həyatında gecikdirilmədən dadın, əgər küfr və inadkarlıq edərək ölərsinizsə, axirətdə sizin üçün Cəhənnəm odunun əzabı da vardır.
(15) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Əgər döyüş meydanında müşriklərlə yaxın bir məsafədə qarşı-qarşıya gələrsinizsə, onlara məğlub olmayın və arxanızı onlara çevirib qaçmayın, əksinə, onların qarşısında sabitqədəm olun və onlarla döyüşməkdə səbir nümayiş etdirin. Bilin ki, uca Allah Öz köməyi və yardımı ilə sizinlə birgədir.
(16) Kim düşmənə yenidən hücum etmək məqsədi ilə hiyləğərlik edib, onlara sanki özünün onlardan qaçdığını göstərib, bir tərəfə çəkilən və ya başqa bir müsəlman camaatından yardım istəmək məqsədi ilə onlara qoşulanlar istisna olmaqla, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, Allahın qəzəbinə düçar olar. Onun axirətdə qalacağı yer Cəhənnəmdir. Onun dönüş yeri necə də pis yerdir, onun gedəcəyi yer necə də pis yeridir.
(17) Ey möminlər! Bədr döyüşündə müşrikləri öz gücünüz sayəsində siz öldürmədiniz, lakin Allah sizə onları öldürməyə yardım etd. Ey Peyğəmbər! Müşriklərə atdığın zaman sən atmadın, lakin sənin atdığını onlara çatdıran Allah atdı ki, möminlər sayca və döyüş hazırlığı baxımından müşriklərdən qat-qat az olduğunuz bir halda, O, sizə Öz tərəfindən düşmənlərinizə qarşı qələbə verməklə, Onun sizə olan nemətinə şükür etməniz üçün sizi yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah dualarınızı, dediyiniz sözləri eşidəndir, əməllərinizi görən və sizə xeyirli olan hər şeyi biləndir.
(18) Müşrikləri öldürmək, onların məğlub olana qədər atmaları, döyüş meydanından arxalarını sizə çevirib qaçmaları, möminlərin düşmən üzərində qələbə çalma neməti və bunların hamısı, Allahdandır. Allah İslama qarşı hiylə işlədən kafirlərin hiyləsini boşa çıxardar.
(19) Ey Müşriklər! Əgər siz həddini aşan zalımlara Allahın onlara əzab verməsini diləyirsinizsə, artıq Allah dilədiyiniz əzabı sizə gətirmişdir. Allah sizə, möminlərə ibrət olacaq bir əzab göndərmişdir. Əgər bunu Allahdan diləməkdən əl çəksəniz, bu, sizin üçün xeyirli olar. Ola bilsin ki, Allah bununla sizə bir az möhlət versin və sizdən intiqam almaqa tələsməsin. Yox əgər möminlərə qələbə bəxş edib, sizə əzab verdikdən sonra da Allahdan zalımlara əzab verməsini diləsəniz və möminlərlə döyüşsəniz, bu zaman möminlərin az olmasına rəğmən, sizin sayınız və döyüş hazırlığınız çox olsa belə camaatınız və himayədarlarınızın sizə heç bir faydası olmaz. Şübhəsiz ki, Allah Öz köməyi və yardımı ilə möminlərlə birğədir. Allah kim ilə birğə olarsa, heç kimsə onu məğlub edə bilməz.
(20) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allaha və Onun Rəsuluna itaət edin. Allahın ayələri sizə oxunduğunu eşitdiyiniz bir halda, Onun əmrinə müxalif olub, qadağan olunan əməli etməklə Ondan üz çevirməyin.
(21) Ey Möminlər! Özlərinə Allahın ayələri oxunan: "Bizə Qurandan oxunan ayələri, qulaqlarımızla eşitdik" - deyən münafiqlər və müşriklər kimi olmayın. Əslində isə onlar bu ayələri dərk edib, heç faydalanmadılar.
(22) Şübhəsiz ki, yer üzündə gəzib-dolaşan Allah yanında canlıların ən pisi haqqı eşidib qəbul etməyən karlar, danışa bilməyən lallardır. Məhz belə kimsələr, Allahın əmr və qadağalarını dərk edə bilməyən kimsələrdir.
(23) Əgər Allah o yalan hesab edən müşriklərdə bir xeyir olduğunu bilsəydi, əlbəttə ki, onlara haqqı eşitdirib, onları faydalandırardı və onlara açıq-aydın dəlilləri göstərərdi. Lakin Allah onlarda xeyirin olmadığını bilirdi. Əgər Allah haqqı onlara eşitdirsəydi belə, yenə də onlar inadkarlıq göstərib üz çevirərək dönüb gedərdilər.
(24) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Allah və Onun rəsulu - səllallahu aleyhi və səlləm - sizi, sizə həyat verəcək haqqa çağırdığı zaman, Allahın və rəsulunun - səllallahu aleyhi və səlləm - əmrlərini yerinə yetirib, qadağalarından çəkindirərək Allah və Onun rəsulunun - səllallahu aleyhi və səlləm - çağırışına cavab verib, Ona təslim olun. Yəqin olun ki, Allah hər şeyə qadirdir. Siz haqqı inkar etdikdən sonra yenidən haqqa dönmək istədikdə O, sizin haqqa tabe olmanıza mane olmağa qadirdir. Elə isə Ona tərəf tələsin və bilin ki, siz qiyamət günü tək Allahın hüzuruna toplanacaqsınız. O zaman Allah sizə dünyada ikən etdiyiniz əməllərinizin müqabilini verəcəkdir.
(25) Ey Möminlər! Sizlərdən təkcə günahkarlara üz verməyən, əksinə, günahkarı və geyri gühahkarı bürüyəcək əzabdan çəkinin. Bu, insanlar arasında zülüm yayılıb və kiminsə onu dəyişdirməyəcəyi zaman baş verəcəkdir. Yəqin olun ki, Allah günahkarlara şiddətli cəza verəndir. Elə isə Onun qarşı günah etməkdən çəkinin!
(26) Ey Möminlər! Yadınıza salın ki, siz Məkkədə olduğunuz zaman sayca az idiniz, insanlar sizi zəif sayıb, sizə zülm edirdilər və düşmənləriniz sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə Mədinədə sığınacaq verdi, Bədir döyüşündə sizə düşmənləriniz üzərində qələbə və düşmənlərinizdən əldə etdiyiniz qənimətlər nəsib etdi ki, bəlkə Allahın sizə olan nemətlərinə şükür edəsinz və Allahda bu nemətləri sizə daha da artırsın. Elə isə bu nemətlərə nankorluq etməyin, yoxsa Allah bu nemətləri sizdən alar və sizə əzab verər.
(27) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Əmrləri tərk edib və qadağalardan çəkinməməklə Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - və özünüz də xəyanət olduğunu bildiyiniz bir halda, sizə əmanət edilən borc və s. əmanətlərə xəyanət etməyin, yoxsa zərər çəkənlərdən olarsınız.
(28) Ey Möminlər! Bilin ki, mal-dövlətiniz və övladlarınız Allahdan sizin üçün yalnız bir sınaqdır. Çünki bunlar sizi axirət həyat üçün saleh əməl etməyə mane olar və sizi xəyanətə sürükləyər. Bilin ki, böyük savab isə Allah yanındadır. Elə isə mal-dövlətə və oğul-uşaqa görə xəyanət edib bu böyük savabı əldən verməyin.
(29) Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Bilin ki, əgər siz Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxsanız, O sizə haqla batili ayırd etmə bacarığı verər, bundan sonra qəlbinizdə heç bir şübhə qalmaz, Allah sizin etdiyiniz pis əməllərdən keçər və sizin günahlarınızı bağışlayar. Allah böyük lütf sahibidir. Allahın mütəqqi qulları üçün hazırladığı cənnət də, Onun böyük lütfündən biridir.
(30) Ey Peyğəmbər! Bir zaman müşriklər səni həbs etmək, öldürmək yaxud yaşadığın yurdundan başqa bir yerə qovmaq üçün sənə qarşı hiylə qururdularını xatırla. Onlar sənə qarşı hiylə işlətdilər, Allah da onların hiylələrini qaytarıb, özlərinə etdi və Allah onlara qarşı hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.
(31) Sən onlara ayələrimizi oxunduğu zaman onlar haqqa qarşı inadkarlıq və təkəbbürlük edərək belə deyərlər: "Artıq biz bundan əvvəl buna oxşarını eşitdik. Əgər istəsək, biz də buna oxşar Quran deyə bilərik. Eşitdiyimiz bu Quran, keçmişdəkilərin uydurmalarından başqa bir şey deyildir, elə buna görə də, biz heç vaxt iman gətirən deyilik" – deyərlər.
(32) Ey Peyğəmbər! Yadına sal ki, bir zaman müşriklər: "Ey Allah! Əgər Muhəmmədin - səllallahu aleyhi və səlləm - gətirdiyi bu din, haqq dindirsə, onda bizi məhv etmək üçün üstümüzə göydən daş yağdır yaxud bizə ağrılı-acılı bir əzab göndər" – dedilər. Onlar bunu Allaha küfürdə həddlərini aşdıqları üçün belə demişdilər.
(33) Ey Muhəmməd! Sən sağ ikən, onların arasında olduğun halda Allah sənin ümmətinə - istər icabət ümməti olsun, istərsə də ki, dəvət ümməti- əzab verməyəcək. Sənin onlar arsında olmağın onlar üçün bir əmin-amanlıqdır. Onlar Allahdan günahlarının bağışlanmalarını dilədikləri müddətcə Allah onlara əzab verən deyildir!
(34) Onlar insanları Məscidulharama daxil olmağa və orada tavaf etməyə mane olaraq özlərinə əzabın gəlməsini vacib edən əməllər etdikləri bir halda, onlara əzab verməməyə Bizə mane olan nədir?! Müşriklər heç də Allahın övliyaları deyillər, Allahın övliyaları yalnız Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan müttəqilərdir. Lakin müşriklərin əksəriyyəti özlərinin Allahln övliyası olduğunu idda etsələr də, əslin də isə onlar, özlərinin Allahın övliyası olmadığını bilməzlər.
(35) Müşriklərin Məscidulharamın yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Ey Müşriklər! Allaha küfr etdiyinizə və Onun rəsulunu - səllallahu aleyhi və səlləm - yalan saydığınıza görə Bədr döyüşün də ölüm və ya əsir düşməklə dadın əzabı!
(36) Şübhəsiz ki, Allaha küfr edən kimsələr insanları Allah dinindən sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, lakin istədikləri heç vaxt həyata keçməyəcəkdir, sonra da var-dövlətlərini boş və faydasız yerə xərclədikləri üçün bunun peşmançılığını çəkəcək, daha sonra isə möminlərə məğlub ediləcəklər. Allaha kafir olanlar qiyamət günü Cəhənnəmə sürüklənəcəklər və onlar oda daxil olub, orada əbədi qalacaqlar.
(37) Öz var-dövlətini insanları Allah yolundan döndərmək üçün sərf edən kafirlər Qiyamət günü, Allahın murdar kafir dəstəsini, pak mömin dəstəsindən ayırması üçün Cəhənnəm oduna sürükləyəcəklər, məhz o gqn murdar insanları, əməlləri və var-dövlərin hamısını dəstə-dəstə, bir-birinin üstünə qoyub Cəhənnəmə atılacaqdır. Ziyana uğrayanlar da məhz onlardır. Çünki onlar dünyada etdikləri əməllərə görə qiyamət günü nəfslərini və ailələrini ziyana uğratmışdılar.
(38) Ey Peyğəmbər! Qövmündən Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - küfr edənlərə de ki, əgər onlar Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - küfr etməyə və Allaha iman edənləri Allah yolundan döndərməyə son qoysalar, Allah onların olub-keçən günahlarını bağışlayar. Çünki İslam özündən qabaq olan günahları əfv edər. Yox, əgər etdikləri küfr əməllərə qayıtsalar, atrıq əvvəlki ümmətlər də Allahın sünnəti belə idi ki, əgər onlar Allahı və Onun Rəsullarını yalan hesab edib və bu əməldə dava etdikdə Allah onlara dərhal əzab göndərərdi.
(39) Ey Möminlər! Din, itaət yalnız şəriki olmayan Allaha məxsus edilənədək düşməniniz kafirlərlə vuruşun, əgər onlar etdikləri əməllərə və insanları Allahın yolundan döndərməyə son qoyarlarsa bu zaman onlarla vuruşmaqdan vaz keçin. Allah etdiyiniz əməlləri görür və Ona heç bir şey gizli qalmaz.
(40) Əgər onlar qadağan olunduqları əməllərdən: Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - küfr etməyə və insanları Allahın yolundan döndərməyə son qoymazlarsa, Ey Möminlər! yəqin olun ki, Allah sizə onlara qarşı mütləq yardım edəcəkdir, Allah himayə etdiyi kimsə üçün ne gözəl himayədarınızdır, yardım etdiyi kimsə üçün nə gözəl yardımçıdır!
(41) Ey möminlər! Əgər siz Allaha və haqla batili bir-birindən ayırd edərək sizə düşməniniz üzərində zəfər çalmağa nəsib etdiyi Bədir günü qulumuz Muhammədə (ona Allahın salavatı və salamı olsun) nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, Allah yolunda cihad edərkən kafirlərdən zorla əldə etdiyiniz mal beş hissəyə bölünməlidir. Həmən malın beşdə dörd hissəsi mücahidlərin payına düşür. Qalan beşdə bir hissə isə beş qismə bölünərək paylanılmalıdır. Bu malın bir qismi Allah və Rəsulunun payına düşür. Bu qisim, müsəlmanların ümumi məsrəflərinə sərf edilir. Bir qisim Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Haşim və Muttalib oğullarından olan yaxınlarının payına düşür. Bir qisim, yetimlərin, bir qisim fəqir və miskinlərin, diğər bir qisim isə yarı yolda qalmış müsafirlərin payına düşür. Sizə yardım edən Allah hər şeyə qadirdir.
(42) Yadınıza salın ki, O zaman siz vadinin Mədinəyə yaxın tərəfində, müşriklər vadinin uzaq, yəni, Məkkəyə yaxın tərəfində, karvan isə sizdən aşağıda Qırmızı dənizin sahilinə yaxın bir yerdə idi. Əgər siz və müşriklər Bədrdə qarşı-qarşıya gəlmək üçün vədələşmək istəsəydiniz bir-birinizlə ixtilaf edərdiz. Lakin bütün nöqsanlardan münəzzəh olan Allah sizi aranızda əvvəlcədən vədələşmə olmadan Bədrdə cəm etdi ki, olacaq işi, yəni, möminlərə zəfər nəsib edərək kafirləri zəlil etməyi, dinini izzətli, şirki isə alçaq tutmağı həyata keçirsin. Müşriklərdən həlak olan, möminlərin özlərindən sayca və döyüş hazırlığı baxımından qat-qat az olduğunu açıq-aydın bildikdən sonra həlak olsun, onlardan sağ qalanları da Allahın möminlərə yardım etdiyinə açıq-aydın bir dəlillə sağ qalsın ki, kiminsə Allah yanında bəhanəsi olmasın. Allah hər bir deyilən sözü eşidəndir, hər bir edilən əməli biləndir. Ona heç bir şey gizli qalmaz və O, qulların etdikləri əməllərin müqabilini verəcəkdir.
(43) Ey Peyğəmbər! Allah yuxunda müşrikləri sənə, onların sizdən sayca az olduqlarını göstərib, sən də möminlərə bu yuxunu xəbər verməyin, onlar da bu müjdə ilə sevinib, özlərində düşmənlə qarşı-qarşıya gəlməyə cəsarət tapmaları, Allahın sənə və möminlərə əta etdiyi nemətlərdən biri olduğunu yadına sal. Əgər Allah sənə yuxuda onların sizdən çox olduqlarını göstərsəydi, bu zaman əshabın düşmənlə qarşı-qarşıya gəlməkdən ruhdan düşər və onlarla döyüşməkdən qorxardılar. Lakin Allah sizi bundan qoruyaraq, sizi bu uğursuzluqdan xilas etdi və beləliklə də onların sayını peyğəmbərinin (sallallahu aleyhi və səlləm) gözündə az sayda olduqlarını göstərdi. Şübhəsiz ki, O, qəlblərdə olub, gizli qalarları bilir!
(44) Ey Möminlər! Yadınıza salın ki, o vaxt müşriklərlə qarşı-qarşıya gəldiyiniz zaman Allah onların sayını sizin gözünüzə az göstərərək sizi düşmənlə döyüşməyə cəsarətli etdi. Sizin də sayınızı onların gözündə azaltdı ki, sizinlə qarşılaşdıqda geriyə dönüb qaçmaq barədə düşünüb döyüşə girməkdən çəkinməsinlər. Bununla Allah olacaq işi yerinə yetirdi və möminlərə müşrikləri qətlə yetirib əsir götürməklə intiqam almaq və düşmən üzərində zəfər çalmaq nemətini bəxş etdi. Bütün işlərin sonu yalnız tək olan Allaha qayıdır. Allah, pislik edənin, etdiyi pisliyinə görə cəzasını, yaxşılıq edənin də, etdiyi yaxşılığa görə mükafatını verəcəkdir.
(45) Ey Allaha iman gətirib Onun Rəsuluna tabe olan kimsələr! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun, onlardan qorxmayın, Allahı çox yad edib Ona çox dua edin. Həqiqətən Allah sizi istədiyinizə müvəffəq edib qorxduğunuz şeydən salamat etmək üçün sizə düşməniniz üzərində qələbə nəsib etməyə qadirdir.
(46) Dediyiniz sözlərdə, etdiyiniz əməllərdə və bütünlüklə hər bir halınızda Allaha və Onun Rəsulununun itaətinə bağlı olun. Hər hansı bir şey haqqında fikir yürütdükdə bir-birinizlə mübahisə etməyin, çünki mübahisə zəyifləmənizə, qorxmanıza və həmçinin ruhdan düşmənizə səbəbir. Düşməninizlə qarşı-qarşıya gəldikdə səbirli olun, çünki Allah, Öz qələbəsi, yardımı və köməyilə səbr edənlərlə birgədir. Allaha kiminlə olarsa, onun qalib və müzəffər olacağı qaçılmazdır.
(47) Məkkədən təkəbbürlə, özlərini insanlara göstərmək üçün çıxan və insanları Allah dinindən sapdıran və bu dini qəbul etməyə mane olan müşriklər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən əhatə etmişdir. Onların etdikləri əməllər Allaha əsla gizli qalmaz və Allah onların etdikləri əməllərin müqabilini verəcəkdir.
(48) Ey möminlər! (bədr günü) Allahın sizə olan nemətini yadınıza salın. Belə ki, şeytan müşriklərə əməllərini gözəl göstərib onları müsəlmanlarla qarşı-qarşıya gətirdi və onları döyüşə təhrik edərək: "Bu gün heç kəs sizə qalib gələ bilməz. Mən sizə yardım edən və sizi düşməninizdən qoruyaram!"– demişdir. Elə ki, iki dəstə- mələklərin yardım etdiyi möminlər dəstəsi və şeytanın arxasını çevirib qaçaraq köməksiz qoyduğu müşriklərin dəstəsi ilə qarşı-qarşıya gəldi, şeytan müşriklərə: "Mən sizdən uzağam. Mən möminlərə yardım etmək üçün gəlmiş mələkləri görürəm. Mən, Allahın məni həlak etməsindən qorxuram. Çünki Allah şiddətli cəza verəndir. Onun əzabına kimsə tab gətirə bilməz"– demişdi.
(49) Yadınıza salın ki, bir zaman münafiqlər və imanı zəyif olan kimsələr deyirdilər: "Müsəlmanları saylarının azlığına, döyüş hazırlıqlarının kifayət qədər olmamasına, düşmənlərinin onlardan həm sayca, həm də döyüş hazırlığı baxımından özlərindən qat-qat çox olmasına baxmayaraq onlara qələbə vəd verən dinləri aldatdı! Onlar dərk etmirlər ki, kim tək Allaha arxalanıb Onun vəd etdiyi yardıma inanarsa, Allah ona yardım edər, nə qədər zəyif olsa da belə, Allah onu köməksiz qoymaz. Allah güc-qüvvət sahibidir, kimsə ona qələbə çala bilməz. Qəza və qədərində, qoyduğu şəriət qanunlarında hikmət sahibidir!
(50) Ey Peyğəmbər! Kaş ki, sən Allaha və Onun Rəsullarına küfür edən kafirləri mələklərin onların ruhlarını alanda görərdin! Üzlərinə və dönüb qaçdıqda isə arxalarına vuraraq canlarından alır: "Ey Kafirlər! Dadın yandırıcı odun əzabını!" – deyirlər. Əgər sən buna şahid olsaydın bu zaman dəhşətli bir şeyə şahid olardın.
(51) Ey Kafirlər! Ruhlarınız alınan zaman sizə verilən ağrılı-acılı əzab və həmçinin qəbirlərinizdə və axirətdə sizə ediləcək atəşin əzabı, dünyada ikən öz əllərinizlə etdiyiniz günahlara görədir. Əks təqdirdə isə, Allaha insanlara əsla zülm edən deyildir! Allah qiyamət günü onlar arasında ədalətlə hökm verəcəkdir. Allah, ədalətlə hökm verəndir.
(52) Kafirlərin başına gələn bu əzab heç də tək onlara aid deyil. Əksinə bu, hər zaman və hər yerdə Allahın kafirlər üzərində olan sünnətidir. Firon əhli-əyalı və onlardan əvvəlki ümmətlər Allahın ayələrini yalan saymaları və etdikləri günahlar səbəbindən Allah onları Özünün qüvvət və qüdrətinə layiq şəkildə əzabla yaxalayaraq, onlara əzab nazil etdi. Allah qüvvətlidir, kimsə ona qələbə çala bilməz. Ona asi olanlara qarşı əzabı da şiddətlidir!
(53) Allahın bir qövmə verdiyi nemətləri almasının və o qövmün şiddətli əzaba düçar olmasının səbəbi, onların Allaha iman edib doğru yolda sabitqədəm olmaq və nemətlərə şükr etmək kimi gözəl hallarını Allaha qarşı küfür, asilik və Onun nemətlərinə naşükürlük etmək kimi pis hala dəyişmələri oldu. Şübhəsiz ki, Allah qullarının danışdıqlarını eşidir, onların nə əməllər etdiklərini görür və bundan Ona heç bir şey gizli qalmaz!
(54) Bu kafirlərin əməli Allaha küfür etmiş Fironun əhli-əyalı və təkzib etmiş əvvəlki qövümlərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Allah da onları etdikləri günahlar səbəbindən məhv etdi. Allah Firon əhli-əyalını dənizdə qərq edərək məhv etdi. Fironun əhli-əyalı və onlardan əvvəlkilər Allaha küfür etdiklərinə və Ona şəriklər qoşduqlarına görə onların hamısı zalım idi. Onlar məhz etdikləri bu əməllərə görə Allahın əzabını özlərinə vacib etdilər və beləliklə də, əzaba düçar oldular.
(55) Şübhəsiz ki, yer üzündə gəzib-dolaşan canlıların ən şərlisi Allaha və Onun Rəsullarına kafir olanlardır. Onlara Allahın bütün mövcüzələrini göstərsən də belə, öz küfürlərində israrlı olduqlarına görə əsla iman gətirməzlər. Onlar ağılları ilə haqqı düşünüb dərk etməyən, qulaqları ilə haqqı eşitməyən və gözləri ilə haqqı görməyən kimsələrdir.
(56) Onlar yəhudu nəslindən olan, Bəni qurayza qəbiləsi kimi hər dəfə sənin onlarla bağladığın əhdlərini pozan və buna görə heç nədən çəkinməyən, əhdlərinə sadiq qalmayan və sizə verdikləri sözlərini tutmayan kimsələrdir.
(57) Ey Peyğəmbər! Əgər əhdlərini pozan o kimsələri döyüşdə yaxalamış olsan, onları elə cəza ver ki, onu eşidən hər bir kəs bundan ibrət alsın və bir daha nə səninlə müharibə etməyə, nə də ki, sənə qarşı müharibə edənlərlə bir sırada olmağa cürət etməsin.
(58) Ey Peyğəmbər! Əgər bir qövmün əməllərindən şübhələnib səninlə bağladıqları əhdi pozacaqları ilə xəyanət etmələrindən qorxarsansa, bu zaman sən onlara əhdini pozduğunu bildir ki, hər iki tərəf bundan xəbərdar olsun. Onlarla bağladığın əhdi pozduğunu onlara bildirmədən onlara qəfildən hücum etmə. Çünki onlara bunu bildirmədən qəfildən hücuma keçməyin xəyanətdir. Şübhəsiz ki, Allah xainləri sevməz. Əksinə Allah xayinlərə əzab verər. Sən özünü xain olmaqdan qoru!
(59) Qoy kafirlər Allahın əzabından qaçıb qurtara biləcəklərini zənn etməsinlər. Çünki onlar Allahın əzabından əsla qaçıb yaxa qurtara bilməzlər. Onlar harada olsalar belə, Allahın əzabı mütləq onları yaxalayacaqdır.
(60) Ey möminlər! Atıcılıqla və s. bu kimi şeylərlə düşmənlərə qarşı bacardığınız qədər qoşun və qüvvə hazırlayın. Onlarla döyüşə Allah yolunda bəsləyib saxladığınız döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, kafirlərdən sizə müsibət gəlməsini gözləyən öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz və həmçinin qəlblərində sizə qarşı düşmənçilik gizlətdiklərini bilmədiyiniz düşmənlərinizi qorxudasınız. Siz onları tanımasanızda lakin Allah onların daha yaxşı tanıyır və onların kim olduğunu və qəlblərində sizə qarşı nə gizlətdiklərini daha yaxşı bilir. Allah yolunda az və ya çox olmasından aslı olmayaraq nə xərcləsəniz, Allah sizə dünya həyatında onun əvəzini, axirət həyatında isə sizə kamil savab bəxş edər. Elə isə malınızı Allah yolunda xərcləməyə tələsin!
(61) Ey Peyğəmbər! Əgər onlar sülhə və həmçinin sizinlə döyüşməkdən əl çəkməyə meyl edərlərsə, sən də ona meyl et, onlarla əhd-peyman bağla, bundan sonra Allaha təvəkkül et və yalnız Ona arxalan. Əgər belə etsən Allah səni əsla köməksiz qoymaz! Həqiqətən, Allah, onların dediklərini sözləri eşidəndir, etdikləri əməlləri və qəlblərində gizlətdikləri biləndir.
(62) Ey Peyğəmbər! Əgər onlar sülhə meyl etməklə və sizinlə onlar arasında atəşkəsin əldə olunmasını istəməklə yenidən səninlə döyüşməyə hazırlıq görərək səni aldatmaq istəsələr, bil ki, Allah, səni onların hiyləsindən və onların sənə hər hansı bir pislik toxundurmasından qoruyar. O, səni həm Öz köməyi ilə, həm də ki, mühacir və ənsardan olan möminlərin sənə yardım etməsi ilə qüvvətləndirdi.
(63) Allah sənə yardım edən möminlərin qəlblərini bir-birindən ayrı olduqdan sonra birləşdirdi. Əgər sən yer üzündə olan mal-dövlətin hamısını onların qəlblərini bir-birinə birləşdirmək üçün sərf etsəydin belə, yenə də onların qəlblərini birləşdirə bilməzdin. Lakin Uca Allah onları birləşdirdi. Həqiqətən, Allah qüdrətlidir, heç kimsə onu məğlub edə bilməz, O, işlərində, şəri hökmlərində və insanlar üçün təyin etdiyi qəza-qədərində hikmət sahibidir.
(64) Ey Peyğəmbər! Şübhəsiz ki, Allah sənə və sənin ardınca gedən möminlərə düşmənlərinin şərindən kifayət edər. Elə isə, Allah inan və Ona arxalan!
(65) Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Onları kafirlərlə döyüşməyə ürəkləndir. Ey Möminlər! Əgər aranızda kafirlərlə döyüşməyə iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr, əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar Allahın Öz dostlarına yardım etməsini və düşmənlərini isə məhv etməsini anlamayan bir qövümdür. Onlar nə üçün döyüşdüklərini dərk etmirlər. Onlar dünya da ucalmaq, ad-sana və şan-şöhrət nail olmaq üçün döyüşürlər.
(66) Ey möminlər! Allah sizin zəif olduğunu bildiyi üçün sizin yükünüzü yüngülləşdirdi və sizə rəhm edərək bu sayı azaltdı. Belə ki, sizdən birinin on kafirlə döyüşmək əvəzinə, iki kafirlə döyüşməyini vacib etdi. Əgər aranızda kafirlərlə döyüşməyə yüz səbirli kişi olsa, onlardan iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah Öz köməy və yardımı ilə səbir edən möminlərlədir.
(67) Peyğəmbərə yer üzündə ona qarşı döyüşən çoxlu sayda kafir qırıb və onların bir daha Peyğəmbərlə döyüşməyə cürət edib, qəlblərinə qorxu salmayınca kafirlərdən əsir götürmək yaraşmaz. Ey Möminlər! Siz Bədrdə əsir düşmüş kimsələrdən fidyə alıb və bunun müqabilində onları sağ buraxmaqla dünya mənfəətlərini istəyirsiniz, Allah isə dinin qələbə çalması və izzətlənməsi ilə axirəti qazanmağınızı istəyir. Allah zatında, sifətlərində və məğlub etməsində yenilməz qüdrət sahibidir, kimsə Onu məğlub edə bilməz. O, insanlar üçün təyin etdiyi qəza-qədərində və qoyduğu şəri hökmlərində hikmət sahibidir.
(68) Əgər qənimtlərin və əsirlərdən almağınız fidyənin Allah tərəfindən sizə hala olması əzəldən yazılmış bir hökm olmasaydı, əldə etdiyiniz qənimətin və əsirlərdən aldığınız fidyənin hala olması barədə Allah tərəfindən vəhy nazil olmadan əvvəl bu işi etdiyinizə görə sizə böyük bir əzab toxunardı.
(69) Ey möminlər! Kafirlərdən ələ keçirdiyiniz qənimətlərdən yeyin, cünki Allah onu sizə halal etmişdir. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxu. Həqiqətən, Allah mömin qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.
(70) Ey Peyğəmbər! Bəbr günü əsir götürdüyünüz müşrik əsirlərə de: "Əgər Allah qəlbinizdə xeyirin, niyyətinizin isə saf olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər, elə isə Bədr günü özünüzü əsirlikdən azad etmək üçün sizdən alınan mala görə hüzünlənməyin və üstəlik də günahlarınızı bağışlayar. Allah Ona tövbə edən qullarını bağışlayandır, onlara qarşı rəhmlidir". Artıq Allahın bu vədi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmisi və ondan başqa iman gətirmiş kimsələr üçün həqiqiləşmişdir.
(71) Ey Muhamməd! Əgər onlar sənə dedikləri sözlərlə sənə xəyanət etmək istəsələr, bilin ki, onlar bundan əvvəl də Allaha xəyanət etmişdilər. Allah sənə onlara qarşı yardım etmiş, belə ki, onlardan bəziləri öldürülmüş, bəziləri isə əsir düşmüşdür. Əgər onlar yenidən sənə xəyanət etmiş olsalar bu zaman özlərindən əvvəlkilərin başına gələn müsibətin öz başlarına da gəlməsini gözləsinlər. Allah qullarına nəyin daha yaxşı olduğunu biləndir, işlərində hikmət sahibidir.
(72) Həqiqətən, Allaha iman gətirənlər, Onun Rəsulunu təsdiq edənlər, onun gətirdiyi şəriətə əməl edənlər, küfür diyarından İslam diyarına və ya Allaha əmin-amanlıqla ibadət edən bir diyara hicrət edənlər və Allahın kəlməsi uca olması üçün öz malları və canları ilə cihad edən mühacirlər və onlara qonaqpərvərliklə yanaşıb, köməklik göstərən ev sahibi olan ənsarlar məhz onlar bir-birinin dostlarıdırlar. Ey Möminlər! Allaha iman gətirən, lakin küfür diyarından İslam diyarına hicrət etməyənlərə gəldikdə isə, onlar Allah yolunda hicrət etməyincə siz onları qorumağa və himayə etməyə borclu deyilsiniz. Əgər kafirlərin onlara zülüm etdiklərinə görə kafirlərə qarşı sizdən kömək istəsələr,onlara kömək etməyiniz gərəkdir. Əgər sizinlə aranızda əhd olan kafir bir qövmə qarşı özlərinə yardım etmənizi istəsələr bu zaman yardım edib onlarla bağladığınız əhdi pozmaq yalnış addımdır. Allah sizin nə etdiklərinizi görür. Etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. Allah dünya da ikən gördüyünüz əməllərin müqabilini sizə verəcəkdir.
(73) Allaha küfür edənlərin hamısı eyni bir dindədirlər. Onlar bir-birinlərinin dostdurlar. Mömin kimsə kafirləri əsla özünə dost tuta bilməz. Əgər siz möminləri özünüzə dost tutmasanız, kafirləri düşmən bilməsəniz, bu zaman möminlər din qardaşlarından kömək görmədikləri üçün onlara böyük bir fitnə olar və onlar yer üzündə Allahın dininin yayılmasına mane olduqları üçün fitnə-fəsad baş verər.
(74) Allaha iman gətirənlər, Onun yolunda hicrət edənlər və Allah üçün hicrət edənlərə sığınacaq verib, köməklik göstərənlər – məhz onlar sözün həqiqi məhasında Allaha iman gətirən möminlərdir. Onlar üçün Allahdan günahlarının bağışlanması, bolluca ruzi və cənnət vardır.
(75) Ey möminlər! Mühacir və ənsarlardan sonra İslamı qəbul edənlər və daha sonra küfür diyarından İslam diyarına hicrət edib, kafirlərin kəlməsi alçaq, Allahın kəlməsi isə uca olması üçün cihad edənlər də sizdəndirlər. Onlar da sizilə eyni bərəbər hüquqlara malikdirlər, sizə vacib olanlar onlarada vacib edilmişdir. Qohumlar Allahın hökmünə görə İslamın əvvəllərində olduğu kimi iman və hicrətə görə bir-birilərinə varis olmağa daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi bilir. Ona heç bir şey gizli qalmaz. O, qullarına nəyin daha faydalı olduğunu əvvəlcədən bilib onu da qanun etmişdir.